«Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının
bəzi qanunlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik
aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında» Azərbaycan
Respublikası Qanununun icrasını təmin etmək məqsədilə qərara
alıram:
1. Azərbaycan Respublikası Prezidentinin
1998-ci il 27 oktyabr tarixli, 7 nömrəli fərmanı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1998-ci il, ¹ 10, maddə 615; 2001-ci il,
¹ 6, maddə 408; 2002-ci il, ¹ 5, maddə 270; 2003-cü il, ¹ 10,
maddə 567) ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsi haqqında Əsasnamə»nin 5.16-cı bəndində «hüquqpozmalara»
sözü «xətalara» sözü ilə, 5.19-cu bəndində «hüquqpozmalar»
sözü «xətalar» sözü ilə əvəz edilsin.
2. «Yol hərəkəti haqqında» Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası
prezidentinin 1998-ci il 22 noyabr tarixli, 24 nömrəli fərmanının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il,
¹ 11, maddə 666; 2003-cü il, ¹ 10, maddələr 546, 571) 2-ci bəndində
aşağıdakı dəyişikliklər edilsin:
2.1. üçüncü abzasdan «və
82-ci maddəsinin 2-ci hissəsində» sözləri çıxarılsın;
2.2. dördüncü abzasdan «79-cu
maddəsinin 3-cü bəndində, 82-ci maddəsinin 4-cü bəndində,»
sözləri və «12-ci bəndinin qeydində «protokol» sözündən sonra»
sözləri çıxarılsın.
2.3. on beşinci abzas çıxarılsın.
3. Azərbaycan Respublikası prezidentinin
1999-cu il 26 iyul tarixli, 161 nömrəli fərmanı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1999-cu il, ¹ 7, maddə 423; 2003-cü il,
¹ 10, maddə 585) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının
Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında
Əsasnamə»nin 11.15-ci bəndində «hüquqpozmalar» sözü «xətalar»
sözü ilə əvəz edilsin.
4. Bu fərman imzalandığı gündən
qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV.
Bakı şəhəri, 3 avqust 2004-cü il.
¹ 109.
«Azərbaycan» qəzetində dərc edilmişdir (4 avqust
2004-cü il, ¹ 179) («AzerSoft»)
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda
dərc edilmişdir (31 avqust 2004-cü il, ¹ 8, maddə 617) («AzerSoft»).