Azərbaycan Respublikasının Nazirlər
Kabineti
«Azərbaycan Respublikasında ixrac-idxal
əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə
görə alınan yığımların miqdarı haqqında» Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli, 80 nömrəli qərarına
əlavə olunmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü
il 22 dekabr tarixli, 161 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan
Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının
dərəcələri»ndə dəyişiklik edilməsi barədə
Qərar ¹ 125
Bakı şəhəri, 10 sentyabr 2004-cü il
Ölkədə baramaçılığı inkişaf etdirmək
və tut ipək qurdlarının lazımi həcmdə yem bazası ilə təmin edilməsi
zəruriliyi barədə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin
aidiyyəti təşkilatlarla razılaşdırılmış təklifini nəzərə alaraq,
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. «Azərbaycan Respublikasında
ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri,
gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında»
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 aprel
tarixli, 80 nömrəli qərarına əlavə olunmuş Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2003-cü il 22 dekabr tarixli, 161 nömrəli
qərarı ilə təsdiq edilmiş mətndə «Azərbaycan Respublikasının ərazisinə
gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri»ndə
06-cı mal qrupunda «0602 20 900 0» mal mövqeyi üzrə «15»
tarif dərəcəsi «0» tarif dərəcəsi ilə əvəz edilsin.
2. Bu qərar imzalandığı gündən
qüvvəyə minir və bir il müddətində qüvvədədir.
Azərbaycan Respublikasının Baş naziri
A. RASİ-ZADƏ
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda
dərc edilmişdir (30 sentyabr 2004-cü il, ¹ 9, maddə 743) («AzerSoft»).
© AzerSoft