Azərbaycan Respublikasının Nazirlər
Kabineti
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2002-ci il 20 noyabr tarixli, 183 nömrəli qərarı ilə
təsdiq edilmiş «Ərzaq payı ilə təmin olunan gömrük orqanlarının
vəzifəli şəxslərinin Siyahısı»na əlavə edilməsi barədə
Qərar ¹ 126
Bakı şəhəri, 10 sentyabr 2004-cü il
Azərbaycan Respublikasının 1999-cu
il 7 dekabr tarixli, 768 nömrəli Qanunu ilə təsdiq edilmiş «Gömrük
orqanlarında xidmət haqqında Əsasnamə»nin 98-ci maddəsinə uyğun
olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara
alır:
1. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2002-ci il 20 noyabr tarixli, 183 nömrəli qərarı ilə
təsdiq edilmiş «Ərzaq payı ilə təmin olunan gömrük orqanlarının
vəzifəli şəxslərinin Siyahısı»na aşağıdakı məzmunda 3.12-ci bənd
əlavə edilsin:
«3.12. Bakı Avtonəqliyyat Gömrük
Postu
Postun rəisi
Postun rəis müavini
Şöbə rəisi
Bölmə rəisi
Baş inspektor
Böyük inspektor
İnspektor
Komendant
Katibə
Katibə-makinaçı
Kargüzar
Makinaçı»
2. Bu qərar imzalandığı gündən
qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
A. RASİ-ZADƏ
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda
dərc edilmişdir (30 sentyabr 2004-cü il, ¹ 9, maddə 744) («AzerSoft»).
© AzerSoft