Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturunda dəyişikliklər və əlavələr edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

1. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli, 510 nömrəli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin strukturuna (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹6, maddə 408; 2004-cü il, ¹5, maddə 333; 2004-cü il, ¹6, maddə 441) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1.1. 2-ci bənddə «Daxili Təhqiqatlar İdarəsi» sözləri «Daxili Təhlükəsizlik İdarəsi» sözləri ilə əvəz edilsin;

1.2. 3-cü bənddə «Mühafizə İdarəsi» sözləri «Mühafizəsi Gömrük İdarəsi» sözləri ilə, «gömrükxanası» sözü «Gömrük İdarəsi» sözləri ilə əvəz edilsin;

1.3. 3-cü bənddə «Mərkəzi laboratoriya» sözlərindən əvvəl «Naxçıvan Hava Nəqliyyatında Gömrük İdarəsi», «Aksiz Gömrük İdarəsi» və «Avtonəqliyyat Gömrük İdarəsi» sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etsin.

3. Bu fərman imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV.

Bakı şəhəri, 10 dekabr 2004-cü il.

¹ 156.

«Azərbaycan» qəzetində dərc edilmişdir (11 dekabr 2004-cü il, ¹ 287) («AzerSoft»)

© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
27.12.2008
Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir
Dekabrın 25-də Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb