Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi haqqında Əsasnaməyə dəyişiklik və əlavə edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

1. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 27 oktyabr tarixli, 7 nömrəli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi haqqında Əsasnaməyə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, ¹10, maddə 615; 2001-ci il, ¹6, maddə 408; 2002-ci il, ¹5, maddə 270; 2003-cü il, ¹10, maddələr 567, 585; 2004-cü il, ¹8, maddə 617) aşağıdakı dəyişiklik və əlavə edilsin:

1.1. 5.40-cı bənd aşağıdakı redaksiyada verilsin:

«Gömrük orqanlarının vəzifəli şəxslərinin, gömrük laboratoriyalarının, həmçinin tabeliyindəki digər idarələrin, müəssisələrin, təşkilatların işçilərinin dövlət və sosial müdafiəsini, fiziki hazırlığını təmin edir, onların tibbi təminatını həyata keçirir»:

1.2. 9-cu bəndin birinci cümləsində «sədrin müavinlərindən,» sözlərindən sonra «Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aparatının,» sözləri əlavə edilsin.

2. Bu fərman imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV.

Bakı şəhəri, 10 dekabr 2004-cü il.

¹ 157.

«Azərbaycan» qəzetində dərc edilmişdir (11 dekabr 2004-cü il, ¹ 287) («AzerSoft»)

© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
15.11.2008
Bakıda IV Enerji Sammiti uğurla başa çatmışdır
Noyabrın 14-də Bakıda, «Gülüstan» sarayında enerji təhlükəsizliyi məsələlərinə həsr olunmuş IV Enerji Sammiti keçirilmişdir.

Daha ətraflı
15.11.2008
Noyabrın 11-də Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində
Böyük Britaniyanın İTE Group PLC və onun Azərbaycandakı tərəfdaşı İteca Caspian LLC şirkətlərinin təşkilatçılığı ilə 14-cü “BakuTel-2008” beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi açılmışdır.

Daha ətraflı
15.11.2008
Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında «bir pəncərə» prinsipinin tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Daha ətraflı
15.11.2008
Milli Məclisdə 2009-cu ilin dövlət büdcəsi layihəsi müzakirə edilmişdir
Milli Məclisin noyabrın 11-14 tarixlərində keçirilən iclaslarında "Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsi haqqında" qanun layihəsi, eləcə də dövlət budcəsi zərfinə daxil olan qanun layihələrinin müzakirələri aparılmışdır.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb