Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   

«Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 1 may tarixli, 170 nömrəli sərəncamına dəyişikliklər və əlavələr edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

1. «Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 1 may tarixli, 170 nömrəli sərəncamının 2-ci bəndində aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1.1. «Baş Maliyyə-Tarif İdarəsinin rəisi» sözləri «Maliyyə Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi» sözləri ilə əvəz edilsin;

1.2. «Kadrlar İdarəsinin rəisi» sözlərindən əvvəl «Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsinin rəisi» sözləri, «Bakı Baş Gömrük İdarəsinin rəisi» sözlərindən sonra «Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi» sözləri əlavə edilsin.

2. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV.

Bakı şəhəri, 10 dekabr 2004-cü il.

¹ 540.

«Azərbaycan» qəzetində dərc edilmişdir (11 dekabr 2004-cü il, ¹ 287) («AzerSoft»)

© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
27.12.2008
Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir
Dekabrın 25-də Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb