Azərbaycan Respublikasının Nazirlər
Kabineti
«Azərbaycan Respublikasında ixrac-idxal
əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə
görə alınan yığımların miqdarı haqqında» Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarının
əlavəsi olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü
il 22 dekabr tarixli, 161 nömrəli qərarı ilə təsdiq edilmiş mətndə
«Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük
idxal rüsumlarının dərəcələri»ndə dəyişikliklər edilməsi barədə
Qərar ¹ 34
Bakı şəhəri, 20 mart 2004-cü il
Əhalinin ərzaq təhlükəsizliyinin
təmin edilməsinin, taxıl bazarının dövlət tənzimlənməsinin və qiymət
tarazlığının qorunub saxlanılmasının zəruriliyi barədə Azərbaycan
Respublikası İqtisadi İnkişaf Nazirliyinin Maliyyə Nazirliyi və
Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış təklifinə əsasən Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
1. «Azərbaycan Respublikasında ixrac-idxal
əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə
görə alınan yığımların miqdarı haqqında» Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli, 80 nömrəli qərarının
əlavəsi olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü
il 22 dekabr tarixli, 161 nömrəli qərarı ilə təsdiq edilmiş mətndə
«Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük
idxal rüsumlarının dərəcələri»ndə 10-cu mal qrupunda «1001 10 000
0», «1001 90 100 0», «1001 90 910 0» və «1001 90 990 0» mal mövqeləri
üzrə «5» tarif dərəcəsi «0» tarif dərəcəsi ilə əvəz
edilsin.
2. Bu qərar imzalandığı gündən qüvvəyə
minir.
Azərbaycan Respublikasının Baş naziri
A. RASİ-ZADƏ
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda
dərc edilmişdir (31 mart 2004-cü il, ¹ 3, maddə 196)
© AzerSoft