Azərbaycan Respublikasının Nazirlər
Kabineti
Azərbaycan Respublikasının ərazisinə
gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı
haqqında
Qərar â„– 11
Bakı şəhəri, 31 yanvar 2005-ci il
Ölkədə sahibkarlığın inkişaf etdirilməsi
üçün əlverişli şəraitin yaradılması, daxili bazarın qorunması
və Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş
Sistem haqqında Beynəlxalq Konvensiyaya və göstərilən Konvensiyaya
Düzəliş Protokoluna qoşulmaq barədə Azərbaycan Respublikasının
Qanununa əsasən xarici iqtisadi fəaliyyətin mal nomenklaturu üzrə
kodların Beynəlxalq Harmonik Sistemin yeni variantına uyğunlaşdırılması
məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara
alır:
1. Müəyyən edilsin ki, Azərbaycan
Respublikasının ərazisinə gətirilən aşağıdakı mallar əlavə dəyər
vergisindən azad olunur:
1.1. birgə müəssisənin nizamnamə
fonduna xarici investorun əmanəti kimi və ya tamamilə xarici
investora məxsus müəssisənin yaradılması üçün gətirilən əmlak;
1.2. xarici investisiyalı müəssisənin
əcnəbi işçilərinin öz ehtiyacları üçün Azərbaycan Respublikasına
gətirdikləri əmlak (işə götürənin arayışı gömrük orqanlarına
təqdim olunmaqla);
1.3. Azərbaycan Respublikasının
ərazisində mövcud qaydada qeydiyyatdan keçmiş humanitar təşkilatlar,
həmçinin Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının
razılığı ilə digər hüquqi və fiziki şəxslər tərəfindən humanitar
yardım kimi gətirilən mallar;
1.4. texniki yardım da daxil
olmaqla, təmənnasız yardım və xeyriyyə məqsədi ilə dövlətlərin,
hökumətlərin və beynəlxalq təşkilatların xətti ilə gətirilən
mallar;
1.5. xarici iqtisadi fəaliyyətin mal nomenklaturuna
daxil olan bütün növ avtonəqliyyat vasitələri istisna olmaqla,
fiziki şəxslər tərəfindən Azərbaycan Respublikası ərazisinə
gətirilən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan,
ümumi dəyəri 1000 ABŞ dollarına ekvivalent və ya çəkisi 50 kiloqramdan
artıq olmayan mallar;
1.6. fövqəladə halların qarşısının
alınması və bu halların nəticələrinin aradan qaldırılması məqsədi
ilə maddi-texniki təchizat sisteminin yaradılması, seysmik-müşahidə
məntəqələrinin və qəza-xilasetmə dəstələrinin yerləşdiriləcəyi
bazaların təşkili və onların fəaliyyəti üçün Azərbaycan Respublikasının
Fövqəladə Hallar üzrə Dövlət Komissiyasının təsdiqedici sənədi
əsasında idxal olunan xüsusi texniki vasitələr, avadanlıqlar,
cihazlar, alətlər, komplektləşdirici məmulatlar, ehtiyat hissələri,
ləvazimatlar və materiallar;
1.7. Azərbaycan Respublikası
vətəndaşlarının pasportları və şəxsiyyət vəsiqələri blankları,
onların fərdiləşdirilməsi, Giriş-Çıxış avtomatlaşdırılmış
məlumat-axtarış sisteminin yaradılması və tətbiqi, əl-barmaq
izlərinin müəyyən edilməsi üçün gətirilən avadanlıqlar, məmulatlar,
ləvazimatlar və materiallar;
1.8. qanunvericiliyə uyğun olaraq,
dövlət müəssisələrini idarə etmək hüququna dair təsdiq edilmiş
müqavilələrin icrası ilə bağlı investisiya proqramında istehsalın
təşkili üçün nəzərdə tutulmuş mallar;
1.9. aksizli malların aksiz
markalarının saxta olub-olmamasını yoxlamaq üçün xüsusi avadanlıqlar
(əl detektorları və lampalar), Azərbaycan Respublikasının xarici
ölkələrdəki səfirlik, konsulluq və başqa diplomatik nümayəndəlikləri
tərəfindən ölkədən getmək və ölkəyə gəlmək üçün əcnəbi vətəndaşlara
verilən blanklar, onların tətbiqinə nəzarət və istifadəsi üçün
müvafiq avadanlıqlar, məmulatlar, ləvazimatlar və materiallar.
2. Azərbaycan Respublikasının
qanunvericiliyi ilə əlavə dəyər vergisindən azad olunan mallardan
başqa Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər
vergisindən azad olunan digər malların siyahısı təsdiq edilsin
(əlavə olunur).
3. Aqrar bölmədə lizinqin genişləndirilməsi
sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin
2004-cü il 23 oktyabr tarixli, 468 nömrəli Sərəncamının 3.3-cü
yarımbəndinə uyğun olaraq, Lizinq müqaviləsinin obyekti olan
qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə
aid, idxal zamanı əlavə dəyər vergisindən azad olunan daşınar
əşyaların xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturu üzrə
siyahısı təsdiq edilsin (əlavə olunur).
4. Müəyyən edilsin ki, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin bu qərarı ilə təsdiq edilmiş
Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən
azad olunan malların siyahısında əlavə və dəyişikliklərin edilməsinə
yalnız sonrakı il üçün dövlət büdcəsinin layihəsi hazırlandığı
dövrdə baxıla bilər.
5. Müəyyən edilsin ki, əlavə dəyər
vergisindən azad olunan idxal edilən mallar təyinatı üzrə istifadə
olunmadıqda, həmin mallar yenidən bəyan olunmalı və 10 gün müddətində
əlavə dəyər vergisi ödənilməlidir. Əks təqdirdə, malları satanlara
qarşı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülür.
6. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin bəzi qərarlarına əlavələr edilməsi haqqında Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 avqust tarixli,
138 nömrəli qərarının 2-ci bəndi, Azərbaycan Respublikası Nazirlər
Kabinetinin bəzi qərarlarına əlavələr edilməsi barədə Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2000-ci il 26 oktyabr tarixli,
195 nömrəli qərarının 2-ci bəndi, Azərbaycan Respublikası Nazirlər
Kabinetinin bəzi qərarlarına dəyişikliklər edilməsi və bəzi qərarlarının
qüvvədən düşmüş hesab edilməsi barədə Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2001-ci il 24 yanvar tarixli, 22 nömrəli
qərarının 10-cu bəndi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin
bəzi qərarlarına dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2001-ci il 7 mart tarixli, 62 nömrəli qərarının
2-ci bəndi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi
qərarlarına əlavələr edilməsi barədə Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2001-ci il 13 avqust tarixli, 138 nömrəli
qərarının 2-ci bəndi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin
bəzi qərarlarına əlavələr edilməsi barədə Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2002-ci il 27 aprel tarixli, 71 nömrəli qərarının
2-ci bəndi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi
qərarlarına əlavə və dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2003-cü il 26 fevral tarixli, 32 nömrəli
qərarının 1-ci bəndi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin
bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi barədə Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli, 73
nömrəli qərarının 1-ci bəndi çıxarılsın.
7. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının siyahısı təsdiq
edilsin (əlavə olunur).
8. Bu qərar imzalandığı gündən
qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
A. RASİ-ZADƏ
7 aprel 2005-ci
il tarixli, 63 nömrəli qərara əsasən dəyişikliklərlə (AzerSoft).
Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda
dərc edilmişdir (31 yanvar 2005-ci il, 1, maddə 55) (AzerSoft).
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2005-ci il 31 yanvar tarixli,
11 nömrəli qərarı ilə
təsdiq edilmişdir
Azərbaycan Respublikasının ərazisinə
gətirilən, əlavə dəyər vergisindən azad olunan digər malların siyahısı
XİF ƏN-in kodu
|
Mal mövqelərinin adları
|
1
|
2
|
Qrup
01-dən |
|
0101 10 100 0
|
Safqanlı cins atlar
|
0102 10 100 0
|
Cins iribuynuzlu heyvanlar
|
0103 10 000 0
|
Cins donuz
|
0104 10 100 0
|
Cins qoyun
|
0104 20 100 0
|
Cins keçi
|
0105 11 190 0
|
Ana və əcdad cinsi xətti
ilə çoxaldılan cücələr
|
Qrup
04-dən |
|
0402
29 110 0 |
Xüsusi
təyinatlı süd, südəmər uşaqlar üçün, netto çəkisi 500 q-dan
çox olmayan germetik qabda, tərkibində 10 %-dən çox yağ
olan |
0407
00 110 0;
0407 00 190 0 |
Quş
yumurtası yalnız inkubatorda yetişdirmə üçün |
Qrup
05-dən |
|
0510
00 000 0 |
Boz
ənbər, qunduz ifrazatları, sivetta və muskus; şpanka; öd,
o cümlədən quru öd; əczaçılıqda istifadə edilən vəzilər
və heyvan mənşəli digər maddələr, təzə soyudulmuş, dondurulmuş
və ya qısa müddətli saxlanma üçün başqa üsulla emal olunmuş
|
0511 10 000 0
|
Öküz sperması
|
0511 99 801 0
|
Barama qurdunun toxumu
|
0511 99 802 0
|
Embrionlar
|
Qrup
06-dan |
|
0602 10
|
Köksüz qələmlər və peyvəndliklər
|
0602 20
|
Ağaclar, kollar və kolluqlar,
peyvənd edilmiş və ya edilməmiş, yeməli bar gətirənlər
|
0602 90 410 0
|
Meşə ağacları
|
0602 90 450 0
|
Köklənmiş qələmlər və
cavan bitkilər
|
Qrup
07-dən |
|
0701 10 000 1
|
Kartof toxumluq, mövsümi
olaraq yalnız oktyabr-noyabr, fevral-mart ayları üzrə
|
0712 90 110 1
|
Qarğıdalı toxumluq hibrid
(mart-aprel-may və sentyabr-oktyabr-noyabr)
|
0713 10 100 1
|
Noxud səpin üçün (fevral-mart-aprel-may)
|
0713 20 100 1
|
Lobya (lobya (Vigna spp,
Phaseolus spp) səpin üçün (fevral-mart-aprel-may)
|
0713 31 100 1
|
Vigna mungo (L) Hepper
və ya Vigna radiata (L) Wilczek növlərindən olan lobya
səpin üçün (fevral-mart-aprel-may)
|
0713 32 1001
|
xırda qırmızı lobya (adzuki)
(Phaseolus və ya Vigna angularis) səpin üçün (fevral-mart-aprel-may)
|
0713 33 100 1
|
adi lobya, ağ xırdadənəli
lobya (Phaseolus Vulgaris) daxil olmaqla səpin üçün
(fevral-mart-aprel-may)
|
0713 39 100 1
|
Digər lobya növləri
səpin üçün (fevral-mart-aprel-may)
|
0713 40 100 1
|
Mərci səpin üçün (fevral-mart-aprel-may)
|
0713
50 100 1
0713 90 100 1 |
İritoxumlu yem (at) paxlaları
(Vicia faba var major) və xırdatoxumlu yem (at) paxlaları
(Vicia faba var Equina, Vicia faba var minor) səpin
üçün (fevral-mart-aprel-may)
|
Qrup
10-dan |
|
1003 00 100 0
|
Arpa toxumluq
|
1004 00 000 0
|
Yulaf toxumluq
|
1005
10 110 0-
1005 10 190 0 |
Qarğıdalı toxumluq hibrid
|
1006 10 100 1
|
Düyü səpin üçün (yanvar-fevral-
mart-aprel)
|
1007 00 100 0
|
Kalış (darıya oxşar dənəli
bitki) səpin üçün hibridlər
|
1008 30 000 0
|
Bülbülotu toxumu
|
1008 90 100 0
|
Tritikale (çovdar-buğda
hibridi) əkin üçün
|
Qrup
12 |
Yağlı və digər toxumlar,
saman, furaj (1202; 1206; 1211; 121291 mal mövqeləri istisna
olmaqla)
|
Qrup
19-dan |
|
1901 100000
|
Uşaq qidası, pərakəndə
satış üçün çəkilib bükülmüş
|
Qrup
26-dan |
|
2606
00 000 0 |
Alüminium
filizləri və konsentratları |
Qrup
27-dən |
|
2701 11 1000
|
Antrasit uçucu maddələrinin
çıxım həddi 10 kütlə %-dən çox olmayan (mineral maddələrsiz
quru məhsula hesablanmada)
|
2701 12 100 0
|
Kokslaşan kömür
|
2701200000
|
Daş kömürdən alınmış bərk
yanacağın briketləri, okatışları və analoji növləri
|
2702
|
Liqnit (boz kömür), aqlomerasiya
edilmiş və ya edilməmiş, qaqat (qara kəhrəba) istisna
olmaqla:
|
2709 00 900 0
|
Yalnız xam neft tranzit-mübadilə
(svop) əməliyyatları üzrə
|
2710 11 210 0
|
Uayt-spirt
|
2711 21 000 0
|
Təbii qaz
|
2712 20
|
0,75 kütlə %-dən az yağ
tərkibli parafin
|
2716 00 000 0
|
Elektrik enerjisi
|
Qrup
28-dən |
|
2833 25 000 0
|
Mis sulfatı
|
Qrup
29-dan |
|
2902 19 990 0
|
Tsiklik karbohidrogenlər
digər məqsədlər üçün
|
Qrup
30-dan |
Əczaçılıq məhsulları (3005;
3006400000; 3006500000 mal mövqeləri istisna olmaqla)
|
Qrup
31 |
Gübrələr
|
Qrup
36-dan |
|
3604 90 000 1
|
Fişənglər; siqnal raketləri,
yağış raketləri, dumanaqarşı siqnallar və digər pirotexnika
məmulatları hərbi məqsədlər üçün
|
Qrup
37-dən |
|
3701 10 100 0
|
Tibbi, stomatoloji və
ya baytarlıq məqsədləri üçün fotoplastinkalar
|
3702 10 000 0
|
Rentgen fotoplyonkaları
|
Qrup
38-dən |
|
3808
|
İnsektisidlər, rodentisidlər,
funqisidlər, herbisidlər, bitkilərin boyartımına qarşı
və boyartımını tənzimləyən vasitələr, dezinfeksiyaedici
və onlara analoji vasitələr, pərakəndə satış üçün qablaşdırılmış,
yaxud preparatlar və məmulatlar kimi təqdim edilmiş (məsələn,
kükürdlə emal edilmiş lentlər, fitillər, şamlar, milçəklərə
qarşı yapışqanlı kağız)
|
Qrup
39-dan |
|
3903 90
|
Digər polistirol
|
3909 50
|
Poliuretanlar
|
3920 30 000 0
|
Stirol polimerlərindən
|
Qrup
40-dan |
|
4011 920000
|
Kənd təsərrüfatında və
meşə təsərrüfatında istifadə edilən nəqliyyat vasitələri
üçün təzə pnevmatik rezin şinlər
|
Qrup
45 |
Mantar və ondan hazırlanan
məmulatlar
|
Qrup
47-dən |
|
4701 00 4706
|
Oduncaqdan və ya digər
lifli sellüloz materiallarından kağız, karton kütlələri
|
Qrup
48-dən |
|
4801 00 000 0
|
Qəzet kağızı, rulonlarda
və ya vərəq şəklində
|
Qrup
49-dan |
|
4901; 4902
|
Çap olunmuş kitab, qəzet
və jurnallar
|
4907 00
|
Poçt markaları, dövlət
rüsumu markaları və ya analoji markalar, vaxtlı (ödənilməmiş),
nəzərdə tutulduğu ölkədə cari və ya yeni buraxılışı olan
və qəbul nominal qiymətli və ya qiymətli olacaq markalar;
gerbli kağızlar; çek kitabçaları; banknotlar; aksiyalar,
istiqrazlar və analoji qiymətli kağız formaları
|
Qrup
50-dən |
|
5001 00 000 0
|
Barama qurdunun baraması,
açılmaya yararlı
|
Qrup
71-dən |
|
7102
|
Emal olunmuş və ya olunmamış,
lakin çərçivəyə salınmamış və bərkidilməmiş almazlar
|
7110 21 000 0
|
Palladium emal olunmamış
və ya tozşəkilli
|
7115 10 000 0
|
məftil torlar və ya platin
şəbəkələr şəklində katalizatorlar
|
Qrup
72-dən |
|
7209
17 100 0;
7209 27 100 0;
7211 23 910 0 |
Elektrotexniki poladdan
|
7214 99 610 0
|
Yalnız məişət soyuducularının
istehsalı üçün gətirilən polad təbəqə
|
Qrup
73-dən |
|
7302
|
Qara metallardan hazırlanmış,
dəmir yolu və ya tramvay xətlərində istifadə olunan məmulatlar:
relslər, kontrrelslər və dişli relslər, ötürücü relslər,
relslərin kip kəsişmə çarpazları, ötürücü ştanqlar və
digər köndələn birləşmələr, şpallar, birləşdirici üstlük
və altlıqlar, pazlar, dayaq plitələri, qarmaqlı rels boltları,
yastıqlar və uzadıcılar, özüllər, köndələn tirlər və başqa
detallar, relslərin birləşdirilməsi və bərkidilməsi üçün
nəzərdə tutulanlar
|
7308 10 000 0
|
Körpülər və körpü seksiyaları
|
7308 40 900 0
|
Taxtabəndlər, dayaq divarları
və ya şaxta bərkidiciləri üçün metal və tikinti ağaclarından
avadanlıqlar
|
7308 90 100 0
|
Suaşıranlar, şlüzlər,
şlüz qapıları, debarkaderlər (sərnişin platformaları),
stasionar doklar, dənizçilik və gəmiçilik üçün digər konstruksiyalar
|
Qrup
74-dən |
|
7401
|
Mis şteyni; sementasiya
misi (çökdürülmüş mis)
|
7402 00 000 0
|
Saflaşdırılmamış mis;
elektrolitik saflaşdırma üçün mis anodlar
|
7403
|
Saflaşdırılmış mis və
emal olunmamış mis ərintiləri
|
7404 00
|
Mis tullantıları və qırıntıları
|
7405 00 000 0
|
Mis əsaslı liqaturlar
|
7406
|
Mis tozları və pulcuqları
|
7407
|
Mis çubuqlar və profillər
|
7412
|
Borular və ya borucuqlar
üçün mis fitinqlər (məsələn, mufta, dirsək, flans)
|
Qrup
84-dən |
|
8410 8412
|
Hidroturbinlər, su təkərləri
və onlar üçün tənzimləyicilər; turboreaktiv və turbovintli
mühərriklər, digər qaz turbinləri; digər mühərriklər və
güc qurğuları
|
8413
30 100 0;
8413 50 100 0
8413 70 990 0 |
Daxiliyanma mühərrikləri
üçün yanacaq, yağ və ya soyuducu mayelər üçün nasoslar;
çarx qolu irəli-geri prinsiplə işləyən digər tutumlu nasoslar;
digər mərkəzdənqaçma nasoslar; tutumlu rotor nasosları
mülki aviasiya üçün
|
8414 30 300 0
|
Soyuducu avadanlıqlarda
istifadə olunan, gücü 0,4 kvt-dan çox olmayan kompressorlar
|
8414 30 910 0
|
Soyuducu avadanlıqlarda
istifadə olunan, gücü 0,4 kvt-dan çox olan germetik və
ya yarımgermetik kompressorlar
|
8414
80 100 0
8414 80 710 0 |
Turbo və rotorlu həcmli
kompressorlar
|
8417
|
Sənaye və ya laboratoriya
peçi və qornı (kürə), zibilyandıran peçlər də daxil olmaqla,
qeyri-elektrik
|
8418 99 900 1
|
Məişət soyuducularında
istifadə olunan buxarlandırıcı panellər
|
8420
|
Kalandrlar və ya digər
vallı (diyircəkli) maşınlar (metal və şüşə emalı üçün
olan maşınlardan başqa); onlar üçün kiçik vallar
|
8424
81
8424 90 900 0 |
Kənd təsərrüfatı və bağçılıq
üçün suvarma qurğuları; daşınan qurğular; traktorlara
qoşulmaq və ya traktorlara yedəklənmək üçün nəzərdə tutulmuş
toz paylayan və səpələyən qurğular; aşılama, fotorezistorun
yuyulması və ya yarımkeçirici lövhələrin təmizlənməsi
zamanı istifadə olunan çiləmə qurğuları; qalvanik örtüyü
çəkilməzdən öncə metallik çıxıntıların təmizlənməsi üçün,
yarımkeçirici priborların korpusuna quraşdırılan maşın
|
8429 |
Buldozerlər, dönməz və
dönər kavahınlarla, qreyderlər və planirovşiklər, skreperlər,
mexaniki kürəklər, ekskavatorlar, birçalovlu yükləyicilər,
toxaclayıcı və yolbasan maşınlar, özügedən
|
8430 |
Yerdəyişmə, planirovka,
profilləmə, işlənmə, toxaclama, sıxlaşdırma, süxurun,
faydalı qazıntıların, eləcə də filizin çıxarılması və
qazılması üçün digər maşın və mexanizmlər; dirəklərin
vurularaq basdırılması və çıxarılması üçün avadanlıqlar;
heyvan qüvvəsinə əsaslanan və rotorlu qartəmizləyicilər
|
8432 |
Kənd təsərrüfatı, bağçılıq,
meşə təsərrüfatı maşınları, torpağın hazırlanması və işlənməsi
üçün; qazon və ya idman meydançaları üçün katoklar
|
8433 |
Kənd təsərrüfatı bitkilərinin
yığılması və ya döyülməsi üçün maşın və ya mexanizmlər,
presləyici-toplayıcılar, saman və quru otları kiplər formasında
qablaşdırmaq üçün preslər daxil olmaqla; otbiçənlər və
qazonbiçənlər; 8437 mal mövqeyində göstərilənlərdən başqa,
yumurta, meyvə və ya digər kənd təsərrüfatı məhsullarının
təmizlənməsi, sortlaşdırılması və ya çıxdaş edilməsi üçün
maşınlar
|
8434 |
Sağıcı qurğu və aparatları,
südün emalı və təkrar emalı üçün avadanlıqlar
|
8435 |
Preslər, xırdalayıcılar
və şərabçılıq, sidr, meyvə şirələri və digər içkilərin
istehsalı üçün analoji maşınlar
|
8436 |
Kənd təsərrüfatı, bağçılıq,
meşə təsərrüfatı, quşçuluq və ya arıçılıq üçün avadanlıqlar,
toxumların yetişdirilməsi üçün avadanlıqlar daxil edilməklə,
mexaniki və ya qızdırıcı qurğularla, digərləri; quşçuluq
üçün inkubator və bruderlər
|
8437 |
Toxum, taxıl və paxlalı
bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrovka
edilməsi üçün maşınlar; unüyütmə sənayesi üçün avadanlıqlar
və ya taxıl və quru paxlalıların emalı üçün avadanlıqlar,
kənd təsərrüfatı fermalarında istifadə olunan avadanlıqlardan
başqa
|
8438 |
Yeyinti məhsullarının
və ya içkilərin sənaye istehsalı və ya hazırlanması üçün
avadanlıqlar, heyvan və ya buxarlanmayan bitki mənşəli
yağ və ya piylərin ekstraksiyası və ya hazırlanması üçün
olan avadanlıqlardan başqa
|
8445 |
Toxuculuq liflərinin hazırlanması
üçün maşınlar; əyirici, eşici və ipliklərin hazırlanması
üçün digər avadanlıqlar; baramasarıyan və ya sarıyıcı
maşınlar (arğac ipliyi sarıyan daxil olmaqla) və 8446
və ya 8447 mal mövqelərində göstərilmiş maşınlarda istifadə
üçün ipliyi hazırlayan maşınlar
|
8446
|
Toxuculuq dəzgahları
|
8447
|
Bafta sapı, tül, krujeva,
tikmə, tesma və ya tor hörülmələri almaq üçün toxuyucu-tikici
trikotaj maşınları və taftinqli maşınlar
|
8448
|
8444, 8445, 8446 və ya
8447 mal mövqelərində göstərilmiş maşınlar üçün yardımçı
avadanlıqlar (məsələn, remizaqaldırıcı kiçik karetlər,
jakkard maşınları, avtomatik stopor mexanizmləri, məkiklərin
dəyişdirilməsi üçün mexanizmlər); yalnız və əsasən 8444,
8445, 8446 və ya 8447 mal mövqelərində göstərilmiş maşınlar
üçün nəzərdə tutulmuş hissə və ləvazimatlar (məsələn,
millər və roqulnik, iynəli qarnitur, daraqlar, filyerlər,
məkiklər, remizalar və remiza çərçivələri, trikotaj iynələri)
|
8449 00 000 0
|
Mahud, keçə və fetr (zərif
keçə) tikə və ya forma üzrə toxunmamış materiallarının
istehsalı və ya emalı üçün avadanlıqlar, fetr şlyapaları
istehsalı üçün avadanlıqlar daxil edilməklə, şlyapa hazırlanması
üçün qəliblər
|
8475
|
Elektrik və ya elektron
lampaların, elektron-şüa borularının və ya şüşə kolbalarda
qazyüksüzləşmə lampalarının yığılması üçün maşınlar; şüşə
və şüşə məmulatlarının hazırlanması və ya isti emalı üçün
maşınlar
|
8482
20 000 0;
8482 80 000 0 |
Diyircəkli konusşəkilli
podşipniklər, seperator və diyircəklərlə yığılmış daxili
konusşəkilli halqa daxil edilməklə, digər podşipniklər,
kombinə edilmiş kürəcikli-diyircəklilər daxil edilməklə,
yalnız metallurgiya sənayesinin texnoloji xətləri, lokomotivlər,
vaqonlar və tramvaylar üçün gətirildikdə
|
Qrup
85-dən |
|
850131
100 0 |
Mülki aviasiya üçün gücü
735 vt-dan artıq mühərriklər, sabit cərəyan generatorları
|
8501
32 100 0 |
Mülki aviasiya üçün gücü
750 vt-dan yuxarı, lakin 75 kvt-dan çox olmayan mühərriklər
və sabit cərəyan generatorları
|
850133
1000;
8501 34;
8501 51 100 0;
8501 52100 0 |
Mülki aviasiya üçün gücü
150 kvt-dan çox olmayan, mühərriklər və generatorlar;
digər çoxfazalı dəyişən cərəyan mühərrikləri
|
8502
11 100 0 |
Mülki aviasiya üçün gücü
75 kvt-dan çox olmayan, sıxılmadan alışan porşenli daxiliyanma
mühərrikləri ilə elektrogenerator qurğuları (dizel və
ya yarımdizellə)
|
8502
20 100 0 |
Mülki aviasiya üçün qığılcımlı
alışma ilə porşenli daxiliyanma mühərrikli elektrogenerator
qurğuları
|
8502
39 100 0 |
Mülki aviasiya üçün digər
elektrogenerator qurğuları
|
8503
00 |
Yalnız və əsasən 8501
və ya 8502 mal mövqelərində göstərilmiş maşınlar üçün
nəzərdə tutulmuş hissələr
|
8514
|
Sənaye və laboratoriya
peç və kameraları (induksiya hadisəsi və ya dielektrik
itkisi əsasında işləyənlər daxil olmaqla); induksiya hadisəsi
və ya dielektrik itkisi üsulu ilə materialların termik
emalı üçün sənaye və laboratoriya avadanlıqları
|
8522
90 590 0 |
Elektron modullar
|
8525
10 100 0 |
Mülki aviasiya üçün radioteleqraf
və ya radiotelefon aparaturaları
|
8525
20 100 0 |
Mülki aviasiya üçün radioteleqraf
və ya radiotelefon aparaturaları
|
8525 30 100 0
|
Televiziya kameraları,
üç və ya daha artıq ötürücü trubkalarla
|
8526
|
Radiolokasiya, radionaviqasiya
aparaturası və distansion idarə olunan radio aparaturalar
|
8531
10 100 0;
8531 20 100 0;
8531 80 100 0 |
Mülki aviasiya üçün yanğın
təhlükəsizliyi və ya mühafizənin təmin edilməsi üçün siqnalizasiya
qurğuları və analoji qurğular; İndikator panelləri, özündə
maye kristallarda cihazlar və ya işıq diodları olan digər
qurğular
|
8532
|
Sabit, dəyişən və tənzimlənən
(uyğunlaşdırılan) elektrik kondensatorları
|
8537
|
Elektrik cərəyanının idarəsi
və ya bölüşdürülməsi üçün 8535 və 8536 mal mövqelərinin
iki və ya daha artıq qurğusu ilə təchiz olunmuş, tərkibinə
8517 mal mövqeyinin kommutasiya qurğularından başqa, 90-cı
qrupun cihaz və qurğularını və rəqəmli idarə aparatlarını
alan pultlar, panellər, konsollar, stollar, bölüşdürücü
şitlər və digər elektrik aparatları üçün altlıqlar
|
8538
|
Yalnız və ya əsasən 8535,
8536 və ya 8537 mal mövqelərindəki aparaturalar üçün nəzərdə
tutulmuş hissələr
|
8539 90 100 0
|
Lampaların sokolları
|
Qrup
86 |
Dəmiryol lokomotivləri
və ya mühərrikli tramvay vaqonları, dəmiryol nəqliyyat
vasitələri və onların hissələri; dəmiryol və tramvay xətləri
üçün yol avadanlıqları və qurğuları, onların hissələri;
mexaniki (elektromexaniki daxil olmaqla) siqnal avadanlıqlarının
bütün növləri
|
Qrup
87-dən |
|
8701
|
Traktorlar (8709 mal mövqeyindəki
traktorlardan başqa)
|
8703
21 109 1;
8703 22 199 1;
8703 23 191 1;
8703 23 192 1;
8703 24 109 1;
8703 31 109 1;
8703 32 199 1;
8703 33 199 1 |
Yalnız yol təhlükəsizliyini
təmin etmək üçün idxal olunan xüsusi təyinatlı patrul-keşik
avtomobilləri (zavod buraxılış tarixindən 1 ilə qədər
ötən, istismar olunmamış avtomobillər)
|
8703
23 199 0 |
Məxsusi olaraq tibbi məqsədlər
üçün nəzərdə tutulmuş avtomobillər
|
8705
|
Xüsusi təyinatlı mühərrikli
nəqliyyat vasitələri, sərnişin və ya yükdaşınması üçün
istifadə olunanlardan başqa (məsələn, qəza-yük avtomobilləri,
avtokranlar, yanğınsöndürən nəqliyyat vasitələri, avtobetonqarışdırıcılar,
yolların təmizlənməsi üçün avtomobillər, çiləyici-yuyucu
maşınlar, avtoemalatxanalar, rentgen qurğuları ilə olan
avtomobillər)
|
8706
00 |
8701 8705 mal mövqelərində
təsnif edilən motor nəqliyyat vasitələri üçün mühərrikli
şassilər (8706009100 mal mövqeyi istisna olmaqla)
|
8707
90 100 0 |
Sənaye yığılması üçün
nəzərdə tutulmuş yanaşı gedən sürücü ilə idarə olunan
və 8701 10 000 0 alt yarımmövqeyində göstərilən traktorların;
8704 mal mövqeyində göstərilmiş, mühərrikinin silindrinin
işlək hissəsinin həcmi 2500 sm3-dən çox olmayan,
sıxılma ilə alışan, porşenli daxiliyanma mühərrikləri
(dizel və ya yarımdizel), yaxud mühərrikinin silindrinin
işlək hissəsinin həcmi 2800 sm3-dən çox olmayan,
qığılcım ilə alışan, porşenli daxiliyanma mühərrikləri
ilə təchiz olunmuş nəqliyyat vasitələrinin; 8705 mal mövqeyində
göstərilmiş xüsusi təyinatlı, mühərrikli nəqliyyat vasitələrinin
kuzovları (kabinə daxil edilməklə)
|
8707
8708 |
Ehtiyat hissələri (yalnız
8701 traktorlar üçün)
|
8709
8710 00 000 0 |
Özüyeriyən, qaldırıcı
və yükləmə qurğuları ilə təchiz olunmamış, zavodlarda,
anbarlarda, limanlarda və təyyarə limanlarında yükləri
qısa məsafələrə daşımaq üçün sənaye təyinatlı nəqliyyat
vasitələri; dəmiryol platformalarında istifadə olunan
traktorlar; yuxarıda göstərilmiş nəqliyyat vasitələrinin
hissələri; tanklar və başqa özüyeriyən zirehli döyüş maşınları,
silahla və ya silahsız və onların hissələri
|
8711
|
Yalnız yol polisi üçün
xüsusi təchiz edilmiş motosikllər (zavod buraxılış tarixindən
1 ilə qədər ötən, istismar olunmamış motosikllər)
|
8713
|
Əlil arabaları, mühərrik
və ya başqa hərəkət mexanizmləri ilə təchiz olunmuş və
ya olunmamış
|
8714 20 000 0
|
Əlil arabaları üçün hissələr
və ləvazimatlar
|
8716 20 000 0
|
Kənd təsərrüfatı üçün
özüyüklənən və ya özüboşalan yedəklər və yarımyedəklər
|
8716 39 100 0
|
Xüsusi olaraq yüksək radioaktiv
materialların daşınması üçün nəzərdə tutulmuş
|
Qrup
88 |
Uçuş aparatları, kosmik
aparatlar və onların hissələri
|
Qrup
89-dan |
|
8901 890 200
|
Kruiz, ekskursiya sərnişin
gəmiləri, bərələr, yük gəmiləri, barjlar və sərnişin və
yüklərin daşınması üçün analoji üzən vasitələr; Balıqçılıq
gəmiləri; balıq məhsullarının konservləşdirilməsi və emalı
üçün üzən bazalar və başqa üzən gəmilər
|
8904 00
|
Yedəklər (buksir) və gəmi
itələyənlər
|
8905
|
Üzən mayaklar, yanğın
gəmiləri, torpaqqazan, üzən kranlar və əsas funksiyası
ilə müqayisədə gəmiçilik xüsusiyyətləri ikinci dərəcəli
olan başqa gəmilər; üzən tərsanə; üzən və ya su altında
işləyən qazma və ya istismar platformaları
|
8906
|
Başqa gəmilər, hərbi gəmilər
və xilasetmə gəmiləri daxil olmaqla, avarlı qayıqlardan
başqa
|
8907
|
Digər üzən konstruksiyalar
(məsələn, sallar, üzən çənlər, kessonlar, debarkaderlər,
buylar və bakenlər)
|
8908 000 00 0
|
Sökülmə üçün nəzərdə tutulmuş
gəmilər və digər üzən konstruksiyalar
|
Qrup
90-dan |
|
9001
|
Optik liflər və lifli-optik
jqutlar; lifli-optik kabellər (8544 mal mövqeyində göstərilənlərdən
başqa); polyarlaşma materiallarından təbəqələr və lövhələr;
linzalar (kontakt linzaları daxil olmaqla), prizmalar,
güzgülər və istənilən materialdan digər optik elementlər,
yerinə qoyulmamış, optik emal olunmamış şüşədən olan analoji
elementlərdən başqa
|
9002 90 100 0
|
Mülki aviasiya üçün alət
və cihazların hissələri olan istənilən materialdan yığma
halında linzalar, prizmalar, eynəklər və digər optik elementlər
|
9010 41 000 0
|
Şəkilin bilavasitə yarımkeçirici
lövhələrin üzərində əks edilməsi üçün aparatura
|
9011
|
Mürəkkəb optik mikroskoplar,
mikrofotoçəkiliş, mikrokinoçəkiliş və mikroproyeksiyalama
üçün mikroskoplar daxil olmaqla
|
9012
|
Mikroskoplar, optiklərdən
başqa; difraksiya aparatları
|
9013
|
Maye kristallarla olan
qurğular, başqa mal mövqelərində daha dəqiq təsvir olunmuş
məmulatlardan başqa; lazerlər, lazer diodlarından başqa;
digər optik cihaz və alətlər, bu qrupun başqa yerində
adı çəkilməyən və təsnif olunmayan
|
9014 20
|
Aeronaviqasiya və ya kosmos
naviqasiya üçün cihaz və alətlər (kompasdan başqa)
|
9015
|
Geodezik və ya topoqrafik
(fotoqrammetrik cihazlar daxil olmaqla), hidroqrafik,
okeanoqrafik, hidroloji, meteoroloji və ya geofiziki alətlər,
kompaslardan başqa; məsafəölçənlər
|
9018 9019
|
Tibbi, cərrahi, stomatoloji
və ya baytarlıq alət və cihazları, ssintiqrafik aparatlar,
digər tibbi elektrik aparatları, digərləri və görməni
müayinə etmək üçün cihazlar daxil edilməklə; Mexanoterapiya
üçün aparatlar; masaj aparatları; bacarığı müəyyənləşdirmək
üçün psixoloji test aparatları; ozon, oksigen və aerozol
müalicələri, süni tənəffüs və ya digər tənəffüs müalicəsi
aparatları
|
902110
|
Ortopedik və ya sınıqların
müalicəsi üçün qurğular
|
9021
31 000 0
9021 90 900 0 |
Süni bədən hissələri;
süni oynaqlar; göz protezləri; eşitmə aparatları; kardiostimulyatorlar
və onların hissə və ləvazimatları
|
9022
|
Rentgen, alfa-, beta-,
qamma-şüalanmalarının təsirinə əsaslanan, tibbi, cərrahi,
stomatoloji və baytarlıq müalicələrində istifadə üçün
nəzərdə tutulmuş və ya tutulmamış aparatlar, rentgenoqrafik
və radioterapevtik müayinə aparatları, rentgen trubkaları
və digər rentgen şüaları generatorları, yüksək gərginlik
generatorları, idarə pultları və lövhələri, ekranlar,
stollar, kreslolar və müayinə və ya müalicə üçün analoji
məmulatlar daxil edilməklə
|
9023 00
|
Nümayiş məqsədləri üçün
istifadə olunan cihaz, aparat və modellər (məsələn, tədrisdə
və ya nümayiş etdirilmək üçün), başqa istifadələr üçün
yararsız olan
|
9024
|
Materialların bərkliyini,
möhkəmliyini, sıxılmasını, elastikliyini və digər mexaniki
xüsusiyyətlərini sınaqdan keçirmək üçün maşın və cihazlar
(məsələn, metalların, oduncaqların, tekstil materialların,
kağızların, plastik kütlənin)
|
9025
|
Areometrlər və mayeyə
batırıldıqda işləyən analoji cihazlar, termometrlər, pirometrlər,
barometrlər, hiqrometrlər və psixrometrlər, yazıcı (qeydedici)
qurğularla və ya yazıcı qurğularsız və bu cihazların bir-biri
ilə istənilən birləşmələri
|
9026
|
Maye və qazların məsrəfinin,
səviyyəsinin, təzyiqinin və digər dəyişən səciyyələrinin
ölçülməsi və onlara nəzarət üçün cihaz və aparatlar (məsələn,
məsrəfölçənlər, səviyyə göstəriciləri, manometrlər, istilikölçənlər),
9014, 9015, 9028 və 9032 mal mövqelərində göstərilən cihaz
və ya aparaturadan başqa
|
9027
|
Fiziki və kimyəvi analiz
üçün cihaz və aparatura (məsələn, polyarimetrlər, refraktometrlər,
spektrometrlər, qaz və tüstü analizatorları); özlülüyün,
məsaməliliyin, genişlənmənin, səthi gərilmənin ölçülməsi
və onlara nəzarət üçün və ya cihaz və aparatura (eksponometrlər
daxil edilməklə); mikrotomlar
|
9028
|
Qazın, mayelərin və ya
elektrik enerjisinin verilməsi və ya istehsalının sayğacları,
kalibrləyicilər daxil olmaqla
|
9029
|
Dövrlərin sayı və məhsulun
miqdarının sayğacları, taksometrlər, millə ölçən sayğaclar,
addımölçənlər və analoji cihazlar; spidometrlər və taxometrlər,
9014 və ya 9015 mal mövqelərində göstərilənlərdən başqa;
stroboskoplar
|
9030
|
Ossilloskoplar, spektr
analizatorları, elektrik vahidlərinə nəzarət və onun ölçülməsi
üçün digər cihaz və aparatura, 9028 mal mövqeyində göstərilmiş
ölçü cihazlarından başqa; alfa-, beta-, qamma-rentgen,
kosmik və digər ionlaşdırıcı şüaların aşkar edilməsi və
ya ölçülməsi üçün cihaz və aparatura
|
9031 80 1000
|
Mülki aviasiya üçün ölçü
cihazları
|
9032
10 100 0;
9032 20 100 0;
9032 81 100 0;
9032 89 100 0;
9032 90 100 0 |
Mülki aviasiya üçün avtomatik
tənzimlənmə və idarə üçün cihaz və aparatlar; termostatlar,
manostatlar, hidravlik və pnevmatik aparatlar; onların
hissələri və ləvazimatları
|
Qrup
93-dən |
|
9301
|
Hərbi silah növləri (revolver,
tapança və 9307 mal mövqeyindəki silahlardan başqa)
|
9302 00
|
Revolverlər və tapançalar
(9303 və 9304 mal mövqelərində təsnif edilənlərdən başqa)
|
9305
|
9301 9304 mal mövqelərində
təsnif edilən məmulatların hissə və ləvazimatları
|
9306
|
Bombalar, qumbaralar,
torpedalar, minalar, raketlər və döyüş aparılması üçün
analoji vasitələr və onların hissələri; patronlar, digər
döyüş sursatları, mərmilər və onların hissələri, patronlar
üçün qırmalar və sıxılar daxil edilməklə
|
Qrup
97 |
İncəsənət
əsərləri, kolleksiya əşyaları və antikvariat |
Qeyd.
1. Əlavə dəyər vergisindən azad
olunan mallar xarici iqtisadi fəaliyyətin nomenklaturu üzrə kodlarla
müəyyən edilir.
2. Bu siyahıda 84-cü və 85-ci
mal qruplarında göstərilən avadanlıqlar, texnologiya xətləri,
qurğular, maşınlar və mexanizmlər istehsal-buraxılış tarixindən
2 ildən artıq vaxt ötdüyü təqdirdə əlavə dəyər vergisinə cəlb
olunur.
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2005-ci il 31 yanvar tarixli,
11 nömrəli qərarı ilə
təsdiq edilmişdir
Lizinq müqaviləsinin obyekti olan
qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid,
idxal zamanı əlavə dəyər vergisindən azad olunan daşınar əşyaların
xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturu üzrə siyahısı
XİF ƏN-in kodu
|
Mal mövqelərinin adları
|
1
|
2
|
8424 81
|
-- kənd təsərrüfatı və
bağçılıq üçün:
|
8424 81 100 0
|
--- suvarma qurğuları
|
|
--- digərləri:
|
8424 81 300 0
|
---- daşınan qurğular
|
|
---- digərləri:
|
8424 81 910 0
|
----- traktorlara qoşulmaq
və ya traktorlara yedəklənmək üçün nəzərdə tutulmuş tozpaylayan
və səpələyən qurğular
|
8424 81 990 0
|
----- digərləri
|
8428 20 300 0
|
--- xüsusi olaraq, kənd
təsərrüfatında istifadə üçün nəzərdə tutulmuş pnevmatik
qaldırıcılar və konveyerlər
|
8428 90 710 0
|
----- kənd təsərrüfatı
traktorlarına taxılmaq üçün hazırlanmış yükləyici qurğular
|
8429
|
Buldozerlər, dönməz və
dönər kavahınlarla, qreyderlər və planirovşiklər, skreperlər,
mexaniki kürəklər, ekskavatorlar, birçalovlu yükləyicilər,
toxaclayıcı və yolbasan maşınlar, özügedən:
|
|
- buldozerlər, dönməz
və dönər kavahınlarla:
|
8429 11 00
|
-- tırtıllı:
|
8429 11 001 0
|
--- gücü 250 a.g (at gücü)-dən
çox
|
8429 11 002 0
|
--- gücü 400 a.g. və çox,
50 C və aşağı hava temperaturalarında işləmək üçün nəzərdə
tutulan
|
8429 11 009 0
|
--- digərləri
|
8429 19 000 0
|
-- digərləri
|
8429 20 00
|
- qreyderlər və planirovşiklər
|
8429 20 001 0
|
-- qreyderlər, gücü 350
a.g. və çox
|
8429 20 009 0
|
-- digərləri
|
8429 30 000 0
|
- skreperlər
|
8429 40 900 0
|
-- toxaclayıcı maşınlar
|
|
- mexaniki kürəklər, ekskavatorlar
və birçalovlu yükləyicilər:
|
8429 51
|
-- frontal birçalovlu
yükləyicilər:
|
8429 51 100 0
|
--- yeraltı işlər üçün
xüsusi hazırlanmış yükləyicilər
|
|
--- digərləri:
|
8429 51 910 0
|
---- birçalovlu tırtıllı
yükləyicilər
|
8429 51 990 0
|
---- digərləri
|
8429 52
|
-- tamdönər maşınlar:
|
842952 100 0
|
--- tırtıllı ekskavatorlar
|
8429 52 900 0
|
--- digərləri
|
8429 59 000 0
|
digərləri
|
8432
|
Kənd təsərrüfatı, bağçılıq,
meşə təsərrüfatı maşınları, torpağın hazırlanması və işlənməsi
üçün; qazon və ya idman meydançaları üçün katoklar:
|
8432 10
|
- kotanlar:
|
8432 10 100 0
|
-- kavahınlı
|
8432 10 900 0
|
-- digərləri
|
|
- dırmıqlar, kətmənlər,
kultivatorlar, alaqaparan, kərkilər:
|
8432210000
|
-- diskli dırmıqlar
|
8432 29
|
-- digərləri:
|
8432291000
|
--- kətmənlər və kultivatorlar
|
8432 29 300 0
|
--- dırmıqlar
|
8432 29 500 0
|
--- torpaq frezləri
|
8432 29 900 0
|
--- digərləri
|
8432 30
|
- toxumsəpən, əkən və
şitilbasdıran maşınlar:
|
|
-- toxumsəpən:
|
8432 30 110 0
|
--- mərkəzi ötürücüsü
olan dəqiq səpin aparan toxumsəpən
|
8432 30 190 0
|
--- digərləri
|
8432 30 900 0
|
-- əkən və şitilbasdıran
maşınlar
|
8432 40
|
- üzvi və mineral gübrə
səpələyiciləri və paylayıcıları:
|
8432 40 100 0
|
-- mineral və ya kimyəvi
gübrələrin paylanması üçün
|
8432 40 900 0
|
-- digərləri
|
8432 80 000 0
|
- digər maşın
|
8432 90 000 0
|
- hissələri
|
8433
|
Kənd təsərrüfatı bitkilərinin
yığılması və ya döyülməsi üçün maşın və ya mexanizmlər,
presləyici-toplayıcılar, saman və quru otları kiplər formasında
qablaşdırmaq üçün preslər daxil olmaqla; otbiçənlər və
qazonbiçənlər; 8437 mal mövqeyində göstərilənlərdən başqa,
yumurta, meyvə və ya digər kənd təsərrüfatı məhsullarının
təmizlənməsi, sortlaşdırılması və ya çıxdaş edilməsi üçün
maşınlar:
|
|
- qazonlar, parklar və
ya idman meydançaları üçün otkəsən maşınlar:
|
843311
|
-- motorlu, horizontal
səth üzərində fırlanan kəsici hissə ilə:
|
8433 11 100 0
|
--- elektriklə işləyən
|
|
--- digərləri:
|
|
---- özügedən:
|
8433 11 510 0
|
----- oturacaqlı
|
8433 11 590 0
|
----- digərləri
|
8433 11 900 0
|
---- digərləri
|
8433 19
|
-- digərləri:
|
|
--- mühərrikli:
|
8433 19 100 0
|
---- elektriklə işləyən
|
|
---- digərləri:
|
|
----- özügedən:
|
8433 19 510 0
|
------ oturacaqlı
|
8433 19 590 0
|
------ digərləri
|
8433 19 700 0
|
----- digərləri
|
8433 19 900 0
|
--- mühərriksiz
|
8433 20
|
- otbiçənlər, traktorlara
bərkidilənlər daxil olmaqla, digərləri:
|
8433201000
|
-- mühərriklə
|
|
-- digərləri:
|
|
--- traktor üçün, asma
və ya yedəkli:
|
8433 20 510 0
|
---- horizontal səth üzərində
fırlanan kəsici hissə ilə
|
8433 20 590 0
|
---- digərləri
|
8433 20 900 0
|
--- digərləri
|
8433 30
|
- küləş tədarükü üçün
digər maşınlar:
|
8433 30 100 0
|
- otçevirən, yan dırmıqları
və samanqarışdıranlar
|
8433 30 900 0
|
- digərləri
|
8433 40
|
- küləş və samandan kipbağlayan
preslər, presləyici-yığıcılar daxil olmaqla:
|
8433 40 100 0
|
-- presləyici-yığıcılar
|
8433 40 900 0
|
- digərləri
|
|
- məhsul yığımı üçün digər
maşınlar; taxıldöyən maşın və mexanizmlər:
|
8433 51 000 0
|
- taxılyığan kombaynlar
|
8433 52 000 0
|
- digər taxıldöyən maşın
və mexanizmlər
|
8433 53
|
- köklərin və ya meyvəköklülərin
yığılması üçün maşınlar:
|
8433 53 100 0
|
--- kartofqazıyan və kartofyığan
maşınlar
|
8433 53 300 0
|
--- çuğundurun tağını
kəsən maşınlar və çuğunduryığan maşınlar
|
8433 53 900 0
|
--- digərləri
|
8433 59
|
- digərləri:
|
|
--- silosyığan kombaynlar:
|
8433 59 110 0
|
---- özügedən
|
8433 59 190 0
|
---- digərləri
|
8433 59 300 0
|
--- üzümyığan kombaynlar
|
8433 59 800 0
|
--- digərləri
|
8433 60 000 0
|
- yumurta, meyvə və ya
başqa kənd təsərrüfatı məhsullarının təmizlənməsi, çeşidlənməsi
və ya kalibrovka edilməsi üçün maşınlar
|
8433 90 000 0
|
- hissələri
|
8434
|
Sağıcı qurğu və aparatları,
südün emalı və təkrar emalı üçün avadanlıqlar:
|
8434 10 000 0
|
- sağıcı qurğu və aparatları
|
8434 20 000 0
|
- südün emalı və təkrar
emalı üçün avadanlıqlar
|
8434 90 000 0
|
- hissələri
|
8435
|
Preslər, xırdalayıcılar
və şərabçılıq, sidr, meyvə şirələri və digər içkilərin
istehsalı üçün analoji maşınlar:
|
8435 10 000 0
|
- avadanlıqlar
|
8435 90 000 0
|
- hissələr
|
8436
|
Kənd təsərrüfatı, bağçılıq,
meşə təsərrüfatı, quşçuluq və ya arıçılıq üçün avadanlıqlar,
toxumların yetişdirilməsi üçün avadanlıqlar daxil edilməklə,
mexaniki və ya qızdırıcı qurğularla, digərləri; quşçuluq
üçün inkubatorlar və bruderlər:
|
8436 10 000 0
|
- heyvan yemi hazırlanması
üçün maşın və mexanizmlər
|
|
- quşçuluq üçün avadanlıqlar;
inkubatorlar və bruderlər:
|
8436 21 000 0
|
- inkubatorlar və bruderlər
|
8436 29 000 0
|
-- digərləri
|
8436 80
|
- digər avadanlıqlar:
|
8436 80 100 0
|
-- meşə təsərrüfatı üçün
maşın və avadanlıqlar
|
|
-- digərləri:
|
8436 80 910 0
|
--- avtomişarlar
|
8436 80 990 0
|
--- digərləri
|
|
- hissələr:
|
8436 91 000 0
|
-- quşçuluq və ya inkubatorlar
və bruderlər üçün avadanlıqlar
|
8436 99 000 0
|
digərləri
|
8437
|
Toxum, taxıl və paxlalı
bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrovka
edilməsi üçün maşınlar; unüyütmə sənayesi üçün avadanlıqlar
və ya taxıl və quru paxlalıların emalı üçün avadanlıqlar,
kənd təsərrüfatı fermalarında istifadə olunan avadanlıqlardan
başqa:
|
8437 10 000 0
|
- toxum, taxıl və ya quru
paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrovka
edilməsi üçün maşınlar
|
8437 80 000 0
|
- digər avadanlıqlar
|
8437 90 000 0
|
- hissələri
|
8438
|
Bu qrupun başqa yerində
adı çəkilməyən və ya təsnif olunmayan yeyinti məhsullarının
və ya içkilərin sənaye istehsalı və ya hazırlanması üçün
avadanlıqlar, heyvan və ya buxarlanmayan bitki mənşəli
yağ və ya piylərin ekstraksiyası və ya hazırlanması üçün
olan avadanlıqlardan başqa:
|
8438 10
|
- çörək-bulka məmulatları,
makaron, spagetti və ya analoji məmulatların hazırlanması
üçün avadanlıqlar:
|
8438 10 100 0
|
-- çörək-bulka məmulatlarının
istehsalı üçün avadanlıqlar
|
8438 10 900 0
|
-- makaron, spagetti və
ya analoji məhsulların istehsalı üçün avadanlıqlar
|
8438 20 000 0
|
- qənnadı sənayesi, kakao
tozu və ya şokolad istehsalı üçün avadanlıqlar
|
8438 30 000 0
|
- şəkər sənayesi üçün
avadanlıqlar
|
8438 40 000 0
|
- pivəbişirmə sənayesi
üçün avadanlıqlar
|
8438 50 000 0
|
- ət və quş emalı üçün
avadanlıqlar
|
8438 60 000 0
|
- mey və, qoz-fındıq və
ya tərəvəz emalı üçün avadanlıqlar
|
8438 80
|
- digər avadanlıqlar:
|
8438 80 100 0
|
-- çay və kofe emalı üçün
|
|
-- digərləri:
|
8438 80 910 0
|
--- içki hazırlanması
və ya istehsalı üçün
|
8438 80 990 0
|
--- digərləri
|
8438 90 000 0
|
- hissələr
|
8701
|
Traktorlar (8709 mal mövqeyindəki
traktorlardan başqa):
|
8701 10 000 0
|
- yanaşı gedən sürücü
tərəfindən idarə olunan traktorlar
|
8701 20
|
- yarımqoşqular üçün təkərli
traktorlar:
|
8701 20 10
|
-- təzələri:
|
8701 20 101 0
|
--- yəhərli dartıcılar
|
8701 20 109 0
|
--- digərləri
|
8701 20 90
|
-- istismar olunmuş:
|
8701 20 901 0
|
--- yəhərli dartıcılar
|
8701 20 909 0
|
--- digərləri
|
8701 30
|
- tırtıllı traktorlar:
|
8701 30 100 0
|
- xizək trasları (yolları)
çəkmək üçün
|
8701 30 900 0
|
-- digərləri
|
8701 90
|
- digərləri:
|
|
-- kənd təsərrüfatı işləri
üçün traktorlar (yanaşı gedən sürücü tərəfindən idarə
olunan traktorlardan başqa) və meşə təsərrüfatı üçün traktorlar,
təkərli :
|
|
--- təzələri, mühərriklərinin
gücü:
|
8701901100
|
---- 18 kVt-dan çox olmayan
|
8701 90 200 0
|
---- 18 kVt-dan yuxarı,
lakin 37 kVt-dan çox olmayan
|
8701 90 250 0
|
---- 37 kVt-dan yuxarı,
lakin 59 kVt-dan çox olmayan
|
8701903100
|
---- - 59 kVt-dan yuxarı,
lakin 75 kVt-dan çox olmayan
|
8701903500
|
---- 75 kVt-dan yuxarı,
lakin 90 kVt-dan çox olmayan
|
8701 90 390 0
|
---- 90 kVt-dan yuxarı
|
8701 90 500 0
|
--- istismar olunmuş
|
8701 90 900 0
|
-- digərləri
|
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2005-ci il 31 yanvar tarixli,
11 nömrəli qərarı ilə
təsdiq edilmişdir
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının
Siyahısı
1. Azərbaycan Respublikası ərazisinə
gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı
haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci
il 13 iyul tarixli, 124 nömrəli qərarı (4-cü bəndi istisna olunmaqla).
2. Azərbaycan Respublikası ərazisinə
gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı
haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci
il 13 iyul tarixli, 124 nömrəli qərarına əlavələr və dəyişikliklər
edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2001-ci il 25 may tarixli, 101 nömrəli qərarı.
3. Azərbaycan Respublikası ərazisinə
gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı
haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci
il 13 iyul tarixli, 124 nömrəli qərarına əlavələr edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 14 yanvar
tarixli, 6 nömrəli qərarı.
4. Azərbaycan Respublikası ərazisinə
gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı
haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci
il 13 iyul tarixli, 124 nömrəli qərarına dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 iyun
tarixli, 95 nömrəli qərarı.
5. Azərbaycan Respublikası ərazisinə
gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı
haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci
il 13 iyul tarixli, 124 nömrəli qərarına əlavə edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 15 yanvar
tarixli, 6 nömrəli qərarı.
6. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2000-ci il 13 iyul tarixli, 124 nömrəli qərarı ilə
təsdiq edilmiş Azərbaycan Respublikası ərazisinə gətirilən, əlavə
dəyər vergisindən azad olunan malların siyahısına dəyişikliklər
edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2003-cü il 4 dekabr tarixli, 155 nömrəli qərarı.
7. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2000-ci il 13 iyul tarixli, 124 nömrəli qərarı ilə
təsdiq edilmiş Azərbaycan Respublikası ərazisinə gətirilən, əlavə
dəyər vergisindən azad olunan malların siyahısına dəyişikliklər
edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2003-cü il 4 dekabr tarixli, 155 nömrəli qərarına dəyişikliklər
edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2003-cü il 26 dekabr tarixli, 163 nömrəli qərarı.
8. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2000-ci il 13 iyul tarixli, 124 nömrəli qərarı ilə
təsdiq edilmiş Azərbaycan Respublikası ərazisinə gətirilən, əlavə
dəyər vergisindən azad olunan malların siyahısına əlavələr edilməsi
barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il
31 mart tarixli, 36 nömrəli qərarı.
9. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2000-ci il 13 iyul tarixli, 124 nömrəli qərarı ilə
təsdiq edilmiş Azərbaycan Respublikası ərazisinə gətirilən, əlavə
dəyər vergisindən azad olunan malların siyahısına əlavələr edilməsi
barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il
12 may tarixli, 66 nömrəli qərarı.
10. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2000-ci il 13 iyul tarixli, 124 nömrəli qərarı ilə
təsdiq edilmiş Azərbaycan Respublikası ərazisinə gətirilən, əlavə
dəyər vergisindən azad olunan malların siyahısına əlavələr edilməsi
barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il
3 avqust tarixli, 107 nömrəli qərarı.
AzerSoft