Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

«Malların tranziti gömrük rejimi haqqında Əsasnamə»nin qüvvədən düşməsi barədə

Sərəncam ¹ 40-sa

Bakı şəhəri, 25 avqust 2004-cü il

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 29.04.1999-cu il tarixli, 031 nömrəli əmri ilə təsdiq edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 05.05.1999-cu il tarixdə dövlət qeydiyyatına alınmış (şəhadətnamə ¹ 160) «Malların tranziti gömrük rejimi haqqında Əsasnamə» qüvvədən düşmüş hesab edilsin.

Əsas: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 12.05.2004-cü il tarixli, 038 nömrəli əmri, Normativ hüquqi aktların hüquqi ekspertizası, uçotu və qeydiyyatı idarəsinin xidməti məktubu.

Azərbaycan Respublikasının Ədliyyə naziri
I dərəcəli Dövlət ədliyyə müşaviri

F. MƏMMƏDOV

«Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni»ndə dərc edilmişdir (2004-cü il, ¹ 8, s. 85) («Azersoft»).


© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
30.08.2008
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 25-də ABŞ Senatının xarici əlaqələr komitəsinin üzvü, senator Riçard Luqarın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanmış, regional, beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb