«Dövlət qeydiyyatına alınmışdır»
Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi
Qeydiyyat ¹ 3082
18 avqust 2004-cü il
Nazir
F. MƏMMƏDOV
|
«Təsdiq edirəm»
Azərbaycan Respublikasının
Dövlət Gömrük Komitəsi
Əmr ¹ 075
4 avqust 2004-cü il
Sədr
K. HEYDƏROV
|
«Fiziki şəxslər tərəfindən istehsal
və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan
Respublikasının gömrük sərhədindən sadələşdirilmiş və güzəştli qaydada
keçirilməsinə dair Təlimat»a əlavələr və dəyişikliklər
«Fiziki şəxslər tərəfindən istehsal
və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan
Respublikasının gömrük sərhədindən sadələşdirilmiş və güzəştli qaydada
keçirilməsinə dair Təlimat»a əlavələr və dəyişikliklər
1) Təlimatın 2.6. bəndində «ov
silahları, habelə qanunvericiliklə müəyyən edilmiş digər silahlar,
onların sursatları» sözləri «xidməti və mülki silah, onların
döyüş sursatları» sözləri ilə əvəz edilsin;
2) Təlimatın 2.9. bəndində «600»
rəqəmi «250» rəqəmi ilə, «aparıla» sözü isə «keçirilə»
sözü ilə əvəz edilsin.
3) 3.1.1. və 3.2.3. bəndlərində
«yivli odlu silah növləri, döyüş sursatı (ov silahları üçün sursatlar
istisna edilməklə)» sözləri «Azərbaycan Respublikasının qanunvericiliyi
ilə dövriyyəsi qadağan olunmuş xidməti və mülki silahlar» sözləri
ilə əvəz edilsin.
4) 3.2. bəndindən sonra aşağıdakı
redaksiyada yeni 3.3 və 3.4. bəndləri əlavə edilsin:
«3.3. Silah və onun döyüş sursatlarının
fiziki şəxslər tərəfindən göndərilməsinə yol verilmir.
3.4. Odlu silah və onun döyüş sursatının
poçt vasitəsi ilə göndərilməsi qadağandır».
«Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti
Orqanlarının Normativ Aktlarının Bülleteni»ndə dərc edilmişdir (2004-cü
il, ¹ 8, s. 84) («AzerSoft»).
© AzerSoft