Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   

Azərbaycan Respublikasının Nazirlər Kabineti

Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi barədə

Qərar ¹ 21

Bakı şəhəri, 5 fevral 1998-ci il

«Azərbaycan Respublikası Gömrük Məcəlləsinin tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 25 iyul tarixli 616 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş hesab edilən bəzi qərarlarının əlavə olunan siyahısı təsdiq edilsin.

2. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

A.RASİ-ZADƏ.

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (28 fevral 1998-ci il, ¹ 2, maddə 118) («AzerSoft»).


Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1998-ci il 5 fevral tarixli 21 nömrəli qərarı ilə
təsdiq edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş hesab edilən bəzi qərarların
Siyahısı

1. «SSRİ Nazirlər Sovetinin 1961-ci il 28 iyul tarixli 671 nömrəli «SSRİ yeni gömrük tarifinin təsdiq edilməsi haqqında» qərarı barədə» Azərbaycan SSR Nazirlər Sovetinin 1961-ci il 14 avqust tarixli 706 nömrəli qərarı.

2. «SSRİ Nazirlər Sovetinin 1961-ci il 11 avqust tarixli 722 nömrəli «SSRİ gömrük tarifinin həyata keçirmə vaxtının dəyişilməsi haqqında» qərarı barədə» Azərbaycan SSR Nazirlər Sovetinin 1961-ci il 28 avqust tarixli 747 nömrəli qərarı.

3. «SSRİ Nazirlər Sovetinin 1978-ci il 16 iyun tarixli 484 nömrəli qərarı haqqında» Azərbaycan SSR Nazirlər Sovetinin 1978-ci il 4 iyul tarixli 230 nömrəli qərarının 2-ci və 3-cü bəndləri.

4. «SSRİ Nazirlər Sovetinin 1987-ci il 26 oktyabr tarixli 1200 nömrəli «V.İ.Lenin adına Sovet uşaq fonduna aid məsələlər haqqında» qərarı barədə» Azərbaycan SSR Nazirlər Sovetinin 1987-ci il 26 noyabr tarixli 419 nömrəli qərarının 1-ci bölməsinin 1-ci bəndinin 3-cü abzası.

5. «SSRİ Nazirlər Sovetinin 1988-ci il 4 avqust tarixli 956 nömrəli «YİLKGİ-yə təsərrüfat fəaliyyətinə kömək etmək haqqında» qərarı barədə» Azərbaycan SSR Nazirlər Sovetinin 1988-ci il 20 avqust tarixli 284 nömrəli qərarının 3-cü bəndi.

6. «SSRİ Nazirlər Sovetinin 1988-ci il 5 oktyabr tarixli 1167 nömrəli «SSRİ ərazisində «İnsanlığın yaşaması və inkişafı uğrunda» Beynəlxalq fondun fəaliyyəti haqqında» qərarı barədə» Azərbaycan SSR Nazirlər Sovetinin 1988-ci il 18 oktyabr tarixli 373 nömrəli qərarının 3-cü bəndinin dövlət və gömrük rüsumuna aid hissəsi.

7. «SSRİ Nazirlər Sovetinin 1988-ci il 15 oktyabr tarixli 1193 nömrəli «Sovet mərhəmət və sağlamlıq fonduna aid məsələlər haqqında» qərarı barədə» Azərbaycan SSR Nazirlər Sovetinin 1988-ci il 4 noyabr tarixli 394 nömrəli qərarının 1-ci bölməsinin 1-ci bəndinin 8-ci abzası.

8. «SSRİ Nazirlər Sovetinin 1988-ci il 21 dekabr tarixli 1140 nömrəli «SSRİ Nazirlər Sovetinin 1981-ci il 27 aprel tarixli 394 nömrəli qərarı ilə təsdiq olunmuş «SSRİ-yə gətirilməsi və SSRİ-dən çıxarılması qadağan olan əşyaların siyahısında dəyişikliklər edilməsi haqqında» qərarı barədə» Azərbaycan SSR Nazirlər Sovetinin 1989-cu il 3 yanvar tarixli 2 nömrəli qərar, axırıncı abzasdan başqa.

9. «SSRİ Nazirlər Sovetinin 1989-cu il 7 mart tarixli 203 nömrəli «Xarici iqtisadi fəaliyyəti dövlət tərəfindən tənzimlənməsi tədbirləri haqqında» qərarı barədə» Azərbaycan SSR Nazirlər Sovetinin 1989-cu il 31 mart tarixli 148 nömrəli qərarı.

10. «SSRİ Nazirlər Sovetinin 1989-cu il 31 mart tarixli 266 nömrəli «Sovet valyutasının, xarici valyutasının və digər qiymətli şeylərin xaricdən və xaricə gətirilməsi, çıxarılması, göndərilməsi və köçürülməsi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında» qərarı barədə» Azərbaycan SSR Nazirlər Sovetinin 1989-cu il 14 aprel tarixli 170 nömrəli qərarının 1, 2, 3 və 4-cü bəndləri.

11. «SSRİ Nazirlər Sovetinin 1989-cu il 29 iyun tarixli 520 nömrəli «Gömrükxana hərraclarında əmlakın satışı qaydası haqqında» qərarı barədə» Azərbaycan SSR Nazirlər Sovetinin 1989-cu il 17 iyul tarixli 304 nömrəli qərarının 1, 2 və 3-cü bəndləri.

12. «SSRİ Nazirlər Sovetinin 1989-cu il 30 avqust tarixli 702 nömrəli «SSRİ-dən xalq istehlakı malları aparılmasını nizama salmaq tədbirləri haqqında» qərarı barədə» Azərbaycan SSR Nazirlər Sovetinin 1989-cu il 18 sentyabr tarixli 385 nömrəli qərarının 1, 2 və 3-cü bəndləri.

13. «SSRİ Nazirlər Sovetinin 1989-cu il 28 oktyabr tarixli 922 nömrəli «Xaricdən və xaricə sovet valyutası, xarici valyuta, digər valyuta sərvətləri və başqa sərvətlər gətirilməsi, aparılması, göndərilməsi və köçürülməsi haqqında Əsasnaməyə dəyişikliklər edilməsi barəsində» qərarı barədə» Azərbaycan SSR Nazirlər Sovetinin 1989-cu il 17 noyabr tarixli 458 nömrəli qərarı.

14. «SSRİ Nazirlər Sovetinin 1989-cu il 7 dekabr tarixli 1093 nömrəli «SSRİ daxili istehlak bazarının müdafiəsi və sovet valyutasının, xalq istehlakı mallarının SSRİ-nin dövlət sərhəddindən keçirərkən sui-istifadənin qarşısının alınması tədbirləri haqqında» qərarı barədə» Azərbaycan SSR Nazirlər Sovetinin 1989-cu il 21 dekabr tarixli 514 nömrəli qərarı.

15. «SSRİ Nazirlər Sovetinin 1989-cu il 14 dekabr tarixli 1108 nömrəli «Xarici və xaricdən sovet valyutası, xarici valyuta, digər valyuta sərvətləri və başqa sərvətlər aparılması, gətirilməsi və köçürülməsi haqqında Əsasnaməyə dəyişikliklər edilməsi barədə» qərarı barədə» Azərbaycan SSR Nazirlər Sovetinin 1989-cu il 25 dekabr tarixli 518 nömrəli qərarı.

16. «SSRİ Nazirlər Sovetinin 1989-cu il 11 dekabr tarixli 1104 nömrəli «1990-cı ildə xarici iqtisadi fəaliyyətin dövlət tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında» qərarı barədə» Azərbaycan SSR Nazirlər Sovetinin 1989-cu il 28 dekabr tarixli 520 nömrəli qərarı.

17. «SSRİ Nazirlər Sovetinin 1989-cu il 18 noyabr tarixli 1003 nömrəli «Sovet kinematoqrafiyasında yaradıcılıq, təşkilati və iqtisadi fəaliyyətinin yenidən qurulması haqqında» qərarı barədə» Azərbaycan SSR Nazirlər Sovetinin 1990-cı il 5 yanvar tarixli 6 nömrəli qərarının 1-ci bölməsinin 24-cü bəndi.

18. «SSRİ Nazirlər Sovetinin 1990-cı il 10 fevral tarixli 146 nömrəli «Ümumittifaq əlillərin yaradıcı əməyinin bərpa mərkəzinin təşkili haqqında» qərarı barədə» Azərbaycan SSR Nazirlər Sovetinin 1990-cı il 19 aprel tarixli 170 nömrəli qərarının 1-ci bölməsinin 4-cü bəndinin dövlət və gömrük rüsumuna aid hissəsi.

19. «SSRİ Nazirlər Sovetinin 1990-cı il 21 aprel tarixli 399 nömrəli «SSRİ-də gömrük işinin idarə edilməsinin təkmilləşdirilməsi tədbirləri, gömrük sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi və onun sosial sahəsinin inkişafı haqqında» qərarı barədə» Azərbaycan SSR Nazirlər Sovetinin 1990-cı il 27 iyun tarixli 275 nömrəli qərarının 1-ci bölməsi.

20. «SSRİ Nazirlər Sovetinin 1990-cı il 12 mart tarixli 261 nömrəli «Vətəndaşların SSRİ dövlət sərhədini keçməsini qaydaya salmaq haqqında və xalq istehlakı mallarının xaricə aparılmasını tənzim etmək üçün əlavə tədbirlər haqqında» qərarı barədə» Azərbaycan SSR Nazirlər Sovetinin 1990-cı il 30 iyun tarixli 288 nömrəli qərarı.

21. «SSRİ Nazirlər Sovetinin 1990-cı il 29 sentyabr tarixli 989 nömrəli «SSRİ-nin Xarici iqtisadi əlaqələr nazirliyinin Ümumittifaq xarici ticarət akademiyasında SSRİ xalq təsərrüfatının rəhbər kadrlarının və mütəxəsssislərinin yenidən hazırlanmasının təşkilinin mükəmməlləşdirməsinin əlavə tədbirləri haqqında» qərarı barədə» Azərbaycan SSR Nazirlər Sovetinin 1990-cı il 29 noyabr tarixli 545 nömrəli qərarı.

22. «SSRİ Nazirlər Sovetinin 1991-ci il 14 may tarixli 247 nömrəli «Məşğulluq yardımı Dövlət fondu haqqında» qərarı barədə» Azərbaycan SSR Nazirlər Sovetinin 1991-ci il 28 iyun tarixli 193 nömrəli qərarı.

23. «SSRİ Nazirlər Sovetinin 1991-ci il 6 iyul tarixli 442 nömrəli «SSRİ-yə vətəndaşlar tərəfindən istihlak mallarının gətirilməsinin tənzimlənməsi, onların xaricə aparılması və SSRİ gömrük orqanları tərəfindən götürülmüş malların istifadəsinin qaydaya salınması üçün əlavə tədbirlər haqqında» qərarı barədə» Azərbaycan SSR Nazirlər Sovetinin 1991-ci il 12 avqust tarixli 258 nömrəli qərarı.

24. «Azərbaycan Respublikasının Gömrük komitəsinin məsələləri haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 1 iyun tarixli 301 nömrəli qərarının 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 və 12-ci bəndləri.

25. «Azərbaycan Respublikasında şəkər çuğundurunun emalı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 16 dekabr tarixli 671 nömrəli qərarının 4-cü bəndi.

26. «Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsini gücləndirmək məqsədi ilə əlavə qayda və Əsasnamələrin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabineti 1993-cü il 9 mart tarixli 140 nömrəli qərarının 1-ci bəndinə «və gömrük idarələrinin fəaliyyəti» sözləri çıxarılsın.

27. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 9 mart tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavədə:

a) başlıqda və «və gömrük idarələrinin fəaliyəti» sözləri çıxarılsın;

b) 6, 7, 8, 9-cu bəndləri çıxarılsın.

28 «Azərbaycan Respublikasının vahid valyuta fonduna valyuta satışının qaydaları haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 4 yanvar tarixli 1 nömrəli qərarı.

29. «Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «Azərbaycan Respublikası Gömrük Komitəsinin məsələləri haqqında» 1992-ci il 1 iyun tarixli 301 nömrəli qərarına əlavə və dəyişikliklər edilməsi və «Gömrük fəaliyyətinin bəzi növlərindən daxil olan vəsaitlərin istifadə olunması haqqında» 1991-ci il 6 sentyabr tarixli 304 nömrəli qərarının qüvvəsini itirməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 19 yanvar tarixli 19 nömrəli qərarın 1-ci bölməsinin 3-cü və 5-ci bəndləri.

30. «Müəssisə və təşkilatların məhsul (iş, xidmət) ixracından alınan valyuta vəsaitindən ayırmaların Azərbaycan Respublikası Vahid Valyuta Fonduna köçürülməsi qaydaları haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 27 iyun tarixli 251 nömrəli qərarı, 12-ci bəndindən başqa.

31. «Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Xalq Təsərrüfatı İdarəetmə İnstitutunda Ali Dövlət İdarəçiliyi məktəbinin təşkili haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 8 sentyabr tarixli 330 nömrəli qərarının 3-cü bəndi.

32. «Rüsumsuz ticarət mağazaları və onların fəaliyyət yerləri haqqında müvəqqəti Əsasnamənin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 11 noyabr tarixli 384 nömrəli qərarı.

33. «Gömrük anbarları haqqında nümunəvi Əsasnamənin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 16 noyabr tarixli 400 nömrəli qərarı.

34. «Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1994-cü il 11 noyabr tarixli 384 nömrəli qərarı ilə təsdiq edilmiş «Rüsumsuz ticarət mağazaları və onların fəaliyyət yerləri haqqında müvəqqəti Əsasnaməyə əlavə dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 5 iyul tarixli 96 nömrəli qərarı.

© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə “Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar” mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    © 2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb