Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   

«Razılaşdırılmışdır»
Azərbaycan Respublikası
Maliyyə Nazirliyi

Nazir F.Yusifov.

18 dekabr 1997-ci il.

«Təsdiq edilmişdir»
Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi

Komitənin sədri K.Heydərov.

Əmr № 1104

25 dekabr 1997-ci il.

Azərbaycan Respublikası
Ədliyyə Nazirliyində
qeydə alınmışdır.

Qeydiyyat № 82

07 yanvar 1998-ci il

nazir əvəzi S.Həsənova.

Artıq ödənilmiş və ya alınmış gömrük ödənişlərinin qaytarılması
Qaydaları

1. Ümumi müddəalar

1.1. Artıq ödənilmiş və ya alınmış gömrük ödənişləri ödəyicinin bir ildən gec olmayaraq gömrük orqanlarına təqdim edilmiş ərizəsi əsasında geriyə qaytarılır və yaxud gələcək xarici iqtisadi fəaliyyətində nəzərə alınır.

1.2. Artıq ödənilmiş və ya alınmış gömrük ödənişlərinin geriyə qaytarılması və yaxud gələcək xarici iqtisadi fəaliyyətində nəzərə alınması həmin ödənişlərin tutulmasını təmin etmiş gömrük orqanı tərəfindən həyata keçirilir.

1.3. Gömrük orqanının hesabında artıq ödənilmiş və ya alınmış gömrük ödənişinin qaytarılması üçün kifayət qədər vəsaiti olmadığı halda, onun müraciəti əsasında bu əməliyyat Dövlət Gömrük Komitəsinin icazəsi ilə onun digər gömrük orqanı tərəfindən həyata keçirilə bilər.

1.4. Gömrük ödənişləri geri qaytarıldıqda onlardan faizlər ödənilmir.

1.5. Ödənilməsinə möhlət verilmiş və ya gecikdirilmiş gömrük ödənişləri qaytarılarkən hesablanıb tutulmuş faiz və penyalar geri qaytarılmır.

1.6. Ərizədə artıq ödənilmiş və ya alınmış gömrük ödənişlərinin xarici iqtisadi fəaliyyətində istifadə olunması tələb olunarsa, onda həmin ödəniş məbləği tədiyəçinin əməliyyat apardığı hesaba köçürülür.

2. Artıq ödənilmiş və ya alınmış gömrük ödənişləri aşağıdakı hallarda geri qaytarılır

2.1. Gömrük rejiminə uyğun olaraq irəlicədən alınmış ödəniş məbləği faktiki hesablanmış ödəniş məbləğindən artıq olduqda.

2.2. Gömrük dəyərində düzəliş edilməsi halları ilə əlaqədar ödənişlər yenidən hesablandıqda.

2.3. Malların ikiqat vergiyə cəlb edilməsi ilə əlaqədar.

2.4. Təkrar idxal əməliyyatları zamanı ödənilmiş ixrac rüsumu və əlavə dəyər vergisi.

2.5. Gömrük rejimi dəyişdiyi halda qabaqcadan alınmış gömrük vergi və rüsumunun qaytarılması zərurəti yarandıqda.

2.6. Tarif dərəcəsi düzgün tətbiq edilmədiyi halda.

2.7. Gömrük vergi və rüsumlarının alınmasına verilən güzəştlərlə əlaqədar.

2.8. Gömrük nəzarəti altında məhv edilən, yaxud gətirilməsi qadağan olunan mallara (həmin mallar geri qaytarıldığı hallarda) qabaqcadan gömrük vergi və rüsumları alındıqda.

2.9. Xarici valyutanın məzənnəsinin düzgün tətbiq edilməməsi ilə əlaqədar artıq ödəniş olduqda.

2.10. İdxal olunmuş malların geri qaytarılması ilə əlaqədar.

2.11. Dövlət büdcəsinə əlavə dəyər vergisi və aksizlər üzrə artıq ödənişin qarşılıqlı şəkildə vergi orqanları ilə zaçot edilməsi ilə əlaqədar.

3. Artıq ödənilmiş və ya alınmış gömrük ödənişlərinin geri qaytarılması üçün gömrük orqanlarına aşağıdakı sənədlər təqdim edilməlidir

3.1. Artıq ödənilmiş və ya alınmış gömrük ödənişlərinin geri qaytarılması və yaxud gələcək xarici-iqtisadi fəaliyyətdə istifadəsinə icazə barədə (artıq ödənilmə və alınma səbəbləri, müəssisənin bank rekvizitləri göstərilməklə) tədiyəçinin ərizəsi.

3.2. Gömrük ödənişlərinin hesablanması və alınması üçün əsas olan sənədlərin surəti.

3.3. Gömrük ödənişlərinin alınmasını təsdiq edən bank sənədi (üzərində bankın qeydi olan ödəmə tapşırığı) və ya gömrükxananın ödənişi əks etdirən kassa mədaxil orderi.

3.4. Gömrük ödənişlərinin artıq ödənilməsini sübut edən digər sənədlər (malın qiymətini təsdiq edən sənəd, gömrük yük bəyannaməsinin surəti, müqavilə, müvafiq normativ sənədlər).

3.5. Artıq ödənişi qarşılıqlı zaçot etmək üçün təsdiqedici sənəd.

4. Son müddəalar

4.1. Artıq ödənilmiş ödəniş məbləğləri geri qaytarılarkən gömrük ödənişləri, maliyyə sanksiyası və penyadan ibarət olan borcların tədiyəçilər tərəfindən gömrük orqanlarına tam ödənilməsi nəzərə alınır.

4.2. Artıq ödənilmiş və ya alınmış gömrük ödənişlərinin geri qaytarılması üçün qərar qəbul edildikdən sonra ödəniş tapşırığı hazırlanır və icra olunmaq üçün gömrük orqanına xidmət göstərən müvəkkil banka təqdim olunur.

Gələcək xarici-iqtisadi fəaliyyətdə artıq ödənilmiş və ya alınmış gömrük ödənişlərindən istifadə olunacağı haqqında qərar qəbul edildiyi hallarda isə maliyyə inspektoru tərəfindən xüsusi reyestrin açılması təmin edilərək, yeni əməliyyatlar üçün hazırlanmış hesabın üstündə qabaqcadan artıq ödənişi təsdiq edən sənədin qeydiyyatı aparılır.

4.3. Artıq ödənilmiş gömrük ödənişlərinin geri qaytarılma halları barədə gömrük orqanları tərəfindən ərazi vergi xidməti orqanlarına məlumat verilməlidir.

© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
23.08.2008
Azərbaycan-Tğrkiyə əlaqələri ən yğksək zirvədədir
Avqustun 20-də Tğrkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycanda işgğzar səfərə gəlmişdir.

Daha ətraflı
23.08.2008
Döstluq zəminində qurulan Azərbaycan-Rumıniya münasibətləri çox sürətlə inkişaf edir
Avqustun 20-də Rumıniya Prezidenti Trayan Besesku Bakıya işgüzar səfərə gəlmişdir.

Daha ətraflı
23.08.2008
Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun 16-34-cü kilometrinin yenidənqurmadan sonra açılışı olmuşdur
Prezident İlham Əliyev açılış mərasimində iştirak etmişdir

Daha ətraflı
23.08.2008
Azərbaycan Prezidenti İlham Əliyevin Xızı rayonuna səfəri
Avqustun 22-də Xızı şəhərində xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan muzeyin təntənəli açılışı olmuşdur.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb