Azərbaycan Respublikasının Nazirlər
Kabineti
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi və
bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi barədə
Qərar ¹ 72
Bakı şəhəri, 20 aprel 2005-ci il
«Dövlət rüsumu haqqında», «Hüquqi
şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan
Respublikasının Qanunlarına əlavə və dəyişikliklərin edilməsi
və «Birdəfəlik rüsum haqqında» Azərbaycan Respublikası Qanununun
qüvvədən düşmüş hesab edilməsi barədə» Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin
2005-ci il 19 yanvar tarixli, 593 nömrəli Sərəncamının icrası
ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara
alır:
1. «Respublikanın hüdudlarından
kənara kənd təsərrüfatı məhsullarının aparılmasına görə birdəfəlik
rüsumun alınması haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1992-ci il 13 iyun tarixli, 335 nömrəli qərarına qismən dəyişikliklər
və əlavələr edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1992-ci il 4 iyul tarixli, 378 nömrəli qərarının adında
«qismən dəyişikliklər və əlavələr» sözləri «əlavə»
sözü ilə əvəz edilsin, 1-ci bəndindən «2-ci bəndinin 1-ci abzası,
4-cü bəndinin 1-ci abzası, 5-ci bəndinin 1-ci abzası aşağıdakı
mətndə verilsin və» sözləri və ikinci-dördüncü abzasları çıxarılsın.
2. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1992-ci il 27 iyul tarixli, 412 nömrəli qərarı ilə
təsdiq edilmiş (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci
il 19 fevral tarixli, 35 nömrəli qərarına əlavə olunmuş) əlavənin
«Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol
Polisi idarəsi tərəfindən hüquqi və fiziki şəxslərə göstərilən
xidmətlərin Siyahısı»nın 2-ci bəndi çıxarılsın.
3. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1999-cu il 15 mart tarixli, 40 nömrəli qərarı ilə
təsdiq edilmiş «Nəqliyyat vasitələrinə və onların qoşqularına
dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi
Əsasnamə»nin 1.3-cü bəndinin beşinci abzasında «toplanan haqların»
sözləri «tutulan dövlət rüsumlarının» sözləri ilə, 6.1-ci
bəndində «ilə əlaqədar toplanan vergilər, xidmət haqları»
sözləri «üçün dövlət rüsumunun tutulması barədə qəbz» sözləri
ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı
ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin
aparılması qaydaları haqqında Təlimat»ın 31-ci bəndinin dördüncü
abzasından «və tutulan rüsumun ödənilməsinə dair qəbzlər»
sözləri çıxarılsın, 10-cu bəndinə aşağıdakı redaksiyada üçüncü
abzas əlavə edilsin:
«Notariat hərəkətlərinə görə dövlət
rüsumu notarius tərəfindən qəbul edilərək iki bank günü ərzində
dövlət büdcəsinə köçürülür.».
5. «Azərbaycan Respublikası Nazirlər
Kabinetinin bəzi qərarlarına dəyişikliklər edilməsi haqqında»
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 3 sentyabr
tarixli, 145 nömrəli qərarının 4-cü bəndindən «və birdəfəlik
rüsum ödənilməsi nəzərdə tutulmayan yerlərdə stasionar fəaliyyət
göstərən şəxslərlə» sözləri çıxarılsın.
6. «Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qüvvədən düşmüş hesab edilən bəzi qərarlarının Siyahısı»
təsdiq edilsin (əlavə olunur).
7. Bu qərar imzalandığı gündən
qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
A. RASİ-ZADƏ
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2005-ci il 20 aprel tarixli, 72 nömrəli qərarı ilə
təsdiq edilmişdir
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qüvvədən düşmüş hesab edilən bəzi qərarlarının
Siyahısı
1. «Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1992-ci il 13 iyun tarixli, 335 nömrəli «Respublikanın
hüdudlarından kənara kənd təsərrüfatı məhsullarının aparılmasına
görə birdəfəlik rüsumun alınması haqqında» qərarına qismən dəyişikliklər
edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1992-ci il 23 iyun tarixli, 355 nömrəli qərarı.
2. «Azərbaycan Respublikası Nazirlər
Kabinetinin «Respublika hüdudlarından kənara kənd təsərrüfatı məhsulları
aparılmasına görə birdəfəlik rüsumun alınması haqqında» 1992-ci
il tarixli, 335 nömrəli qərarında qismən dəyişiklik edilməsi barədə»
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 16 noyabr
tarixli, 625 nömrəli qərarı.
3. «Bazarlarda, yarmarkalarda və
xüsusi olaraq satış üçün ayrılmış digər yerlərdə malların, məmulatların
və kənd təsərrüfatı məhsullarının satışını həyata keçirən fiziki
şəxslərdən birdəfəlik rüsumun dərəcələri haqqında» Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 1995-ci il 16 iyun tarixli, 148 nömrəli qərarı
(9-cu bəndi istisna olmaqla).
4. «Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1995-ci il 16 iyun tarixli, 148 nömrəli «Bazarlarda,
yarmarkalarda və xüsusi olaraq satış üçün ayrılmış digər yerlərdə
malların, məmulatların və kənd təsərrüfatı məhsullarının satışını
həyata keçirən fiziki şəxslərdən birdəfəlik rüsumun dərəcələri haqqında»
qərarına dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 1996-cı il 9 dekabr tarixli, 170 nömrəli qərarı.
5. «Bazarlarda, yarmarkalarda və
xüsusi olaraq satış üçün ayrılmış digər yerlərdə malların, məmulatların
və kənd təsərrüfatı məhsullarının satışını həyata keçirən fiziki
şəxslərdən birdəfəlik rüsum dərəcələri haqqında» Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 1995-ci il 16 iyun tarixli, 148 nömrəli qərarına
dəyişikliklər edilməsi barəsində» Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1998-ci il 3 avqust tarixli, 164 nömrəli qərarı.
6. «Azərbaycan Respublikası Nazirlər
Kabinetinin «Bazarlarda, yarmarkalarda və xüsusi olaraq satış üçün
ayrılmış digər yerlərdə malların, məmulatların və kənd təsərrüfatı
məhsullarının satışını həyata keçirən fiziki şəxslərdən birdəfəlik
rüsumun dərəcələri haqqında» 1995-ci il 16 iyun tarixli, 148 nömrəli
və «Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 16 iyun
tarixli, 148 nömrəli «Bazarlarda, yarmarkalarda və xüsusi olaraq
satış üçün ayrılmış digər yerlərdə malların, məmulatların və kənd
təsərrüfatı məhsullarının satışını həyata keçirən fiziki şəxslərdən
birdəfəlik rüsumun dərəcələri haqqında» qərarına dəyişikliklər edilməsi
barədə» 1996-cı il 9 dekabr tarixli, 170 nömrəli qərarlarına dəyişikliklər
edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2001-ci il 10 fevral tarixli, 37 nömrəli qərarı.
© AzerSoft