«Poçt rabitəsi haqqında» Azərbaycan
Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının
bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi
barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli
Məclisi qərara alır:
I. «Rabitə haqqında» Azərbaycan
Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1997-ci il, ¹ 6, maddə 463; 1999-cu il, ¹ 5, maddə 285;
2000-ci il, ¹ 7, maddə 490; 2001-ci il, ¹ 2, maddə 88; 2002-ci il,
¹ 5, maddələr 237, 250; 2003-cü il, ¹ 1, maddə 16; 2004-cü il, ¹
4, maddə 202) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
1. 13-cü maddədə:
a) birinci hissədə «açıqcaların,»,
«çap nəşrlərinin,» və «və digər» sözləri çıxarılsın,
«baratların» sözündən sonra «, poçt kartların, banderolların,
kiçik paketlərin, sekoqramların, xüsusi «M» kisələrin» sözləri
əlavə edilsin, «konkret ünvanlara» sözləri «ünvan sahibinə»
sözləri ilə əvəz edilsin;
b) ikinci hissədə «xüsusi rejimli»
sözləri «ümumi istifadədə olan və xüsusi təyinatlı» sözləri
ilə əvəz edilsin;
c) üçüncü hissədə «canlı»
sözü «xüsusi təyinatlı» sözləri ilə, «müvafiq feldyeger,
kuryer (çapar) və dipkuryer» sözləri «dövlət-feldyeger,
feldyeger-poçt və xüsusi poçt rabitəsi» sözləri ilə əvəz edilsin;
ç) maddəyə aşağıdakı məzmunda
dördüncü hissə əlavə edilsin:
«Poçt rabitəsi sahəsində fəaliyyət
Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.».
2. 24-cü maddənin birinci hissəsində
«orqanları» sözündən sonra «, bələdiyyə orqanları» sözləri
əlavə edilsin.
3. 28-ci maddənin beşinci hissəsi
çıxarılsın və altıncı hissə beşinci hissə hesab edilsin.
4. 29-cu maddədə:
a) birinci hissədə «və bağlamaların»
sözləri çıxarılsın;
b) ikinci hissə aşağıdakı redaksiyada
verilsin:
«Poçt rabitəsi operatorları poçt
göndərişlərində sərhəddən keçirilməsi qadağan olunan mallar və əşyalar
barədə istifadəçiləri əvvəlcədən məlumatlandırmalıdır.».
5. 33-cü maddədə:
a) ikinci hissədə «edilmiş»
sözündən sonra «malların və» sözləri əlavə edilsin;
b) üçüncü hissədə «yükləri»
sözü «malları» sözü ilə əvəz edilsin, «mümkün olmadıqda,»
sözlərindən sonra «müəyyən olunmuş qaydada» sözləri əlavə
edilsin;
c) dördüncü və altıncı hissələrdə
«elan» sözü «bəyan» sözü ilə əvəz edilsin;
ç) altıncı hissədə «itirildikdə»
sözündən sonra «,oğurlandıqda, xarab olduqda» sözləri əlavə
edilsin.
6.36-cı maddənin birinci hissəsində
«markalı zərf və açıqcalar» sözləri «zərflərin və poçt
kartlarının üzərində mətbəə üsulu ilə həkk edilmiş poçt markaları,
dövlət poçt ödənişi nişanlarına bərabər tutulan poçt markalayıcı
maşının həkki» sözləri ilə əvəz edilsin.
7.37-ci maddədə:
a) ikinci hissədə «Rabitə operatorları
qiymətli» sözləri «Poçt rabitəsi operatorları» sözləri
ilə əvəz edilsin, «elan olunduğu qiymətdən» sözləri çıxarılsın,
«əskik gəlməsi» sözlərindən sonra «, oğurlanması, xarab
olunması» sözləri əlavə edilsin;
b) üçüncü hissədə «poçt göndərişlərindəki
əşyaların əskik gəlməsinə» sözləri «oğurlanmasına, xarab
olmasına, çatdırılmamasına» sözləri ilə əvəz edilsin.
II. «Yol hərəkəti haqqında» Azərbaycan
Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1998-ci il, ¹ 9, maddə 564; 2001-ci il, ¹ 5, maddə 298,
¹ 11, maddələr 676, 698; 2002-ci il, ¹ 1, maddə 9, ¹ 8, maddə 463;
2003-cü il, ¹ 8, maddə 424; 2004-cü il, ¹ 2, maddə 57) 1-ci maddəsinin
20-ci bəndində «nəzərdə tutulan,» sözlərindən sonra «Milli
operatora məxsus olan və poçtun daşınmasında istifadə edilən,»
sözləri əlavə edilsin.
III. Azərbaycan Respublikasının
Gömrük Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
1997-ci il, ¹ 6, maddə 447; 1999-cu il, ¹ 10, maddə 570; 2001-ci
il, ¹ 11, maddələr 676, 686, 695, ¹ 12, maddə 736; 2002-ci il, ¹
1, maddə 4, ¹ 8, maddə 463; 2003-cü il, ¹ 1, maddələr 3, 16, 23;
2004-cü il, ¹ 2, maddə 57, ¹ 3, maddə 133, ¹ 6, maddə 400, ¹ 7,
maddə 505) 118-ci maddəsinin birinci hissəsində «dövlət rabitə
müəssisələrinə» sözləri «poçt rabitəsi operatorlarına» sözləri
ilə, «Dövlət rabitə müəssisələri» sözləri «Poçt rabitəsi
operatorları» sözləri ilə əvəz edilsin.
IV. Azərbaycan Respublikasının Mülki-Prosessual
Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2000-ci il, ¹ 1, maddə 17; 2002-ci il, ¹ 5, maddə 236; 2003-cü il,
¹ 1, maddələr 23, 24, ¹ 6, maddə 279; 2004-cü il, ¹ 7, maddə 505,
¹ 8, maddə 598, ¹ 10, maddə 761) aşağıdakı əlavələr və dəyişikliklər
edilsin:
1. Məcəlləyə aşağıdakı məzmunda
323.2-ci maddə əlavə edilsin və 323.2-ci və 323.3-cü maddələr
müvafiq olaraq, 323.3-cü və 323.4-cü maddələr hesab edilsin:
«323.2. «Paylanmayan poçt göndərişlərinin
açılmasına razılıq alınmasına dair ərizə 3 (üç) ayda bir dəfədən
az olmayaraq, ünvan sahibinə və ya göndəriciyə çatdırılması mümkün
olmayan poçt göndərişlərinin içərisindəki əşyalar, mallar və pul
vəsaitlərinin sahibsiz hesab edilməsinə dair ərizə isə «Poçt rabitəsi
haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş
6 (altı) aylıq saxlama müddəti başa çatdıqdan sonra poçt rabitəsi
operatoru tərəfindən məhkəməyə verilir.».
2.325-ci maddənin mətni 325.1-ci
maddə hesab edilsin və Məcəlləyə aşağıdakı məzmunda 325.2-ci maddə
əlavə edilsin:
«325.2. Məhkəmə paylanmayan poçt
göndərişlərinin açılmasına razılıq alınması haqqında ərizəyə 5 (beş)
iş günü ərzində baxmalıdır.».
3. Məcəlləyə aşağıdakı məzmunda
326.2-ci maddə əlavə edilsin və 326.2-ci maddə 326.3-cü maddə
hesab edilsin:
«326.2. Məhkəmə paylanması mümkün
olmayan poçt göndərişlərinin açılmasına razılıq verilməsinə dair
ərizəyə baxaraq onu təmin etdikdə, belə razılığın verilməsi barədə,
ünvan sahibinə və ya göndəriciyə çatdırılması mümkün olmayan və
qanunla müəyyən edilmiş 6 (altı) aylıq saxlama müddəti başa çatmış
poçt göndərişinin içərisindəki əşyaların, malların və pul vəsaitlərinin
sahibsiz hesab edilməsinə dair ərizəyə baxaraq onu təmin etdikdə,
həmin əşyaların, malların və pul vəsaitlərinin sahibsiz hesab edilməsi
barədə qətnamə çıxarır.».
V. Bu Qanun dərc edildiyi gündən
qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV.
Bakı şəhəri, 4 mart 2005-ci il.
¹ 855-IIQD.
«Azərbaycan» qəzetində dərc edilmişdir (1
may 2005-ci il, ¹ 98) («AzerSoft»)
© AzerSoft