Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   

Azərbaycan Respublikası
Ədliyyə Nazirliyində
qeydə alınmışdır

Qeydiyyat ¹ 87
«08» yanvar 1998-ci il

Nazir əvəzi
S. Həsənova

«Təsdiq edilmişdir»
Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi

Əmr ¹ 1103
«25» dekabr 1997-ci il

Komitənin sədri
K. Heydərov

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində bankların və digər kredit təşkilatlarının reyestrə salınma haqqında müraciətlərinə baxılması
Qaydaları

1. Ümumi müddəalar

1.1. Banklar və digər kredit təşkilatları (bundan sonra — kredit təşkilatları) Azərbaycan Respublikası Gömrük Məcəlləsinə müvafiq olaraq gömrük ödənişlərinin, gömrük qaydalarının pozulması hallarında isə mal və nəqliyyat vasitələrinin dəyərinin, habelə cərimələrin ödənilməsində zəmanətçi kimi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində reyestrə salınırlar. Kredit təşkilatlarının zəmanətçi kimi reyestrə salınma haqqında müraciətlərinə baxılması bu Qaydalarla müəyyən edilir.

1.2. Kredit təşkilatlarının Dövlət Gömrük Komitəsində reyestri aparılır və reyestrə salınmış kredit təşkilatları Azərbaycan Respublikasının gömrük qanunvericiliyinin tələblərinə riayət etməklə məsuliyyət daşıyırlar.

1.3. Azərbaycan Respublikası Gömrük Məcəlləsinə əsasən gömrük qanunvericiliyində nəzərdə tutulmuş maliyyə sanksiyalarına və gömrük ödənişlərinin ödənilməsinə zəmanət verən kredit təşkilatları bu Qaydalarla təsdiq edilmiş qaydada bank zəmanəti formalarından istifadə edirlər.

2. Kredit təşkilatlarının reyestrə salınması üçün tələb olunan sənədlər

2.1. Kredit təşkilatlarının reyestrə salınması məsələsinə həmin təşkilatın təqdim olunmuş ərizəsi əsasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən baxılır (Əlavə 1).

Reyestrə salınmaq üçün ərizə vermiş kredit təşkilatı öz filiallarının da zəmanətinin gömrük orqanları tərəfindən qəbul olunmasını istəyirsə, bu halda təqdim etdiyi ərizədə eyni zamanda filialların ünvanını, rekvizitlərini, rəhbəri və baş mühasibinin adını və soyadını göstərir.

2.2. Reyestrə salınmaq üçün ərizə vermiş kredit təşkilatı Dövlət Gömrük Komitəsinə aşağıdakı sənədləri təqdim edir:

a) kredit təşkilatının son hesabat ilinə və tarixinə müəssisənin rəhbərinin, baş mühasibinin imzası və möhürü ilə təsdiq olunmuş balansı (bu halda son hesabat ili üçün təqdim olunmuş balans auditor tərəfindən təsdiq olunmalıdır);

b) xarici valyuta ilə bank əməliyyatları aparılmasına Azərbaycan Respublikası Milli Bankı tərəfindən verilmiş lisenziyanın surəti;

v) bank zəmanətinə imza etmək səlahiyyəti olan şəxslərin imzalarının və müəssisənin möhürünün notarius tərəfindən təsdiq olunmuş nümunələri;

q) son auditor yoxlamasının nəticələrinin surəti;

d) kredit təşkilatının fəaliyyətində son hesabat ili və tarixi üçün iqtisadi normativlərin yerinə yetirilməsi haqqında arayış;

e) birinci şəxs və baş mühasibin imzaları və möhürlə təsdiq edilmiş son hesabat ili və tarixi üçün dövriyyə cədvəli.

2.3. Kredit təşkilatının bank reyestrinə salınmaq üçün təqdim etdiyi ərizəyə təqdim olunduğu andan 30 təqvim günü ərzində Dövlət Gömrük Komitəsi tərəfindən baxılır.

Dövlət Gömrük Komitəsi lazım gəldikdə kredit təşkilatı haqqında Azərbaycan Milli Bankına sorğu verə bilər. Bu halda ərizəyə baxılma müddəti həmin sənədlərin təqdim edildiyi andan sayılır və 2 aydan çox olmamalıdır.

3. Kredit təşkilatlarının Dövlət Gömrük Komitəsi tərəfindən reyestrə salınması qərarının qəbul olunması şərtləri

3.1. Kredit təşkilatı xarici valyuta ilə əməliyyat aparılması üçün Milli Bankın verdiyi lisenziyaya malik olmalıdır.

3.2. Kredit təşkilatının gömrük orqanları qarşısında borcu olmamalıdır.

3.3. Kredit təşkilatının ödənilmiş nizamnamə fondu Milli Bank tərəfindən kommersiya bankları üçün müəyyənləşdirilmiş minimal nizamnamə fondundan az olmamalıdır.

3.4. Kredit təşkilatının son hesabat ili və tarixi üçün iqtisadi normativlərin yerinə yetirilməsi.

3.5. Kredit təşkilatının gömrük orqanlarına bank zəmanəti vermək üçün kifayət qədər maliyyə-iqtisadi imkana malik olması (nizamnamə fondu).

4. Kredit təşkilatlarının reyestrə salınması

4.1. Dövlət Gömrük Komitəsi bu Qaydaların 2-ci bəndində göstərilən sənədləri araşdırdıqdan və 3-cü bəndinin tələblərinə cavab verən nəticədən asılı olaraq, habelə kredit təşkilatının maliyyə-iqtisadi vəziyyətinin etibarlı olduğunu təhlil etdikdən sonra kredit təşkilatlarının reyestrə salınması haqqında qərar qəbul edir. Bu barədə ərizəçiyə Qaydaların 3 ¹-li əlavəsində göstərilən forma üzrə cavab verilir. Həmin sənəd kredit təşkilatına reyestrə salınmaq üçün müəyyən edilmiş yığımın ödənilməsi üçün əsas verir.

4.2. Kredit təşkilatının təqdim etdiyi məlumatlar yarımçıq və ya yanlış olduğu hallarda, habelə mövcud qanunvericiliyin tələblərinə cavab vermədikdə, Dövlət Gömrük Komitəsi onu reyestrə salmaqdan imtina edir. Bu halda ərizəçiyə Qaydalara əlavə edilmiş 2 ¹-li forma üzrə məlumat verilir.

Kredit təşkilatının reyestrə salınması üçün təkrar müraciətinə imtina səbəbləri aradan qaldırıldıqdan sonra baxılır.

4.3. Kredit təşkilatının reyestrə salınması üçün alınan yığımın həcmi Respublika Nazirlər Kabineti tərəfindən müəyyən edilir və yığım ödəyicinin arzusu ilə Azərbaycan Respublikasının milli valyutası və ya xarici valyutaların Respublika Milli Bankının ödəniş gününə müəyyən etdiyi məzənnə ilə manatla ödənilir.

4.4. Kredit təşkilatları reyestrə salınma üçün müəyyən edilmiş yığımı ödədiyi aydan sonrakı ayın 1-də reyestrə salınır və gömrük ödənişlərinin ödənilməsinə zəmanət vermək hüququ əldə edir (Əlavə ¹ 4). Bu halda Dövlət Gömrük Komitəsi kredit təşkilatı tərəfindən veriləcək bir bank zəmanətinin maksimal həddini bankın likvid göstəriciləri pozulmamaq şərti ilə müəyyən edir. Həmin həddən yüksək məbləğdə bank zəmanəti olarsa, o gömrük orqanları tərəfindən yalnız Dövlət Gömrük Komitəsinin yazılı icazəsi ilə qəbul edilə bilər.

4.5. Gömrük ödənişinə bir bank zəmanətinin maksimal həddi Dövlət Gömrük Komitəsi tərəfindən aşağıdakı şərtlərə əsasən müəyyənləşdirilir:

a) əgər kredit təşkilatının yığılmış nizamnamə fondu Milli Bank tərəfindən kommersiya bankları üçün müəyyən edilmiş minimal nizamnamə fondu həddinin 6 mislindən çox olarsa, 500 min. ABŞ dollarına;

b) əgər kredit təşkilatının yığılmış nizamnamə fondu Milli Bank tərəfindən kommersiya bankları üçün müəyyən edilmiş minimal nizamnamə fondu həddinin 6 mislindən az və 3 mislindən çox olarsa, 250 min. ABŞ dollarına;

v) əgər kredit təşkilatının yığılmış nizamnamə fondu Milli Bank tərəfindən kommersiya bankları üçün müəyyən edilmiş minimal nizamnamə fondu həddinin 3 mislindən az olarsa, 50 min. ABŞ dollarına ekvivalent məbləğdə müəyyən edilir;

4.6. Dövlət Gömrük Komitəsi həmçinin kredit təşkilatlarının (filiallarla birlikdə) eyni zamanda verilən ümumi zəmanət öhdəliklərinin maksimal həddini də müəyyənləşdirir. Əgər kredit təşkilatının ödənilmiş nizamnamə fondu Milli Bank tərəfindən kommersiya bankları üçün müəyyənləşdirilmiş minimal nizamnamə fondu həddinin:

a) 6 mislindən çox olarsa, ümumi zəmanət öhdəliklərinin yekun maksimal həddi 2500 min. ABŞ dollarına;

b) 6 mislindən az və 3 mislindən çox olarsa, 1000 min. ABŞ dollarına;

v) 3 mislindən az olarsa, 250 min. ABŞ dollarına ekvivalent məbləğdə müəyyən edilir.

4.7. Kredit təşkilatlarına 1 il müddətinə reyestrə salınmaq imkanı verilir. Göstərilən müddət tamam olduqdan sonra kredit təşkilatlarının bu Qaydalara riayət etməklə yenidən reyestrə salınmaq üçün müraciət etmək hüququ vardır.

4.8. Zəmanətin şərtlərinə və bu Qaydaların tələblərinə riayət edilmədikdə kredit təşkilatları Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin qərarı ilə reyestrdən çıxarıla bilər. Kredit təşkilatları reyestrdən çıxarılarkən ödənilmiş yığım qaytarılmır.

5. Reyestrə salınmış kredit təşkilatlarının məsuliyyəti və vəzifələri

5.1. Dövlət Gömrük Komitəsi tərəfindən reyestrə salınmış kredit təşkilatları aşağıdakı tələbləri yerinə yetirməlidirlər:

a) gömrük orqanları qarşısında bank zəmanətinə əsasən gömrük ödənişinin vaxtında ödənilməsindən imtina edən və gömrük qanunvericiliyini pozan şəxsin əvəzinə həmin zəmanəti verən kredit təşkilatı gömrük orqanının təqdim etdiyi hesaba əsasən zəmanət məbləğini 10 gün müddətinə öz vəsaiti hesabına ödəməlidir;

b) verilmiş birdəfəlik zəmanət öhdəliklərinin ümumi məbləği Dövlət Gömrük Komitəsi tərəfindən kredit təşkilatı üçün müəyyənləşdirilmiş yekun maksimal həddindən artıq olmamalıdır;

v) kredit təşkilatının rekvizitlərinin dəyişməsi, ləğv edilməsi, yenidən təşkil olunması, habelə Milli Bankın verdiyi lisenziyanın ləğv olunması barədə Dövlət Gömrük Komitəsinə təxirə salınmadan məlumat verilməlidir;

q) hər rüb üzrə növbəti rübün ikinci ayının 1-dən gec olmayaraq kredit təşkilatı iqtisadi normativlərin yerinə yetirilməsi haqqında arayışı Dövlət Gömrük Komitəsinə təqdim etməlidir;

d) Milli Bankın müəyyənləşdirdiyi hesabat müddətindən 10 gün ərzində Dövlət Gömrük Komitəsinə kredit təşkilatının illik balansı təqdim edilməlidir;

e) zəmanət verilmiş gömrük ödənişlərinin müştərilər tərəfindən vaxtında ödənilməsinə kömək göstərməlidir;

j) gömrük ödənişlərinin ödənilməsinə dair öz zəmanətini pozduğu halda hər gecikdirilmiş günə mövcud qanunvericiliklə müəyyən edilmiş penya ödənilməlidir;

z) Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 122-ci maddəsinə müvafiq olaraq gömrük ödənişlərini ödəməkdən yayınma cəhdi edildikdə gömrük orqanının ödəyicinin faktiki ödənilmə anına qədər bütün hesabları üzrə əməliyyatların dayandırılması haqqında qərarı kredit təşkilatları tərəfindən icra edilməlidir.

6. Reyestrdə dəyişiklik və əlavələrin aparılması

6.1. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi:

  • reyestrə salınmış kredit təşkilatları üzrə onların məlumatlarına əsasən bank rekvizitləri (ünvan, müxbir və hesablaşma hesabları və s.) haqqında dəyişikliklər edə bilər;
  • kredit təşkilatlarını reyestrdən çıxara bilər (əgər baş bank reyestrdən çıxarılarsa, bu, filiallara da şamil edilir).

6.2. Kredit təşkilatını reyestrdən Dövlət Gömrük Komitəsi aşağıdakı hallarda çıxarır:

  • Milli Bank tərəfindən valyuta əməliyyatlarının aparılmasına verilmiş lisenziyanın geri alındığı, kredit təşkilatının ləğv və ya yenidən təşkil olunduğu hallarda;
  • bu Qaydaların 3 və 5-ci bəndlərinin tələblərinə əməl edilmədikdə.

6.3. Dövlət Gömrük Komitəsi kredit təşkilatını reyestrdən çıxardıqda onlara bu Qaydalara əlavə edilmiş 5 ¹-li forma üzrə məlumat verir.

6.4. Kredit təşkilatı reyestrdən çıxarıldıqda, gömrük orqanlarına həmin ana qədər təqdim edilmiş bank zəmanəti öz qüvvəsini itirmir, kredit təşkilatı verdiyi bank zəmanətinə görə ödənişin vaxtında icrasına görə məsuliyyət daşıyır.

6.5. Dövlət Gömrük Komitəsi kredit təşkilatını bu Qaydaların 5-ci bəndinin tələblərini pozmasına görə reyestrdən çıxardıqda, bu barədə Milli Banka məlumat verir.

6.6. Kredit təşkilatı bu Qaydaların 5-ci bəndinin tələblərini pozmağa görə reyestrdən çıxarıldıqdan 1 il sonra həmin nöqsanları aradan qaldırmaq şərti ilə bu Qaydaların tələblərinə uyğun olaraq yenidən reyestrə salına bilər.

6.7. Dövlət Gömrük Komitəsi kredit təşkilatlarının reyestri bu Qaydaların 6 ¹-li əlavəsinə uyğun olaraq aparır və müntəzəm olaraq (6 aydan az olmamaq şərti ilə) dərc edir.

6.8. Dövlət Gömrük Komitəsi hər ay kredit təşkilatlarının reyestrini onlara edilmiş dəyişikliklərlə birlikdə gömrük orqanlarına çatdırır.

7. Yekun müddəalar

7.1. Gömrük orqanları yalnız Dövlət Gömrük Komitəsində reyestrə salınmış kredit təşkilatının və ya filiallarının zəmanətini qəbul edir.

7.2. Gömrük orqanları kredit təşkilatından qəbul etdiyi bank zəmanəti üzrə öhdəliyin yerinə yetirilməsinə nəzarət edir, gömrük ödənişləri vaxtında ödənilmədikdə, təcili tədbirlər həyata keçirməklə vəsaitin ödənilməsini təmin edir.


«Azərbaycan Respublikası gömrük işini aparan icra hakimiyyəti orqanında
bankların və digər kredit təşkilatların reyestrə salınma haqqında müraciətlərinə
baxılması qaydaları»na
1 ¹-li Əlavə

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə

Ərizə

______________________________________________________________________________

(kredit təşkilatının adı)

Sizdən xahiş edir ki, onu reyestrə daxil edəsiniz.

Bank (kredit təşkilatı) verdiyi zəmanət öhdəliyinə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin tələblərini yerinə yetirməyi öz öhdəsinə götürür.

Kredit təşkilatlarının reyestrinə daxil edilmək üçün lazım olan sənədlər əlavə olunur.

Bank (kredit təşkilatı) Sizdən xahiş edir ki, kredit təşkilatlarının reyestrinə aşağıdakı filiallarını da daxil edəsiniz.

___________________________________________________________________

(bank rekvizitləri, ünvanı, adı)

___________________________________________________________________

(rəhbərin və baş mühasibin adı, familiyası)

Bank (kredit təşkilatı) filial və nümayəndəliklərin verdikləri bütün zəmanətlərə görə tam məsuliyyəti öz üzərinə götürür.

Əlavələr: ____________________________________________________________________

(əlavə edilmiş sənədləri göstərmək)

Bankın idarə heyətinin sədri

Baş mühasib

M.Y.

«Azərbaycan Respublikası gömrük
işini aparan icra hakimiyyəti orqanında bankların və digər kredit təşkilatların
reyestrə salınma haqqında müraciətlərinə baxılması qaydaları»na
2 ¹-li Əlavə

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi

___________________________________________________________________

(kredit təşkilatının adı)

___________________________________________________________________

(imtinanın səbəbi)

reyestrə daxil etməyi məqsədəmüvafiq hesab etmir.

Komissyanın sədri


«Azərbaycan Respublikası gömrük
işini aparan icra hakimiyyəti orqanında bankların və digər kredit təşkilatların
reyestrə salınma haqqında müraciətlərinə baxılması qaydaları»na
3 ¹-li Əlavə

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi

___________________________________________________________________

(kredit təşkilatının adı)

aşağıdakı filialları ilə ___________________________________________________

(filialların adı,

___________________________________________________________________

bank rekvizitləri, ünvanı)

___________________________________________________________________

birlikdə ______________________ manat yığım ödənildiyi halda reyestrə daxil edilməsini məqsədəmüvafiq hesab edir.

Komissiyanın sədri

«Azərbaycan Respublikası gömrük
işini aparan icra hakimiyyəti orqanında bankların və digər kredit təşkilatların
reyestrə salınma haqqında müraciətlərinə baxılması qaydaları»na
4 ¹-li Əlavə

Gömrük orqanları qarşısında zəmanətçi kimi çıxış etmək hüququnu verən «___» __________ 1997-ci il _______ ¹-li İcazə

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi

___________________________________________________________________

(kredit təşkilatının adı, identifikasiya kodu)

___________________________________________________________________

(kredit təşkilatının tam hüquqi ünvanı)

aşağıdakı filialları ilə birlikdə:

___________________________________________________________________

(filialın adı, ünvanı və

___________________________________________________________________

tam maliyyə rekvizitləri)

kredit təşkilatını reyestrə salmışdır.

___________________________________________________________________

(kredit təşkilatının adı)

«____» ________________ 199___il tarixdən gömrük orqanları qarşısında zəmanətçi hüququ verilir.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi

________________________

(imza)


«Azərbaycan Respublikası gömrük
işini aparan icra hakimiyyəti orqanında bankların və digər kredit təşkilatların reyestrə salınma haqqında müraciətlərinə baxılması qaydaları»na
5 ¹-li Əlavə

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi bildirir ki, ___________

__________________________________________________________________________

(kredit təşkilatının adı)

filialları ilə birlikdə __________________________________________________

(imtinanın səbəbi)

kredit təşkilatı üçün reyestrdən çıxarılmışdır.

Komissiyanın sədri

«Azərbaycan Respublikası gömrük
işini aparan icra hakimiyyəti orqanında bankların və digər kredit təşkilatların
reyestrə salınma haqqında müraciətlərinə baxılması qaydaları»na
6 ¹-li Əlavə

Kredit təşkilatının reyestri

Sıra ¹-si

Bankın adı (filiallar)

İdenti fikasiya kodu

Bankın hüquqi ünvanı

Bankın (filiallarının hüquqi ünvanı)

DGK reyestrə salınma icazəsinin ¹-si

Bir zəmanətin məbləğinin maksimal həddi

Eyni zamanda verilən zəmanətlərin məbləğlərin yekun maksimal həddi

1

2

3

4

5

6

7

8


«Azərbaycan Respublikası gömrük
işini aparan icra hakimiyyəti orqanında bankların və digər kredit təşkilatların
reyestrə salınma haqqında müraciətlərinə baxılması qaydaları»na
7 ¹-li Əlavə

_____________________ gömrük orqanının rəisi _____________________________

Zəmanət öhdəliyi ¹ _____
«__» _________ 199__ il

__________________________________________________________________________

(kredit təşkilatının tam adı identifikasiya kodu, ünvanı, fad, müxbir

__________________________________________________________________________

hes. ¹ valyuta əməl. aparmaq üçün MB lisenziyasının ¹, tel. və telefaks ¹¹)

bununla zəmanət verir ki, _________ ¹-li «____» ___________ 199__ il kontrakta

əsasən _______________________________________________ tərəfdən idxal (ixrac)

(müəssisənin adı)

olunmuş ____________________________________ məbləğdə mal üçün hesablanmış

(malın dəyəri yazı ilə)

__________________________________________________________________ məbləğdə

(gömrük ödənişinin məbləği yazı ilə)

gömrük ödənişini, ödəniş sənədinin təqdim edildiyi andan 3 gün müddətinə

__________________________________________________________________________

(gömrük orqanının hesabı olan bankın adı)

_____________ ¹-li hesabına köçürülməsini təmin edəcəkdir.

Zəmanət öhdəliyi ilə təmin olunmuş məbləğ müəssisə tərəfindən göstərilən müddətdə ödənilməzsə, onda Bank həmin vəsaiti öz hesabından ödəməyi öhdəsinə götürür.

Bu zəmanət məktubuna əsasən gömrük ödənişləri vaxtında ödənilmədikdə, Bank gömrük orqanlarına zəmanət öhdəliyində göstərilən məbləğlə yanaşı, hər gecikdirilmiş gün üçün mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada 0,3 % penya ödəyəcəyinə də zəmanət verir.

Bu zəmanət öhdəliyi malın gömrük rəsmiləşdirilməsindən keçdiyi andan gömrük ödənişlərinin ödənildiyi anadək qüvvədədir.

Bankın idarə heyətinin sədri

_____________________________________________

(adı, familiyası, imzası)

Baş mühasib

_____________________________________________

(adı, familiyası, imzası)

© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə “Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar” mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    © 2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb