Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   

«Qeydə alınmışdır»

Azərbaycan Respublikası
Ədliyyə Nazirliyində

Qeydiyyat ¹ 89
08 yanvar 1998-ci il.

Nazir əvəzi
S.Həsənova.

«Təsdiq edilmişdir»

Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi

Əmr ¹ 1106
25 dekabr 1997-ci il.

Komitənin sədri
K.Heydərov.

Azərbaycan Respublikasının ərazisinə gətirilən malların gömrük dəyərinin bəyan edilməsinin qayda və şərtləri haqqında Əsasnamə

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikası ərazisinə gətirilən malları bəyan edən şəxslərə (kommersiya məqsədi üçün nəzərdə tutulmayan malları idxal edən fiziki şəxslər istisna olmaqla) malların gömrük dəyərinin müəyyən edilməsi üçün bu Qaydaların tətbiqi məcburidir.

1.2. Bu qaydalar:

  • deklarantlar üçün — gətirilən malların gömrük dəyərinin müəyyən edilməsi və bəyan olunması zamanı;
  • gömrük orqanları üçün — gətirilən malların deklarantlar tərəfindən bəyan edilən gömrük dəyərinə nəzarət etmək üçün istifadə olunur.

1.3. Gömrük orqanlarında malların buraxılmasının əsassız olaraq gecikdirilməsinin qarşısını almaq üçün gömrük dəyərinə nəzarət prosesi qısa müddətdə həyata keçirilməlidir. Malın gömrük rəsmiləşdirilməsi müddətində deklarant tərəfindən bəyan edilmiş gömrük dəyərini təsdiq etmək mümkün olmadıqda, qüvvədə olan qanunvericiliyə müvafiq qaydada malın şərti olaraq buraxılmasına gömrük orqanı göstəriş verə bilər. Malın şərti olaraq buraxılması dedikdə, onun gömrük dəyərinin şərti olaraq müəyyən edilməklə buraxılması başa düşülür, yəni gömrük dəyərinin tam və dəqiq müəyyən edilməsi prosesi deklarant tərəfindən təqdim edilmiş məlumatlar əsasında müəyyən edilməklə başa çatır. Bu zaman şərti buraxılan mal üçün bəyan edilmiş gömrük rejimi əsas götürülür.

1.4. Respublikaya gətirilən malların gömrük dəyəri mövcud qanunvericilikdə nəzərdə tutulmuş (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 1998-ci il tarixli 7 ¹-li qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən çıxarılan malların gömrük qiymətləndirilməsi sisteminin tətbiqi qaydaları», 2-ci bənd) üsullarla:

I üsul — gətirilən malların sövdələşmə qiyməti ilə;

II üsul — eyni malların sövdələşmə qiyməti ilə;

III üsul — eynicinsli malların sövdələşmə qiyməti ilə;

IV üsul — dəyərin toplanması üsulu ilə;

V üsul — dəyərinin çıxılması üsulu ilə;

VI üsul — ehtiyat üsulu ilə deklarant tərəfindən bəyan edilir.

Gətirilən malın gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanı isə, seçilmiş metoda uyğun olaraq deklarant tərəfindən təqdim edilmiş sənədlər də daxil olmaqla gömrük dəyərinin düzgün müəyyən edilməsinə nəzarəti həyata keçirir.

1.5. Gətirilən malların gömrük dəyərinin bəyan edilməsi üçün «GDB–1» və «GDB–2» formada gömrük dəyəri bəyannaməsi tətbiq edilir (Əlavə ¹ 1).

1.6. «GDB–1» gətirilən malların gömrük dəyəri bu Əsasnamənin 1.4-cü bəndində nəzərdə tutulmuş I üsulla, «GDB–2» gətirilən malların gömrük dəyəri bu Əsasnamənin 1.4-cü bəndində nəzərdə tutulmuş 2—6-cı üsullarla müəyyən edildikdə tətbiq edilir.

2. Gətirilən malların gömrük dəyərinin bəyan edilməsi qaydaları

2.1. Azərbaycan Respublikasına gətirilən malların gömrük dəyəri müəyyən edilmiş qaydada deklarant tərəfindən GDB-nə uyğun olaraq bəyan edilir. Gətirilən mallar bəyan edilmiş gömrük dəyəri əsasında gömrük rüsumlarına və vergilərinə cəlb edilir. Bəyan edilən rejim üzrə gətirilən mal gömrük vergi və rüsumlarına cəlb olunmursa (gömrük rəsmiləşdirilməsi üçün rüsum istisna olmaqla), gömrük dəyəri YGB-si ilə bəyan edilir. Bəyan edilmiş gömrük dəyərinə gömrük orqanında əsaslandırılmış şübhə yarandıqda, deklarantdan gömrük dəyəri bəyannaməsini doldurmağı tələb edə bilər.

Gömrük dəyəri bəyannaməsi gömrük sənədi hesab olunur.

Deklarant gömrük dəyəri bəyannaməsində və gömrük dəyərini təsdiq edən sənədlərdə göstərilən bütün məlumatlara görə Azərbaycan Respublikasının müvafiq normativ-hüquqi aktlara uyğun olaraq məsuliyyət daşıyır.

2.2. Gömrük dəyəri bəyannaməsi yük gömrük bəyannaməsi və müvafiq gömrük orqanı tərəfindən gömrük məqsədi üçün tələb olunan digər sənədlərlə birlikdə təqdim olunur.

2.3. Deklarant (alıcı) malın gömrük dəyərinin müəyyən edilməsi haqqında gömrük orqanının qəbul etdiyi qərardan narazılıq edərsə, mövcud qanunçuluqla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Gömrük Məcəlləsinin XIII bölməsinə müvafiq olaraq şikayət etmək hüququna malikdir.

2.4. Deklarant gömrük dəyər üzrə bəyan edilmiş məlumatı təsdiq etmək üçün gömrük dəyəri haqqında bəyannamə ilə yanaşı aşağıdakı sənədləri təqdim etməlidir:

  • malı gətirən hüquqi və fiziki şəxsin təsis sənədləri;
  • müqavilə (kontrakt) və ona əlavə olunan razılaşma sənədləri (əgər onlar nəzərdə tutulmuşsa);
  • hesab-faktura (invoys) və bank-ödəniş sənədləri (əgər ödəniş aparılıbsa) və ya hesab-proformu, həmçinin malın dəyərini təsdiq edən başqa ödəniş və ya mühasibat sənədləri;
  • nəqliyyat və sığorta sənədləri (əgər göndəriş şərtində nəzərdə tutulubsa);
  • yükləmə-boşaltma üçün hesab və ya nəqliyyat xərci üzrə rəsmi təsdiq edilmiş kalkulyasiya (hesab-faktura nəqliyyat xərci daxil edilməyibsə);
  • göndərən tərəfdən gömrük bəyannaməsi (əgər varsa);
  • qablaşdırma vərəqələri;
  • idxalı müəyyən edilmiş qaydada lisenziya əsasında həyata keçirilən mallar üçün lisenziya;
  • malın mənşə ölkəsi haqqında sertifikat, keyfiyyət sertifikatı, təhlükəsizlik sertifikatı.

2.5. 2.4 yarımbəndində nəzərdə tutulan sənədlər gömrük dəyərini təsdiq etmək üçün kifayət etmədikdə gömrük orqanının tələbi üzrə deklarant zəruri olan əlavə məlumatları təqdim etməlidir. Gömrük orqanı tərəfindən əlavə məlumat kimi aşağıdakı sənədlər tələb oluna bilər:

  • sövdələşməyə aidiyyatı olan üçüncü şəxslə müqavilə (kontrakt);
  • satıcının xeyrinə üçüncü şəxslərin tədiyə üçün hesablaşma sənədi;
  • qiymətləndirilən malın sövdələşməsinə aidiyyatı olan komisyon, broker xidməti üçün hesablaşma sənədi;
  • mühasibat sənədləri;
  • lisenziya və ya müəlliflik sazişi;
  • ixrac (idxal) lisenziyası;
  • anbar qəbzləri;
  • malı daşımağa dair sifariş;
  • kataloqlar, spesifikasiya, firma-istehsalçının qiymət preyskurantı;
  • qiymətləndirilən mala firma-istehsalçının kalkulyasiyası;
  • gömrük dəyər bəyannaməsində bəyan olunan gömrük dəyərini təsdiq edəcək digər sənədlər.

2.6. Malın gömrük dəyərini qiymətləndirmək və deklarant tərəfindən bəyan edilmiş gömrük dəyərini yoxlamaq üçün istər deklarant tərəfindən təqdim olunan, istərsə də gömrük orqanında olan məlumatdan istifadə oluna bilər.

Məlumat inandırıcı və tam olmaqla bəyan edilmiş gömrük dəyərinin təsdiqini təmin etməlidir.

2.6.1. Deklarant əvvəllər gətirilən eyni adlı və ya eynicinsli malların gömrük dəyəri, ya da onların daxili bazarda qiyməti, istehsalçının gömrük orqanlarında olmayan kalkulyasiyası və preyskurantı haqqında məlumat əldə edə bilər. Belə məlumatdan müvafiq təsdiqedici sənədlər təqdim edildiyi halda istifadə oluna bilər (məsələn, eyni adlı və eyni cinsli malların sövdələşməsinə aid olan kommersiya, gömrük və ödəniş sənədləri).

2.6.2. Malın gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanı deklarantda olmayan məlumatlara malik ola bilər. Belə məlumatlara xarici ticarət dövriyyəsində olan malların məlumat qiyməti, habelə əvvəllər gömrük rəsmiləşdirilməsindən keçən eyni adlı və ya eyni cinsli mallar haqqında məlumatlar daxil edilir. Deklaranta gömrük orqanında orta kontrakt qiyməti, məxfilik saxlanılmaqla ayrı-ayrı sövdələşmə üzrə gömrük dəyəri haqqında məlumat təqdim oluna bilər.

2.7. Deklarant gömrük dəyəri bəyannaməsinin (GDB-1 və ya GDB-2) bütün qrafalarını Təlimata uyğun olaraq sərbəst doldurur (gömrük qeydiyyatı üçün nəzərdə tutulan qrafadan başqa).

2.8. Deklarant tərəfindən gömrük dəyəri bəyannaməsi düzgün doldurulduğu, gömrük dəyərinin müəyyən edilməsi üsulu düzgün seçilib tətbiq olunduğu, bəyan edilən məlumatlar tələb olunan sənədlərlə təsdiq olunduğu hallarda GDB-nin bütün vərəqlərində «Gömrük qeydiyyatı üçün» qrafasında «Gömrük dəyəri qəbul edildi» qeydiyyatı aparılır və GDB-ni yoxlayan vəzifəli şəxsin imzası və şəxsi nömrəli möhürü ilə təsdiq edilir.

2.9. GDB-ni sənədləşdirən və onun düzgünlüyünü yoxlayan gömrük orqanının vəzifəli şəxsinin öz şəxsi təşəbbüsü, deklarantın tapşırığı və ya xahişi ilə deklarant tərəfindən doldurulan gömrük dəyəri qrafalarında hər hansı bir məlumatda dəyişiklik etmək, bu qrafalara əlavələr etmək hüququ yoxdur.

Sənədlər gömrük rəsmiləşdirilməsinə qəbul edildikdən sonra deklarant tərəfindən bəyan edilən gömrük dəyərində gömrük orqanı tərəfindən edilən bütün düzəlişlərə malların gömrük qiymətləndirilməsi kimi baxılır və deklarant tərəfindən müəyyən edilmiş qaydada şikayət verilə bilər.

Deklarant tərəfindən aparılan hesablamaya gömrük orqanının vəzifəli şəxsi tərəfindən düzəliş aparmaq zərurəti yarandıqda onda GDB-nin «gömrük qeydiyyatı üçün» və ya blankın əks üzündə «Gömrük qeydiyyatı» başlığı altında qeydiyyat aparılır.

Gömrük orqanının vəzifəli şəxsinin apardığı bütün qeydiyyatlar onun imzası və şəxsi nömrəli möhürü ilə təsdiq edilməklə tarix göstərilir.

Gömrük orqanının hesablamasına uyğun olaraq deklarant GDB-nin müvafiq qrafasında dəyişiklik edir, onu imza və möhürlə təsdiq etməklə tarixi qeyd edilir.

GDB-də çoxsaylı düzəliş edildikdə köhnə blankda qeyd aparılmaqla yeni blank doldurula bilər. Hər iki blank gömrük orqanında saxlanılır. Gömrük orqanının aparıcı düzəlişə deklarant tərəfindən razılıq olduqda bəyannamənin «10b» qrafası ümumi qaydada doldurulur.

Gömrük dəyəri dəqiqləşdirildikdən sonra gömrük orqanının vəzifəli şəxsi YGB-də «Gömrük dəyəri dəqiqləşdirilmişdir» qeydiyyatını aparır. Deklarant və ya gömrük orqanının vəzifəli şəxsi tərəfindən gömrük dəyərinin dəqiqləşdirilməsinə dair GDB və YGB-nin ayrılmaz hissəsi hesab olunan forma-blank doldurulur.

Deklarant gömrük orqanının apardığı dəqiqləşmə ilə razı olmadıqda, GDB-də müvafiq düzəliş aparmaqdan və ya GDB-ni imzalamaqdan imtina edə bilər. Bu halda deklarant gömrük orqanından yazılı formada onların bəyan etdiyi gömrük dəyərinin qəbul edilməsinə dair izahat (aydınlıq gətirmək üçün) tələb edə bilər.

Deklarant tərəfindən gömrük orqanına gömrük dəyərinin qiymətləndirilməsi və ya gömrük orqanı tərəfindən qəbul edilmiş qərardan şikayət verməsi müəyyən edilmiş gömrük dəyərinə uyğun olaraq gömrük tədiyəsi ödəməkdən azad etmək hüququ vermir.

Deklarant tərəfindən bəyan edilmiş gömrük dəyəri dəqiqləşdirilənədək bəyan olunmuş mal haqqında mövcud gömrük qanunvericiliyə uyğun olaraq qərar qəbul edilir.

2.10. Gömrük rəsmiləşdirilməsi zamanı deklarantda bəyan edilmiş gömrük dəyərini təsdiq edən sənədlər, istifadə edilən məlumatları təsdiq edən dəlillər olmadıqda, həmçinin müqavilə şərtlərində malın satışı ilə əlaqədar olaraq qiymətlərə yenidən baxılmaqla son qiymətin müəyyən edilməsi halı olduqda gömrük orqanı, deklaranta maldan istifadə etmək haqqında qərarı ancaq gömrük tədiyələrini tam həcmdə ödədikdən sonra vermək hüququna malikdir.

Gömrük orqanı deklarantın yazılı ərizəsinə əsasən bəyan edilmiş mala mövcud qanunçuluqla müəyyən edilmiş qaydada əmlak girovu və ya müvəkkil bankın zəmanət məktubu əsasında möhlətdən istifadə etmək icazəsi verə bilər.

Əmlak girovunun dəyəri və ya bank zəmanəti məbləği gömrük dəyərinin gözlənilən düzəliş həddi zamanı yarana biləcək gömrük tədiyələrinin ödənişini təmin etməlidir. Gömrük rəsmiləşdirilməsi zamanı gömrük tədiyələrinin ödənişi həyata keçirildikdə halı olarsa, əmlak girovunun dəyəri və ya bank zəmanəti məbləği gömrük orqanı tərəfindən müəyyən edilmiş qaydada malın şərti müəyyən edilmiş gömrük dəyəri ilə deklarant tərəfindən bəyan edilmiş gömrük dəyəri arasındakı fərqə müvafiq olaraq müəyyənləşdirilir.

Misal:

İki komplekt avadanlıq gətirilir. Göndəriş şərti — «zavoddan» (EXW), idxal rüsumu dərəcəsi — 15%, ƏDV dərəcəsi — 20%. Satıcıya göndərilən mala görə hesab-fakturada göstərilən ödəniş məbləği — 10000 ABŞ dolları. Həmin günə valyuta kursu — 4200 manat. Onda deklarant tərəfindən bəyan edilən gömrük dəyəri 42000000 manat təşkil edir. Həmin gömrük dəyərinə görə idxal rüsumu 6300000 manat, ƏDV 966000 manat və cəmi ödəniş məbləği 15960000 həcmində hesablanmışdır.

Bu göndəriş şərtində (EXW) satıcıdan alıcıya göndərilən hesab-fakturada Sumqayıt gömrük sərhədinə qədər gətirmə xərci nəzərə alınmadığından, habelə deklarant tərəfindən malın gətirilmə xərcini müəyyən etmək üçün müvafiq sənədlər təqdim olunmadığından gömrük orqanı malın gətirilmə xərcini nəzərə almaqla gətirilən mala müvəqqəti (şərti) gömrük dəyəri müəyyən edir. Aparılmış qiymətləndirməyə müvafiq olaraq malın gömrük dəyəri 53000000 manat məbləğində müəyyən edilmişdir. Onda ödəniləcək gömrük rüsumu 7950000 manat, ƏDV 12190000 manat, tədiyələrin ümumi məbləği 20140000 manat təşkil edər.

Bu halda gömrük orqanı tərəfindən malın gətirilməsi xərclərini dəqiq müəyyən etmək üçün deklarantdan müvafiq sənədlər alınanadək mal 4180000 manat məbləğə (20.140.000—15960.000) bankın zəmanət məktubu (və ya əmlak girovu) əsasında buraxıla bilər.

Bu halda GDB-nin «Gömrük üçün qeyd» qrafasında gömrük orqanının vəzifəli şəxsi tərəfindən «Gömrük dəyəri dəqiqləşdirilir. Mal bankın «___»______________199___il _______ ¹-li zəmanət məktubu və ya əmlak girovu haqqında «___»______________199___il tarixli müqavilə əsasında buraxılmışdır. Malın qiymətləndirilməsini dəqiqləşdirmək üçün _________ gün möhlət müəyyən edilmiş qaydada təsdiq edilir».

YGB-nin «S» qrafasında anoloji qeyd aparılır:

a) Deklarant tərəfindən zəruri sənədlər gömrük orqanına təqdim edildikdən sonra gömrük dəyərinin son həddi haqqında qərar çıxarılır və müvafiq gömrük tədiyəsi üzrə yenidən hesablama aparılır.

b) Gömrük orqanı deklarantın yazılı müraciəti ilə bəyan olunmuş maldan gömrük orqanı tərəfindən müəyyən edilmiş qaydada zəruri tədiyə məbləğini gömrük orqanının depozit hesabına köçürdükdən sonra istifadə etmək hüququ verə bilər.

Bu halda GDB-nın «Gömrük üçün qeyd» qrafasında gömrük orqanının vəzifəli şəxsi tərəfindən «GD dəqiqləşdirilir. «___»______________199___il tarixə müvəqqəti GD _________ Dəqiqləşdirmə müddəti «___»______________199___il, müəyyən edilmiş qaydada təsdiq edilir».

Deklarant tərəfindən malın gömrük dəyərini dəqiqləşdirmək üçün zəruri olan sənədlər təqdim olunduqdan sonra gömrük dəyərində və müvafiq gömrük tədiyəsində yenidən hesablama aparılır, o cümlədən artıq tutulmuş məbləğ geri qaytarılır və ya ödənilməyən məbləğ tutulur.

Qeyd:

1. Malın gömrük dəyərinin dəqiqləşdirilməsi ilə əlaqədar aparılan bütün hesablaşmalar mal bəyan edilən günə mövcud olan qanunvericiliyə uyğun olaraq həyata keçirilir.

2. Deklarant yuxarıda göstərilən variantlardan istənilən biri ilə onun tərəfindən bəyan edilmiş gömrük dəyərini sənədlə təsdiq edə bilmirsə, onda gömrük orqanı gömrük dəyərini ardıcıllıqla qiymətləndirmənin digər metodu ilə müəyyən etmək hüququna malikdir.

3. Deklarant tərəfindən gömrük orqanına gömrük dəyərini müəyyən etmək (və ya təsdiq etmək), bəyan edilmiş rejimlə buraxılmasını sənədləşdirmək üçün zəruri əlavə məlumatların verilməsinə imtina edildikdə gömrük orqanı tərəfindən malın gömrük dəyəri ilə bağlı son qərar qəbul edilənədək mal müvəqqəti saxlanca verilir.

2.11. Malın gömrük dəyərinin müəyyən və bəyan edilməsi üzrə deklarantın («Gömrük tarifi haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsi ilə müəyyən edilmiş) hüquq və vəzifələri aşağıdakılardır:

1. Deklarant tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq kəmiyyəti təyin oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır.

2. Deklarant tərəfindən bəyan edilmiş malın gömrük dəyərini dəqiqləşdirmək zərurəti yarandıqda gömrük orqanına Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq əmlak girovu qoymaq və ya müvəkkil bankın təminatını almaq şərti ilə bəyan edilən malın istifadə üçün ona verilməsi barədə müraciət edə bilər, yaxud keçirilən mal üçün Azərbaycan Respublikası gömrük orqanı tərəfindən gömrük qiymətləndirilməsinə uyğun olaraq gömrük rüsumları ödəməlidir.

3. Bəyan edilmiş gömrük dəyərinin dəqiqləşdirilməsi və ya Azərbaycan Respublikasının gömrük orqanına əlavə məlumatların təqdim edilməsi ilə bağlı xərclər deklarant tərəfindən ödənilməlidir.


Əlavə 1

Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi

Gömrük Dəyər Bəyannaməsi

Forma GDB-1
1-ci üsul

1. Satıcı

Gömrük qeydləri üçün

2(a). Alıcı

2(b). Deklarant

Diqqət! Deklarant Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq, formada göstərilən bütün məlumatlara və

3. Malgöndərmə şərtləri

gömrük dəyərinin təsdiqi üçün təqdim etdiyi sənədlərə görə məsuliyyət daşıyır.

4. Hesab-fakturanın tarixi və nömrəsi

Deklarant gömrük orqanına zəruri əlavə məlumatları təqdim etməyə borcludur.

5. Kontraktın tarixi və nömrəsi

6. Gömrük orqanının 7—9 bəndlərinə aid əvvəllər qəbul etdiyi qərarların nömrə və tarixi

 

lazım olanı «x» işarəsi ilə qeyd etməli

7(a). Satıcı və alıcı arasında qarşılıqlı asılılıq varmı?*

[]

[]Yox

7(b). Satıcı və alıcı arasındakı qarşılıqlı əlaqə idxal olunan malın qiymətinə təsir etmişdirmi?

[]

[]Yox

8(a). Aşağıdakılar istisna olmaqla, alıcı üçün maldan istifadə olunmasına məhdudiyyətlər varmı?

[]

[]Yox

  • Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş məhdudiyyətlər;
  • malların təkrar satıla biləcəyi coğrafi bölgənin məhdudiyyətləri;
  • malın qiymətinə əhəmiyyətli dərəcədə təsir etməyən məhdudiyyətlər.

8(b). Sövdələşmə qiymətinə münasibətdə təsiri nəzərə alına bilinməyən hər hansı bir şərt varmı?

[]

[]Yox

Əgər «Hə» olsa, təfərrüatı ilə göstərin.

Əgər şərt miqdarca müəyyənləşdirilə bilərsə, onda 11(b) qrafasını doldurun.

9. Satıcının birbaşa və ya dolayı yolla ödədiyi lisenziya və ya digər ödənişlər nəzərdə tutulubmu?

[]

[]Yox

Əgər «Hə» olsa, onda təfərrüatını göstərin _______________________.

Əgər «9» bəndinə «Hə» cavabı verilibsə, onda 15-ci bənddə müvafiq məbləği göstərin.

10(a) GDB–1-ə qoşulan əlavə vərəqlərin sayı

10(b)

Yer: _________________________

Tarix: _________________________

Bəyannaməyə məsul şəxsin imzası

*) Aşağıdakı hallarda şəxslər, qarşılıqlı asılı sayılırlar:

  • sövdələşmə iştirakçılarından biri və ya onun vəzifəli şəxsi eyni zamanda digər sövdələşmə iştirakçısının da vəzifəli şəxsidirsə;
  • sövdələşmə iştirakçıları şərikdirlərsə;
  • sövdələşmə iştirakçıları əmək əlaqələri ilə bağlıdırlarsa;
  • sövdələşmə iştirakçılarından biri digərinin nizamnamə kapitalının 5%-dən azını təşkil etməyən və səs hüququ verən səhmlərinin sahibidirsə;
  • hər iki iştirakçı üçüncü şəxsin bilavasitə və ya dolayı nəzarəti altındadırsa;
  • sövdələşmə iştirakçıları birlikdə üçüncü şəxsə bilavasitə və ya dolayı nəzarət edirlərsə;
  • sövdələşmə iştirakçılarından biri o biri iştirakçının bilavasitə və ya dolayı nəzarəti altındadırsa;
  • sövdələşmə iştirakçıları və ya onların vəzifəli şəxsləri yaxın qohumdurlarsa.

  • Forma GDB-1 Vərəq ________

    Gömrük qeydləri üçün

    Malın nömrəsi

    Malın nömrəsi

    Malın nömrəsi

    A. Hesablama üçün əsas

    11(a). Kontraktın valyuta ilə sövdələşmə qiyməti (satıcıya faktiki ödənilmiş və ya ödənilməli olan qiymət) ______________      
    Sövdələşmənin qiyməti, manatla _______ ______________________________________      
    (Çevirmə kursu _______________________)      
    11(b). Dolayı ödəmələr, manatla (bax: 8(b) _____________________________________)      
    12. «A» üzrə yekun, manatla      

    B. Sövdələşmə qiymətinə əlavə hesablanan məbləğlər, manatla.

    («A» bölməsinə daxil edilmir və gömrük dəyərinə daxil edilir)

    13. Xərclər:      

    a) komisyon və digər vasitəçilik xidmətləri üçün (tədarük komisyonundan başqa);

         

    b) konteynerlər və qablaşdırma üçün

         

    14. İdxal olunan malların istehsalında və xaricə satışında istifadə etmək üçün alıcının pulsuz və ya aşağı qiymətlərlə verdiyi malların və xidmətlərin dəyəri (uyğun olaraq qruplar üzrə):

         

    a) xammal, materiallar, detallar, yarımfabrikatlar və digər dəstləşdirici məmulatlar ____________ _____________________________________;

         

    b) alətlər və s. bu kimi avadanlıq;

         

    v) yardımçı materiallar ______________;

         

    q) Azərbaycan Respublikasından kənarda yerinə yetirilmiş mühəndis və təcrübə-konstruktor işləri və cizgilər _____________________________________

         

    15. Lisenziyalaşdırılmış və digər ödənişlər (bax: 9 bənd)

         

    16. ______________________________qədər

    (malın gətirilmə yerini göstərməli)

    gətirmə xərci, o cümlədən:

         

    a) nəqliyyat;

         

    b) yükləmə, boşaltma, emal, anbarayığma;

         

    v) sığortalama.

         

    17. «B» üzrə yekun:

         

    V. «A» bölməsinə

    Daxil edilmiş hesabdan silinən məbləğ, manat

    18.

         

    19.

         

    20.

         

    21 Malların idxalı və satışı zamanı ödənilən gömrük rüsumları və vergiləri _____________________________________

         

    22. «V» üzrə yekun:

         

    23. Bildirilmiş gömrük dəyəri:

         

    a) manatla

         

    b) kontraktın valyutası ilə

         

    Q. *) Məbləğ xarici valyuta ilə ödənilmiş olduğu halda, bu bölmədə, xarici valyutada məbləği və hər bir mala və dəyər elementinə münasibətdə çevirmə kursunu göstərin.

    «B» və «V» bölmələrində mövqenin nömrəsi

    Məbləğ

    Çevirmə kursu


    Azərbaycan Respublikası
    Dövlət Gömrük Komitəsi

       
     

    Gömrük Dəyər Bəyannaməsi

    Forma GDB-2
    2, 3, 4, 5, 6 üsul

    1. Satıcı

    Gömrük qeydləri üçün

    2(a). Alıcı

     

    2(b). Deklarant

     
    Diqqət! Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq, deklarant formada göstərilən bütün məlumatlara və gömrük dəyərinin

    3. Malgöndərmə şərtləri

    təsdiqi üçün təqdim etdiyi sənədlərə görə məsuliyyət daşıyır. Deklarant gömrük təşkilatına zəruri əlavə məlumatları təqdim etməyə borcludur. 4. Hesab-fakturanın və ya malın göndərilməsi üçün əsas olan başqa sənədin nömrəsi və tarixi

    5. Gömrük təşkilatının qərarının nömrəsi və tarixi

     
     

    Lazım olanı «x» işarəsi ilə qeyd etməli

    6. Qiymətləndirilən malların gömrük dəyəri müəyyən olunur:

     

    a) eyni malların sövdələşmə qiymətinə əsasən (üsul 2)

    []

    b) eynicinsli malların sövdələşmə qiymətinə əsasən (üsul 3)

    []

    v) dəyərin toplanması üsulu ilə (üsul 4)

    []

    q) dəyərin çıxılması yolu ilə (metod 5)

    []

    d) ehtiyat üsulu ilə (üsul 6)

    []

    7. Qiymətləndirmə metodunun seçilməsini əsaslandıran (əvvəlki üsulların niyə tətbiq edilmədiyini göstərməklə)

    8. Gömrük dəyərinin əsaslandırılması üçün istifadə edilmiş informasiya mənbələrini göstərin:  

    9. Bəyannaməni imzalayaraq, verilən məlumatların tamlığını və doğruluğunu təsdiq edirəm

    10b. Bəyannaməni imzalayan şəxsin vəzifəsi

     

    _______________________________________

    (Soyadı, adı, atasının adı)

     

    _______________________________________

    İmza ________ Tarix ___________199__ il

    Telefon

    Gömrük qeydləri üçün

    Vərəq_______

    Forma GDB-2

    A. Hesablamalar üçün əsas; gömrüyün müvafiq qərarının nömrə və tarixi, ¹_________

    11a. Eyni cür (oxşar) mallar üzrə sövdələşmə qiyməti
    a) kontraktın valyutası ilə;
    b) manatla __________________________ (2, 3, 6-cı üsullar üçün)
    11b. Azərbaycanın ərazisində alıcıya (satıcı ilə bağlı olmayan) idxal olunan, oxşar və ya eyni cür malların ən böyük partiya ilə satılmış olduğu mal vahidinin qiyməti, manatla (4, 6-cı üsullar üçün)
    11v. İdxal olunan malların dəyərlərinin tərkib elementlərinin toplanması yolu ilə hesablanmış dəyəri, manatla ____________________ ________________ (5, 6-cı üsullar üçün)

    B. Qiymətə edilən təshih (+,–) (manatla)

    12. Partiyanın miqdarına edilən təshih (+,–)
    13. Kommersiya şərtinə edilən təshih (+,–)
    14. Təshih məbləğinin yekunu (+,–) manatla
    15. Təshihlər nəzərə alınmaqla sövdələşmə qiyməti (dəyər) (11a±14)

    V. Əlavə hesablamalar (+) və çıxılmalar (–) manatla

    16. Nəqliyyatın dəyəri (+)______________
    17. Yükləmə, boşaltma, emal və anbara yığmanın dəyəri (+)
    18. Sığortalamanın dəyəri (+)
    19. İdxalla əlaqədar komisyon və s. vasitəçilik xərcləri (+)
    20. Daxili bazarda satışla əlaqədar mənfəət, komisyon və ticarət qiymət əlavələri (–)
    21. İdxal olunmuş malların əlavə işlənməsi və emalının dəyəri (–)
    22. Gömrük rüsumları, vergiləri və s. daxili vergilər (–)
    23. Daxili bazarda satışla əlaqədar digər xərclər və ödənişlər (–)
    24. «V»-nin yekun _____________________

    elan edilmiş gömrük dəyəri (15+24)

    25. manatla __________________________
    26. başqa valyuta ilə ________________      

    © AzerSoft

    Rəsmi məlumatlar Arxiv    
    06.10.2007
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə “Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar” mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

    Daha ətraflı
    06.10.2007
    Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
    Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
    Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
    Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
    Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

    Daha ətraflı
    06.10.2007
    MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
    Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
    Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

    Daha ətraflı
        © 2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb