Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   

Azərbaycan Respublikasının Nazirlər Kabineti

Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Azərbaycan Respublikasının gömrük buraxılış məntəqələrindən fiziki şəxslər tərəfindən istehsalat və ya kommersiya fəaliyyəti üçün nəzərdə tutulmayan malların keçirilməsinin qaydaları haqqında» 1995-ci il 19 avqust tarixli 184 nömrəli qərarına dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 27 mart tarixli 33 nömrəli qərarına dəyişiklik edilməsi haqqında

Qərar ¹ 48

Bakı şəhəri, 17 may 1997-ci il

Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 19 avqust tarixli 184 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının gömrük buraxılış məntəqələrindən fiziki şəxslər tərəfindən istehsalat və ya kommersiya fəaliyyəti üçün nəzərdə tutulmayan malların keçirilməsinin qaydaları haqqında» qərarına dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 27 mart tarixli 33 nömrəli qərarının 1-ci bəndində «500 ABŞ dolları» sözləri «200 ABŞ dolları» sözləri ilə əvəz edilsin.

2. Müəyyən edilsin ki, bu qərar 1997-ci il iyulun 1-dən qüvvəyə minir və bu tarixdən etibarən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 12 dekabr tarixli 173 nömrəli qərarı qüvvəsini itirir.

Azərbaycan Respublikasının Baş naziri

A. RASİ-ZADƏ

21 iyul 1997-ci il tarixli, 81 nömrəli qərara əsasən qüvvədən düşmüşdür («AzerSoft»).


© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
27.12.2008
Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir
Dekabrın 25-də Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb