Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   
Azərbaycan Respublikasının Nazirlər Kabineti

Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında

Qərar ¹ 91

Bakı şəhəri, 22 aprel 1998-ci il

Azərbaycan Respublikasının «Gömrük Məcəlləsi»nə və «Gömrük Tarifi haqqında» Qanununa uyğun olaraq gömrük tarifləri mexanizminin daha da təkmilləşdirilməsi yolu ilə xarici iqtisadi əlaqələrin səmərəliliyinin artırılması, sahibkarlıq fəaliyyətinin, ölkədə rəqabətədavamlı məhsulların istehsalının inkişafı üçün lazımi şəraitin yaradılması və daxili bazarın qorunması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin təqdim etdiyi və əlaqədar təşkilatlarla razılaşdırılmış «Gömrük rəsmiləşdirilməsi»nə görə alınan gömrük yığımlarının miqdarı təsdiq edilsin.

2. Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin əmtəə nomenklaturası malların beynəlxalq təcrübədə qəbul olunmuş təsnifat sisteminə uyğun olaraq aparılsın.

3. Müəyyən edilsin ki, ixrac olunan mallar, onların növlərindən asılı olmayaraq gömrük ixrac rüsumuna cəlb olunmur.

4. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının «Gömrük Tarifi haqqında» Qanununun 33-cü maddəsinə uyğun olaraq aşağıdakılar gömrük idxal rüsumuna cəlb olunmur:

4.1. birgə müəssisənin nizamnamə fonduna xarici investorun əmanəti kimi və ya tamamilə xarici investora məxsus olan müəssisənin yaradılması üçün gətirilən əmlak;

4.2. xarici investisiya qoyulmuş müəssisələrin əcnəbi işçilərinin yalnız öz ehtiyacları üçün Azərbaycan Respublikasına gətirdikləri əmlak (respublikaya qoyulmuş investisiyanın dəyəri və miqdarı, habelə iş görənin arayışı gömrük orqanlarına təqdim olunmaqla);

4.3. Beynəlxalq təşkilatların, xarici dövlətlərin hökumətlərinin, habelə dövlətlərarası və hökumətlərarası sazişlərə əsasən xarici hüquqi və fiziki şəxslərin ayırdıqları əvəzsiz maliyyə və texniki yardımları, qrantlar, kreditlər və borclar, həmçinin bu kreditlər və borclar hesabına həyata keçirilən layihələrdə Azərbaycan tərəfinin payı hesabına idxal olunan mallar;

4.4. təmənnasız paylanılması üçün humanitar yardım kimi fiziki şəxslər tərəfindən gətirilən mallar;

4.5. fövqəladə halların qarşısının alınması və bu halların nəticələrinin aradan qaldırılması məqsədilə maddi-texniki təchizat sisteminin yaradılması, seysmik-müşahidə məntəqələrinin və qəza-xilasetmə dəstələrinin yerləşdiriləcəyi bazaların təşkili və onların fəaliyyəti üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Üzrə Dövlət Komissiyasının təsdiqedici sənədi əsasında idxal olunan xüsusi texniki vasitələr, avadanlıqlar, cihazlar, alətlər, komplektləşdirici məmulatlar, ehtiyat hissələri, ləvazimatlar və materiallar.

4.6. Azərbaycan Respublikasına, o cümlədən onu təmsil edən hüquqi şəxslərə neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında və bu qəbildən olan digər sazişlərə uyğun olaraq verilməsi nəzərdə tutulan əsas fondların, daşınan əmlakın və digər aktivlərin Azərbaycan Respublikası Dövlət Neft Fonduna hər hansı şəkildə təqdim edilməsi üzrə əməliyyatlar.

4.7. Azərbaycan Respublikası vətəndaşlarının pasportları və şəxsiyyət vəsiqələri blankları, onların fərdiləşdirilməsi, «Giriş-Çıxış» avtomatlaşdırılmış məlumat-axtarış sisteminin yaradılması və tətbiqi, əl-barmaq izlərinin müəyyən edilməsi üçün gətirilən avadanlıqlar, məmulatlar, ləvazimatlar və materiallar.

4.8. lizinq müqaviləsinin obyekti olan qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid, idxal gömrük rüsumundan azad olunan daşınar əşyaların xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturu üzrə siyahısı təsdiq edilsin (əlavə olunur).

5. Müəyyən edilsin ki, mənşə ölkəsindən asılı olmayaraq bu qərarın «Azərbaycan Respublikası ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri» barədə əlavəsində göstərilən mallara idxal gömrük rüsumu onların Xarici İqtisadi Fəaliyyətin Əmtəə Nomenklaturasına uyğun kodlar üzrə müvafiq dərəcələrlə, həmin əlavədə göstərilməyən digər mallara isə gömrük dəyərinin 15 faizi həcmində gömrük idxal rüsumu tətbiq olunur.

6. Müəyyən edilsin ki, dövlətlərin, hökumətlərin və beynəlxalq təşkilatların, hüquqi və fiziki şəxslərin xətti ilə təmənnasız paylanılması üçün humanitar yardım kimi gətirilən malların gömrük rəsmiləşdirilməsində, həmin malları gətirən humanitar təşkilatlar Azərbaycan Respublikası ərazisində mövcud qaydada qeydiyyatdan keçməsi barədə sənədi, digər hüquqi və fiziki şəxslər isə Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının razılığını gömrük orqanlarına təqdim etməlidirlər.

7. Azərbaycan Respublikasının xarici dövlətlərlə azad ticarət və kooperasiya haqqında sazişlərində malların idxalına gömrük idxal rüsumunun qarşılıqlı surətdə tətbiq edilməməsi nəzərdə tutulduqda, idxal olunan mallara gömrük idxal rüsumu tətbiq edilmir.

8. Müəyyən edilsin ki, bu Qərarın 4.1; 4.2; 4.3 və 4.4 yarımbəndlərində göstərilən malların sərbəst tədavülə buraxılması üçün, həmin mallar yenidən bəyan olunmalı və gömrük idxal rüsumları ödənilməlidir. Əks təqdirdə, malları satanlara qarşı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülür.

Bu bəndin icrasına nəzarət Dövlət Gömrük Komitəsi, Ticarət Nazirliyi və Baş Dövlət Vergi Müfəttişliyi, büdcə təşkilatları üzrə isə Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir.

9. İdxal əməliyyatları üzrə alınan gömrük rüsumlarının dövlət büdcəsinə tam həcmdə və vaxtında köçürülməsi Dövlət Gömrük Komitəsi və müvəkkil banklar tərəfindən təmin edilsin.

10. Dövlət Gömrük Komitəsi bu Qərarın icrası ilə əlaqədar müvafiq təlimatlar hazırlasın, Maliyyə Nazirliyi ilə razılaşdıraraq mövcud qaydada təsdiq etsin və zəruri tədbirlər həyata keçirsin.

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 16 iyun tarixli 62 nömrəli qərarı, həmin qərarın 9-cu bəndi istisna olmaqla və 1997-ci il 15 iyul tarixli 79 nömrəli qərarı, «Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 1998-ci il 5 avqust tarixli 167 nömrəli qərarının 1-ci bəndinin 5-ci və 6-cı abzasları və «Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 1998-ci il 30 oktyabr tarixli 218 nömrəli qərarının 1-ci bəndinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarına aid olan hissələri qüvvəsini itirmiş hesab edilsin.

12. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

A.RASİ-ZADƏ


Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli
91 nömrəli qərarı ilə təsdiq edilmişdir.

Gömrük rəsmiləşdirilməsinə görə alınan gömrük yığımlarının miqdarı

1. Mal qəsmində Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən nəqliyyat vasitələri də daxil olmaqla malların, o cümlədən müşayiət olunmayan baqajda, beynəlxalq poçt göndərişlərində keçirilən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların və yüklərin, həmçinin nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinə görə gömrük dəyərinin 0,15 faizi miqdarında (10 ABŞ dollarından az olmayaraq), Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə xarici neft şirkətləri arasında hasilatın pay bölgüsü haqqında sazişlərə əsasən Azərbaycan Respublikasının payına düşən mənfəət karbohidrogenlərinin neft kəməri vasitəsilə ixracı üzrə isə hər bir yük gömrük bəyənnaməsi üçün ixrac olunan malın dəyərindən asılı olmayaraq 275 ABŞ dolları miqdarında Azərbaycan Respublikasının Milli Bankı tərəfindən müəyyən edilən məzənnəyə görə manatla gömrük yığımları alınır.

2. Azərbaycan Respublikasının gömrük sərhədindən qrant haqqında müqaviləyə (qərara) əsasən qrant kimi alınan maddi yardım, humanitar və texniki yardım məqsədi ilə, habelə Azərbaycan Respublikasının ərazisində yerləşən diplomatik nümayəndəliklərin rəsmi və onların heyət üzvlərinin şəxsi istifadəsi üçün keçirilən mallar və nəqliyyat vasitələri, elektrik enerjisinin qarşılıqlı ötürülməsi üzrə gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları alınmır.

3. Gömrük Yük Bəyannaməsinin hər bir əlavə vərəqi üçün sövdələşmə xarakterindən asılı olmayaraq 5 ABŞ dolları məbləğində Azərbaycan Respublikasının Milli Bankı tərəfindən müəyyən edilən məzənnəyə görə manatla ödənc alınır.

4. Azərbaycan Respublikasının gömrük sərhədindən tranzit gömrük rejimi altında keçirilən malların gömrük rəsmiləşdirilməsinə 30 ABŞ dolları, hər əlavə Tranzit Yük Bəyannamələri üçün 10 ABŞ dolları miqdarında Azərbaycan Respublikasının Milli Bankı tərəfindən müəyyən edilən məzənnəyə görə manatla gömrük yığımları alınır.

5. Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən (o cümlədən müvəqqəti gətirilən) nəqliyyat vasitələrinin qeydə alınması üçün vəsiqə verilməsinə görə:

  • yük və minik avtomobilləri, mikroavtobus və avtobuslar üçün — 20 ABŞ dolları;
  • digər nəqliyyat vasitələri üçün 15 ABŞ dolları məbləğində Azərbaycan Respublikasının Milli Bankı tərəfindən müəyyən edilən məzənnəyə uyğun olaraq manatla ödənc alınır.

6. Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikası gömrük orqanlarının iş vaxtından kənar vaxtda və müəyyən edilmiş yerdən kənarda rəsmiləşdirilməsinə görə gömrük yığımları ikiqat miqdarda alınır.


Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli
91 nömrəli qərarına 1 nömrəli əlavə.

Azərbaycan Respublikasının ərazisinə gətirilən və gömrük idxal rüsumuna cəlb olunmayan malların siyahısı

Xarici iqtisadi fəaliyyət üzrə malların nomenklaturasına uyğun mal qrupları

Xarici iqtisadi fəaliyyət üzrə malların nomenklaturasına uyğun mal qruplarının adı və malların kodları

Qrup 25

Duz, kükürd, torpaq və daş, əhəng və sement-mal qruplarından yalnız 250100310; 250100510; 2502; 2503; 2504; 2505; 2506; 2507; 250830; 2509; 2510; 2511; 251311; 251690910; 2518; 251990900; 2521; 2524; 2527; 2528; 252910; 253010 mal mövqeləri

Qrup 26

Filizlər, şlaklar və küllər

Qrup 27

Mineral yanacaq, neft və neft emalının məhsulları — mal qrupundan yalnız 270111; 270112; 270710900; 270720900; 2708; 271000210; 271000910; 271000990; 271210100; 271220; 2716 mal mövqeləri

Qrup 28

Qeyri-üzvi kimya məhsulları

Qrup 29

Üzvi kimya birləşmələri

Qrup 30

Əczaçılıq məhsulları

Qrup 34

Sabun, səthi-aktiv üzvi maddələr, yuyucu maddələr, sürtkü materialları, sün`i hazır mumlar, şam və bənzəri məmulat, yapma pastaları, plastilin, diş həkimi üçün əsası gips olan birləşmələr — mal qrupundan yalnız 340211; 340213; 340490900; 340590100 mal mövqeləri

Qrup 35

Zülali maddələr, nişasta, yapışqanlar, mayalar (fermentlər) mal qrupundan yalnız 350520100—350520900; 350699 mal mövqeləri

Qrup 36

Partlayıcı maddələr, pirotexnik məmulatları, kibrit, pirofer xəlitələr, bəzi alışqan maddələr mal qrupundakı 3604; 3605 mal mövqelərindən başqa

Qrup 37

Foto və kino malları qrupundan yalnız 370210000 (rentgen aparatları üçün plyonka) mal mövqeyi

Qrup 38

Başqa kimyəvi məhsullar — mal qrupundakı 3805; 3819; 3820 mal mövqelərindən başqa

Qrup 39

Plastik kütlələr və onlardan hazırlanmış məmulatlar —mal qrupundan yalnız 390110100; 390110900; 390120000; 390210; 3903; 390410000; 390511; 390710; 390720; 390730000; 390740; 390810; 390940; 391110; 391220190; 391520; 391732350; 392010900; 392030000; 392113; 392119900; 392350100 mal mövqeləri

Qrup 40

Kauçuk və rezin məmulatı — mal qrupundan yalnız 400122000; 400129; 400211000; 400220; 400821900; 4010; 401130100; 401700110 mal mövqeləri

Qrup 44

Oduncaq və oduncaq məmulatı, ağac kömürü — mal qrupundan yalnız 4406 mal mövqeyi

Qrup 45

Mantar (tıxac) və ondan məmulatlar — mal qrupundan yalnız 450310000 mal mövqeyi

Qrup 47

Oduncaqdan və ya bitki mənşəli başqa lifli materiallardan kağız kütləsi, kağız və karton tullantıları və makulatura mal qrupundakı 4707 mal mövqeyindən başqa

Qrup 49

Nəşr olunmuş kitab, qəzet, reproduksiya və poliqrafiya sənayesinin digər məmulatları, əlyazmalar, makinada çap olunmuş mətnlər və planlar — mal qrupundan yalnız 4901; 4902; 4903; 4904; 4905 və 4906 mal mövqeləri

Qrup 51

Yun heyvanların nazik və qaba tükləri — mal qrupundan yalnız 510710100; 510720100 mal mövqeləri

Qrup 69

Odadavamlı kərpiclər, bloklar, lövhələr və analoji odadavamlı keramik materiallar — mal qrupundan yalnız 6902; 6903 mal mövqeləri

Qrup 70

Şüşə və şüşə məmulatı — mal qrupundan yalnız 7002; 7008; 7010; 701910100; 701910510 mal mövqeləri

Qrup 72

Qara metallar — mal qrupundan yalnız 7201 mal mövqeyi

Qrup 74

Mis və mis məmulatı mal qrupundakı 7412; 7417; 7418; 7419 mal mövqelərindən başqa

Qrup 75

Nikel və nikel məmulatı

Qrup 76

Alüminium və alüminium məmulatı — mal qrupundakı 7610; 7611; 7612; 7613; 7615; 7616 mal mövqelərindən başqa

Qrup 78

Qurğuşun və qurğuşun məmulatı

Qrup 79

Sink və sink məmulatı

Qrup 80

Qalay və qalay məmulatı

Qrup 81

Başqa adi metallar, metal keramika və onlardan hazırlanmış məmulatlar — mal qrupundakı yalnız 8101; 8102; 810890100 mal mövqeləri

Qrup 83

Qeyri-qiymətli metallardan digər mal mövqelərində göstərilməyən məmulatlar — mal qrupundan yalnız 8309 mal mövqeyi

Qrup 84

Nüvə reaktorları, qazanları, avadanlıq və mexaniki cihazları, onların hissələri — mal qrupundakı 841451900; 841510000; 841581900; 841720; 841810900; 841821—841829000; 841830910; 841830990; 841840910; 841840990; 841850; 841891000; 841899900; 842211000; 842310100; 842381500; 8450; 845210; 8469; 8470; 847110; 847120100—847120600; 847191400—847191900; 847199; 8472; 8473; 8476 mal mövqelərindən başqa

Qrup 85

Elektrik maşınları və avadanlığı, onların hissələri — mal qrupundakı 850710910; 850810; 8509; 8510; 8511; 8512; 8513; 8516; 851710; 851720; 851781100; 851810—851840100; 851840910—851850100; 8519; 8520; 8521; 8522; 8523; 8524; 852510900; 852520900; 852719000; 852721; 852731; 852732; 852739; 8528; 852910200—852910900; 8539; 854411900; 854419; 854419900; 854430900; 854511—854519900; 854590 mal mövqelərindən başqa

Qrup 86

Dəmir yolu lokomotivləri və vaqonları, tramvay, onların hissələri və ləvazimatı, dəmir yolu və tramvay şəbəkəsi üçün yol qurğuları

Qrup 87

Yerüstü (dəmir yolu və tramvay vasitələrindən başqa) nəqliyyat vasitələri — mal qrupundakı 8702; 8703; 8711; 8712; 8714 mal mövqelərindən başqa

Qrup 88

Uçuş aparatları, kosmik aparatları, onların hissələri

Qrup 89

Gəmi, qayıq və başqa üzən vasitələr mal qrupundakı 8903 mal mövqeyindən başqa

Qrup 90

Optik fotoqrafiya, kinematoqrafiya, ölçü, nəzarət, yüksək dəqiqlikli, tibb və cərrahlıq cihazları və aparatları və onların hissələri, ləvazimatları 9004; 9006 mal mövqelərindən başqa

Qrup 93

Silah və sursatlar, onların hissələri — mal qrupundakı yalnız 9301; 9302; 9305; 9306 mal mövqeləri

Qrup 97

Sənət əsərləri, kolleksiya və əntiq əşyalar

İşlər müdiri

A.HACIYEV.


Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarına
2 nömrəli əlavə

Azərbaycan Respublikası ərazisinə gətirilən və gömrük dəyərinin 5 faizi həcmində gömrük idxal rüsumuna cəlb olunan malların siyahısı

Xarici iqtisadi fəaliyyət üzrə malların nomenklaturasına uyğun mal qrupları

Xarici iqtisadi fəaliyyət üzrə malların nomenklaturasına uyğun mal qruplarının adı və malların kodları

Qrup 01

Canlı heyvanlar (damazlıq heyvanlar istisna olmaqla)

Qrup 10

Taxıl və dənli bitkilər

Qrup 11

Un və yarma sənayesi məhsulları, maya, nişasta, inulin, buğda özlüyü mal qrupundan yalnız 110813 mal mövqeyi

Qrup 13

Sellak, kütrələr, qatranlar və bitki şirələri və cövhərləri qrupundan yalnız 130220100; 130231000 mal mövqeləri

Qrup 15

Heyvan və bitki mənşəli piylər və yağlar; onların parçalanmasından əmələ gələn məhsullar; hazırlanmış ərzaq piyləri; heyvan və bitki mənşəli mumlar mal qrupundan yalnız 151190910 mal mövqei

Qrup 25

Duz, kükürd, torpaq və daş, əhəng və sement — mal qrupundan yalnız 252010000; 252020 mal mövqeləri

Qrup 32

Aşılayıcı və boyayıcı cövhərlər, boyaq maddələri, rəng və laklar, taninlər və onlardan törəmələr, müxtəlif mastikalar, mürəkkəb (mətbəə rəngi) — mal qrupundan yalnız 3204; 320810; 320890100; 320890910 mal mövqeləri

Qrup 44

Oduncaq və oduncaq məmulatı, ağac kömürü, 4406 mal mövqeyindən başqa

Qrup 45

Mantar (tıxac) və ondan məmulatlar mal qrupundakı 450310000 mal mövqeyindən başqa

Qrup 48

Kağız, karton və onlardan düzəldilmiş, məmulat — mal qrupundakı 4803; 4810; 4814; 4817; 481810—481830000; 481920—481960000; 4820 mal mövqelərindən başqa

Qrup 51

Yun, heyvanların nazik və qaba tükləri — mal qrupundan yalnız 510130000 mal mövqeyi

Qrup 52

Pambıq — mal qrupundan yalnız 5203; 5205; 520614000; 520615; 520811900 mal mövqeləri

Qrup 53

Başqa bitki mənşəli toxuculuq lifləri, kağız lifi və ondan hazırlanmış parça

Qrup 54

Kimyəvi saplar

Qrup 55

Kimyəvi ştapel lifləri

Qrup 59

Hopdurulmuş və yeri təkrarən doldurulmuş toxuma materialları, bunlardan düzəldilmiş texniki məmulat — mal qrupundan yalnız 590210900; 591140000 mal mövqeləri

Qrup 68

Daş məmulatları, gips, sement, azbest, mika (slyuda) və bunlardan düzəldilmiş məmulatlar — mal qrupundan yalnız 680610; 6814 mal mövqeləri

Qrup 70

Şüşə və şüşə məmulatları qrupundan yalnız 7001; 7006; 7007; 702000100 mal mövqeləri

Qrup 71

Təbii və ya yetişdirmə mirvari, qiymətli və ya yarım-qiymətli daşlar, metallar, qiymətli metallarla örtülmüş metallar və bunlardan hazırlanmış məmulatlar — mal qrupundan yalnız 710210000 mal mövqeyi;

Qrup 72

Qara metallar (7201 mal möqei istisna olmaqla)

Qrup 73

Qara metallardan məmulatlar mal qrupundakı 7323 mal mövqeyindən başqa

Qrup 84

Nüvə reaktorları, qazanları, avadanlıq və mexaniki cihazları, onların hissələri mal qrupundan yalnız 847120100; 847120900; 847329000; 847330000 mal mövqeləri

Qrup 87

Yerüstü (dəmir yolu və tramvay vasitələrindən başqa) nəqliyyat vasitələri — mal qrupundan yalnız 870290110; 870290190 mal mövqeləri

İşlər müdiri

A.HACIYEV.


Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli
91 nömrəli qərarına əlavə (Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 1999-cu il 27 fevral tarixli
25 nömrəli qərarının mətnində)

Azərbaycan Respublikası ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri

MDB dövlətlərin xarici iqtisadi fəaliyyətinin mal nomenklaturasına uyğun malların kodu

Malın adı

İdxal rüsumlarının dərəcələri 1 ölçü vahidi üçün avro və ya gömrük dəyərinə görə faizlə

Qrup 01
010111000 Damazlıq heyvanlar

0

010210100 Cins iribuynuzlu heyvanlar

0

010310000 Cins donuz

0

010410100 Cins qoyun

0

010420100 Cins keçi

0

010511190 Cins damazlıq cücələri (çəkisi 185 q-dan artıq olmayanlar)

0

Qrup 04
040229110 Südəmər uşaqlar üçün çəkisi 500 q-dan artıq olmayan qablaşdırılmış süd

0

Qrup 05
0510 Əczaçılıq üçün heyvan mənşəli məhsullar

0

051110000 Bioloji preparatlar

0

051199500 İri buynuzlu heyvanların embrionları

0

Qrup 07
070110000

Kartof — əkin üçün:

mövsümi olaraq yalnız oktyabr-noyabr və fevral-mart ayları üzrə

0

qalan aylar üzrə

15%

071290110 Qarğıdalı — əkin üçün

0

071310100 Noxud — əkin üçün

0

071320100 Nuq — əkin üçün

0

071331100 «Winga mungo» növlü lobya — əkin üçün

0

071332100 Qırmızı kiçik lobya — əkin üçün

0

071333100 Adi lobya — əkin üçün

0

071339100 Digər lobya növləri — əkin üçün

0

071340100 Mərci — əkin üçün

0

071350100 Yem paxlaları — əkin üçün

0

071390100 Digər paxlalar — əkin üçün

0

Qrup 08
080520

Naringi:

mövsümi olaraq oktyabr-dekabr və yanvar-fevral ayları üzrə

1 kq üçün
0,1 avro

qalan aylar üzrə

15%

0807 Yemiş, qarpız

15%; 1 kq 0,1 avrodan az olmamaq şərtilə

0808 Alma, heyva, armud

15%; 1 kq 0,1 avrodan az olmamaq şərtilə

Qrup 09
0902 Çay

15%; 1 kq 0,5 avrodan az olmamaq şərtilə

Qrup 10
1001 Buğda

5%

100300100 Arpa — əkin üçün

0

100510—100510190 Qarğıdalı — əkin üçün

0

100610100 Düyü — əkin üçün

0

100700100 Darı hibridləri — əkin üçün

0

100830000 Bülbülotu toxumu

0

1008 Qarabaşaq

5%

100300900 Arpa

5%

Qrup 11
110720000 Qovrulmuş səməni

0

Qrup 12
12 Toxumlar, saman, furaj

0

121291 Şəkər çuğunduru

15%

Qrup 13
130220100 Quru pektin maddələri, petinatlar və pektatlar

5%

13023100 aqar-aqar

5%

Qrup 19
190110000 Uşaq yeməkləri qablaşdırılmış

0

190190110 Səməni cövhəri

5%

Qrup 22
2201—2202 Təbii mineral, qazlı və qazsız sular

15%;
1 litr üçün 0,25 avro-dan az olmamaq şərtilə

220300 Səməni pivəsi

1 litr üçün
0,1 avro

2204 Tündləşdirilmiş daxil olmaqla təbii üzüm şərabları (2209 mal mövqeyində göstəriləndən başqa)

1 litr üçün
1,3 avro

220410 Köpüklənən şərablar

1 litr üçün
1,3 avro

220410110 Şampan şərabı

1 litr üçün
1,5 avro

2205 Bitki və ya ətirli cövhər əlavə edilmiş vermutlar və digər təbii üzüm şərabları

1 litr üçün
1,0 avro

2206 Digər acıdılmış içkilər (alma şərabı, armud şərabı, bal içkisi)

1 litr üçün
1,0 avro

220710000 Tərkibində 80%-dən az spirt olmayan denaturlaşdırılmamış etil spirti

1 litr üçün
1 avro

220720000 Denaturlaşdırılmış hər hansı bir tərkibdə qatılaşdırılmış etil spirti və digər spirtlər

1 litr üçün
1 avro

220820 Üzüm şərabının distillə edilməsi nəticəsində və ya üzümün cecəsindən alınan tünd spirtli içkilər

1 litr üçün
1,3 avro

220820120 Konyak

1 litr üçün
2,0 avro

220830 Viski

1 litr üçün
2,0 avro

220840 Rom və tafiya

1 litr üçün
2,0 avro

220850 Cin və ardıc meyvəsindən hazırlanmış içki

1 litr üçün
2,0 avro

220860 Vodka

1 litr üçün
2,0 avro

220870 Likyorlar və şirin şirələr

1 litr üçün
2,0 avro

220890110; 220890190 Araq

1 litr üçün
2,0 avro

220890330; 220890390 Likyor istisna olmaqla gavalı, albalı və ya armud spirtli içkiləri

1 litr üçün
1,3 avro

220890410—220890780 Digər spirtli şirələr və içkilər

1 litr üçün
1,3 avro

220890910; 220890990 Tərkibində 80%-dən az spirt olan denaturlaşdırılmamış etil spirti

1 litr üçün
1 avro

Qrup 24
240220 Tütündən və ya onun əvəzedicilərindən hazırlanmış siqaretlər

1000 ədəd
üçün 1,2 avro

Qrup 25
250100310 Kimyəvi çevrilmələr üçün (natriumun və xlorun bölünməsi) sənayedə istifadə edilən duz

0

250100510 Denaturlaşdırılmış və ya sənaye məqsədləri üçün duz

0

250200000 Yanmamış pirit

0

250300 Kükürdün bütün növləri (sublimirilləşdirilmiş, hopdurulmuş və ya kolloidləşdirilmişdən başqa)

0

2504 Təbii qrafit

0

250510000 Kvarslı təbii qum (bütün növləri)

0

2506 Kvars (təbii qumdan başqa)

0

250700 Kaolin və kalsinləşdirilmiş və ya kalsinləşdirilməmiş digər kaolin gilləri

0

250830000 Odadavamlı gil

0

2510 Təbii kalsiy fosfatları (fosforitlər), alüminium-kalsiy fosfatları, fosfat təbaşiri

0

2511 Təbii bariy sulfatı (barit); kalsiumlaşdırılmış və ya kalsiumlaşdırılmamış təbii bariy karbonatı (viterit) (bariy oksidindən başqa)

0

252100000 Əhəng və sement istehsalı üçün əhəng flyusu

0

2528 Təbii boratlar və onların konsentratları

0

253010100 Perlit

0

Qrup 26
26 Filizlər və şlaklar

0

Qrup 27
271220000 Texniki parafin

5%

270900900 Yalnız xam neft-tranzit-mübadilə (svop) əməliyyatları üzrə

0

271121000 Təbii qaz

0

270111100 Antrosit

0

270112100 Kokslanan kömür

0

271000210 Uayt-spirit

0

271600000 Elektrik enerjisi

0

Qrup 28
28 Qeyri-üzvi kimya məhsulları

0

Qrup 29
29 Üzvi kimya birləşmələri

0

Qrup 30
30 Əczaçılıq məhsulları

0

3005 Pambıq, marlya, bint və analoji məmulatlar

5%

300640000 Diş üçün sement

5%

300650000 Sanitar sumkaları və ilk yardımın göstərilməsi üçün dərman yığımları

10%

300390100 Tərkibində yod və yodbirləşməsi olan dərman vasitələri

5%

Qrup 31
31 Gübrə

0

Qrup 32
321290390 Yalnız poliefir toz rəng

0

Qrup 36
3601 Barıt

5%

3602 Partlayıcı maddələr

0

Qrup 37
370110100 Tibbi, stomatoloji və ya baytarlıq məqsədləri üçün fotoplastinlər

0

370210000 Rentgen plyonkaları