Azərbaycan Respublikasının Nazirlər
Kabineti
Fiziki şəxslər
tərəfindən Azərbaycan
Respublikasının milli valyutasının, milli
valyutada qiymətli kağızların və digər
valyuta sərvətlərinin Azərbaycan
Respublikasının gömrük
sərhədindən keçirilməsi
Qaydaları haqqında
Qərar ¹ 95
Bakı şəhəri, 28 aprel 1998-ci il
Azərbaycan Respublikasının gömrük
sərhədindən Azərbaycan Respublikasının milli valyutasının, milli
valyutada qiymətli kağızların və digər valyuta sərvətlərinin keçirilməsinin
tənzimlənməsi məqsədli ilə «Valyuta tənzimi haqqında» Azərbaycan
Respublikası Qanununun 9-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikasının
Milli Bankı ilə birgə hazırlanmış «Fiziki şəxslər tərəfindən Azərbaycan
Respublikasının milli valyutasının, milli valyutada qiymətli kağızların
və digər valyuta sərvətlərinin Azərbaycan Respublikasının gömrük
sərhədindən keçirilməsi Qaydaları» təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1994-cü il 12 oktyabr tarixli 359 ¹-li qərarı qüvvədən
düşmüş hesab edilsin.
3. Bu Qərar imzalandığı gündən
qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
A.RASİ-ZADƏ.
«Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu»nda dərc olunmuşdur (30 aprel 1998-ci il, ¹ 4, maddə 303)
(«AzerSoft»).
17 may 2002-ci il tarixli 79 nömrəli qərara
əsasən 2-ci bənd istisna olmaqla qüvvədən düşmüşmüşdür («AzerSoft»)
Azərbaycan
Respublikası
Nazirlər Kabinetinin 1998-ci il 28 aprel
tarixli
95 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Fiziki şəxslər tərəfindən Azərbaycan
Respublikasının milli valyutasının, milli valyutada qiymətli kağızların
və digər valyuta sərvətlərinin Azərbaycan Respublikasının gömrük
sərhədindən keçirilməsi
Qaydaları
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar «Valyuta tənzimi
haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun
olaraq Azərbaycan Respublikasının Milli Bankı ilə birgə hazırlanmış
və fiziki şəxs olan rezidentlər tərəfindən Azərbaycan Respublikasının
milli valyutasının, milli valyutada qiymətli kağızların və digər
valyuta sərvətlərinin Azərbaycan Respublikasının gömrük sərhədindən
keçirilməsi qaydalarını müəyyən edir.
1.2. Bu Qaydalarda aşağıdakı anlayışlardan
istifadə edilir:
1.2.1. Azərbaycan Respublikasının
milli valyutası — tədavüldə olan, eləcə də tədavüldən çıxarılan,
lakin tədavüldə olan pul nişanlarına dəyişdirilə bilən Azərbaycan
Respublikası Milli Bankının bank biletləri (banknotları) şəklində
olan manat və sikkələr;
1.2.2. milli valyutada qiymətli
kağızlar — manatla ifadə edilmiş ödəniş sənədləri (çeklər, veksillər,
akkreditivlər və s.) fond sərvətləri (səhmlər, istiqrazlar)
və digər borc öhdəlikləri;
1.2.3. xarici valyuta — müvafiq
xarici dövlətin və ya dövlətlər qrupunun ərazisində tədavüldə
olan və qanuni ödəniş vasitəsi sayılan, eləcə də tədavüldən
çıxarılmış və ya çıxarılan, lakin həmin ərazidə tədavüldə olan
pul nişanlarına dəyişdirilə bilən banknotlar, xəzinə biletləri
və sikkələr şəklində pul nişanları;
1.2.4. valyuta sərvətləri:
- xarici valyuta;
- xarici valyutada ifadə olunmuş ödəniş sənədləri
(yol çekləri, veksellər və s.) və digər borc öhdəlikləri;
- qiymətli metallar — zərgərlik, digər məişət
məmulatı və bu məmulatların qırıntıları istisna olmaqla, hər
hansı növdə və halda olan qızıl, gümüş, platin və platin qrupundan
olan metallar (palladium, iridium, rodium, rutenium və osmium);
1.2.5. fiziki şəxs olan rezidentlər
(bundan sonra rezidentlər) — Azərbaycan Respublikasında daimi
yaşayış yeri olan, o cümlədən Azərbaycan Respublikası hüdudlarından
kənarda müvəqqəti qalan fiziki şəxslər;
1.2.6. fiziki şəxs olan qeyri-rezidentlər
(bundan sonra qeyri-rezidentlər) — Azərbaycan Respublikası hüdudlarından
kənarda daimi yaşayış yeri olan, o cümlədən Azərbaycan Respublikasında
müvəqqəti qalan fiziki şəxslər;
1.2.7. müvəkkil banklar — valyuta
əməliyyatlarının aparılması üçün Azərbaycan Respublikası Milli
Bankının lisenziyasını almış banklar və digər kredit təşkilatları.
2. Rezidentlər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasının
gömrük sərhədindən keçirilməsi
2.1. Rezidentlər valyuta sərvətlərini
gömrük orqanlarında bəyan etməklə heç bir məhdudiyyət qoyulmadan
Azərbaycan Respublikasının ərazisinə gətirə bilərlər.
10000 (on min) ABŞ dollarınadək
məbləğdə valyuta sərvətlərinin Azərbaycan Respublikasının ərazisinə
gətirilməsi «Sərnişin gömrük bəyannaməsi» ilə 10000 (on min) ABŞ
dollarından yuxarı məbləğdə valyuta sərvətlərinin Azərbaycan Respublikasının
ərazisinə gətirilməsi isə, «Sərnişin gömrük bəyannaməsi» və «gömrük
vəsiqəsi» (sertifikat) ilə rəsmiləşdirilir.
Dövlət Gömrük Komitəsi Azərbaycan
Respublikasının ərazisinə gətirilən valyuta sərvətləri haqqında
məlumatları hər ay hesabat ayından sonra gələn ayın 20-dək Maliyyə
Nazirliyinə və Milli Banka göndərir.
2.2. Rezidentlər tərəfindən Azərbaycan
Respublikasının ərazisinə əvvəllər gətirilmiş valyuta sərvətləri
(fond sərvətləri istina olmaqla) «Sərnişin gömrük bəyannaməsi»
(valyuta sərvətlərinin məbləği 10000 (on min) ABŞ dollarınadək
olarsa) və «Sərnişin gömrük bəyannaməsi» ilə «gömrük vəsiqəsi»
(valyuta sərvətlərinin məbləği 10000 (on min) ABŞ dollarından
yuxarı olduqda) gömrük orqanlarına təqdim olunmaqla çıxarıla bilər.
Əvvəllər Azərbaycan Respublikasının
ərazisinə köçürülmüş və gətirilmiş valyuta sərvətlərindən 10000
(on min) ABŞ dollarınadək məbləğ Milli Bankın təsdiq etdiyi formada
müvəkkil bankların təqdim etdikləri arayışlar əsasında nağd şəkildə
Azərbaycan Respublikasının ərazisindən sərbəst və haqq ödənilmədən
çıxarıla bilər.
2.3. Azərbaycan Respublikasının
ərazisindən adambaşına 1000 (bir min) ABŞ dolları məbləğində valyuta
sərvətləri heç bir sənəd təqdim edilmədən, gömrük orqanlarında
bəyan edilmək şərti ilə sərbəst və haqq ödənilmədən çıxarıla bilər.
2.4. 1000 (bir min) ABŞ dollarından
əlavə 9000 (doqquz min) ABŞ dollarınadək məbləğində valyuta sərvətləri
(fond sərvətləri istisna olmaqla) onların nominal dəyərinin 1%-i
həcmində haqq ödənilmək şərti ilə Azərbaycan Respublikasının ərazisindən
çıxarıla bilər.
2.5. Valyuta sərvətlərinin ölkə
ərazisindən çıxarılması üçün haqlar müvafiq ərazi gömrük orqanlarının
kassasına ödənilməli və Dövlət Gömrük Komitəsi tərəfindən yığılan
haqların, tam həcmdə və vaxtında dövlət büdcəsinə köçürülməsi
təmin olunmalıdır.
2.6. Xarici ölkələrə xidməti ezamiyyətə
gedən rezidentlərin, həmin şəxsləri ezamiyyətə göndərən təşkilatlara
xidmət göstərən müvəkkil bankların təsdiqedici sənədlərində göstərilmiş
məbləğlərdə ezamiyyə və nümayəndəlik xərclərinin ödənilməsi üçün
apardıqları xarici valyuta sərvətlərindən gömrük haqqı tutulmur.
3. Qeyri-rezidentlər tərəfindən valyuta sərvətlərinin Azərbaycan
Respublikasının gömrük sərhədindən keçirilməsi
3.1. Qeyri-rezidentlər tərəfindən
valyuta sərvətlərinin Azərbaycan Respublikasının gömrük sərhədindən
keçirilməsi «Valyuta tənzimi haqqında» Azərbaycan Respublikası
Qanununun 11-ci maddəsinin müddəalarına əsasən tənzimlənir.
4. Azərbaycan Respublikasının milli valyutasının
və milli valyuta qiymətli kağızların Azərbaycan Respublikasının
gömrük sərhədindən keçirilməsi
4.1. Müvəqqəti olaraq xaricə gedən
Azərbaycan Respublikasının vətəndaşları gömrük bəyannaməsində
qeyd olunmaqla, Azərbaycan Respublikasının ərazisinə qaytarılmaq
şərtilə 50000 manat məbləğində milli valyutada vəsait apara bilər.
4.2. Azərbaycan Respublikasını
müvəqqəti və daimi tərk edən fiziki şəxslər, həmçinin qeyri-rezidentlər
tərəfindən milli valyutanın, özəlləşdirmə çeklərinin və opsionlarının
Azərbaycan Respublikasının ərazisindən çıxarılmasına yol verilmir.
5. Məsuliyyət
Bu Qaydaların müddəalarını pozanlar
Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq
məsuliyyət daşıyırlar.
© AzerSoft