Azərbaycan Respublikası Dövlət Gömrük
Komitəsi
«Dövrü gömrük bəyannaməsinin verilməsi,
tətbiqi və sənədləşdirilməsi Qaydaları»nın təsdiq edilməsi haqqında
Əmr ¹ 1095
22 dekabr 1997-ci il
Azərbaycan Respublikası Gömrük
Məcəlləsinin 9-cu və Normativ Hüquqi Aktlar haqqında Azərbaycan
Respublikası Qanununun 60-cı maddəsinə müvafiq olaraq əmr edirəm:
1. «Dövrü gömrük bəyannaməsinin
verilməsi, tətbiqi və sənədləşdirilməsi Qaydaları» təsdiq edilsin
(Qaydalar əlavə olunur).
2. «Dövrü gömrük bəyannaməsinin
verilməsi, tətbiqi və sənədləşdirilməsi Qaydaları» Normativ Hüquqi
Akt kimi dövlət qeydiyyatına alınmaq üçün Azərbaycan Respublikası
Ədliyyə Nazirliyinə təqdim olunsun.
3. Bu Qaydalar Azərbaycan Respublikası
Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alındığı gündən qüvvəyə
minir.
4. Əsaslı Tikinti və Maddi Texniki
Təchizat İdarəsi (K.Qasımov) dövrü gömrük bəyannaməsi blanklarının
hazırlanması işini təşkil etsin.
5. İşlər İdarəsinin rəisinə (R.Həsənəliyev)
tapşırılsın ki, «Dövrü gömrük bəyannaməsinin verilməsi, tətbiqi
və sənədləşdirilməsi Qaydaları» Azərbaycan Respublikası Ədliyyə
Nazirliyi qeydiyyata aldıqdan sonra (əmrlə birlikdə) Komitənin
yerli orqanlarına göndərsin.
6. Qaydaların müddəalarının tətbiq
edilməsi yerli gömrük orqanlarının rəhbərlərinə tapşırılsın.
7. Qaydaların icrasına nəzarət
Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinə (A.Əliyev) tapşırılsın.
Komitənin sədri
K.HEYDƏROV.
Azərbaycan
Respublikası
Dövlət Gömrük Komitəsi sədrinin 22 dekabr
1997-ci il
tarixli 1095 saylı əmri ilə təsdiq edilmişdir.
Dövrü gömrük bəyannaməsinin verilməsi, tətbiqi
və sənədləşdirilməsi
Qaydaları
1. Ümumi müddalar
1.1. Bu qaydalar sərhədyanı rayonlarda
yaşayan fiziki şəxslər, yəni Azərbaycan Respublikasının vətəndaşları,
vətəndaşlığı olmayan və xarici vətəndaşlar tərəfindən Azərbaycan
Respublikasının gömrük buraxılış postlarından istehsalat və kommersiya
fəaliyyəti üçün nəzərdə tutulmayan mallar şəxsi nəqliyyat vasitələri
ilə eyni bir şəxs tərəfindən müntəzəm (daimi) olaraq keçirildikdə,
bir dövrü gömrük bəyannaməsinin verilməsi, tətbiqi və sənədləşdirilməsi
qaydalarını tənzimləyir.
1.2. Fiziki şəxslər bu Qaydalarla
və Azərbaycan Respublikasının gömrük məsələsinə aid digər normativ
aktları ilə müəyyən olunmuş qaydada Azərbaycan Respublikası ərazisindən
aparılması və Azərbaycan Respublikası ərazisinə gətirilməsi qadağan
olunmuş və icazəsi müvafiq orqanlar tərəfindən verilən mallar
istisna olmaqla istənilən malları Azərbaycan Respublikasının gömrük
buraxılış postlarından keçirə bilərlər.
2. Dövrü gömrük bəyannaməsinin verilməsi üçün tələb olunan sənədlər:
2.1. Dövrü gömrük bəyannaməsi
verilməsi üçün fiziki şəxs sərhəd gömrük buraxılış postunun rəisinin
adına ərizə ilə müraciət edir.
2.2. Fiziki şəxs ərizə ilə birlikdə
şəxsiyyəti təsdiq edən sənədin və nəqliyyat vasitəsinin texniki
sənədinin surətlərini təqdim etməlidir.
3. Dövrü gömrük bəyannaməsinin verilməsi və istifadə müddəti:
3.1. Dövrü gömrük bəyannaməsinin
verilməsinə icazə fiziki şəxsin ərizəsi üzərinə gömrük buraxılış
postunun rəisi tərəfindən müvafiq dərkənar qoyulduqdan sonra verilir.
3.2. Dövrü gömrük bəyannaməsi
3 (üç) aydan artıq olmayan müddətə verilir və ondan istifadə bu
müddətdən artıq olmamalıdır.
3.3. Gömrük buraxılış postunun
rəisi dövrü gömrük bəyannaməsinin verilməsinə icazə verdikdən
sonra, fiziki şəxs dövrü gömrük bəyannaməsini doldurur və gömrük
nəzarətini həyata keçirmək üçün gömrük nəzarətini həyata keçirən
gömrük əməkdaşına təqdim edir.
4. Dövrü gömrük bəyannaməsinin doldurulması qaydası:
4.1. Dövrü gömrük bəyannaməsi
(bundan sonra «bəyannamə») fiziki şəxslərə məxsus olan mallara
və əşyalara gömrük nəzarətini həyata keçirən zaman tətbiq olunur.
4.2. Eyni mallar və nəqliyyat
vasitələri sərhədyanı rayonlarda yaşayan eyni bir fiziki şəxs
tərəfindən müntəzəm olaraq (hər gün və ya tez-tez) eyni gömrük
buraxılış postundan keçirildikdə, gömrük orqanının icazə verdiyi
müddət ərzində bir nüsxədən ibarət bəyannamə imza etməklə doldurulur.
4.3. 16 yaşına çatmış hər bir
şəxsin bəyannamə doldurması nəzərdə tutulur. 16 yaşına çatmamış
şəxslərə məxsus mallar haqda məlumat onlarla birlikdə gedən şəxslərin
bəyannamələrində göstərilir.
4.4. Bəyannamədə bütün qrafalar
doldurulmalı, «hə» və ya «yox» yazılmış damaların üstündən xətt
çəkməklə bütün suallara cavab verilməlidir. Məlumatlar bəyannaməyə
sağışmadıqda əlavə vərəqlərdən istifadə etmək olar. Bu zaman 1-ci
bənddəki məlumatlar əlavə vərəqlərdə təkrar olunmalı, istifadə
olunmayan boş qalmış yerlərin isə üstündən xətt çəkilməlidir.
4.5. Bəyannamənin 1-ci bəndində
nəzərdə tutulan məlumatlar pasportdan götürülür.
4.6. Bəyannamənin 3.1 və 4.1 bəndlərindəki
malların və əşyaların təsviri, imkan daxilində onların hazırladıqları
materialların səciyyəvi xüsusiyyətləri, qiymətli metalların əyyarları
(probları), rəngləri, formaları, markaları və s. göstərilməklə
yerinə yetirilir 4.1 maddəsində malların və əşyaların dəyəri ABŞ
dollarında və yaxud da milli valyutada göstərilir.
4.7. Gömrük nəzarəti başa çatdıqdan
sonra bəyannamə gömrük nəzarətini həyata keçirən gömrükxana əməkdaşının
şəxsi nömrəli möhürü ilə təsdiqlənir. Gömrükxana əməkdaşının şəxsi
nömrəli möhürü gömrük bəyannaməsinin 3.1 maddəsində və bəyannamənin
arxa tərəfinin axırına vurulur.
4.8. Bəyannamə gömrük rəsmiləşdirilməsi
aparan gömrük əməkdaşı tərəfindən nömrələnir və qeydiyyat jurnalında
qeyd edilərək gömrük orqanları tərəfindən icazə verilmiş müddət
ərzində hər dəfə gömrük ərazisindən keçdikdə gömrük orqanına təqdim
etmək üçün fiziki şəxsə qaytarılır.
4.9. Gömrük orqanı əməkdaşının
təsdiq etdiyi bəyannamə orada göstərilən malların və əşyaların
maneəsiz gətirilməsi, yaxud uyğun olaraq çıxarılması üçün mal
və əşya sahibinin özünə verilir.
4.10. Bəyannamənin «Xidməti qeydlər»
qrafası aşağıdakı məqsədlər üçün istifadə oluna bilər:
- gömrük qaydalarının pozulması hallarını qeyd
etmək üçün (protokolun ¹-si və tarixi);
- gömrük orqanının verdiyi sənədləri (qəbz, vəsiqə
və s.) rekvizitlərini (adlarını, nömrələrini, tarixlərini) göstərmək
üçün;
- lazımi hallarda fitosanitariya, baytarlıq və
s. başqa nəzarət xidmətlərinin möhürlərini vurmaq üçün.
4.11. Dövrü gömrük bəyannaməsinin
istifadə müddəti bitdikdə, bəyannamə fiziki şəxslərdən alınır
və qovluğa tikilir.
5. Son müddəalar
5.1. Azərbaycan Respublikasının
Gömrük Məcəlləsinin 175-ci maddəsinə əsasən hazırlanmış bu Qaydaların
tələblərinin yerinə yetirilməməsinə görə gömrük əməkdaşları İntizam
Nizamnaməsində və eləcə də qanunvericilikdə nəzərdə tutulan qaydada
məsuliyyət daşıyırlar.
© AzerSoft