Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   

Azərbaycan Respublikasının Nazirlər Kabineti

Sərəncam № 75s

Bakı şəhəri, 5 may 1998-ci il

Azərbaycan Respublikasının «Gömrük Məcəlləsi»nin və «Gömrük Tarifi haqqında» Qanunun və digər qanunvericilik aktlarının müddəalarının həyata keçirilməsini təmin etmək məqsədilə:

1. Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallara gömrük nəzarətinin gücləndirilməsi, bağlanmış neft kontraktlarının həyata keçirilməsi ilə əlaqədar ixrac olunan xam neftin gömrük rəsmiləşdirilməsini təmin etmək, qaçaqmalçılıq yolu ilə malların gətirilməsi və aparılmasının qarşısının alınması, idxal edilən alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatlarının mərkəzləşdirilmiş qaydada gömrük rəsmiləşdirilməsinin təşkil edilməsi və onlara aksiz markalarının tətbiqinə nəzarəti artırmaq, eləcə də Azərbaycan Respublikası gömrük sərhədinin qorunmasını, gömrük orqanları və onların əməkdaşlarının, habelə gömrük anbarlarının təhlükəsizliyini və mühafizəsini, mal və nəqliyyat vasitələrinin, o cümlədən tranzit yüklərin gömrük nəzarəti altında müşayiət olunmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin mövcud ştat sayı 290 vahid artırılmaqla cəmi 1928 vahid, o cümlədən mərkəzi aparatın ştat sayı 16 vahid artırılmaqla cəmi 185 vahid müəyyən edilsin.

2. Müəyyən edilsin ki, bu sərəncamın 1-ci bəndi ilə artırılması nəzərdə tutulmuş ştat vahidlərinin saxlanması xərcləri «Azərbaycan Respublikasının 1998-ci il dövlət büdcəsi haqqında» 1997-ci il 5 dekabr tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə 1998-ci il üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilir.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin1997-ci il 27 yanvar tarixli 13s nömrəli sərəncamının 1-ci bəndindən ikinci abzas çıxarılsın.

4. Bu sərəncamın icrasına nəzarət Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın.

Azərbaycan Respublikasının Baş naziri

A. RASİ-ZADƏ.

© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
27.12.2008
Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir
Dekabrın 25-də Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb