Azərbaycan Respublikasının Nazirlər
Kabineti
Azərbaycan Respublikasının gömrük
ərazisində rüsumsuz ticarət mağazalarının yaradılmasına xüsusi razılıq
(lisenziya) verilməsi Qaydalarının təsdiq edilməsi haqqında
Qərar ¹ 122
Bakı şəhəri, 8 iyun 1998-ci il
«Xüsusi razılıq (lisenziya) tələb
olunan fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi haqqında»
Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixli
637 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
1. «Azərbaycan Respublikasının
gömrük ərazisində rüsumsuz ticarət mağazalarının yaradılmasına
xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları» təsdiq edilsin
(əlavə olunur).
2. Azərbaycan Respublikasının
Dövlət Gömrük Komitəsi bu Qərarın icrası ilə əlaqədar təlimatlar
hazırlayıb mövcud qaydada təsdiq etsin və müvafiq tədbirlər həyata
keçirsin.
3. Bu Qərar imzalandığı gündən
qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
A.RASİ-ZADƏ.
«Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu»nda dərc olunmuşdur (30 iyun 1998-ci il, ¹ 6, maddə 420)
(«AzerSoft»).
7 noyabr 2002-ci il tarixli 173 nömrəli
qərara əsasən qüvvədən düşmüşdür («AzerSoft»).
Azərbaycan
Respublikası
Nazirlər Kabinetinin 1998-ci il 8 iyun tarixli
122 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Azərbaycan Respublikasının gömrük
ərazisində rüsumsuz ticarət mağazalarının yaradılmasına xüsusi
razılıq (lisenziya) verilməsi Qaydaları
I. Ümumi müddəalar
1.1. Bu Qaydalar «Sahibkarlıq
fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa, Azərbaycan
Respublikası Prezidentinin 1997-ci il 27 yanvar tarixli 543 nömrəli
Fərmanı ilə təsdiq edilmiş «Bəzi sahibkarlıq fəaliyyəti növlərinə
xüsusi razılıq (lisenziya) verilməsi haqqında Əsasnamə»yə və «Xüsusi
razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının
təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin
1997-ci il 4 oktyabr tarixli 637 nömrəli Fərmanına əsasən hazırlanmışdır
və Azərbaycan Respublikasının gömrük ərazisində rüsumsuz ticarət
mağazalarının yaradılmasına xüsusi razılıq (lisenziya) verilməsi
(bundan sonra lisenziya) qaydalarını müəyyən edir.
1.2. Bu Qaydalara əsasən Azərbaycan
Respublikasının Dövlət Gömrük Komitəsi (bundan sonra Dövlət Gömrük
Komitəsi) tərəfindən mülkiyyət və təşkilati-hüquqi formasından
asılı olmayaraq Azərbaycan Respublikasının hüquqi şəxslərinə,
habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul
olan Azərbaycan Respublikasının vətəndaşlarına (bundan sonra «ərizəçilər»)
Azərbaycan Respublikasının gömrük ərazisində (beynəlxalq hava
və dəniz limanlarında və Azərbaycan Respublikasının gömrük orqanları
tərəfindən müəyyən edilən digər yerlərdə) rüsumsuz ticarət mağazalarının
yaradılmasına icazə verən rəsmi sənəddir.
1.3. Ərizəçilər yalnız bu Qaydalara
əsasən lisenziya aldıqdan sonra Azərbaycan Respublikasının gömrük
işi haqqında qanunvericilik aktlarına uyğun olaraq rüsumsuz ticarət
mağazalarında gömrük nəzarəti altında satılması nəzərdə tutulan
mallardan gömrük rüsumları və vergiləri alınmadan və həmin mallara
iqtisadi siyasət tədbirləri tətbiq edilmədən Azərbaycan Respublikasının
gömrük ərazisində yerləşən rüsumsuz ticarət mağazalarının fəaliyyətinə
başlaya bilərlər.
1.4. Lisenziyanın sahibi verilən
lisenziyadan yalnız özü istifadə edə bilər, onu başqa şəxslərə
verə bilməz və bu lisenziyanın qüvvəsi lisenziya sahibinin təsisçisi
olduğu hüquqi şəxslərə, lisenziyanın sahibi ilə birgə fəaliyyət,
o cümlədən onunla birgə əməkdaşlıq barədə bağlanmış müqavilə əsasında
fəaliyyət göstərən başqa şəxslərə şamil edilmir.
II. Lisenziyanın verilməsi
2.1. Rüsumsuz ticarət mağazasının
yaradılmasına lisenziya, mülkiyyətində və ya icarəsində Azərbaycan
Respublikasının gömrük işi haqqında qanunvericiliyi ilə müəyyən
edilmiş rüsumsuz ticarət mağazası rejiminə uyğun olaraq malların
satışı üçün nəzərdə tutulmuş bir gömrük buraxılış məntəqəsində
və ya bir gömrük buraxılmış məntəqəsi və ona bitişik olan ərazidə
yerləşən bir gömrükxananın və ya bir gömrük postunun (əgər onun
fəaliyyət zonası varsa) fəaliyyət zonasında yerləşən tikililər
(satış zalı, köməkçi tikililər, anbar üçün istifadə edilməsi nəzərdə
tutulan tikili) olan ərizəçilərə Dövlət Gömrük Komitəsi tərəfindən
verilir.
2.2. Lisenziya almaq üçün müvafiq
tikililərin sahibi olan ərizəçi Azərbaycan Respublikasının Dövlət
Gömrük Komitəsinə lisenziya almaq üçün ərizə təqdim etməlidir:
Ərizədə aşağıdakılar göstərilməlidir:
- hüquqi şəxslər üçün — hüquqi şəxsin adı, təşkilati-hüquqi
forması, hüquqi ünvanı, identifikasiya kodu, dövlət qeydiyyatı
haqqında şəhadətnamənin qeydiyyat nömrəsi və tarixi, fəaliyyət
növü;
- hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti
ilə məşğul olan fiziki şəxslər üçün — adı, atasının adı, soyadı,
şəxsiyyəti təsdiq edən sənəd haqqında məlumatlar (seriya, nömrə,
nə vaxt və kim tərəfindən verilmişdir), fəaliyyət növü;
- manat və valyuta hesabları, hesabların açıldığı
bankların indentifikasiya kodu;
- satış zalı, köməkçi tikililər və anbar üçün
istifadə edilməsi nəzərdə tutulan tikililərin yerləşdiyi yerlər,
hər tikilinin sahəsi;
- tikililərin maddi-texniki təchizatının xarakteristikası;
- siqnalizasiya, yanğına qarşı qurğu və avadanlıqların
mövcud olması, mühafizənin təmin edilməsi;
- rüsumsuz ticarət mağazasında satılması nəzərdə
tutulmuş malların növlərinin siyahısı.
2.3. Ərizəyə aşağıda göstərilən
sənədlər əlavə edilir:
- ərizəçinin təsis və qeydiyyat sənədlərinin
surətləri (hüquqi şəxslər üçün — təsis sənədlərinin və dövlət
qeydiyyatı haqqında şəhadətnamənin surətləri, hüquqi şəxs yaratmadan
sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün —
vergi orqanları tərəfindən onların uçota alınması haqqında şəhadətnamənin
surəti);
- rüsumsuz ticarət rejiminə uyğun olaraq malların
saxlanması və satışı üçün nəzərdə tutulan tikililərin (satış
zalı, köməkçi tikili və anbar) plan və çertyojları;
- tikililərə sahiblik hüququnu təsdiq edən sənədlərin
surətləri;
- sərhəd qoşunları komandanlığının razılığı;
- rüsumsuz ticarət mağazası gömrük rejimi altında
yerləşdirilmiş mallarla yük, ticarət və rüsumsuz ticarət mağazasının
fəaliyyəti ilə əlaqədar başqa əməliyyatların aparılması hüququna
malik olan işçilərin siyahısı;
- lisenziya almaq üçün dövlət rüsumunun ödənildiyini
təsdiq edən sənəd.
2.4. Ərizə və bu Qaydalarda nəzərdə
tutulan sənədlər Dövlət Gömrük Komitəsinə təqdim edilir və xüsusi
qeydiyyata alınmaqla qəbul edilir. Qeydiyyat tarixindən etibarən
ərizəyə 15 gün müddətində baxılır. Bu müddət ərzində Dövlət Gömrük
Komitəsi tikililərin (yerlərin) rüsumsuz ticarət mağazası gömrük
rejimi üçün mövcud qanunvericilik və normativ aktların müddəalarına
uyğun olaraq quraşdırılmasını və təchiz olunmasını yoxlayır və
çatışmazlıqlar olmadıqda və ya imtina üçün əsas olmadıqda lisenziya
verilməsi haqqında qərar qəbul edir.
Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar
aşkar edildikdə, bu barədə ərizəçiyə yazılı məlumat verilir, onlar
aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra
onlara 5 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir.
Bu bənddə göstərilən müddətlərin
son günü qeyri iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin
qurtarma günü hesab olunur.
2.5. Lisenziya verilməsindən aşağıdakı
hallarda imtina edilir:
2.5.1. bu Qaydalarda nəzərdə
tutulmuş sənədlər təqdim edilmədikdə;
2.5.2. ərizəçinin təqdim etdiyi
sənədlərdə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar olduqda;
2.5.3. rüsumsuz ticarət mağazasının
yaradılması üçün nəzərdə tutulmuş tikililər və onların qurulması
gömrük işi haqqında qanunvericilik aktlarının müvafiq müddəalarına
uyğun olmadıqda və bu müddəalardan irəli gələn tələblər ödənilmədikdə;
2.5.4. obyektiv səbəblərə görə
Dövlət Gömrük Komitəsi rüsumsuz ticarət mağazalarında malların
yerləşdirilməsi, hərəkətinə və satılmasına gömrük nəzarəti yarada
bilmədiyi hallarda;
2.5.5. ərizəçinin əvvəllər bu
fəaliyyət növü üçün aldığı lisenziyanın lisenziya verən Dövlət
Gömrük Komitəsinin qərarı ilə ləğv edilməsindən 2 il keçməmişdirsə;
2.5.6. ərizəçi Azərbaycan Respublikasının
hüquqi və yaxud fiziki şəxsi olmadığı halda;
2.5.7. ərizəçi, əvvəllər bu
fəaliyyət növü üçün aldığı lisenziyanın fəaliyyəti Dövlət Gömrük
Komitəsinin təşəbbüsü ilə dayandırıldığı dövrdə müraciət etdikdə;
2.5.8. qanunvericilikdə nəzərdə
tutulan digər hallarda.
2.6. Ərizəçi lisenziya verilməsindən
imtinaya əsas olmuş halları aradan qaldırdıqdan sonra lisenziya
almaq üçün bu Qaydalara uyğun olaraq Dövlət Gömrük Komitəsinə
müraciət etmək və ya imtina barədə qərarla razılaşmadıqda məhkəməyə
müraciət etmək hüququna malikdir.
2.7. Hüquqi şəxs ləğv olunduqda
və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan
fiziki şəxsə verilmiş şəhadətnamə qüvvədən düşdükdə onlara verilmiş
lisenziyalar qüvvəsini itirir.
Lisenziya almış hüquqi şəxs yenidən
təşkil edildikdə, onun adı və ünvanı dəyişdirildikdə, fiziki şəxsin
şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumatlar dəyişdikdə,
lisenziya itirildikdə ərizəçi 15 gün müddətində lisenziyanın yenidən
rəsmiləşdirilməsi üçün ərizə təqdim etməlidir.
Lisenziyanın yenidən rəsmiləşdirilməsi
onun verilməsi üçün müəyyən edilmiş qaydada həyata keçirilir.
Lisenziyanın yenidən rəsmiləşdirildiyi
müddətdə lisenziyanın sahibi öz fəaliyyətini əvvəlki lisenziya
əsasında, lisenziya itirildikdə isə Dövlət Gömrük Komitəsinin
verdiyi müvəqqəti icazə əsasında həyata keçirir. Dövlət Gömrük
Komitəsinin rəhbəri tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş
müvəqqəti icazə lisenziyanın yenidən rəsmiləşdirilməsi üçün bütün
sənədlər təqdim edildikdə verilir.
III. Lisenziya
3.1. Lisenziyada aşağıdakılar
göstərilir:
3.1.1. Dövlət Gömrük Komitəsinin
adı;
3.1.2. hüquqi şəxslər üçün —
lisenziya verilən müəssisə, təşkilat və idarənin adı və hüquqi
ünvanı;
3.1.3. fiziki şəxslər üçün —
adı, atasının adı, soyadı, şəxsiyyəti təsdiq edən vəsiqə haqqında
məlumatlar (seriya, nömrə, kim tərəfindən və nə vaxt verilmişdir,
yaşayış yeri);
3.1.4. lisenziya verilən fəaliyyət
növü;
3.1.5. lisenziyanın qüvvədə
olma müddəti;
3.1.6. müvafiq fəaliyyət növünün
həyata keçirilməsi qaydası;
3.1.7. lisenziyanın qeydiyyat
nömrəsi və verilmə tarixi.
3.2. Lisenziyalar Dövlət Gömrük
Komitəsinin sədri, yaxud onu əvəz edən şəxs tərəfindən imzalanır,
imza Dövlət Gömrük Komitəsinin gerbli möhürü ilə təsdiq olunur.
IV. Lisenziyanın müddəti
4.1. Lisenziya 3 il müddətinə
verilir.
4.2. Lisenziyanın qüvvədə olma
müddətinin uzadılması onun verilməsi üçün müəyyən olunmuş qaydada
həyata keçirilir.
4.3. Müddəti bitmiş lisenziyalar
etibarsız sayılır.
V. Lisenziyanın qüvvədə olma qaydaları və nəzarət
5.1. Bu Qaydalara əsasən lisenziya
sahibləri rüsumsuz ticarət mağazalarının yaradılmasını və fəaliyyətini
həyata keçirərkən aşağıdakı qaydalara riayət etməlidirlər:
5.1.1. rüsumsuz ticarət mağazalarına
daxil olan və satılan malların gömrük nəzarətindən kənar götürülməsinə
yol verməmək;
5.1.2. rüsumsuz ticarət mağazalarının
yaradılması üçün verilən lisenziyanın şərtlərinə əməl etmək
və Azərbaycan Respublikası gömrük orqanlarının qanuni tələblərini
yerinə yetirmək;
5.1.3. rüsumsuz ticarət mağazasına
daxil olan və satılan malların uçotunu aparmaq və Dövlət Gömrük
Komitəsinin müəyyən etdiyi qaydada Azərbaycan Respublikasının
gömrük oqranlarına hesabat vermək;
5.1.4. rüsumsuz ticarət mağazasında
siqnalizasiya, yanğına qarşı qurğu və avadanlığın olmasını və
bu mağazaların mühafizəsini təmin etmək;
5.1.5. rüsumsuz ticarət mağazasını
gömrük nəzarətinin təmin edilməsi məqsədilə lazımi olan şəkildə
hazırlamaq;
5.1.6. gömrük işi haqqında qanunvericilik
və normativ aktlarına və bu Qaydalara riayət etmək.
5.2. Lisenziyanın qüvvədə olma
qaydalarına nəzarəti gömrük işi haqqında qanunvericilik və normativ
aktlarına uyğun olaraq Dövlət Gömrük Komitəsi həyata keçirir.
5.3. Nəzarət qaydasında Dövlət
Gömrük Komitəsinin səlahiyyətlərinə aşağıdakılar daxildir:
5.3.1. lisenziyada göstərilən
fəaliyyət növünün həyata keçirilməsini tənzimləyən normativ-hüquqi
aktlara və lisenziya qaydalarına riayət edilməsini yoxlamaq;
5.3.2. yoxlama zamanı ortaya
çıxan suallara aid lisenziya sahibindən məlumatlar, arayışlar
tələb etmək;
5.3.3. yoxlamanın nəticələrinə
dair pozuntuları və onların aradan qaldırılması müddətini göstərməklə
akt tərtib etmək;
5.3.4. aşkar edilmiş pozuntuların
aradan qaldırılması barədə lisenziya sahiblərinə xəbərdarlıq
etmək.
5.4. Lisenziya sahibi aparılan
yoxlama zamanı Dövlət Gömrük Komitəsinin nümayəndələrinə yoxlamanın
aparılması üçün zəruri olan normal şərait yaratmağa və tələb olunan
sənədləri təqdim etməyə borcludur.
5.5. Gömrük orqanları yoxlamanın
nəticəsi barədə iki nüsxədə akt tərtib edirlər, akt rüsumsuz ticarət
mağazasının sahibi və gömrük orqanlarının nümayəndələri tərəfindən
imzalanır. Aktı imzalamaqdan imtina edildikdə bu barədə aktda
qeyd edilir. Akta lisenziya sahibinin izahatı əlavə edilir. Aktın
bir nüsxəsi lisenziya sahibində qalır.
5.6. Dövlət Gömrük Komitəsi zəruri
olduqda müvafiq təşkilatların nümayəndələrini gömrük işi haqqında
normativ-hüquqi aktlarına və bu Qaydalara uyğun nəzarət qaydasında
aparılan yoxlamalara cəlb edə bilər.
VI. Lisenziyanın fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi
6.1. Rüsumsuz ticarət mağazasının
yaradılmasına verilmiş lisenziya Dövlət Gömrük Komitəsi tərəfindən
aşağıdakı hallarda dayandırılır:
6.1.1. lisenziya sahibi tərəfindən
müvafiq ərizə təqdim edildikdə;
6.1.2. lisenziya sahibi tərəfindən
normativ aktlara əməl edilmədikdə, yaxud Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq müvafiq dövlət orqanları tərəfindən
lisenziya sahiblərinin fəaliyyəti dayandırıldıqda;
6.1.3. lisenziya sahibinin müflisləşməsi
faktı Azərbaycan Respublikasının qanunvericiliyi ilə təsdiq
edildikdə;
6.1.4. gömrük işi haqqında qanunvericilik
və normativ aktlarına uyğun olaraq rüsumsuz ticarət mağazasının
fəaliyyəti üçün tələb olunan zəruri şəraitin və şərtlərin pozulduğu
aşkar edildikdə;
6.1.5. Azərbaycan Respublikasının
qanunvericiliyində nəzərdə tutulan digər hallarda.
6.2. Dövlət Gömrük Komitəsi lisenziyanın
fəaliyyətinin dayandırılması haqqında qərar qəbul etdiyi andan
5 gün müddətində yazılı şəkildə lisenziyanın sahibinə və dövlət
vergi xidməti orqanlarına məlumat verir.
Lisenziyanın fəaliyyətinin dayandırılmasına
səbəb olan hallar dəyişildikdə lisenziyanın fəaliyyəti lisenziya
sahibinin müraciətinə əsasən bərpa edilə bilər. Dövlət Gömrük
Komitəsi tərəfindən bu barədə qərar qəbul edildikdə lisenziyanın
fəaliyyəti bərpa edilmiş hesab olunur, həmin qərar qəbul edilmiş
andan 5 gün müddətində lisenziyanın sahibinə və dövlət vergi xidməti
orqanlarına məlumat verilir.
6.3. Lisenziya aşağıdakı hallarda
ləğv edir:
6.3.1. lisenziya sahibi tərəfindən
müvafiq ərizə təqdim edildikdə;
6.3.2. lisenziya verilməsi üçün
təqdim edilən sənədlərdə düzgün olmayan məlumatlar aşkar edildikdə;
6.3.3. lisenziyanın qüvvədə
olma qaydaları lisenziya sahibi tərəfindən pozulduqda;
6.3.4. məhkəmənin müvafiq qərarı
olduqda;
6.3.5. lisenziya almış hüquqi
şəxs ləğv edildikdə və sahibkar kimi fəaliyyət göstərən fiziki
şəxsin şəhadətnaməsi qüvvəsini itirdikdə;
6.3.6. rüsumsuz ticarət mağazanın
sahibi gömrük işi haqqında qanunvericilik və normativ aktlarının
tələblərinə riayət etmədikdə;
6.3.7. Azərbaycan Respublikasının
qanunvericiliyində nəzərdə tutulan digər hallarda.
6.4. Dövlət Gömrük Komitəsi lisenziyanın
ləğv edilməsi haqqında qərar qəbul etdiyi andan 5 gün müddətində
yazılı şəkildə lisenziyanın sahibinə və dövlət vergi xidməti orqanlarına
məlumat verir.
6.5. Lisenziya ləğv edildikdə
və ya onun fəaliyyəti dayandırıldıqda lisenziyanın verilməsinə
görə alınmış haqlar lisenziya sahibinə qaytarılmır.
6.6. Dövlət Gömrük Komitəsi verdiyi,
qeydə aldığı, dayandırdığı, bərpa etdiyi və ləğv etdiyi lisenziyaların
reyestrini aparır.
VII. Məsuliyyət
1. Dövlət Gömrük Komitəsinin rəhbərləri
və vəzifəli şəxsləri lisenziyalaşdırma haqqında Azərbaycan Respublikasının
qanunvericiliyinin pozulması, yaxud onun lazımi şəkildə icra olunmamasına
görə mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.
2. Dövlət Gömrük Komitəsinin qərarlarından
və hərəkətlərindən müəyyən olunmuş qaydada məhkəmə orqanlarına
şikayət oluna bilər.
3. Bu Qaydalarda göstərilən rüsumsuz
ticarət mağazalarını lisenziyasız yaradanlar mövcud qanunvericiliyə
uyğun olaraq məsuliyyət daşıyırlar.
© AzerSoft