Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   

Azərbaycan Respublikasının Nazirlər Kabineti

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 13 fevral tarixli 26 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış-keçid məntəqələrində Sərhədyanı bazarların yaradılması və fəaliyyəti Qaydaları»na əlavələr və dəyişikliklər edilməsi barədə

Qərar ¹ 162

Bakı şəhəri, 31 iyul 1998 ci il

Sərhədyanı ticarətin Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları»na uyğun təşkil edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 13 fevral tarixli 26 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış-keçid məntəqələrində Sərhədyanı bazarların yaradılması və fəaliyyəti Qaydaları»na aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

  • 10-cü bəndə aşağıdakı abzas əlavə edilsin:

«Sərhədyanı bazar ərazisini əhatə edən Azərbaycan Respublikasının qonşu rayonlarının hüquqi və fiziki şəxsləri həmin bazarda alqı-satqı əməliyyatlarını apara bilərlər.»;

  • 11- ci bənd aşağıdakı redaksiyada verilsin:

«Azərbaycan Respublikasının həmhüdud dövlətlərlə beynəlxalq müqavilələrində müəyyən olunmuş müvafiq sərhədyanı ərazidə yerli ehtiyacların ödənilməsi üçün sərhədyanı ticarət çərçivəsində illik mal dövriyyəsinin həcmi Azərbaycan Respublikası Ticarət Nazirliyinin həmhüdud ölkələrin müvafiq qurumları ilə imzaladığı protokollarla müəyyən edilir.

Hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən malların bazarın ərazisindən çıxarılması və bazara gətirilməsi, habelə fiziki şəxslər tərəfindən istehsalat və ya kommersiya fəaliyyəti üçün nəzərdə tutulmayan malların sərhədyanı bazarın ərazisinə gətirilməsi və bazardan çıxarılması mövcud qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilir.»

  • 13 - cü bənddə «mal mübadiləsi» sözləri «orada alqı- satqı» sözləri ilə əvəz edilsin ;
  • 19- cu bənd aşağıdakı yeni redaksiyada verilsin :

«Bazara yerli rayon icra hakimiyyəti başçısının rəyi nəzərə alınmaqla Azərbaycan Respublikası ticarət nazirinin əmri ilə təyin olunan direktor rəhbərlik edir».

2. Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış-keçid məntəqəsinin neytral zonasında Sərhədyanı bazarın Əsasnaməsinə 3 nömrəli əlavədə «mübadilə» sözü «satmaq» sözü ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 15 iyul tarixli 95 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.

4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

A.RASİ-ZADƏ.

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 iyul 1998-ci il, ¹ 7, maddə 481) («AzerSoft»).

© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
15.11.2008
Bakıda IV Enerji Sammiti uğurla başa çatmışdır
Noyabrın 14-də Bakıda, «Gülüstan» sarayında enerji təhlükəsizliyi məsələlərinə həsr olunmuş IV Enerji Sammiti keçirilmişdir.

Daha ətraflı
15.11.2008
Noyabrın 11-də Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində
Böyük Britaniyanın İTE Group PLC və onun Azərbaycandakı tərəfdaşı İteca Caspian LLC şirkətlərinin təşkilatçılığı ilə 14-cü “BakuTel-2008” beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi açılmışdır.

Daha ətraflı
15.11.2008
Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında «bir pəncərə» prinsipinin tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Daha ətraflı
15.11.2008
Milli Məclisdə 2009-cu ilin dövlət büdcəsi layihəsi müzakirə edilmişdir
Milli Məclisin noyabrın 11-14 tarixlərində keçirilən iclaslarında "Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsi haqqında" qanun layihəsi, eləcə də dövlət budcəsi zərfinə daxil olan qanun layihələrinin müzakirələri aparılmışdır.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb