Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsi
«Rüsumsuz ticarət mağazasının fəaliyyətinin
tənzimlənməsi haqqında» Qaydaların təsdiq edilməsi haqqında
Əmr ¹ 33
24 iyul 1998-ci il
Azərbaycan Respublikasının Gömrük
Məcəlləsinin 9-cu maddəsinə əsasən əmr edirəm:
1. «Rüsumsuz ticarət mağazasının
fəaliyyətinin tənzimlənməsi haqqında» Qaydalar təsdiq edilsin
(əlavə olunur).
2. «Rüsumsuz ticarət mağazasının
fəaliyyətinin tənzimlənməsi haqqında» Qaydalar normativ-hüquqi
akt kimi qeydiyyata alınması üçün Ədliyyə Nazirliyinə təqdim edilsin.
3. Bu Qaydalar Ədliyyə Nazirliyində
qeydiyyata alındığı gündən qüvvəyə minsin.
4. İşlər İdarəsi (R.Həsənəliyev)
Ədliyyə Nazirliyində qeydə alındıqdan sonra Qaydaların Komitənin
bütün idarə, müstəqil şöbə və yerli gömrük orqanlarına göndərilməsini
təmin etsin.
5. Əmrin icrasına nəzarət Gömrük
Nəzarətinin Təşkili Baş İdarəsinə (A.Əliyev) tapşırılsın.
Komitənin sədri
K.HEYDƏROV.
Azərbaycan
Respublikası
Dövlət Gömrük Komitəsi sədrinin 24 iyul
1998-ci il tarixli
033 saylı əmri ilə təsdiq edilmişdir
Rüsumsuz ticarət mağazasının fəaliyyətinin tənzimlənməsi
haqqında Qaydalar
Bu əsasnamə Azərbaycan Respublikasının
Gömrük Məcəlləsinin 8-ci fəslinin müddəalarına uyğun olaraq işlənib
hazırlanmışdır.
1. Ümumi müddəalar
1.1. Rüsumsuz Ticarət Mağazası
(bundan sonra RTM) — mallardan gömrük rüsumları, vergilər alınmadan
və onlara iqtisadi siyasət tədbirləri tətbiq edilmədən Azərbaycan
Respublikasının gömrük ərazisində (beynəlxalq hava və dəniz limanlarında
və Azərbaycan Respublikası gömrük orqanları tərəfindən müəyyən
edilən digər yerlərdə) həmin malların gömrük nəzarəti altında
satılmasından ibarət gömrük rejimidir.
1.2. RTM rejimi altında yerləşdirilən
mallar bilavasitə xüsusi mağazalarda (RTM) satılır.
1.3. RTM-rı beynəlxalq sərnişin
daşımaları üçün açıq olan hava və dəniz limanlarında, fiziki şəxslərin
sərhəddi keçməsi üçün nəzərdə tutulmuş Azərbaycan Respublikası
sərhəddinin sərhəd buraxılış məntəqələrində təsis edilə bilər.
1.4. RTM-nı aşağıdakı tələblərə
cavab verən müəssisə və təşkilatlar təsis edə bilər:
- hüquqi statusunun olması;
- Azərbaycan Respublikasında yerləşməsi;
- Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq
təsis edilməsi;
- RTM-sı təsis etmək üçün Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsinin lisenziyasının olması: (lisenziyanın
verilməsi qaydaları Nazirlər Kabineti tərəfindən müəyyən olunur).
- rüsumsuz ticarət mağazasında xarici valyuta
ilə nağd qaydada əməliyyatlar aparmaq üçün Milli bankın lisenziyasının
olması.
1.5. RTM-nın ərazisi (satış zalları,
köməkçi tikililər və anbarlar) gömrük nəzarəti zonası sayılır.
1.6. RTM-dan alınan mallar Azərbaycan
Respublikasından çıxarılmalıdır.
1.7. Rüsumsuz ticarət mağazası
gömrük rejimindən istifadə etmə şərtlərinə (gömrük ödənişlərinin
verilməsi daxil olmaqla) riayət edilməsinə məsuliyyəti RTM sahibi
daşıyır.
2. RTM yerləşdiyi yerə və təchiz edilməsinə tələblər
RTM-nın aşağıdakı nəzərdə tutulmuş
tikililər olmalıdır:
a) satış zalı (satış zalları);
b) köməkçi tikililər;
v) RTM-nın anbarı.
Bu Əsasnamənin tələbləri nəzərə
alınmaqla, RTM mağazanın normal fəaliyyət göstərməsi üçün göstərilən
tikililərin sahəsi kifayət qədər olmalıdır.
2.2. RTM-nın satış zallarının,
köməkçi tikililərinin və anbarının RTM gömrük rejimi altında yerləşdirilən
malların gömrük nəzarətindən kənara çıxarılmasına yol verməməlidir,
həmin tikililərdə yerləşən belə malların salamatlığını və kənar
şəxslərin onların yanına keçə bilməməyini təmin etməlidir.
Mağaza anbarının quruluşu gömrük
nəzarətindən kənar malların ora daxil olmasına yol verməməlidir.
2.3. RTM-nın satış zalları gömrük
nəzarəti xəttindən sonra yerləşməlidir.
2.4. RTM-nın satış zalları o şəkildə
yerləşməlidir ki, Azərbaycan Respublikası ərazisinə gələn fiziki
şəxslərin həmin zallara daxil olması mümkün olmasın.
2.5. Mağazanın tikililəri texniki,
sanitar, yanğına qarşı və Azərbaycan Respublikasının qanunvericiliyi
ilə müəyyən edilmiş başqa tələblərə cavab verməlidirlər.
Mağazanın satış zalları, köməkçi
tikililəri və anbarı lazımi yanğın söndürən və mexaniki mühafizə
vasitələri, həmçinin müvafiq siqnalizasiya ilə təchiz edilməlidirlər.
2.6. Gömrükxana onun fəaliyyət
zonasında yerləşən RTM-nın tikililərinin quruluşuna, təchiz edilməsinə
və yerləşməsinə aid konkret tələblərin qoyulması hüququna malikdir.
2.7. Zəruri hallarda, gömrük orqanının
tələbi ilə mağazanın sahibi gömrük nəzarətinin və gömrük rəsmiləşdirilməsinin
həyata keçirilməsi üçün onun tələblərinə cavab verən RTM-nın anbarındakı
avadanlığı və rabitə vasitələrini əvəzsiz olaraq gömrük orqanının
vəzifəli şəxslərinin ixtiyarına verir.
3. Malların RTM-na daxil olması və onların RTM-sı gömrük rejimi
altında yerləşdirilməsi
3.1. RTM-sı gömrük rejimi altında
yerləşdirilən malların gömrük rəsmiləşdirilməsi yeri ancaq həmin
malların satışı nəzərdə tutulmuş mağazanın anbarında ola bilər.
Əgər malların gəlmə və çatdırılma
yeri müvəqqəti saxlanc anbarıdırsa, belə hallarda həmin malların
gömrük nəzarəti altında çatdırılması qaydalarına müvafiq olaraq
RTM-nın anbarlarında çatdırılmalıdır.
3.2. Mallar RTM-nın anbarına gömrük
orqanlarının səlahiyyətli vəzifəli şəxslərinin iştirakı ilə və
ya onların icazəsi ilə yerləşdirilir.
3.3. RTM-sı gömrük rejimi altında
aşağıdakı malların yerləşdirilməsinə yol verilmir:
a) Azərbaycan Respublikasına
gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması qadağan
olmuş malların;
b) Azərbaycan Respublikasında
satışı qadağan olunmuş malların;
v) Başqa dövlət orqanlarının
nəzarəti altına düşən malların, həmin orqanların icazəsi olmadıqda;
q) İstehsalat-texniki təyinatlı
malların və fiziki şəxslərin şəxsi istifadəsi və ya istehlakı
üçün nəzərdə tutulmayan malların;
d) ağır çəkili (20 kq artıq
olan) və iri qabaritli (uzunluğunun, eninin və hündürlüyünün
ölçüsünün cəmi 200 sm-dən artıq) malların;
e) ixrac gömrük rejiminə cəlb
edilən strateji əhəmiyyətli xammal olan və ya lisenziyalaşdırmaya
düşən Azərbaycan mallarının, aşağıdakılar istisna olmaqla:
- qalaydan, sinkdən, misdən, qurğuşundan, alüminiumdan,
nikeldən, onların əsasındakı xəlitələrdən, qara metallardan
düzəldilmiş yüksək dərəcədə emal edilmiş hazır məhsullar;
- pərakəndə satış üçün qablaşdırılmış sürtkü
yağlar və materiallar;
- həbdə və ya başqa analoji formada, yaxud
netto çəkisi 1 kq-dan artıq olmayan qablarda gübrə;
- pərakəndə, satış üçün qablaşdırılmış və bilavasitə
istifadə üçün hazır olan balıqdan, xərçəngkimilərdən, molyuskalardan
və başqa suda yaşayan onurğasızlardan düzəldilmiş məhsul (kürü
daxil olmaqla);
- netto çəkisi 1 kq-dan artıq olmayan pərakəndə
satış üçün qablarda qənd;
- pərakəndə satış üçün qablarda farmoseptik
məhsullar (provitaminlər, vitaminlər, harmonlar və antibiotiklər
daxil olmaqla). Əgər həmin məhsullar həkimin resepti olmadan
satıla bilərsə;
- qiymətli metallardan və təbii qiymətli daşlardan,
mirvaridən və kəhrəbadan düzəldilmiş zərgərlik və başqa məişət
məmulatları.
İxrac gömrük rüsumuna cəlb edilən,
strateji əhəmiyyətli xammal olan və ya lisenziyalaşdırmaya düşən
malların siyahısına dəyişiklik və ya əlavələr olduqda, istisna
edilən malların siyahısına Azərbaycan Respublikası DGK-nin xüsusi
normativ aktları ilə dəyişiklik və əlavələr edilə bilər.
3.4. Mallar, həmçinin Azərbaycan
malları RTM gömrük rejimi altında yerləşdirilərkən gömrük rəsmiləşdirilməsinə
görə gömrük yığımları alınır.
3.5. YGM ilə birlikdə aşağıdakı
sənədlər təqdim edilir:
- gətirilmiş malların yük və mal müşayiət sənədləri
(qaimələr, konosamentlər, spesifikasiyalar, hesab-fakturalar
və s.);
- gömrük rəsmiləşdirilməsini və gömrük nəzarətini
həyata keçirmək üçün lazım olan başqa sənədlər.
3.6. RTM gömrük rejimi altında
xaricdən gətirilmiş bitki və heyvan mənşəli məhsul yerləşdirilərkən,
müvafiq dövlət orqanları tərəfindən fitosanitar və baytar nəzarəti
keçirilir (əgər həmin məhsullar Azərbaycan Respublikası ərazisinə
gətirilərkən belə nəzarət keçirilməyibsə).
Azərbaycan Respublikasının gömrük
ərazisinə gətirilərkən sertifikatlaşdırılan mallar RTM gömrük
rejimi altında yerləşdirildikdə müvafiq sertifikatın təqdim edilməsi
tələb edilir.
3.7. RTM satış zallarından, köməkçi
tikililərindən və anbarından RTM gömrük rejimində bəyan edilməyən
malların saxlanması və satılması üçün istifadə edilməsinə yol
verilmir.
Azərbaycan mallarının RTM gömrük
rejimi altına yerləşdirilərkən, həmin mallara aid ödənilmiş gömrük
rüsum və vergilərin məbləğləri geri qaytarılmır.
4. Malların RTM-da satışı
4.1. RTM-ları RTM-sı gömrük rejimi
altında yerləşdirilmiş malların yalnız Azərbaycan Respublikası
ərazisindən kənara çıxan fiziki şəxslər üçün pərakəndə satışını
həyata keçirirlər.
4.2. Malların RTM-da satışı ancaq
nəğd pula və ya kredit kartoçkaları üzrə həyata keçirilir.
4.3. Malların RTM-da topdan, həmçinin
xırda topdan (təxminən 10 vahiddən pərakəndə satış üçün qablardan,
komplektlərdən artıq) satışına yol verilmir.
Bu Əsasnamənin 3.3. bəndinin yarımbəndində
göstərilən malların satışı ancaq tək-tək ekzemplyarlarda (komplektlərdə)
həyata keçirilir.
4.4. Malların RTM-da nümunələr
üzrə, əvvəlcədən sifariş üzrə, evə çatdırılması ilə, ödənişin
hissə-hissə verilməsi ilə satılmasına və əlavə xidmətlərin göstərilməsinə
(satışqabağı hazırlıqdan, qablaşdırılmadan, nümayiş etdirmədən
və analoji əməliyyatlardan başqa) yol verilmir.
4.5. Malların RTM-nın köməkçi
tikintilərindən və anbarından satılmasına yol verilmir.
4.6. Azərbaycan Respublikası ərazisinə
satışına məhdudiyyət qoyulmuş malların RTM gömrük rejimində satılmasına,
ancaq Azərbaycan Respublikası qanunvericiliyi ilə qoyulmuş tələblərə
riayət edilməsi şərti ilə yol verilə bilər.
4.7. Mağazanın sahibi sanitar
qaydalarına, anbara vurma normalarına, mal qonşuluğu və saxlanma
rejimi qaydalarına, dövlət standartlarının tələblərinə riayət
etməli, ticarət dairəsində münasibətləri nizamlayan Azərbaycan
Respublikasının normativ aktları ilə qoyulmuş başqa tələb və şərtləri
yerinə yetirməlidir.
4.8. RTM gömrük rejimi altına
yerləşdirilən mallara onların salamatlığını təmin etmək üçün lazımi
əməliyyatlar və malların satışına hazırlıq üzrə (qabların açılması
və s.) əməliyyatlar keçirilə bilər.
Malların salamatlığının təmin
edilməsi üzrə əməliyyatlar RTM-nın anbarında keçirilir. Malların
satışa hazırlığı üzrə əməliyyatlar isə RTM-nın anbarında və ya
köməkçi tikililərində keçirilir.
Göstərilən əməliyyatlar gömrük
nəzarəti altında keçirilir.
4.9. RTM-da satılan malların gömrük
orqanı ilə razılaşdırılmış xüsusi nişanı olmalıdır və onlar əvvəlcədən
pərakəndə satış üçün qablaşdırılmalıdır.
4.10. Malların RTM-dan alınması
haqda Azərbaycan Respublikası gömrük ərazisindən çıxan fiziki
şəxsin yol sənədlərində həmin mağazanın işçiləri tərəfindən qeydlər
edilir.
Qeydin forması gömrük orqanı ilə
razılaşdırılaraq RTM-nin sahibi tərəfindən müəyyən edilir.
Gömrük orqanı RTM-dən alınmış
malların faktiki çıxarılmasına nəzarəti həyata keçirir.
4.11. Azərbaycan Respublikası
gömrük ərazisindən çıxan fiziki şəxslər tərəfindən RTM-dan alınmış
malların dəyişdirilməsi Azərbaycan Respublikasının qanunvericiliyi
ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Əgər dəyişdirilmiş
təzə mal Azərbaycan Respublikasından kənara çıxarılmırsa, alınması
gömrük orqanlarına həvalə edilmiş qaydada belə maldan idxal gömrük
rüsumu və vergiləri tutulur (Azərbaycan malları istisna edilməklə).
4.12. RTM gömrük rejimi altında
yerləşdirilən malların həmin malları almaq hüququ olmayan şəxslərə
satılması və ya başqa formada özgəninkiləşdirilməsi, yaxud göstərilən
malların onların gömrük rejiminə müvafiq olmayan başqa istifadəsi,
həmçinin malların gətirilməsi və ya qablaşdırılması hallarında
RTM sahibi, sərbəst tədavülə buraxılması və ya ixrac gömrük rejimləri
müvafiq ödənilməli olan gömrük ödənişlərini ödəməlidir (malların
normal daşınma və saxlanma şəraitində qəza və ya dəfedilməz qüvvə
nəticəsində ləğv edilməsi, həmçinin itirilməsi və yaxud çatdırılmaması
təbii dağılma və ya əksilmə nəticəsində baş verməsi hallardan
başqa).
5. Uçot və hesabat
5.1. RTM gömrük rejimi altında
yerləşdirilmiş malların mağaza sahibi və gömrük orqanları tərəfindən
mütləq uçotu aparılır.
5.2. RTM sahibi 1 ¹-li əlavədə
göstərilmiş formada, uçot kitabının aparılması yolu ilə RTM gömrük
rejimi altında yerləşdirilmiş (RTM anbarına daxil olmuş) malların
uçotunu aparır.
5.3. Uçot kitabları təqvim ili
üzrə aparılır. Kitablar əvvəlcədən qaytanlanmalı və onun fəaliyyət
zonasında RTM təsis edilmiş gömrükxananın rəisinin və ya onu əvəz
edən şəxsin imzası və gömrükxananın möhürü ilə təsdiq edilməlidir.
Axırıncı qeyd edildikdən sonra uçot kitabı yoxlanılmaq üçün gömrükxanaya
verilir. Yoxlama başa çatdıqdan sonra uçot kitabı RTM sahibinə
qaytarılır və onun tərəfindən üç il müddətindən az olmayaraq saxlanılır.
Uçot kitabında yoxlamadan sonra əlavə qeydlər və ya dəyişikliklər
edilməsinə yol verilmir.
Gömrükxananın razılığı olduqda
uçot kitabının formasının 1 ¹-li əlavədə göstərilmiş nümunəvi
fərqlənməsinə yol verilir. O şərtlə ki, həmin formada bu nümunədə
göstərilən bütün məlumatlar saxlanılır.
Malların uçot kitabı RMT-nın anbarında
başqa uçot sistemlərindən, həmçinin avtomatlaşdırılmış sistemlərindən
istifadə olunmasından asılı olmayaraq aparılır.
Malların uçot kitabı gömrük orqanlarının
vəzifəli şəxslərinin tələbilə onlara təqdim edilir.
5.4. Malların bu Qaydaların 5.2.
bəndinə müvafiq olaraq uçota alınmasından əlavə RTM sahibi gömrükxana
ilə razılaşdırılmış forma və qaydada satılan malların uçotunu
aparır.
5.5. Gömrük orqanı, yük gömrük
bəyannamələrin və avtomatlaşdırılmış uçot sisteminin istifadə
edilməsilə malların uçotunu aparır.
5.6. RTM sahibi üç ayda bir dəfədən
az olmayaraq RTM-na daxil olmuş və orada satılmış mallar haqqında
2 ¹-li əlavədə göstərilmiş forma üzrə gömrük orqanlarına növbəti
hesabat verməlidir.
Kifayət qədər əsaslar olduqda
gömrük orqanı növbədənkənar hesabatın verilməsini tələb edə bilər.
Belə hesabat gömrük orqanının rəisinin və ya onun müavininin bu
haqda yazılı tələbinin alınması tarixindən yeddi gün ərzində göstərilən
formada təqdim edilməlidir.
5.7. Gömrük orqanı RTM-nın satış
zallarında, köməkçi tikililərində və anbarında yerləşən malların
inventarizasiyasını aparmaq hüququna malikdir.
6. RTM sahibi və gömrük orqanları arasında münasibət
6.1. RTM gömrükxana, onun fəaliyyət
zonasında təsis edilmiş RTM-nın sahibinin rəyini nəzərə almaqla
və Dövlət Gömrük Komitəsi ilə razılaşdırılaraq RTM-dan istifadə
etmə prosedurasını təsdiq edir.
6.2. Prosedurada aşağıdakılar
müəyyən edilir:
- gömrükxananın RTM-nın satış zallarının, köməkçi
tikililərinin və anbarının, həmçinin lazım olduqda gömrük orqanlarının
vəzifəli şəxslərinin tikililərinin qurulmasına aid tələblər;
- mağazanın iş rejimi;
- RTM-da satılan malların nişanlanma üsulu və
forması;
- malların RTM-dan alınması haqqında qeydin forması;
- malların uçot formaları;
- gömrük ödənişlərinin ödənilməsi daxil olmaqla
malların dəyişdirilməsi qaydaları;
- RTM-ə daxil olmuş və orada satılmış mallar
haqqında hesabatın verilməsi müddəti;
- RTM-nin fəaliyyət göstərməsi ilə bağlı başqa
tələblər və şərtlər.
6.3. Göstərilən prosedura bu Əsasnaməyə
və Azərbaycan Respublikası qanunvericiliyinə zidd ola bilməz.
7. RTM-nın ləğv edilməsi
7.1. Rüsumsuz ticarət mağazası
Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 56-cı maddəsində
və Nazirlər Kabinetinin 122 saylı 8 iyun 1998-ci il tarixli Azərbaycan
Respublikasının gömrük ərazisində rüsumsuz ticarət mağazalarının
yaradılmasına xüsusi razılıq (lisenziya) verilməsi Qaydalarının
təsdiq edilməsi haqqında qərarında nəzərdə tutulmuş qaydada ləğv
edilə bilər.
8. RTM ləğv edildikdən sonra görülən tədbirlər
8.1. RTM-in ləğv edilməsi haqqında
qərarın çıxması tarixindən satış zallarında və köməkçi tikililərdə
yerləşən mallar təxirə salınmadan mağazanın anbarına keçirilir.
Bununla RTM-in anbarı müvəqqəti saxlanc anbarına çevrilir. RTM
gömrük rejimi altında yerləşdirilmiş və mağazada satılmamış mallara
isə müvəqqəti saxlancda yerləşən mallar kimi baxılır.
8.2. RTM sahibi mağazanın ləğv
edilməsi barədə qərar çıxarıldığı tarixdən üç gün müddətində anbarda
yerləşən mallar haqqında 2 ¹-li əlavədə göstərilən forma üzrə
gömrük orqanına tam hesabat verməlidir.
Gömrük orqanı yeddi gün müddətində
ləğv edilmiş RTM-də qalan malların inventarizasiyasını keçirir.
8.3. RTM gömrük rejimi altında
yerləşdirilmiş mallar aşağıdakı hallarda təkrarən gömrük rəsmiləşdirilməsindən
keçməlidirlər:
- lisenziyanın ləğv edilməsi zamanı malların
mağazaya daxil olduğu tarixdən;
- lisenziyanın gömrük qaydalarının pozulmasına
görə tənbeh tədbiri kimi geri alınmasında iş üzrə qərarın icraya
yönəldiyi tarixdən;
- başqa hallarda ləğv edilmə barədə qərarın alınması
tarixindən.
8.4. RTM-nın ləğv edilməsi lisenziyanın
ləğv edilməsilə bağlı olduqda, mağazada satılmış xarici malların
gömrük rəsmiləşdirilməsi sərbəst tədavülə buraxılış gömrük rejiminə
müvafiq olaraq rəsmiləşdirilir. Belə mallara qarşı iqtisadi siyasət
tədbirləri edilmir.
8.5. Ləğv edilən RTM-nın anbarında
yerləşən Azərbaycan malları sərbəst tədavülə buraxılış gömrük
rejiminə müvafiq gömrük rəsmiləşdirilməsindən keçirilməlidirlər
(o mallara aid olan gömrük rüsumları, vergilər və gömrük rəsmiləşdirilməsi
üçün gömrük bacları alınmadan). Belə malların bəyan edilməsi,
3 ¹-li əlavədə göstərilən forma üzrə tərtib olunmuş bəyannamənin
gömrük orqanına təqdim edilməsi yolu ilə, sadələşdirilmiş qaydada
həyata keçirilir.
8.6. RTM ləğv edildikdə onun sahibi,
malların ləğv edilən mağazada saxlanılmasının bütün müddəti ərzində,
malların saxlanmasına görə, gömrük orqanları ilə təsis edilmiş
müvəqqəti saxlanc anbarları üçün müəyyən edilmiş dərəcələrdə gömrük
baclarını ödəyir:
- lisenziyanın gömrük qaydalarının pozulmasına
görə tənbeh tədbiri kimi geri alınmasında iş üzrə qərarın icraya
yönəldiyi tarixdən;
- başqa hallarda ləğv edilmə haqda qərarın alınması
tarixdən.
9. Son müddəalar
9.1. RTM təsis edilməsi haqda
lisenziya başqa şəxsə verilə bilməz.
9.2. Ərizədə və ərizəyə əlavə
edilən sənədlərdə göstərilən hər bir məlumatın dəyişilməsi barədə
RTM sahibi yeddi iş günü müddətində Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsinə və fəaliyyət zonasında RTM təsis edilmiş gömrükxanaya
yazılı şəkildə məlumat verməlidir.
9.3. Əgər məlumatların dəyişməsi
belə xarakter daşıyır ki, mağazanın sahibi belə məlumatı lisenziya
verilməsi haqda ərizədə və ya ərizəyə əlavə edilən sənədlərdə
göstərsəydi, RTM-nın təsis edilməsi üçün lisenziya verilə bilməzdi,
bu haqda yazılı bildirişə RTM-nın onun sahibinin istəyi ilə ləğv
edilməsi barədə ərizə kimi baxılır. Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsi mağazanın sahibini lisenziyanın fəaliyyətinin
saxlanılmasının mümkünsüzlüyü haqda əsaslı məlumatlandırır. Belə
qərar haqda Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin XIII
bölməsinə əsasən şikayət verilə bilər.
9.4. Lisenziyaya dəyişikliklər
edilməsini tələb edən məlumatların mağaza ilə dəyişilməsində lisenziya
köhnə məlumatları, dəyişilmiş hissədə isə yeni məlumatları göstərməklə,
yeni lisenziya blankı doldurulması yolu ilə yenidən qeydiyyata
alınır. Lisenziyanın əvvəlki sıra nömrəsində əlifba ilə müəyyən
edilən ardıcıllıqda hərf işarəsi əlavə edilir.
9.5. RTM sahibi sanitar qaydalarına,
mal qonşuluğu qaydalarına, dövlət standartlarının tələblərinə
riayət edilməsinə, ticarət dairəsində münasibətləri nizamlayan
Azərbaycan Respublikasının normativ aktları ilə qoyulmuş başqa
tələb və şərtlərin yerinə yetirilməsinə, Azərbaycan Respublikasında
qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyır.
Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsi
Rüsumsuz ticarət mağazasının təsis
edilməsinə dair
Lisenziya ¹ 00
______________________________________________________________________________
(idarə, müəssisə, təşkilatın
adı)
___________________________________________________________________
(fəaliyyət zonasında mağaza
təsis edilən gömrük adı)
___________________________________________________________________
(mağazanın yeri)
Rüsumsuz ticarət mağazası
təsis edilməsinə icazə verilir.
|
Lisenziyanın fəaliyyət müddəti bitir:
«___» _______________ 199___-ci ildə
Dövlət Gömrük Komitəsinin Sədri
«___» _______________ 199___-ci il.
RTM-nin
fəaliyyətinə nəzarətin
təşkili haqqında Qaydalara 1 ¹-li əlavə
RTM-nın anbarındakı malların uçot
kitabı
¹
|
Anbara daxil olma (mağazaya daxil olma) tarixi
|
YGB ¹-si
|
Malların qısa adı
|
Malların statusu (azərb. və ya xarici)
|
Yerin sayı və brutto çəkisi (kq) daxil olduqda
|
Anbardan çıxma tarixi
|
Yerlərin sayı və brutto çəkisi (kq) buraxıldıqda
|
Əlavələr
|
|
|
|
|
|
|
|
|
|
RTM-nin
fəaliyyətinə nəzarətin
təşkili haqqında 2 ¹-li əlavə
Rüsumsuz ticarət mağazasına daxil
olmuş və satılan mallar haqqında Hesabat
«___» __________ 199__-ci il tarixdən «___» _________
199___-ci il tarixədək
Sıra ¹-si
|
Mağazaya daxilolma tarixi
|
YGB ¹-si
|
Malların qısa adı
|
Malların statusu (azərb. və ya xarici)
|
Vahid ölçüdə miqdarı
|
Yerlərin sayı və kq ilə brutto çəkisi
|
Hesabat tarixinədək satılıb
|
Qalıq vahid ölçüdə miqdarı
|
Qeyd
|
|
|
|
|
|
|
|
|
|
|
Rüsumsuz
ticarət mağazası sahibinin adı
|
Möhür
|
İmza:
|
Müdiriyyətin
adı, soyadı
|
RTM-nin
fəaliyyətinə nəzarətin təşkili haqqında
Qaydalara
3 ¹-li əlavə
Bəyannamə
Xahiş edirəm aşağıda adları çəkilən
Azərbaycan mallarını sərbəst tədavülə buraxılış gömrük rejimində
rəsmiləşdirəsiniz.
¹
|
Malların RTM gömrük rejimi altında yerləşdirildikdə
YGB-si
|
Qısa adı
|
XİFƏN-lə kodu
|
Yüklərin sayı və brutto çəkisi (kq)
|
Ölçü vahidi
|
Əlavələr
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
RTM təsisçisinin adı
|
Rəhbərin a.a.s.
|
İmza:
|
Möhür:
|
© AzerSoft