Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına
dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərarı
Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:
1. "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük
rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların
miqdarı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci
il 12 aprel tarixli 80 nömrəli qərarına əlavə olunmuş, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2003-cü il 22 dekabr tarixli 161
nömrəli qərarı ilə təsdiq edilmiş mətndə "Azərbaycan Respublikasının
ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri"ndə
"8402 11 000 0", "8404 20 000 0", "8404 90 000 0", "8406 81 100 0",
"8406 81 900 0" "8406 90 900 0" mal mövqelərinin "0,5" tarif dərəcəsi
"0" dərəcəsi ilə, "8502 31 900 0" mal mövqeyinin "10" tarif dərəcəsi
"0" tarif dərəcəsi ilə, "8503 00 100 0", "8503 00 910 0", "8503 00
990 0" mal mövqelərinin "3" tarif dərəcəsi "0" tarif dərəcəsi ilə,
"8504 23 000 0" mal mövqeyinin "5" tarif dərəcəsi "0" tarif dərəcəsi
ilə, "8535 21 000 0", "8535 29 000 0", "8535 30 100 0", "8535 30 900
0", "8535 40 000 0", "8535 90 000 0" mal mövqelərinin "5" tarif dərəcəsi
"0" tarif dərəcəsi ilə əvəz edilsin, "8407 10 900 0", "9031 80 990
0", "9031 90 800 0", "9032 89 900 0", "9032 90 900 0" mal mövqelərindən,
onların adlarından və tarif dərəcələrindən sonra müvafiq olaraq "8407
10 900 1", "9031 80 990 1", "9031 90 800 1", "9032 89 900 1", "9032
90 900 1" mal mövqeləri, "modul tipli elektrik stansiyaları və onları
təşkil edən hissələr", "buxar turbinləri üçün ölçü və nəzarət cihazları,
qurğuları və ya maşınları", "buxar turbinləri üçün ölçü və nəzarət
cihazlarının, qurğularının və ya maşınlarının hissələri və ləvazimatları",
"buxar turbinləri üçün avtomatlaşdırılmış tənzimləmə və idarəetmə
cihazları və aparatları", "buxar turbinləri üçün avtomatlaşdırılmış
tənzimləmə və idarəetmə cihazlarının və aparatlarının hissələri və
ləvazimatları" sözləri və "0" tarif dərəcəsi əlavə edilsin.
2. "Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən
azad olunan malların siyahısı haqqında" Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2005-ci il 31 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq
edilmiş "Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər
vergisindən azad olunan digər malların siyahısı"nda 1-ci sütunda "8410-8412"
mal mövqelərindən və 2-ci sütunda onların adlarından sonra müvafiq
olaraq "8402 11 000 0", "8404 20 000 0", "8404 90 000 0", "8406 81
100 0", "8406 81 900 0", "8406 90 900 0", "8407 10 900 1" mal mövqeləri
və "saatda 45 tondan çox buxar istehsal edən su-borusu qazanları",
"buxar-su və digər buxar-güc qurğuları üçün kondensatorlar", "hissələri",
"elektrik enercisi üçün su buxarı turbinləri", "digərləri", "stator
kürəkləri, rotorlar və onların kürəkləri-digərləri", "mobil tipli
elektrik stansiyaları və onları təşkil edən hissələr" sözləri, "8503
00" mal mövqeyindən və onun adından əvvəl 1-ci və 2-ci sütunlarda
müvafiq olaraq "8502 31 900 0" mal mövqeyi və onun adı- "küləkenercili
elektrik qurğuları" sözləri, "8503 00" mal mövqeyindən və onun adından
sonra isə 1-ci və 2-ci sütunlarda müvafiq olaraq "8504 23 000 0" mal
mövqeyi və onun adı- "gücü 10 000 kva-dan yuxarı olan elektrik transformatorları"
sözləri, "9031 80 100 0" mal mövqeyindən və onun adından sonra 1-ci
və 2-ci sütunlarda müvafiq olaraq "9031 80 990 1", "9031 90 800 1",
"9032 89 900 1", "9032 90 900 1" mal mövqeləri və "buxar turbinləri
üçün ölçü və nəzarət cihazları, qurğuları və ya maşınları", "buxar
turbinləri üçün ölçü və nəzarət cihazlarının, qurğularının və ya maşınlarının
hissələri və ləvazimatları", "buxar turbinləri üçün avtomatlaşdırılmış
tənzimləmə və idarəetmə cihazları və aparatları", "buxar turbinləri
üçün avtomatlaşdırılmış tənzimləmə və idarəetmə cihazlarının və aparatlarının
hissələri və ləvazimatları" sözləri əlavə edilsin.
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
A. Rasizadə,
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 15 oktyabr 2005-ci il 187
|