Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsi
«Azərbaycan Respublikasının Gömrük
ərazisinə bilavasitə təkrar ixrac üçün gətirilmiş və bu ərazidən
aparılan malların gömrük rəsmiləşdirilməsi» Qaydalarının təsdiq
edilməsi haqqında
Əmr ¹ 34
24 iyul 1998-ci il
Azərbaycan Respublikasının Gömrük
Məcəlləsinin 9-cu maddəsinə əsasən əmr edirəm:
1. «Azərbaycan Respublikasının
Gömrük ərazisinə bilavasitə təkrar ixrac üçün gətirilmiş və bu
ərazidən aparılan malların gömrük rəsmiləşdirilməsi» Qaydaları
təsdiq edilsin (əlavə olunur).
2. «Azərbaycan Respublikasının
Gömrük ərazisinə bilavasitə təkrar ixrac üçün gətirilmiş və bu
ərazidən aparılan malların gömrük rəsmiləşdirilməsi» Qaydaları
normativ-hüquqi akt kimi qeydiyyata alınması üçün Ədliyyə Nazirliyinə
təqdim edilsin.
3. Bu Qaydalar Ədliyyə Nazirliyində
qeydiyyata alındığı gündən qüvvəyə minsin.
4. İşlər İdarəsi (R.Həsənəliyev)
Ədliyyə Nazirliyində qeydiyyata alındıqdan sonra Qaydaların Komitənin
bütün idarə, müstəqil şöbələrinə və yerli gömrük orqanlarına göndərilməsini
təmin etsin.
5. Əmrin icrasına nəzarət Gömrük
Nəzarətinin Təşkili Baş İdarəsinə (A.Əliyev) tapşırılsın.
Komitənin sədri
K.HEYDƏROV.
Dövlət Gömrük Komitəsinin
06 noyabr 2002-ci il tarixli 078 nömrəli Əmrinə əsasən əlavə və
dəyişikliklərlə.
Azərbaycan
Respublikası Dövlət Gömrük Komitəsi
sədrinin 24 iyul 1998-ci il tarixli
034 saylı əmri ilə təsdiq edilmişdir
Azərbaycan
Respublikasının gömrük ərazisinə bilavasitə təkrar ixrac üçün gətirilmiş
və bu ərazidən aparılan malların gömrük rəsmiləşdirilməsi Qaydaları
I. Ümumi müddəalar
1.1.
Malların təkrar ixracı xarici malların Azərbaycan Respublikasının
Gömrük Məcəlləsinə, Azərbaycan Respublikasının gömrük işi üzrə
digər qanunvericilik aktlarına və bu Qaydalara uyğun olaraq idxal
gömrük rüsumları, vergilər alınmadan və ya qaytarılmaqla, həmçinin
iqtisadi siyasət tədbirləri tətbiq edilmədən Azərbaycan Respublikasının
gömrük ərazisindən ixrac olunmasından ibarət gömrük rejimidir.
1.2.
Təkrar ixrac üçün Azərbaycan Respublikasının gömrük ərazisinə
gətirilmiş xarici mallar digər xarici ölkəyə göndərilərkən təbii
aşınma, normal şəraitdə daşınma və saxlanc itkiləri istisna edilməklə
idxal olunduğu vəziyyətdə olmalıdır.
II. Təkrar ixrac məqsədilə gətirilmiş malların
rəsmiləşdirilməsi
2.1.
Təkrar ixrac məqsədilə gətirilmiş malların gömrük rəsmiləşdirilməsi
zamanı təşkilat müvafiq gömrük orqanına müraciət etməlidir.
2.2.
Təkrar ixrac üçün respublikaya gətirilmiş alkoqollu içkilər, etil
(yeyinti) spirti, tütün məmulatının təkrar ixrac rejimində yerləşdirilməsi
Dövlət Gömrük Komitəsində qeydə alındıqdan sonra həyata keçirilir.
2.2.
Gömrük qanunvericiliyinə əsasən təkrar ixrac üçün gətirilmiş mallar
rəsmiləşdirmə günündən etibarən altı ay müddətində aparılmadığı
təqdirdə gömrük rüsumlarını, aksiz və əlavə dəyər vergilərini
ödəyəcəyi barədə təşkilat tərəfindən gömrük orqanına zəmanət məktubu
(əlavə 1) və müvafiq bank zəmanəti təqdim edilir.
2.3.
YGB-nin 44-cü qrafasında malların gömrük ərazisindən çıxarılmasının
son günü (gömrük bəyannaməsi qəbul edildiyi gündən altı aydan
gec olmayaraq) qeyd olunmaqla və təşkilatın səlahiyyətli nümayəndəsinin
imzası, həmçinin möhürü ilə təsdiq edilir.
2.4.
Təkrar ixrac üçün gətirilmiş mallar xüsusi olaraq ayrılmış və
hazırlanmış binalarda və ya müvəqqəti saxlanc anbarlarına yerləşdirilir.
III. Respublikanın gömrük ərazisindən təkrar
ixrac edilən malların rəsmiləşdirilməsi
3.1.
Azərbaycan Respublikasının gömrük ərazisinə təkrar ixrac üçün
gətirilmiş malların bu ərazinin hüdudlarından kənara aparılması
bilavasitə gömrük rəsmiləşdirilməsini aparan gömrük orqanları
tərəfindən qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir.
3.2.
Naxçıvan Muxtar Respublikasında malların təkrar ixracına icazəni
Naxçıvan MR Gömrük Komitəsi verir.
3.3.
«İcazə vərəqəsi» almaq üçün Dövlət Gömrük Komitəsinə (Naxçıvan
MR Gömrük Komitəsinə) edilmiş müraciət ilə birlikdə aşağıdakı
sənədlər təqdim edilməlidir:
təkrar ixrac
məqsədilə gətirilmiş malların idxal yük-gömrük bəyannaməsi;
yol-nəqliyyat
sənədləri (qaimə);
invoys əmtəə
dəyərini əks etdirən sənəd;
bağlanmış
müqavilə;
malın keyfiyyət
və mənşə sertifikatları;
malın dəyərinin
qabaqcadan ödənilməsi və ya akreditiv açılması barədə bank sənədi;
təkrar ixrac
məqsədilə gətirilmiş malı rəsmiləşdirmiş gömrük əməkdaşının
şəxsi nömrəli möhürü ilə təsdiq olunmuş yazılı rəyi;
malların
təkrar ixracına icazə verilməsi üçün zəruri olan digər sənədlər.
3.4.
Təkrar ixrac üçün edilmiş müraciətə 10 (on) gün müddətində baxılmalıdır.
3.2.
Malların təkrar ixrac gömrük rejimi altında rəsmiləşdirilməsi
üçün təqdim olunan sənədlərin düzgünlüyünə məsuliyyəti deklarant
və yaxud gömrük brokeri daşıyır.
3.6.
«İcazə vərəqəsi» üç nüsxədə verilir. Bir nüsxə Gömrük Komitəsində
saxlanılır, digər nüsxələr ərizəçiyə qaytarılır (bir nüsxə malı
rəsmiləşdirən gömrük orqanına ərizəçi tərəfindən təqdim edilir).
3.3.
Azərbaycan Respublikasının qanunvericilik aktlarında və Azərbaycan
Respublikasının dövlətlərarası müqavilələrində müəyyən edilən
digər hallarda isə müvafiq icra hakimiyyəti orqanının icazəsi
ilə malların təkrar ixrac gömrük rejimi altında rəsmiləşdirilməsi
gömrük orqanı tərəfindən qanuna müvafiq qaydada həyata keçirilir.
3.4.
Təkrar ixrac məqsədilə gətirilmiş malların Azərbaycan Respublikasının
hüdudlarından kənara aparılmasını rəsmiləşdirən gömrük orqanı
sərhəd çıxış gömrükxanasına məlumat verir. Sərhəd gömrük orqanı
həmin malın gömrük ərazisindən çıxarılıb-çıxarılmaması barədə
3 (üç) gün müddətində malı təkrar ixrac gömrük rejimi altında
rəsmiləşdirən gömrük orqanına cavab verməlidir. Göstərilən müddət
ərzində təkrar ixrac məqsədilə gətirilmiş malların Azərbaycan
Respublikasının ərazisindən çıxarılması faktı təsdiq edilmədikdə
(və ya məlumat daxil olmadıqda) malı rəsmiləşdirən gömrük orqanı
müvafiq tədbirlər görməlidir.
3.5.
Malların təkrar ixrac gömrük rejimi altında gömrük rəsmiləşdirilməsi
zamanı YGB-nin doldurulması Gömrük Komitəsinin 17.06.1998-ci il
tarixli 027 saylı əmri ilə təsdiq edilmiş «Yük gömrük bəyannamələrinin
doldurulması Qaydaları»nın və 02.06.1999-cu il tarixli 037 saylı
əmri ilə təsdiq edilmiş «Təkrar ixrac gömrük rejimi altında yerləşdirilmiş
mallara yük gömrük bəyannaməsinin doldurulması Qaydaları»nın tələblərinə
uyğun həyata keçirilir.
IV. Təkrar ixrac üçün gətirilmiş mallar aparılmadıqda
görülən tədbirlər
4.1.
Bilavasitə təkrar ixrac üçün gətirilmiş malların faktiki aparılması
gömrük bəyannaməsi qəbul edildiyi gündən altı aydan gec olmayaraq
həyata keçirilməlidir.
4.2.
Həmin müddətdə mallar faktiki aparılmazsa, gömrük rüsumları, vergilər,
həmçinin Azərbaycan Respublikası Milli Bankının verdiyi kreditlər
üzrə həmin bankın müəyyən etdiyi dərəcələrlə onlardan faizlər
alınmalıdır.
4.3.
Təkrar ixrac edilən mallar aparılarkən onlar üçün ödənilmiş idxal
gömrük rüsumları, vergilər aşağıdakı şərtlərlə qaytarılır:
- təbii aşınma nəticəsində
dəyişikliklər və ya normal şəraitdə daşınma və saxlanc itkiləri
istisna edilməklə, təkrar ixrac edilən mallar idxal olunduğu
vəziyyətdədirsə;
- malların təkrar ixracı
idxal anından başlayaraq iki il müddətində həyata keçirilirsə;
- təkrar ixrac üçün
gətirilmiş mallar gəlir əldə etmək məqsədi ilə istifadə edilməmişdirsə.
4.4.
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən
hallar istisna edilməklə, təkrar ixrac edilən mallar aparılarkən,
aparma üçün qüvvədə olan ixrac gömrük rüsumları, vergilər alınmır,
iqtisadi siyasət tədbirləri tətbiq edilmir.
4.5.
Təkrar ixrac əməliyyatları zamanı rezidentlər bu qaydaların pozulmasına
görə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət
daşıyırlar.
4.6.
Mövcud qanunvericiliyin və bu qaydaların pozulması halları barədə
aidiyyatı üzrə gömrük orqanları müvafiq tədbirlər görülməsi üçün
aidiyyatı dövlət orqanlarına təqdimatlar verirlər.
Azərbaycan
Respublikasının ərazisinə bilavasitə təkrar
ixrac üçün gətirilmiş və bu ərazidən aparılan
malların gömrük rəsmiləşdirilməsi Qaydalarına
1 nömrəli əlavə
Təkrar
ixrac edilməsi üçün gətirilmiş malların aparılması barədə zəmanət
öhdəliyinin nümunəsi Zəmanət öhdəliyi
____________________________________________________________________________
(təşkilatın
tam adı, ünvanı, kodu, müvəkkil bank və hesab nömrəsi)
___________________________________________________________________
___________________________________________________________________
______________________
firması öhdəlik götürür ki, «___» ___________ 199-ci
ildə
Azərbaycan
Respublikasına gətirilmiş və _____________________________________
gömrükxanasında
_____________________________________________________
YGB ilə
rəsmiləşdirilmiş
__________________________________________________________
(malın
adı və miqdarı)
|
malı
_________________ gömrükxanasından
|
«___»_____________
199-ci ildən
|
|
(ay,
gün)
|
gec
olmayaraq Azərbaycan Respublikası ərazisindən aparılacaqdır.
Göstərilən müddətdə aparılmadığı təqdirdə gömrük qanunvericiliyinə
uyğun olaraq bütün rüsum, əlavə dəyər və aksiz vergilərini
ödəməyə müəssisə zəmanət verir.
|
Müəssisənin
rəhbəri |
___________________
|
|
|
(imza)
|
|
Baş
mühasib |
___________________
|
|
|
(imza)
|
|
Müəssisənin
möhürü |
|
|
Azərbaycan
Respublikasının gömrük ərazisinə bilavasitə
təkrar ixrac üçün gətirilmiş və bu ərazidən
aparılan malların gömrük rəsmiləşdirilməsi
Qaydalarına
2 nömrəli əlavə
Azərbaycan
Respublikası Dövlət Gömrük Komitəsi təkrar ixrac əməliyyatı rəsmiləşdirilməsi
üçün İcazə ¹
Göndərilən
təşkilatın adı, ünvanı və kodu |
|
Təyinat
ölkəsi, alıcı təşkilatının adı və ünvanı
2
|
Ticarət
Nazirliyinin məktubu
3
|
|
Malın
mənşə sertifikatı |
Malın
kodu və adı:
5
|
|
Göndərilən
təşkilatın bank rekvizitləri
6
|
|
Malın
mənşə ölkəsi |
Müqavilənin
tarixi və ¹ |
Alıcı
təşkilatın bank rekvizitləri
9
|
8
Əqdin xarakteri |
|
İmza
vərəqi ________________________ gömrükxanasına təqdim
etmək üçün verilir.
|
Komitənin
sədri |
K.
Heydərov |
© AzerSoft
|