«Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik, konsulluq və başqa
diplomatik nümayəndəlikləri tərəfindən ölkədən getmək və ölkəyə gəlmək üçün
əcnəbi vətəndaşlara verilən viza blankının təsviri və spesifikasiyası»nın təsdiq
edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 1 dekabr
tarixli, 153 nömrəli qərarına dəyişiklik edilməsi barədə
Qərar ¹ 192
Bakı şəhəri, 20 oktyabr 2005-ci il
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq, Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 1 dekabr tarixli, 153 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan
Respublikasının xarici ölkələrdəki səfirlik, konsulluq və başqa diplomatik nümayəndəlikləri tərəfindən ölkədən getmək və ölkəyə
gəlmək üçün əcnəbi vətəndaşlara verilən viza blankının təsviri»nin birinci abzasında «ikizolaqlı» sözü «üçzolaqlı» sözü ilə əvəz
edilsin.
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
A. RASİ-ZADƏ
06.10.2007 Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.
06.10.2007 MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.