|
«Qeydə
alınmışdır»
|
«Təsdiq
edilmişdir»
|
|
Azərbaycan
Respublikası
Ədliyyə Nazirliyində
|
Azərbaycan
Respublikası
Dövlət Gömrük Komitəsi
|
|
Qeydiyyat
¹ 129
|
Əmr
¹ 49
|
|
17
sentyabr 1998-ci il
|
9
sentyabr 1998-ci il
|
|
Nazir
|
Komitənin
sədri
|
|
S.Həsənova.
|
K.Heydərov.
|
Azərbaycan
Respublikası ərazisindən ixrac edilən malların müqabilində valyuta
vəsaitlərinin ödənişinə nəzarət barədə Təlimat
1. Ümumi müddəalar
1.1.
Bu Təlimat Azərbaycan Respublikasının «Gömrük Məcəlləsi»nə, «Valyuta
tənzimi haqqında» Azərbaycan Respublikası Qanununa və Azərbaycan
Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli 609 ¹-li
Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında idxal-ixrac
əməliyyatlarının tənzimlənməsi Qaydaları»na uyğun olaraq hazırlanmışdır.
1.2.
Azərbaycan Respublikası ərazisindən ixrac edilmiş malların müqabilində
valyuta vəsaitlərinin ödənişinə nəzarət bu Təlimatla tənzimlənir.
1.3.
Bu Təlimatda aşağıdakı anlayışlardan istifadə edilir:
- dövlət müəssisəsi
— müəssisələrin Nizamnamə fondunda pay haqqının 50%-dən çoxunun
dövlətə məxsus olması;
- dosye
— ixrac olunan malın müqabilində valyuta vəsaitlərinin daxil
olmasına nəzarət üzrə sənədlər dəsti (məlumat hər bir ixrac
əməliyyatı üzrə ayrıca tərtib olunur);
- reyestr
— «İxrac əməliyyatlarına valyuta nəzarəti Uçot kartoçkası»nı
ümumiləşdirən sənəd;
- müvəkkil
bank — Azərbaycan
Respublikası Milli Bankından valyuta əməliyyatları aparılması
üçün lisenziya almış bank və ya digər kredit təşkilatı;
- xarici valyuta:
a)
müvafiq xarici dövlətin və ya dövlətlər qrupunun ərazisində
tədavüldə olan və qanuni ödəniş vasitəsi sayılan, eləcə də tədavüldən
çıxarılmış və ya çıxarılan, lakin həmin ərazidə tədavüldə olan
pul nişanlarına dəyişdirilə bilən banknotlar, xəzinə biletləri
və sikkələr şəklində pul nişanları;
b)
xarici dövlətlərin pul vahidlərində, beynəlxalq pul və ya hesablaşma
vahidlərində hesablarda olan vəsaitlər;
- spesifik
mallar — Azərbaycan
Respublikası Prezidentinin müvafiq fərmanı ilə təsdiq edilmiş,
«Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi»
Qaydalarında nəzərdə tutulan, Nazirlər Kabinetinin sərəncamları
və ya Ticarət Nazirliyinin xüsusi razılığı ilə ixracına icazə
verilən mallar.
2. Malların ixrac əməliyyatlarında valyuta vəsaitlərinin ödənişinə
nəzarətin təşkili
2.1.
İxrac əməliyyatlarında valyuta ödənişlərinə nəzarət bu Təlimatın
1 ¹-li Əlavəsi ilə təsdiq edilmiş «İxrac əməliyyatlarında valyuta
ödənişlərinə nəzarətin texnoloji sxema»nə uyğun olaraq həyata
keçirilir.
2.1.2.
İlkin nəzarət. İlkin nəzarət ixrac əməliyyatının gömrük
rəsmiləşdirilməsi zamanı aparılır. Bu zaman ixracatçı tərəfindən
təqdim olunan aidiyyatı sənədlərin tamlığı və düzgünlüyü gömrük
rəsmiləşdirməsini aparan müvafiq şöbə (Yük şöbəsi) tərəfindən
yoxlanılır.
2.1.3.
Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə
bağlanmış müqavilələrə əsasən respublika hüdudlarından kənarda
satışı gömrük orqanlarında bəyan edildiyi gündən etibarən 180
günə qədər müəyyən olunmaqla malların ixracını nəzərdə tutur.
Satışdan əldə edilən vəsaitlər, mallar satıldıqca 10 bank günündən
gec olmayaraq ixracatçının ona xidmət göstərən müvəkkil bankdakı
valyuta hesabına daxil olmalıdır. Konsiqnasiya ticarəti üçün ayrılan
müddətdə mallar satılmadığı təqdirdə, 30 gün ərzində həmin mallar
Azərbaycan Respublikasına qaytarılmalıdır.
Dövlət
müəssisəsi olmayan ixracatçılar tərəfindən malların konsiqnasiya
yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır.
Bu zaman respublikanın dövlət müəssisələrində istehsal olunmuş
malların dəyəri, istehsalçıya tam ödənildikdən sonra ixrac oluna
bilər.
Konsiqnasiya
yolu ilə ixrac əməliyyatlarının rəsmiləşdirilməsində gömrük orqanları
tərəfindən tələb olunan sənədlər:
- xarici tərəflə bağlanmış
müqavilə (ixracatçı dövlət müəssisəsi olduğu halda Ticarət Nazirliyində
qeydiyyatdan keçirilməklə; digər ixracatçılar tərəfindən isə
gömrük orqanlarında bəyan edilməklə);
- ixrac olunan malın
mənşə sertifikatı;
- istehsalçı ilə ixracatçı
arasında bağlanmış müqavilə (ixracatçı qeyri-dövlət müəssisəsi
olduqda);
- ixrac olunan mal dövlət
müəssisəsində istehsal edilmişdirsə, ixracatçı qeyri-dövlət
müəssisəsi olduğu halda, onun dəyərinin istehsalçıya tam ödənilməsini
təsdiq edən müvafiq bank sənədi;
- konsiqnasiya müqaviləsində
nəzərdə tutulan valyuta vəsaitinin vaxtında köçürüləcəyinə və
yaxud mal satılmadığı halda həmin malın geri qaytarılmasına
«Zəmanət öhdəliyi» (Əlavə ¹ 4).
- Uçot kartoçkası (UK);
- Deklarant tərəfindən
tərtib olunmuş Yük Gömrük Bəyannaməsi.
2.1.4.
Barter əməliyyatları, dəyəri ödənilmədən ekvivalent məbləğdə qarşılıqlı
mal (xidmət və əqli mülkiyyət) mübadiləsini nəzərdə tutur.
Barter
əməliyyatlarında ekvivalent məbləğdə malların göndərilməsi və
alınması müddəti 90 günədək müəyyən olunur. Ekvivalent məbləğdə
qarşılıqlı mal mübadiləsi bu müddətdə başa çatmadığı təqdirdə,
hesablaşma müqavilədə göstərilən valyuta ilə 10 bank günü ərzində
yerinə yetirilməli və vəsait ixracatçının müvəkkil bankdakı valyuta
hesabına köçürülməlidir.
Dövlət
müəssisələri və Nizamnamə fondunda dövlətin pay haqqı 50%-dən
yuxarı olan müəssisələr tərəfindən bağlanmış barter müqavilələri
Ticarət Nazirliyində qeydiyyatdan keçirilməklə, digər müəssisələr
tərəfindən bağlanmış barter müqavilələri isə, gömrük orqanlarında
bəyan edilməklə həyata keçirilir.
Barter
əməliyyatları üzrə ixrac edilən malların Yük Gömrük Bəyannamələrinin
bir nüsxəsi mal bəyan olunduğu tarixdən etibarən 7 gün ərzində
gömrük orqanları tərəfindən müvəkkil banklara və Ticarət Nazirliyinə
göndərilir.
Malların
barter (mübadilə) yolu ilə ixracı zamanı gömrük orqanları tərəfindən
tələb olunan sənədlər:
- istehsalçı ilə ixracatçı
arasında bağlanmış müqavilə (ixracatçı qeyri-dövlət müəssisəsi
olduqda);
- ixrac olunan mal dövlət
müəssisəsində istehsal edilmişdirsə, ixracatçı qeyri-dövlət
müəssisəsi olduğu halda onun dəyərinin istehsalçıya tam ödənilməsini
təsdiq edən müvafiq bank sənədi;
- xarici tərəflə bağlanmış
barter müqaviləsi (ixracatçı dövlət müəssisəsi olduqda Ticarət
Nazirliyində qeydiyyatdan keçirilmiş);
- ixrac olunan malın
mənşə sertifikatı;
- ekvivalent məbləğdə
malların vaxtında Azərbaycan Respublikasına gətiriləcəyi və
yaxud valyuta vəsaitinin ixracatçının müvəkkil bankdakı valyuta
hesabına köçürəcəyi barədə zəmanət öhdəliyi (Əlavə ¹ 5);
- Uçot kartoçkası (UK);
- Deklarant tərəfindən
tərtib olunmuş Yük Gömrük Bəyannaməsi.
2.1.5.
Kreditə ixrac əməliyyatları, faktiki mal (xidmət və əqli
mülkiyyət) ixracından sonra haqqı müəyyən şərtlərlə və hər hansı
müddət ərzində ödənilən malların ixracını nəzərdə tutur.
Dövlət
müəssisələri və Nizamnamə fondunda dövlətin pay haqqı 50%-dən
yuxarı olan müəssisələr tərəfindən malların (xidmət və əqli mülkiyyətin)
kreditə ixracı üzrə bağlanmış müqavilələr Ticarət Nazirliyində
qeydiyyatdan keçirilməklə aparılır.
Digər
ixracatçılar tərəfindən malların kreditə ixracı isə, gömrük orqanlarında
bəyan edilməklə həyata keçirilir. Bu zaman respublikanın dövlət
müəssisələrində istehsal olunmuş malların dəyəri istehsalçıya
tam ödənildikdən sonra ixrac oluna bilər.
Kreditə
ixrac əməliyyatlarında gömrük orqanları tərəfindən tələb olunan
sənədlər:
- istehsalçı ilə ixracatçı
arasında bağlanmış müqavilə (ixracatçı qeyri-dövlət müəssisəsi
olduqda);
- ixrac olunan mal dövlət
müəssisəsində istehsal edilmişdirsə, ixracatçı qeyri-dövlət
müəssisəsi olduğu halda, onun dəyərinin istehsalçıya tam ödənilməsini
təsdiq edən müvafiq bank sənədi;
- xarici tərəflə bağlanmış
müqavilə (kreditə ixrac əməliyyatları dövlət müəssisələri tərəfindən
həyata keçirildikdə, Ticarət Nazirliyində qeydiyyatdan keçirilməklə);
- malın mənşə sertifikatı;
- valyuta vəsaitlərinin
köçürülməsinə zəmanət öhdəliyi (Əlavə ¹ 6);
- Uçot kartoçkası (UK);
- Deklarant tərəfindən
tərtib olunmuş Yük Gömrük Bəyannaməsi.
2.1.6.
Müvəqqəti ixrac əməliyyatları xarici ölkələrdə xidmət göstərilməsi,
lizinq əməliyyatlarının aparılması, sərgilərdə, yarmarkalarda
iştirak və s. üçün malların yenidən işlənmədən (dəyişdirilmədən)
Azərbaycan Respublikasına qaytarılması şərtilə ixracını nəzərdə
tutur:
- Dövlət müəssisələri
tərəfindən müvəqqəti olaraq göndərilmiş mallar üzrə bağlanmış
müqavilələrdə nəzərdə tutulmuş müddət bitdiyi gündən həmin mallar
30 gün ərzində Azərbaycan Respublikasına qaytarılmalıdır. Bu
mallar Ticarət Nazirliyinin icazəsi ilə istifadə olunduğu ölkələrdə
satıla bilər. Valyuta vəsaiti mallar satıldığı gündən 10 gün
müddətində ixracatçının Azərbaycan Respublikasında müvəkkil
bankdakı hesabına daxil edilməlidir;
- Dövlət müəssisəsi
olmayan ixracatçılar tərəfindən isə, müvəqqəti ixrac olunmuş
mallar bu Təlimata və Azərbaycan Respublikasının digər qanunvericilik
aktlarına uyğun olaraq müvafiq gömrük rüsumları ödənilməklə
istifadə olunduğu ölkələrdə satıla bilər. Bu halda valyuta vəsaitləri
mallar satıldığı gündən 10 gün müddətində ixracatçının Azərbaycan
Respublikasında müvəkkil bankdakı hesabına daxil edilməlidir.
Başqa halda, həmin mallar bağlanmış müqavilələrdə nəzərdə tutulmuş
müddət bitdiyi gündən 30 gün ərzində Azərbaycan Respublikasına
qaytarılmalıdır.
Müvəqqəti
ixrac əməliyyatları
rəsmiləşdirilərkən gömrük orqanları tərəfindən aşağıdakı sənədlər
tələb olunur:
- istehsalçı ilə ixracatçı
arasında bağlanmış müqavilə (ixracatçı qeyri- dövlət müəssisəsi
olduqda);
- ixrac olunan mal dövlət
müəssisəsində istehsal edilmişdirsə, ixracatçı qeyri-dövlət
müəssisəsi olduğu halda, onun dəyərinin istehsalçıya tam ödənilməsini
təsdiq edən müvafiq bank sənədi;
- xarici tərəflə bağlanmış
müqavilə (ixracatçı dövlət müəssisəsi olduğu halda Ticarət Nazirliyində
qeydiyyatdan keçirilməklə);
- müvəqqəti ixrac olunan
malın mənşə sertifikatı;
- müqavilə şərtlərinə
uyğun olaraq müvəqqəti ixrac olunan malların geriyə qaytarılacağı
barədə zəmanət öhdəliyi (Əlavə ¹ 7);
- Uçot kartoçkası (UK);
- Deklarant tərəfindən
tərtib olunmuş Yük Gömrük Bəyannaməsi.
3. Son (sənədli) nəzarət — gömrük rəsmiləşdirməsi
başa çatdıqdan sonra aparılır.
3.1.
Gömrük orqanının Yük şöbəsinə ixracatçı tərəfindən təqdim olunan
sənədlər rəsmiləşdirilərək Maliyyə-Tarif şöbəsinə verilir və aşağıdakılar
yerinə yetirilir:
- hər bir ixrac əməliyyatı
üzrə dosye açılır, ixracatçının ərizəsi ilə birlikdə ərizədə
göstərilən sənədlərin surətləri və bu Təlimatın 2-ci bəndindəki
müvafiq ixrac rejiminə uyğun tələb olunan sənədlər əlavə edilir;
- Uçot kartoçkasındakı
məlumatların düzgünlüyü yoxlanılmaqla, təqdim olunan YGB məlumatları
ilə üzləşdirilir;
- Uçot kartoçkası tərtib
olunmaqla, gələcəkdə valyuta vəsaitlərinin daxil olacağının
və ya malın geri qaytarılacağının son müddətləri təyin olunur;
- Uçot kartoçkasına
qeydiyyat nömrəsi verilməklə, UK reyestrinə salınır (Əlavə ¹
8) və onun surəti isə DGK Valyuta Nəzarəti şöbəsinə göndirilir;
- göndərilmiş malların
müqabilində ödəniş vaxtının bitməsi barədə ixracatçıya və DGK
Valyuta Nəzarəti şöbəsinə bildiriş göndərilir;
- valyuta vəsaitlərinin
daxil olması barədə müvəkkil bank tərəfindən təsdiq edilmiş
Uçot kartoçkası (A2-bölməsi) və ya malların geri qaytarılması
barədə deklarant tərəfindən tərtib edilmiş idxal YGB ixracatçı
tərəfindən gömrük orqanına təqdim edildiyi təqdirdə UK nəzarətdən
çıxarılır.
- valyuta vəsaitlərinin
vaxtında mədaxil olmaması və ya malların geriyə qaytarılması
müddətinin başa çatması ilə əlaqədar (Fors-major baş verdiyi
və yaxud ixracatçı tərəfindən ixrac müqavilələrinə müvafiq olaraq
nəzərdə tutulan arbitraj proseduralarının yerinə yetirilməsi
halları istisna olmaqla) gömrük orqanı (Maliyyə-Tarif şöbəsi)
mövcud qaydada araşdırma aparır, protokol tərtib edir və toplanmış
materialları gömrük orqanının müvafiq (Qaçaqmalçılıq və gömrük
qaydalarının pozulması ilə mübarizə) şöbəsinə təqdim edir. Aidiyyatı
üzrə bu işi icra edən şöbə təhqiqat aparmaqla eyni zamanda qərar
qəbul edir, həmçinin bu Təlimatın 2 ¹-li Əlavəsinin «V» bölməsinə
uyğun olaraq ixracatçıya qarşı Gömrük Məcəlləsinin müvafiq maddəsinə
əsasən sanksiya tətbiq edir və bu barədə Dövlət Gömrük Komitəsinin
MT və VN Baş idarəsinə məlumat verir.
4. İxrac əməliyyatlarında hesablaşmalara nəzarət
4.1.
İxracatçılar tərəfindən ixrac olunan (sövdələşmə xüsusiyyəti 21
və 41), malların (xidmət və əqli mülkiyyətin) Azərbaycan Respublikası
ərazisindən çıxarılması gömrük orqanları tərəfindən yalnız onların
haqqının qabaqcadan ödənildiyi və yaxud geri çağrılmayan akkreditiv
açılması müvəkkil banklar tərəfindən «Uçot kartoçkası»nın «A
1» və «A 2» bölmələrində qeyd edilməklə təsdiq edildikdən sonra
həyata keçirilir.
4.1.2.
ixracatçılar tərəfindən aparılan ixrac əməliyyatlarının hesablaşmalar
hissəsi, Azərbaycan Respublikası müvəkkil banklarının, malların
gömrük sərhədindən çıxarılması isə gömrük orqanlarının nəzarəti
altında həyata keçirilir.
5. Təlimatın tələblərinin pozulmasına görə məsuliyyət
5.1.
İxracatçılar, bu Təlimatın tələblərinin pozulmasına görə Azərbaycan
Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar:
5.1.2.
İxracatçılar, bu Təlimata uyğun xarici valyuta vəsaitlərinin
(və ya malların geriyə) respublikaya vaxtında və tam həcmdə
köçürülməsini (gətirilməsini) mövcud qaydada təmin etmədikləri
təqdirdə, Azərbaycan Respublikası «Gömrük Məcəlləsi»nin 216-cı
maddəsinə uyğun müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
5.1.3.
İxrac əməliyyatlarında malların Azərbaycan Respublikası gömrük
ərazisindən çıxarılmasına gömrük orqanları, bu malların müqabilində
valyuta vəsaitlərinin ödənilməsinə isə müvəkkil banklar nəzarət
edirlər.
Təlimatın
tələblərinin pozulması halları aşkar edildiyi təqdirdə, gömrük
orqanları və müvəkkil banklar müvafiq tədbirlər görülməsi üçün
aidiyyatı dövlət orqanlarına təqdimat verməlidirlər.
11 fevral 1999-cu il
tarixli 9 saylı Əmrə əsasən əlavələr və dəyişikliklərlə.
«Azərbaycan
Respublikası ərazisindən
ixrac edilən malların müqabilində valyuta
vəsaitlərinin ödənişinə
nəzarət barədə Təlimat»a Əlavə ¹ 1
İxrac
əməliyyatlarında valyuta ödənişlərinə nəzarətin texnoloji sxemi
Gömrük
orqanlarında ixrac əməliyyatları müqabilində valyuta vəsaitlərinin
ödənişinə nəzarət, təqdim olunan texnoloji sxem üzrə aparılır:
1.1.
İxracatçı, gömrük orqanı tərəfindən verilmiş «İxrac əməliyyatlarına
valyuta nəzarəti Uçot kartoçkası»nı (gələcəkdə — Uçot kartoçkası)
2 nüsxədə doldurur və onun «A» bölməsini təsdiq edir, bütün
hallarda «A1» bölməsini, sövdələşmə xüsusiyyəti 21 və 41 ilə
aparılan ixrac əməliyyatlarında isə, həmçinin «A 2» böliəsini
ona xidmət göstərən müvəkkil bankda təsdiq etdirir (Əlavə
¹ 2).
1.2.
İxracatçının («A» bölməsi) və müvəkkil bankın («A1» bölməsi)
təsdiq etdiyi Uçot kartoçkası ixracatçı tərəfindən digər sənədlərlə
birlikdə gömrük rəsmiləşməsi üçün gömrük orqanına (Yük şöbəsinə)
təqdim olunur.
1.3.
Malların gömrük rəsmiləşməsindən sonra gömrük orqanı (Maliyyə-Tarif
şöbəsi) Uçot kartoçkasının «B» bölməsini rəsmiləşdirir,
qeydiyyat nömrəsi qoyur və bir nüsxəsini ixracatçı vasitəsilə
müvəkkil banka göndərir. Uçot kartoçkasının gömrük orqanında
saxlanılan nüsxəsinin surəti son nəzarət üçün Dövlət Gömrük
Komitəsinin Valyuta nəzarəti şöbəsinə verilir.
1.4.
Malların ixracından xarici valyuta vəsaitinin (gələcəkdə valyuta
vəsaiti) daxil olmasını müvəkkil bank, Uçot kartoçkasının «A2»
bölməsində müvafiq qeyd aparmaqla təsdiq edir və təsdiq olunmuş
Uçot kartoçkası valyuta nəzarətindən çıxarılması üçün ixracatçı
tərəfindən gömrük orqanına təqdim edilir.
1.5.
Gömrük orqanı Uçot kartoçkasını və ödəniş barədə müvafiq sənədi
ixracatçıdan alaraq, uçot kartoçkasının «B» bölməsindəki «UK-nın
nəzarətdən çıxarılması» qrafasını təsdiq edir. Mallar geri qaytarıldığı
halda isə, idxal əməliyyatı üzrə Yük Gömrük Bəyannaməsinin nömrəsi,
malın miqdarı, dəyəri yazılır və nəzarətdən çıxarılması barədə
Dövlət Gömrük Komitəsinin Valyuta nəzarəti şöbəsinə məlumat
verilir.
1.6.
Valyuta vəsaiti müqavilədə nəzərdə tutulmuş müddətdə və mövcud
qaydada daxil olmadıqda və yaxud satılmayan malların qaytarılması
təmin edilmədikdə gömrük orqanı İxracatçını və Dövlət
Gömrük Komitəsinin Valyuta Nəzarəti şöbəsini «Bildiriş»lə (Əlavə
¹ 3) xəbərdar edir.
1.7.
Azərbaycan Respublikası gömrük qanunvericiliyində nəzərdə tutulmuş
müddət ərzində ixrac əməliyyatı üzrə valyuta vəsaiti daxil olmadığı
və yaxud satılmayan mal geri qaytarılmadığı təqdirdə (Fors-major
baş verdiyi və yaxud ixracatçı tərəfindən ixrac müqavilələrinə
müvafiq olaraq nəzərdə tutulan arbitraj proseduralarının yerinə
yetirilməsi halları istisna olmaqla) gömrük orqanı gömrük qaydalarının
pozulması protokolu tərtib edir və Uçot kartoçkasının «V» bölməsini
rəsmiləşdirir.
1.8.
Gömrük qaydalarının pozulması ilə əlaqədar ixracatçıya tətbiq
olunmuş cərimə sanksiyası həddi uçot kartoçkasının «V» qrafasında
göstərilməklə DGK-nin Valyuta nəzarəti şöbəsinə verilir.
Əlavə
¹ 2
İxrac əməliyyatlarına valyuta nəzarəti
uçot kartoçkası
Gömrükxananın
kodu __________ |
UK
qeydiyyat ¹-si və tarixi _________ |
İxrac
edən ________________________ |
VÖİN
¹-si _____________ |
A |
Hüquqi
ünvanı _________________________________________ |
telefon
¹-si ____________________ |
Kontrakt
¹-si və tarixi _____________ |
Ticarət
Nazirliyində qeydiyyat ¹-si (döv.müəs. üçün)
_____________________ |
| İdxal
edənin adı, ölkəsi
__________________________________________________________________ |
Malın
adı __________________________________ |
malın
miqdarı ___________________________ |
ödəniş
valyutası _________ |
malın
dəyəri __________________________________________________ |
|
(rəqəmlə) |
(yazı ilə) |
| Gömrük orqanlarının
ilk tələbi ilə hazırki kontrakt üzrə hesabın
dövriyyələri barədə hər hansı məlumatın təqdim
olunmasına etiraz etmirəm. |
| Təşkilatın rəhbəri Baş
mühasib |
Valyuta
hesab ¹-si və valyutanın növü_________________________ |
Bankın
adı _____________________ |
A1 |
| Bankın
hüquqi ünvanı və telefon ¹-si __________________ |
Bankın
adı ____________________ |
| Bankın sədri
(müdiri) Baş mühasib |
Valyuta
daxil olma tarixi, adı və məbləği
____________________________________ |
A2 |
Vəsaitin
daxil olma mənbəyi (kontraktın ¹-si və tarixi)
_________________________________ |
| Bankın sədri
(müdiri) Baş mühasib |
İxrac
YGB ¹-si və buraxılış tarixi |
Malın
kodu |
Sövdələşmə
xarakterinin kodu |
Ödənişin
və ya malın geri qaytarılmasının son müddəti |
Gömrüyün
qeydi |
B |
|
|
|
|
|
|
| İdxal YGB ¹-si,
malın miqdarı, məbləği, vəsait daxil olmadığı
halda doldurulur _________________________________________ |
UK nəzarətdən
çıxarılması tarixi__________________ |
| Gömrük
orqanının məsul şəxsinin imzası və şəxsi
nömrəli möhürü: ________________________ |
|
Araşdırma:
|
V |
| Tarix ___________________ |
İşin ¹-si
___________________ |
Protokol
¹-si __________________ |
Qərar: |
| Tarix _______ |
GM əsas maddəsi
_______ |
GM əlavə maddəsi
______ |
Mədaxil edilən
valyuta (rəqəmlə) |
_____________ |
Tutulan _________ |
Tutulmuşdur: |
| ödənişin
tarixi: ___________________________________________ |
______________________________________________ |
|
(tam) |
(qismən) |
| Ödənişin
məbləği___________ |
Ödənilməmiş
vəsaitin məbləği (qismən ödəniş üçün)____________________ |
Ödənilməmənin
səbəbi _________________ |
«Azərbaycan
Respublikası ərazisindən
ixrac edilən malların müqabilində valyuta
vəsaitlərinin ödənişinə
nəzarət barədə Təlimat»a Əlavə ¹ 3
|
______________________________________
İxracatçının adı,
ünvanı
______________________________________
surəti: MT və VN
Baş idarəsinə
______________________________________ |
bildiriş
Sizin
müəssisə tərəfindən «___»__________________________199________ il
tarixli ____________¹-li kontrakta və
«___»________________________199______ il tarixli _______________¹-li
YGB əsasən valyuta nəzarəti uçot kartoçka
¹________________ ____________________________________________________________________
ünvanına
mal alanın adı və
ölkəsi
___________________________________________________________________
məbləğində
məbləği xarici
valyuta ilə |
___________________________ |
olmaqla |
___________________ |
göndərilmişdir. |
miqdarı |
|
malın
adı |
|
Təqdim
olunan ______________ ¹-li «___»__________________________199________ il
tarixli zəmanət öhdəliyinə əsasən ixracdan əldə
edilən valyuta vəsaiti Sizin |
____________________________________________________________________________ |
müvəkkil
bankın adı, valyuta hesab ¹-si |
«___»__________________199________
il tarixədək daxil olmalı idi. |
Valyuta
vəsaitlərinin daxil olması barədə
«___»__________________199________ il tarixinədək və ya malın
geri qaytarılması haqda isə «___»__________________199________
il tarixədək məlumat verilmədiyi təqdirdə bu,
Azərbaycan Respublikası Gömrük Məcəlləsinin
216-cı maddəsinə müvafiq olaraq gömrük işi
sahəsində cinayət əməli hesab edilməklə, məsul
şəxslər respublikanın cinayət
qanunvericiliyinə uyğun cəzalandırılacaqlar. |
Gömrük
orqanının məsul əməkdaşı |
________________________________________ |
|
imza |
«Azərbaycan
Respublikası ərazisindən
ixrac edilən malların müqabilində valyuta
vəsaitlərinin ödənişinə
nəzarət barədə Təlimat»a
Əlavə ¹ 4
İxracatçının
konsiqnasiya əməliyyatına zəmanət öhdəliyi
_____________________________________________________________________________
ixracatçının tam adı
_____________________________________________________________________________
statistik kodu,
ünvan, bank rekviziti, identifikasiya ¹-si
Bununla zəmanət
veririk ki, ixrac etdiyimiz ___________________________________
___________________________________________________________________
malın adı, miqdarı |
ümumi
məbləği _____________________________ |
olan
«__»_____________199___ il |
|
valyuta
ilə məbləğ |
tarix |
tarixli
müqaviləyə əsasən, valyuta vəsaitinin 180 gün
müddətində, mallar satıldıqca 10 bank günündən
gec olmayaraq Azərbaycan Respublikasındakı
xarici valyutada bank hesabına daxil olmasını,
yuxarıda göstərilən müddətdə mallar
satılmadıqda isə 30 gün ərzində onun Azərbaycan
Respublikasına qaytarılmasını təmin edəcəyik. |
Müəssisənin
hüquqi ünvanı və Bank rekviziti dəyişdiyi
təqdirdə 3 gün ərzində gömrük orqanına məlumat
veriləcək. |
Azərbaycan
Respublikası Gömrük Məcəlləsinin 216-cı maddəsi
ilə tanış olduq. |
Müəssisənin
rəhbəri |
______________________________________ |
|
|
(F.a.a.
imzası) |
|
Baş
mühasib |
______________________________________ |
|
|
(F.a.a.
imzası) |
|
Tarix,
möhür |
|
|
«Azərbaycan
Respublikası ərazisindən
ixrac edilən malların müqabilində valyuta
vəsaitlərinin ödənişinə
nəzarət barədə Təlimat»a
Əlavə ¹ 5
İxracatçının
barter əməliyyatına zəmanət öhdəliyi
|
_____________________________________________________________________________
ixracatçının tam adı
_____________________________________________________________________________
statistik kodu,
ünvan, bank rekviziti, identifikasiya ¹-si
Bununla, ixrac
etdiyimiz ______________________________________________________
___________________________________________________________________
malın adı, miqdarı |
ümumi
məbləği _______________________________ |
olan
«__»_____________199___ il |
|
valyuta ilə məbləğ |
tarix |
tarixli
müqavilədə göstərilən malların müqavilə
şərtlərinə uyğun Azərbaycan Respublikasına
vaxtında gətirilməsinə təminat veririk. |
Müqavilədə
nəzərdə tutulan mallar 90 gündən gec olmayaraq
Azərbaycan Respublikasına gətiriləcək,
fors-major olduğu təqdirdə isə malların
müqabilində valyuta vəsaiti
___________________________________________ bizim
valyutanın məbləği |
______________________________________ |
______________________________________ |
bankın adı |
valyuta hesab ¹-si |
10
bank günü ərzində daxil olacaqdır. |
Müəssisənin
hüquqi ünvanı və Bank rekviziti dəyişdiyi
təqdirdə 3 gün ərzində gömrük orqanına məlumat
veriləcək. |
Müəssisənin rəhbəri |
______________________________________ |
|
|
(F.a.a. imzası) |
|
Baş
mühasib |
______________________________________ |
|
|
(F.a.a. imzası) |
|
Tarix,
möhür |
|
|
«Azərbaycan
Respublikası ərazisindən
ixrac edilən malların müqabilində valyuta
vəsaitlərinin ödənişinə
nəzarət barədə Təlimat»a
Əlavə ¹ 6
İxracatçının
kreditə ixrac əməliyyatına zəmanət öhdəliyi |
_____________________________________________________________________________
ixracatçının tam adı
_____________________________________________________________________________
statistik kodu,
ünvan, bank rekviziti, identifikasiya ¹-si
Bununla,
_____________________________________________________________________
idxalatçının adı,
ölkəsi
ixrac etdiyimiz
______________________________________________________________
malın adı, miqdarı |
ümumi
məbləği _______________________________ |
olan
«__»_____________199___ il |
|
valyuta ilə məbləğ |
tarix |
tarixli
__________ ¹-li müqaviləyə əsasən valyuta vəsaitinin
mövcud qaydada müqavilədə göstərilən müddət
ərzində köçürülməsinə təminat veririk. |
Müəssisənin
hüquqi ünvanı və Bank rekviziti dəyişdiyi
təqdirdə 3 gün ərzində gömrük orqanına məlumat
veriləcək. |
Azərbaycan
Respublikası Gömrük Məcəlləsinin 216-cı
maddəsinin tələbləri ilə tanış olduq. |
Müəssisənin
rəhbəri |
______________________________________ |
|
|
(F.a.a. imzası) |
|
Baş
mühasib |
______________________________________ |
|
|
(F.a.a. imzası) |
|
Tarix,
möhür |
|
|
«Azərbaycan
Respublikası ərazisindən
ixrac edilən malların müqabilində valyuta
vəsaitlərinin ödənişinə
nəzarət barədə Təlimat»a
Əlavə ¹ 7
İxracatçının
müvəqqəti ixrac əməliyyatına zəmanət öhdəliyi |
_____________________________________________________________________________
ixracatçının tam adı
_____________________________________________________________________________
statistik kodu,
ünvan, bank rekviziti, identifikasiya ¹-si
Bununla,
_____________________________________________________________________
təyinat ölkəsi |
ümumi
məbləği _______________________________ |
olan
«__»_____________199___ il |
|
valyuta ilə məbləğ |
tarix |
tarixli
________________ ¹-li müqaviləyə əsasən müvəqqəti ixrac
etdiyimiz
___________________________________________________________________
malın adı, miqdarda |
mövcud
qaydada və müqavilədə göstərilən müddət ərzində
geri qaytarılmasına və yaxud Azərbaycan
Respublikası Ticarət Nazirliyinin icazəsi ilə
həmin ölkədə satıldığı təqdirdə valyuta
vəsaitlərinin 10 gün ərzində Azərbaycan
Respublikası müvafiq müvəkkil bankındakı
valyuta hesabına daxil olmasına təminat
veririk. |
Qeyd:
(Dövlət müəssisəsi olmayan digər Rezidentlər
tərəfindən müvəqqəti ixrac olunmuş mallar bu
Təlimata və Azərbaycan Respublikasının digər
qanunvericilik aktlarına uyğun olaraq müvafiq
gömrük rüsumları ödənməklə istifadə olunduqları
ölkələrdə satıla bilər. Digər halda bağlanmış
müqavilələrlə nəzərdə tutulmuş müddətlər
bitdikdən sonra həmin mallar 30 gündən gec
olmayaraq Azərbaycan Respublikasına
qaytarılmalıdır). |
Müəssisənin
hüquqi ünvanı və Bank rekviziti dəyişdiyi
təqdirdə 3 gün ərzində gömrük orqanına məlumat
veriləcək. |
Azərbaycan
Respublikası Gömrük Məcəlləsinin 216-cı
maddəsinin tələbləri ilə tanış olduq. |
Müəssisənin
rəhbəri |
______________________________________ |
|
|
(F.a.a. imzası) |
|
Baş
mühasib |
______________________________________ |
|
|
(F.a.a. imzası) |
|
Tarix,
möhür |
|
|
«Azərbaycan
Respublikası ərazisindən
ixrac edilən malların müqabilində valyuta
vəsaitlərinin ödənişinə
nəzarət barədə Təlimat»a
Əlavə ¹ 8
İxrac
əməliyyatlarına valyuta nəzarətinin uçot kartoçkasının aparılması
Reyestri
Sıra ¹-si |
Mal göndərənin adı |
YGB tarixi və ¹-si |
Malın adı |
Malın məbləği |
Uçot kartoç- kasının ¹-si |
Valyuta vəsaitinin mədaxil olma və
ya malın geri qayıtma son müddəti |
Ödəmə müddətinin başa çatması
barədə bildirişin ¹-si və tarixi |
GQİ görə açılmış işin ¹-si |
Uçotdan çıxarılma tarixi |
Uçotdan çıxarılmanın səbəbi |
1 |
2 |
3 |
4 |
5 |
6 |
7 |
8 |
9 |
10 |
11 |
| |
|
|
|
|
|
|
|
|
|
|
| |
|
|
|
|
|
|
|
|
|
|
| |
|
|
|
|
|
|
|
|
|
|
| |
|
|
|
|
|
|
|
|
|
|
© AzerSoft
|