|
«Təsdiq edirəm»
Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsinin Sədri
K.Heydərov
|
«Razılaşdırılmışdır»
Azərbaycan Respublikasının
Maliyyə Naziri
F.Yusifov
|
|
27 mart 1997-ci il
|
Azərbaycan Respublikası ərazisinə
idxal olunan alkoqollu içkilərə, etil (yeyinti) spirtinə və tütün
məmulatına aksiz markalarının tətbiq edilməsi qaydaları haqqında
Təlimat
I. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikası ərazisinə
idxal olunan alkoqollu içkilərə, etil (yeyinti) spirtinə və tütün
məmulatına aksiz markalarının tətbiqi Respublika Prezidentinin
«Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının
saxlanmasının, idxalının və satışının tənzimlənməsi haqqında»
20 dekabr 1996-cı il tarixli 527 nömrəli Fərmanına əsasən həyata
keçirilir.
1.2. MDB ölkələrinin istehsalı
olmayan, həmçinin MDB ölkələrinin istehsalı olub (mənşə sertifikatı),
MDB hüdudları kənarından gətirilən aksizli mallar aksiz yığımı
markaları, bu növ mallar MDB ölkələrində istehsal edilib həmin
ölkələrdən gətirildikdə isə xüsusi markalarla markalanır.
1.3. Markalanmalı olan aksizli
malların markalanmasına həmin malları idxal edən məsuliyyət daşıyır.
1.4. Aksiz markalarının satış
qiyməti, Dövlət Gömrük Komitəsi tərəfindən həmin markaların hazırlanması
və gətirilməsi xərclərinə bərabər tutularaq, 90 (doxsan) manat
məbləğində müəyyən edilir.
II.
Aksiz markalarının alınması qaydası
2.1. Mal idxal edənlərə aksiz
yığımı və xüsusi markalar, onların fəaliyyət göstərdikləri əraziyə
xidmət edən gömrük orqanları tərəfindən satılır. Markalar, markalanmalı
olan malların faktiki olaraq Azərbaycan Respublikası ərazisinə
gətirilməsinə qədər alınır.
2.2. Marka alınması üçün idxalçı
müvafiq ərazi gömrük orqanına aşağıdakı sənədləri təqdim edir:
- bu Təlimata əlavə olunan formada 2 nüsxədə
ərizə (Əlavə ¹ 1, Əlavə ¹ 2);
- aksiz markaları ilə markalanan malların idxalına
icazə verən lisenziyanın nüsxəsini;
- malların gətirilməsi haqqında xarici ticarət
haqqında müqavilənin əsli və surəti;
- sifariş edilmiş markaların alınması üçün müvafiq
ərazi gömrük orqanının hesabına vəsaitin əvvəlcədən ödənilməsini
təsdiq edən sənədin surəti.
Sənədin «Tədiyənin təyinatı»
qrafasında «Aksiz markalarına görə» sözləri yazılmalıdır.
Xarici ticarət haqqında müqavilənin
əsli onun təqdim edilmiş surəti ilə üzləşdirilərək idxalçıya qaytarılır.
2.3. Marka alınması üçün müvafiq
ərazi gömrük orqanının hesabına köçürüləcək məbləğ aşağıdakı düsturla
müəyyən edilir.
M = Dm x S
burada,
M |
—
marka alınması üçün tələb olunan vəsaitinin
məbləği, |
Dm |
— bir
ədəd markanın qiymətini, |
S |
—
markalanası malların sayını (tütün məmulatları
üzrə qutuların sayı, spirtli içkilər üzrə
butılkaların sayı) ifadə edir. |
Məsələn, idxalçı ərizəsində 10.000
(on min) ədəd aksiz yığımı (yaxud xüsusi markanın) markasının
alınmasını göstərmişdirsə, bu halda ərazi gömrük orqanın hesabına
köçürüləcək məbləğ 900.000 (doqquz yüz min) manat təşkil edir.
2.4. İdxalçılara aksiz yığımı
və xüsusi markaların verilməsi «Azərbaycan Respublikası ərazisinə
idxal olunan alkoqollu içkilərə, etil (yeyinti) spirtinə və tütün
məmulatına aksiz markalarının tətbiq olunması Qaydaları»nın (bundan
sonra Qaydalar) II bölməsinə müvafiq olaraq həyata keçirilir.
Bu zaman aksizli malları gətirən
təşkilatların xarici ticarət əməliyyatları haqqında jurnal və
malların idxalçı tərəfindən müəyyən edilmiş müddətdə Azərbaycan
Respublikası ərazisinə gətirilməsi, onların gömrük orqanlarına
təqdim edilməsi və gömrük ödəmələrinin ödəniləcəyi haqqında idxalçının
verdiyi öhdəlik 3 və 4 nömrəli əlavələrdə göstərilən qaydada tərtib
edilir.
2.5. Ərazi gömrük orqanı markaların
satışından onun hesabına daxil olan vəsaiti jurnalın müvafiq qrafalarına
qeyd etməklə mövcud qanunvericiliklə müəyyən edilmiş müddətlərdə
Dövlət Gömrük Komitəsinin bankda açılmış xüsusi hesabına köçürür.
2.6. Marka alınması üçün verilmiş
ərizənin birinci nüsxəsi üzərində «Pul vəsaitləri daxil olmuşdur»
yazılışı qeyd edilməklə idxalçıya qaytarılır, ikinci nüsxəsi isə
gömrük orqanlarında saxlınılır.
2.7. Yerli gömrük orqanlarından
Dövlət Gömrük Komitəsinə marka alınması üçün verilən sifariş də
iki nüsxədə tərtib edilir. Birinci nüsxə Dövlət Gömrük Komitəsinə
təqdim olunur, ikinci nüsxə isə yerli gömrük orqanında saxlanılır.
2.8. Markaların satışı zamanı
idxal edən aksiz vergisini əvvəlcədən ödəmədiyi halda, onun ödəniləcəyi
barədə Dövlət Gömrük Komitəsinin reyestrinə salınmış bankın zəmanətini
təqdim etməlidir. Təqdim olunan bank zəmanəti aşağıdakı formada
tərtib olunur (Əlavə ¹ 5). Zəmanətdə alınan aksiz markalarının
sayına müvafiq olaraq aksizli malların gətirilməsi zamanı aksiz
vergisi ödəmələrini təmin edəcək məbləğ göstərilməlidir.
2.9. Bank zəmanətinin qəbul edilməsi
zamanı ərazi gömrük orqanının məsul işçisi marka alınması üçün
verilmiş ərizənin hər iki nüsxəsinin üzərində zəmanətin qəbul
edilməsi barədə (təminat məbləği, qeydiyyat tarixi, bankın rekvizitləri
və s. göstərilməklə), markalar üçün ödəmə sənədinin qəbul edilməsi
zamanı isə ödəmə sənədinin nömrəsi, tarixi, vəsaitin daxil olma
tarixi və s. haqqında qeyd edir.
2.10. Bank zəmanəti malların gömrük
rəsmiləşdirilməsi zamanı gömrük ödəmələrinin ödənilmə müddətlərinin
uzadılması üçün əsas vermir.
2.11. İdxalçıya markalar verilərkən
ərazi gömrük orqanının əməkdaşı Maliyyə Nazirliyi ilə razılaşdırılaraq
təsdiq olunmuş formada 2 nüsxədən ibarət qəbz yazır. Qəbzin forması
Təlimata əlavə olunur (Əlavə ¹ 6).
2.12. Markaların buraxılması üzrə
əməliyyatlar başa çatdıqdan sonra idxalçının ərizəsinin ikinci
nüsxəsi, markaların alınması üçün təqdim olunan ödənc sənədləri,
onun öhdəliyi, bankın zəmanəti, yaxud aksiz vergisinin əvvəlcədən
ödənilməsi haqqında ödəmə sənədi və qəbzin ikinci nüsxəsi ciddi
maliyyə sənədlərinin saxlanılması qaydalarına uyğun olaraq müvafiq
ərazi gömrük orqanında saxlanılır.
III. Azərbaycan Respublikası
ərazisinə gətirilən aksizli malların markalanması qaydası
3.1. Azərbaycan Respublikası ərazisinə
gətirilən aksizli malların markalanması gömrük rejiminə uyğun
olaraq mövcud qanunvericiliklə müəyyən edilən hallar istisna olmaqla,
Azərbaycan Respublikasının gömrük ərazisindən kənarda həyata keçirilir.
3.2. Aksiz yığımı markaları və
xüsusi markalar spirtli içkilərin boğazlığına yapışdırılır. Markalar
elə yapışdırılmalıdır ki, onun mərkəzi hissəsi qapağın mərkəzi
hissəsi ilə üst-üstə düşsün və həmin məmulatlardan istifadə zamanı
marka mütləq korlansın.
Markaların yapışdırılması üçün
elə yapışqan seçilməlidir ki, o, aşağı və yüksək temperaturlara,
müxtəlif rütubətlik dərəcələrinə davam gətirsin, onu korlamadan
qopardıb yenidən istifadə etmək mümkün olmasın.
Yapışqan seçilməsinə qoyulan bu
tələblərə əməl edilməsinə cavabdeh malı idxal edə hesab olunur.
Bu tələblərə əməl edilmədikdə,
gömrük orqanları həmin malları respublika ərazisinə buraxmamaq
hüququna malikdirlər.
3.3. Tütündən və ya onun əvəzedicilərindən
hazırlanmış siqaretlərin markalanması qaydası 7 ¹-li Əlavədə göstərilən
qaydada həyata keçirilir.
IV. Markalanmış malların gömrük rəsmiləşdirilməsi
4.1. Markalanmış malların gömrük
rəsmiləşdirilməsi həmin mallar üçün marka satmış ərazi gömrük
orqanı tərəfindən həyata keçirilir. Bu zaman gömrük orqanları
tərəfindən alınan gömrük vergi və rüsumları müəyyən edilmiş ümumi
qaydada hesablanır və alınır.
4.2. Yük gömrük bəyannaməsi doldurularkən,
bəyan edən bu bəyannamənin 50-ci qrafasında bəyan edilən mallara
vurulmuş markaları seriyasını, nömrəsini və miqdarını göstərməlidir.
4.3. Malların gömrük sənədləşdirilməsi
zamanı ödəniləcək aksiz vergisi aşağıdakı kimi hesablanır:
Am = A x Ao
burada,
Am |
—
ödəniləcək aksiz vergisinin məbləği (manatla), |
A |
—
hesablanmış aksiz vergisinin ümumi məbləği , |
Ao |
—
markalar alınan zaman ödənilmiş aksiz
vergisinin məbləğini ifadə edir. |
Əgər mal idxal edən gətirdiyi
malların miqdarına uyğun olaraq aksiz vergisini əvvəlcədən (markaları
alanda) ödəmişdirsə, bu halda malların gömrük rəsmiləşdirilməsi
zamanı aksiz vergisi yenidən hesablanmalı (bəyan edilən malların
faktiki miqdarı, məbləği və s. nəzərə alınmaqla) və fərq ödənilməlidir.
Məsələn: mal idxal edən aksiz markalarını alarkən ərizəsində göstərdiyi
malların miqdarına müvafiq olaraq hesablanmış 4.500.000 manat
məbləğində aksiz vergisini ödəmişdir.
Malların gömrük rəsmiləşdirilməsi
zamanı isə aksiz vergisi faktiki olaraq bəyan edilən malların
çeşidi, miqdarı və məbləğinə müvafiq olaraq yenidən hesablanmış
və 4.700.000 manat təşkil etmişdir. Bu halda mal idxal edən 200.000
manat məbləğində (4.700.000—4.500.000) fərqi ödəməlidir.
Əksinə olduqda isə, həmin məbləğ
müəssisənin gələcək fəaliyyətində nəzərə alınmalı və ya büdcədən
qaytarılmalıdır.
V. Aksiz yığımı və xüsusi markalardan istifadə olunması üzərində
nəzarət
5.1. Aksiz yığımı və xüsusi markalardan
istifadə olunması üzərində nəzarət «Qaydalar»ın 7-ci bölməsinə
müvafiq olaraq həyata keçirilir.
5.2. Marka almış bütün idxalçılar
marka alındığı tarixdən 6 ay müddətindən gec olmayaraq, markalardan
istifadə olunması haqqında aşağıdakıları təqdim etməklə ərazi
gömrük orqanına hesabat verməlidirlər:
- markalanmış malların gömrük rəsmiləşdirilməsinin
həyata keçirilməsinin əsası olan gömrük yük bəyannamələrini;
- istifadə olunmamış və ya zədələnmiş markaları.
Bu zaman gömrük yük bəyannaməsində
göstərilən və geri qaytarılan markaların seriya və sayı, həmin
şəxsə satılmış markaların seriya və sayına uyğun olmalıdır.
5.3. İdxalçı tərəfindən 5.2 bəndində
göstərilən tələblər yerinə yetirilmədikdə, ərazi gömrük orqanı
idxalçıdan onun marka alınmasına dair ərizəsində göstərdiyi malların
həcminə uyğun olaraq hesablanmış bütün gömrük ödəmələrini, o cümlədən
aksiz vergisini alır.
VI. Yekun müddəalar
6.1. Malların sərbəst tədavül üçün buraxılması
Azərbaycan Respublikası ərazisinə
gətirilən markalanmalı olan aksizli mallar sərbəst tədavül üçün
nəzərdə tutulduqda, həmin mallar ümumi qaydada markalanır və aksiz
vergisinə cəlb olunur.
Bu bəndin müddəaları bütün növ
nəqliyyat vasitələri ilə gətirilən aksizli mallara aid edilir.
6.2. Markalanmamış malların təkrar idxalı
Əvvəllər Azərbaycan Respublikasından
ixrac olunmuş Azərbaycan Respublikasının markalanmamış malları
respublika ərazisinə sərbəst tədavül üçün gətirilərkən markalanmalıdır.
6.3. Aksizli malların tranzit hərəkəti
Tranzit gömrük rejiminə uyğun
gömrük nəzarəti altında hərəkət etdirilən aksizli mallar markalanmır.
6.4. Markalanmamış malların təkrar ixracı
Gömrük orqanlarına qəti olaraq
təkrar ixrac üçün bəyan edilən aksizli mallar markalanmır. Bu
mallar yük bəyannaməsi qəbul edildiyi gündən sonra 6 ay ərzində
təkrar ixrac edilməlidir. Təkrar ixrac üçün bəyan edilib 6 ay
müddətində ixrac edilməyən mallar markalanmalı və aksiz vergisinə
cəlb edilməlidir.
Markalanmış mallar gömrük orqanlarına
təkrar ixrac üçün bəyan edildikdə, bu mallara vurulmuş aksiz yığımı
markaları və xüsusi markalar elə zədələnməlidir ki, onlardan malların
Azərbaycan Respublikası ərazisində satılması üçün istifadə olunmasın.
6.5. Markalanmamış malların müvəqqəti gətirilməsi
(göndərilməsi)
Sərgilərdə, yarmarkalarda, beynəlxalq
görüşlərdə və s. kimi bu cür tədbirlərdə nümayiş etdirilmək üçün
gətirilən (göndərilən) tək-tək nümunələr istisna olmaqla, markalanmalı
olan aksizli malların müvəqqəti olaraq gətirilməsinə (göndərilməsinə)
yol verilmir. Müvəqqəti olaraq gətirilən (göndərilən) mallar sərbəst
tədavülə buraxıldığı zaman ümumi qaydada, başqa gömrük rejiminnə
isə həmin rejimə uyğun olaraq markalanır və aksiz vergisinə cəlb
edilir.
6.6. Rüsumsuz ticarət mağazaları
Rüsumsuz ticarət mağazalarına
gətirilən aksizli mallar markalanmır. Həmin rejimi pozan rüsumsuz
ticarət mağazalarına gətirilən mallar markalanmalı və aksiz vergisinə
cəlb olunmalıdır.
6.7. Gömrük anbarları
Markalanmalı olan aksizli mallar
gömrük anbarlarına təhvil verildikdə, həmin mallar markalanmır
və aksiz vergisinə cəlb olunmur. Bu mallar anbardan sərbəst tədavül
üçün buraxıldığı zaman ümumi qaydada, başqa gömrük rejimində isə
həmin rejimə uyğun olaraq markalanır və aksiz vergisinə cəlb edilir.
6.8. Malların ixracı
Xaricdə istehsal edilmiş markalanmış
mallar ixrac gömrük rejiminə aid edildiyi hallarda, həmin mallara
vurulmuş aksiz markaları elə zədələnməlidir ki, bu markalardan
Azərbaycan Respublikası ərazisində malların satılması üçün istifadə
olunmasın.
______________________________________________________________________
rəisinə
(gömrük
orqanının adı)
Qeyd ¹
_____________________________________________________________ 199___ il
(gömrük
orqanı tərəfindən doldulur) |
Aksiz
yığımı markalarının alınmasına ƏRİZƏ
___________________________________________________________________
(Təşkilatın
tam adı, kodu, ünvanı, bank rekvizitləri)
___________________________________________________________________
___________________________________________________________________
Sizdən xahiş edirik
ki, aşağıda göstərilən miqdarda marka satasınız: |
__________________ |
miqdarı
________________ əd., məbləği ____________manat |
| (markanın növü) |
|
__________________ |
miqdarı
________________ əd., məbləği ____________manat |
| (markanın növü) |
|
__________________ |
miqdarı
________________ əd., məbləği ____________manat |
| (markanın növü) |
|
Ümumi
məbləği _________________________________________________________ manat
(sözlə)
Markaların
göstərilən sayı aşağıdakı malların alınması
üçün zəruridir:
____________________________________________________________________
(malların
nomenklaturası və sayı, tütün məmulatları üzrə
qutuların və
____________________________________________________________________
hər qutuda
olan siqaretlərin sayı, araq-şərab məmulatları
üzrə
____________________________________________________________________
butulkaların
sayı və onların tutumu göstərilməklə)
Göstərilən
mallar _______________________ firması ilə bağlanmış ____________
saylı, _______________________
tarixli xarici ticarət haqqında müqaviləyə
əsasən
alınır və
_________________________________________________ gətiriləcəkdir.
(ünvan)
Marka alınması üçün
pul vəsaitləri gömrük orqanının ________________________
saylı hesabına
___________________ saylı, ____________________________ tarixli
ödəmə sənədi ilə
köçürülmüşdür. |
Məbləği
___________________________________________________________
(sözlə)
Aksizli mallara
aksiz markalarının tətbiq edilməsi qaydaları
ilə tanış edilmişik.
Müəssisənin rəhbəri
_______________________________ (adı, soyadı, atasının adı)
(imza)
M.Y.
Baş mühasib
_______________________________________ (adı, soyadı, atasının adı)
(imza)
Vəsaitin daxil olması
haqqında gömrük orqanının qeydi |
|
_______________________________________
(malların
gətirilməsinin son vaxtı) |
____________________________________________________________
rəisinə
(gömrük
orqanının adı)
Qeyd ¹
___________________________________________________ 199___ il
(gömrük
orqanı tərəfindən doldulur) |
Xüsusi
markalarının alınmasına
ƏRİZƏ
___________________________________________________________________
(Təşkilatın
tam adı, kodu, ünvanı, bank rekvizitləri)
___________________________________________________________________
___________________________________________________________________
Sizdən xahiş edirik
ki, aşağıda göstərilən miqdarda marka satasınız: |
__________________ |
miqdarı
________________ əd., məbləği _______________manat |
| (markanın növü) |
|
__________________ |
miqdarı
________________ əd., məbləği _______________manat |
| (markanın növü) |
|
__________________ |
miqdarı
________________ əd., məbləği _______________manat |
| (markanın növü) |
|
Ümumi
məbləği _________________________________________________________ manat
(sözlə)
Markaların
göstərilən sayı aşağıdakı malların alınması
üçün zəruridir:
___________________________________________________________________
(malların
nomenklaturası və sayı, tütün məmulatları üzrə
qutuların və
___________________________________________________________________
hər qutuda
olan siqaretlərin sayı, araq-şərab məmulatları
üzrə
___________________________________________________________________
butulkaların
sayı və onların tutumu göstərilməklə)
Göstərilən
mallar _____________________ firması ilə bağlanmış _________
saylı,
______________________ tarixli
xarici ticarət haqqında müqaviləyə əsasən
alınır. |
Malların
istehsal edən MDB ölkəsi |
________________________________________ |
|
(ölkənin adı) |
Marka
alınması üçün pul vəsaitləri gömrük orqanının
___________________ saylı
hesabına _______________
saylı, _______________________ tarixli ödəmə sənədi ilə
köçürülmüşdür.
Məbləği
_____________________________________________________________________
(sözlə)
Aksizli mallara aksiz
markalarının tətbiq edilməsi qaydaları ilə
tanış edilmişik.
Müəssisənin rəhbəri
_____________________________ (adı, soyadı, atasının adı)
(imza)
M.Y.
Baş mühasib
_______________________________ (adı, soyadı, atasının adı)
(imza)
|
| Vəsaitin
daxil olması haqqında gömrük orqanının qeydi |
Malların
gömrük sənədləşdirilməsinin son vaxtı haqqında
gömrük orqanının qeydi |
Markalanmalı olan aksizli
malları gətirən təşkilatların
xarici ticarət əməliyyatlarının uçotu jurnalı
| Sıra sayı |
Təşkilatın adı |
Kodu |
Marka alınması üçün ərizənin qeyd
¹-si və tarixi |
Sifariş edilən markalar |
Marka alınması üçün ödəmə
sənədinin ¹-si və tarixi |
Marka alınması üçün ödəmə məbləği |
Pul vəsaitlərin hesaba daxil
olması tarixi |
Vəsaitin Dövlət Gömrük Komitəsinin
hesabına köçürülməsi sənədinin ¹-si və tarixi |
Zəmanət məbləği və bankın
rekvizitləri |
Malların sənədləşdirilməsinin son
tarixi |
Yük gömrük bəyannaməsinin (YGB)
¹-si və tarixi |
YGB-si üzrə malların sayı |
YGB-si üzrə gömrük ödəmələrinin
cəmi (ödəmə növləri üzrə) göstərilir |
Qaytarılan markaların sayı |
Gömrük ödəmələrinin alınması üçün
verilən ödəmə tapşırığının, yaxud inkassa
tapşırığının ¹-si və tarixi |
Pul vəsaitlərinin hesaba daxil
olması tarixi |
Vəsaitin Azərbaycan Respublikası
dövlət büdcəsinə köçürülməsi sənədinin ¹-si və
tarixi |
| |
|
|
|
sayı |
növü
və seriyası |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
| 1 |
2 |
3 |
4 |
5 |
6 |
7 |
8 |
9 |
10 |
11 |
12 |
13 |
14 |
15 |
16 |
17 |
18 |
19 |
|
______________________________________________________________________
rəisinə
(gömrük
orqanının adı)
Qeyd ¹
_____________________________________________________________ 199___ il
(gömrük
orqanı tərəfindən doldulur) |
Malların
gətirilməsi haqqında öhdəlik
___________________________________________________________________
(Təşkilatın
tam adı, kodu, ünvanı, bank rekvizitləri) |
__________________ |
miqdarda
_______________________________________malların |
(malların miqdarı) |
|
«___»_______________199____
il tarixinə qədər sərbəst tədavül üçün gömrük
rejiminə uyğun olaraq Azərbaycan Respublikası
ərazisinə faktiki gətirilməsinə, onların
__________________________________________________ yerləşdirilməsinə,
gömrük sənədləşdirilməsinə, bütün gömrük
ödənclərinin ödənilməsinə öhdəlik verir.
Yuxarıda göstərilən
mallar üçün gömrük ödənclərinin ödənilməsinin
təmin edilməsi sənədi kimi təqdim edilir:
(lazım olan
doldurulmalı)
______________________________________________________________________
bankın
«___»_______________199____ il
tarixli ¹ _____ ________________________________
___________________________________________________
məbləğində zəmanət öhdəliyi
(sözlə
yazılışı)
Gömrük ödənclərinin
təmin edilməsi üçün gömrük orqanının depozit
hesabına köçürülməsi barədə:
ödənc sənədi ¹_____
«___»_______________199____ il tarixli __________________
_______________________________________________________ məbləğdə
(sözlə
yazılış)
Təşkilatın rəhbəri
_____________________________ (adı, soyadı, atasının adı)
Baş mühasib
Möhür yeri
Gömrük orqanının
vəzifəli şəxsinin qeydi |
Gömrük
orqanının rəisinə |
________________________________________ |
|
(gömrük orqanının adı) |
Zəmanət
Öhdəliyi
¹ ____ |
«___»_______________199____
il |
___________________________________________________________________
(bankın və ya
digər kredit təşkilatının tam adı, kodu, ünvanı,
MFO,
___________________________________________________________________
valyuta
əməliyyatları aparılması üçün Milli Bankın
lisenziyasının ¹-si,
___________________________________________________________________
telefon,
teleks və faks nömrələri) |
bununla
zəmanət verir ki, əgər |
______________________________________________ |
|
(təşkilatın adı) |
___________________________________
tərəfindən ___________________ nömrəli
___________________________________ tarixli ərizəsi ilə alınmış
markaların sayına uyğun olaraq markalanmalı
mallar gömrük orqanına təqdim edilməzsə, yaxud
istifadə olunmamış və zədələnmiş markalar
__________________ müddətə qədər geri qaytarılmazsa,
yuxarıda göstərilən tarixdən etibarən 3 gün
müddətində ________________________ məbləğdə gömrük
ödəmələrini köçürəcək.
Bank tərəfindən bu
zəmanətə görə çatası pul vəsaitləri
ödənilmədikdə, Bank gömrük orqanlarına, hər bir
gecikdirilmiş gün üçün 0,3% həcmində peniya da
daxil olmaqla həmin vəsaitlərin Bankın
hesabından şəksiz silinməsinə icazə verir.
Bu zəmanət öhdəliyi,
markalanmalı malların gömrük rəsmiləşdirilməsi
qurtarana qədər, yaxud istifadə olunmamış
markalar geri qaytarılana qədər, yaxud bu
zəmanət öhdəliyinə görə çatası pul vəsaitləri
silinənə qədər qüvvədədir.
Bu zəmanət öhdəliyi
gömrük ödənclərinin təxirə salınması və ya
müddətinin uzadılmasında ödəmə təminatı kimi
tətbiq edilmir.
Bankın müdiri
_______________________________ (adı, soyadı, atasının adı)
(imza)
Baş mühasib
_________________________________ (adı, soyadı, atasının adı)
(imza)
Bankın möhürü |
Aksiz
markalarının alınmasına
QƏBZ ¹
Qeydiyyat
¹ ______________________________________ |
«___»_____________199____
il |
|
(ərazi gömrük
orqanı tərəfindən doldurulur)
|
|
Verilir
_____________________________________________________________________
(təşkilatın
tam adı, kodu, ünvanı, bank rekvizitləri)
Aksiz markaları: |
__________________ |
miqdarı
________________ əd., məbləği _______________manat |
(markanın növü) |
|
__________________ |
miqdarı
________________ əd., məbləği _______________manat |
(markanın növü) |
|
__________________ |
miqdarı
________________ əd., məbləği _______________manat |
(markanın növü) |
|
Ümumi
məbləği _________________________________________________________ manat
(sözlə)
Verilən
markaların seriya və nömrələri
_______________________________________
___________________________________________________________________
Markanı verən
əməkdaşın imzası _____________________________________________
Alınıb
_____________________________________________________________________
(vəzifəsi,
adı, soyadı, atasının adı)
etibarnamə ¹
____________________________ tarixi ___________________________
pasportun seriyası
_____________________ nömrəsi ______________________________
verilmiş
____________________________________________________________________
(pasportun
verildiyi yer) |
Aldım
«___»_______________199____ il |
İmza
_______________________________ |
| Gömrük orqanının
möhür yeri Qeyd:
Qəbzin forması Azərbaycan Respublikası Maliyyə
Nazirliyi ilə razılaşdırılmışdır. |
Tütün məmulatlarının
markalanması qaydası
a) Yuxarı səthə yapışdırma
Marka
yuxarı səthə elə yapışdırılmalıdır ki, qutunun sağ və sol kənarından,
həmçinin arxa və ön tərəflərindən eyni məsafədə olsun.
a) Yan tərəfdən yapışdırma
Marka
yan tərəfdən elə yapışdırılmalıdır ki, qutunun arxa səthinin
bir hissəsini, küncü və qapağın yan tərəfini tutsun və qutunun
qapağı açılan zaman o mütləq korlansın.
© AzerSoft
|