Azərbaycan
Respublikası
Ədliyyə Nazirliyində
qeydə alınmışdır
Qeydiyyat ¹ 84
«07» yanvar 1998-ci il
Nazir əvəzi
S. HƏSƏNOVA |
«Təsdiq
edilmişdir»
Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi
Əmr ¹ 1107
«25» dekabr 1997-ci il
Komitənin sədri
K. HEYDƏROV |
Azərbaycan Respublikası ərazisinə
idxal olunan aksizli markalar və aksiz tətbiq edilən minik avtomobillərinə
aksiz vergisinin hesablanması və ödənilməsi qaydaları haqqında Təlimat
1. Ümumi müddəalar
1.1. Bu Təlimat «Aksizlər haqqında»
Azərbaycan Respublikası Qanununa, ona edilmiş əlavə və dəyişikliklərə,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyul 1996-cı il
tarixli 80 saylı, 16 may 1997-ci il tarixli 47 saylı, 02 sentyabr
1997-ci il tarixli 101 saylı qərarlarına və qüvvədə olan gömrük
qanunvericiliyi aktlarına əsasən hazırlanmışdır.
1.2. Bu Təlimatın 1 saylı əlavəsində
göstərilən MDB ölkələrinin istehsalı olmayan mallar və minik avtomobilləri
müəyyən edilmiş dərəcələrlə aksiz vergisinə cəlb olunur.
1.3. MDB ölkələrinin istehsalı
olan (mənşə sertifikatı) aksizli mallar və minik avtomobilləri
MDB ölkələri hüdudları kənarından gətirildikdə aksiz vergisinə
cəlb olunur.
1.4. Bu Təlimatın 2 saylı əlavəsində
göstərilən mallar mənşə ölkəsi və gətirildiyi yerdən asılı olmayaraq
müəyyən edilmiş dərəcələrlə aksiz vergisinə cəlb edilir.
1.5. Azərbaycan Respublikası ərazisinə
idxal olunan aksiz vergisinə cəlb edilən mallar və aksiz tətbiq
edilən minik avtomobillərinə aksiz vergisi yük gömrük bəyannaməsi
gömrük əməliyyatı üçün qəbul edildiyi tarixdə xarici valyutaların
Azərbaycan Respublikası Milli bankının təyin etdiyi məzənnələri
əsasında manatla ödənilir.
2. Verginin tədiyəçiləri
2.1. Mülkiyyət formasından və
tabeçiliyindən asılı olmayaraq aksizli malları və aksiz tətbiq
edilən minik avtomobillərini respublika ərazisinə idxal edən bütün
hüquqi və fiziki şəxslər aksiz vergisinin ödəyicisi hesab olunur.
2.2. Aksiz vergisi yük gömrük
bəyannaməsi gömrük əməliyyatı üçün qəbul edilənədək və ya qəbul
edildiyi vaxt bilavasitə bəyannamə verən, yaxud gömrük qanunvericiliyi
ilə müəyyən edilmiş digər şəxslər tərəfindən ödənilir.
2.3. Aksiz vergisinin ödənişinə
möhlət verildiyi malların və aksiz tətbiq edilən minik avtomobillərinin
dəyərində düzəliş edildiyi hallar da daxil olmaqla aksiz vergisinin
yenidən hesablandığı, mübahisəsiz olaraq alındığı, habelə cərimə
və penyaların tutulduğu hallarda bu məbləğlər maliyyə tənzimi
üçün cavabdeh olan məsul şəxsdən alınır.
3. Aksiz vergisinin hesablanması qaydası
3.1. Azərbaycan Respublikası ərazisinə
daxil olunan MDB ölkələrinin hüdudları kənarında istehsal edilmiş,
habelə MDB üzvü olan dövlətlərin istehsalı olub MDB hüdudları
kənarından gətirilən etil (yeyinti) spirti, spirtli içkilər, tütün
məmulatı və minik avtomobillərinə aksiz vergisi onların gömrük
dəyərindən bu Təlimatın 1 nömrəli Əlavəsində göstərilən faizlərlə
hesablanır.
3.2. Mənşə ölkəsi və gətirildiyi
yerdən asılı olmayaraq respublika ərazisinə idxal olunan neft
məhsullarına aksiz vergisi onların gömrük dəyərindən bu Təlimatın
2 nömrəli Əlavəsində göstərilən faizlərlə hesablanır.
3.3. Azərbaycan Respublikası ərazisinə
idxal olunan aksizli malların və aksiz tətbiq edilən minik avtomobillərinin
gömrük rəsmiləşdirilməsi zamanı onların müəyyən edilmiş gömrük
dəyərini D, aksiz vergisinin dərəcəsini A hərfi ilə işarə etsək,
onda aksiz vergisinin məbləği aşağıdakı kimi hesablanacaqdır:
(D x
A) : 100
4. Aksiz vergisinin ödənilməsindən
azad edilmə
4.1. «Aksizlər haqqında» Azərbaycan
Respublikası Qanununa əlavələr və dəyişikliklər barədə» Azərbaycan
Respublikası Qanununun 2-ci maddəsinin 1-ci bəndinə əsasən müəssisələrin
öz tələbatı üçün gətirilən xammal və materiallar aksiz vergisinin
ödənilməsindən azad olunurlar.
5. Aksiz vergisinin ödənilməsi qaydaları
5.1. Gömrük orqanlarına aksiz
vergisinin ödənilməsinin təsdiqi üçün doldurulmuş bəyannaməyə
üzərində verginin ödənilməsi barədə bank orqanının qeydi olan
ödəmə tapşırığının bir nüsxəsi əlavə edilməlidir. Aksiz vergisi
ödənildikdən sonra gömrük orqanları aksizli malların və aksiz
tətbiq edilən minik avtomobillərinin respublika ərazisində sərbəst
tədavülə buraxılmasına icazə verir.
5.2. Aksiz vergisi məbləği gömrük
orqanlarının depozit hesabına köçürülür. Verginin depozit hesabına
daxil olmasına gömrük orqanları nəzarət edir. Ödəmə tapşırığı
verildiyi tarixdən bir ay müddətində vəsait depozit hesaba daxil
olmadıqda gömrük orqanları hesablanmış vergi məbləğinin mübahisəsiz
qaydada alınmasını təmin edir.
5.3. Gömrük orqanlarının depozit
hesabına daxil olan aksiz vergisi məbləğləri ayda dörd dəfədən
az olmamaq və sonuncu ödəmənin axırıncı bank günündə köçürülməsi
şərtilə Azərbaycan Respublikasının müvəkkil banklarda açılmış
büdcə hesablarına köçürülməlidir.
5.4. Gömrük orqanları tərəfindən
yük gömrük bəyannaməsi qəbul edildiyi tarixdən aksiz vergisini
ödəmək üçün aşağıdakı şərtlərdən biri yerinə yetirilməklə iki
ay müddətinə qədər möhlət verilə bilər:
a) Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsində müvafiq qaydada reyestrə salınmış müvəkkil
bank zəmanət verdikdə (bankın zəmanət öhdəliyinin forması əlavə
edilir. Əlavə ¹ 3);
b) «Azərbaycan Respublikası
gömrük orqanlarında girovdan istifadə qaydaları haqqında» Əsasnaməyə
uyğun olaraq müqaviləyə əsasən mal girov qoyulduqda.
5.5. Tədiyyəçi və ya müvəkkil
bank öhdəliyi vaxtında yerinə yetirmədikdə gömrük orqanları hesablanmış
vergi məbləğlərini və alınma günü də daxil olmaqla hər gecikdirilmiş
gün üçün (möhlət müddəti də daxil olmaqla) 0,3 faiz məbləğində
penyanı tədiyyəçidən və zəmanət verən müvəkkil bankdan mübahisəsiz
olaraq alır və zəmanət öhdəliyinin yerinə yetirilməməsi barədə
Dövlət Gömrük Komitəsinə və Azərbaycan Respublikası Milli Bankına
məlumat verir.
5.6. Fiziki şəxslərin fərdi istifadəsi
üçün gətirilən minik avtomobillərinə aksiz vergisi onların gömrük
dəyərindən müəyyən edilmiş dərəcə ilə ciddi hesabat blankında
hesablanaraq ödənilir.
5.7. Artıq ödənilmiş və ya alınmış
aksiz vergisinin geri qaytarılması mövcud qanunvericiliyə uyğun
olaraq həyata keçirilir.
6. Müxtəlif gömrük rejimlərində aksiz vergisinin tətbiq edilməsi
xüsusiyyətləri
6.1. Sərbəst tədavül üçün Azərbaycan
Respublikasının gömrük ərazisinə gətirilən mallar ümumi qaydada
aksiz vergisinə cəlb olunurlar.
6.2. Azərbaycan Respublikası ərazisinə
idxal olunan aksizli mallar saxlanc üçün gömrük anbarına təhvil
verildikdə malın mənşəyindən asılı olmayaraq aksiz vergisinə cəlb
edilmirlər. Aksizli mallar anbardan sərbəst tədavül üçün buraxıldığı
zaman ümumi qaydada, başqa gömrük rejimində isə həmin rejimə uyğun
olaraq aksiz vergisinə cəlb edilir. Bu halda aksiz vergisinin
ödənilməsi üçün gömrük anbarının sahibi və malları anbara təhvil
verən şəxs məsuliyyət daşıyır.
6.3. Rüsumsuz ticarət mağazalarına
gətirilən mallar (müəyyən edilmiş kvota daxilində) aksiz vergisinə
cəlb edilmir. Müəyyən edilmiş kvotadan artıq mal gətirən və bu
rejimin tələblərini pozan rüsumsuz ticarət mağazaları isə aksiz
vergisini ödəməlidirlər.
6.4. Gömrük nəzarəti altında emal
olunan mallar aksiz vergisinə cəlb olunmur. Sonradan malların
sərbəst dövriyyə üçün buraxılış və ya digər gömrük rejimi altında
yerləşdirilməsi zamanı vergi həmin rejimə müvafiq olaraq tətbiq
edilir.
6.5. Xarici və Azərbaycan mənşəli
aksizli malların sərbəst gömrük zonalarına gətirilməsi və ya onların
sərbəst anbarlara yerləşdirilməsi zamanı aksiz vergisi alınmır.
Aksizli mallar sərbəst gömrük
zonaları ərazisindən və sərbəst anbarlardan Azərbaycan Respublikasının
ərazisinə gətirildikdə və ya Azərbaycan Respublikasının hüdudlarından
kənara aparıldıqda malın mənşəyindən asılı olaraq aksiz vergisi
tətbiq edilir.
6.6. Məhv edilən mallar aksiz
vergisinə cəlb olunmur.
6.7. Dövlətin xeyrinə imtina edilən
mallardan aksiz vergisi tutulmur.
7. Ödəyicilərin məsuliyyəti
7.1. Ödəyicilər hesablamaların
düzgünlüyünə və vaxtında ödənilməsinə görə məsuliyyət daşıyırlar.
7.2. Aksiz vergisinin ödənilməsinə
verilmiş möhlət başa çatdıqdan sonra gömrük orqanı onun ödənilməsini
və respublika büdcəsinə köçürülməsini təmin etməlidir.
Gömrük orqanı penya da daxil olmaqla
yaranmış borcu zəmanət vermiş müvəkkil bankdan almaq üçün həmin
bankın zəmanət məktubunu Azərbaycan Respublikasının Milli Bankına
göndərir.
7.3. Ödəyicilər aksiz vergisini
ödəməkdən yayınma cəhdi etdikdə, Dövlət Gömrük Komitəsi Azərbaycan
Respublikası Milli Bankına faktiki ödənilmə anına qədər ödəyicinin
bütün hesabları üzrə əməliyyatların dayandırılması üçün qərar
qəbul etmək haqqında təqdimat vermək hüququna malikdir.
7.4. Bu Təlimatın müddəalarına
əməl etməyən gömrük əməkdaşları qüvvədə olan qanunvericiliyə uyğun
olaraq məsuliyyət daşıyırlar.
Əlavə
¹ 1
MDB ölkələrinin istehsalı olmayan
aksizli malların və aksiz tətbiq edilən minik avtomobillərinin
aksiz dərəcələri
1.
Bəyan edilmə tarixindən və mənşə ölkəsindən
asılı olmayaraq MDB ölkələri hüdudları
kənarından gətirilən, istehsal buraxılış
tarixindən bir ilə qədər keçmiş minik
avtomobillərinə |
15%
|
2. Araq |
65%
|
3. İçməli spirt |
90%
|
4. Konyak |
65%
|
5. Şampan şərabı |
45%
|
6. Tündləşdirilmiş içki |
40%
|
7. Bütün növ şərablar |
40%
|
8. Likör |
65%
|
9. Pivə |
40%
|
10. Bütün növ tütün məmulatları |
50%
|
Əlavə
¹ 2
Neft məhsullarının aksiz dərəcələri
1.
Təyyarə benzini V-91/115 |
34,40%
|
2.
Avtomobil benzini Ai-95, A-98 |
39,09%
|
3.
Avtomobil benzini Ai-92, A-93 |
47,44%
|
4.
Avtomobil benzini A-72, A-76 |
45,41%
|
5.
Dizel yanacağı |
6,31%
|
Əlavə
¹ 3
__________________________ gömrük
orqanının rəisi ___________________________
Zəmanət
öhdəliyi ¹ _____ |
«___»________________ 199____
il
|
___________________________________________________________________
(kredit
təşkilatının tam adı, identifikasiya kodu,
ünvanı, fad, müxbir
___________________________________________________________________
hes. ¹,
valyuta əməl. aparmaq üçün MB lisenziyasının ¹,
tel. və telefaks ¹¹)
bununla zəmanət
verir ki, _______ ¹-li «___»________________ 199____ il kontrakta
əsasən ________________________________________________
tərəfindən idxal (ixrac)
(müəssisənin
adı)
olunmuş
_____________________________________ məbləğində mal üçün
hesablanmış
(malın
dəyəri yazı ilə)
_____________________________________________________________________
məbləğdə
(gömrük
ödənişinin məbləği yazı ilə)
gömrük
ödənişini, ödəniş sənədinin təqdim edildiyi
andan 3 gün müddətinə
___________________________________________________________________
(gömrük
orqanının hesabı olan bankın adı)
________________________
¹-li hesabına köçürülməsini təmin edəcəkdir.
Zəmanət öhdəliyi ilə təmin olunmuş
məbləğ müəssisə tərəfindən göstərilən müddətdə
ödənilməzsə, onda Bank həmin vəsaiti öz
hesabından ödəməyi öhdəsinə götürür.
Bu zəmanət məktubuna əsasən gömrük
ödənişləri vaxtında ödənilmədikdə, Bank gömrük
orqanlarına zəmanət öhdəliyində göstərilən
məbləğlə yanaşı hər gecikdirilmiş gün üçün
mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada
0,3 % penya ödəyəcəyinə də zəmanət verir.
Bu zəmanət öhdəliyi malın gömrük
rəsmiləşdirilməsindən keçdiyi andan gömrük
ödənişlərinin ödənildiyi anadək qüvvədədir. |
Bankın idarə
heyətinin sədri |
_____________________________________
(adı,
familiyası, imzası) |
Baş mühasib |
_____________________________________
(adı,
familiyası, imzası) |
M.Y. |
|
Azərbaycan Respublikası Dövlət Gömrük
Komitəsi
«Azərbaycan Respublikası ərazisinə
idxal olunan aksizli mallara və aksiz tətbiq edilən minik avtomobillərinə
aksiz vergisinin hesablanması və ödənilməsi qaydaları haqqında»
Təlimatın təsdiq edilməsi haqqında
Əmr ¹ 1107
25 dekabr 1997-ci il
Azərbaycan Respublikası Gömrük Məcəlləsinin
9-cu maddəsinə müvafiq olaraq əmr edirəm:
1. «Aksizlər haqqında» Azərbaycan
Respublikası Qanununun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin
02 iyul 1996-cı il tarixli 80 saylı, 16 may 1997-ci il tarixli 47
saylı, 02 senyabr 1997-ci il tarixli 101 saylı qərarlarının yerinə
yetirilməsini təmin etmək məqsədilə hazırlanmış «Azərbaycan Respublikası
ərazisinə idxal olunan aksizli mallar və aksiz tətbiq edilən minik
avtomobillərinə aksiz vergisinin hesablanması və ödənilməsi qaydaları
haqqında» Təlimat (1—3 saylı əlavələri ilə birlikdə) təsdiq edilsin
(əlavə olunur).
2. «Azərbaycan Respublikası ərazisinə
idxal olunan aksizli mallar və aksiz tətbiq edilən minik avtomobillərinə
aksiz vergisinin hesablanması və ödənilməsi qaydaları haqqında»
Əsasnamə normativ-hüquqi akt kimi qeydiyyata alınması üçün Azərbaycan
Respublikası Ədliyyə Nazirliyinə təqdim olunsun.
3. Bu Əsasnamə Azərbaycan Respublikası
Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alındığı gündən qüvvəyə
minsin və həmin andan Dövlət Gömrük Komitəsinin 29 iyul 1996-cı
il tarixli 532 saylı əmri ilə təsdiq edilmiş «MDB hüdudları kənarından
gətirilən aksiz vergisinə cəlb edilən mallara və minik avtomobillərinə
aksizlərin hesablanması və ödənilməsi qaydaları haqqında» Təlimat
öz qüvvəsini itirmiş hesab edilsin.
4. Tabeliyində olan gömrük orqanlarının
rəhbərlərinə tapşırılsın ki, gömrük rəsmiləşdirilməsi zamanı mövcud
Təlimata ciddi riayət edilməsini təmin etsinlər.
5. İşlər İdarəsi (R.Həsənəliyev)
Respublika Ədliyyə Nazirliyində qeydə alındıqdan sonra Təlimatın
gömrük orqanlarına çatdırılmasını təmin etsin.
6. Əmrin icrasına nəzarət Komitənin
Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinə (F.Məmmədov) həvalə
edilsin.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin
sədri
K.HEYDƏROV.
© AzerSoft
|