Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   

«Dövlət qeydiyyatına alınmışdır»
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
Qeydiyyat ¹ 3116
«28» fevral 2005-ci il
Nazir F.F.MƏMMƏDOV
«Təsdiq edirəm»
Azərbaycan Respublikasının
Dövlət Gömrük Komitəsi
Əmr ¹ 022
«22» fevral 2005-ci il
Sədr K. HEYDƏROV

«Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində bankların və digər kredit təşkilatlarının reyestrə salınma haqqında müraciətlərinə baxılması Qaydaları»na dəyişikliklər

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25.12.1997-ci il tarixli 1103 ¹-li əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 08 yanvar 1998-ci il tarixdə, 87 ¹-li şəhadətnamə verilməklə dövlət qeydiyyatına alınmış «Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində bankların və digər kredit təşkilatlarının reyestrə salınma haqqında müraciətlərinə baxılması Qaydaları»na aşağıdakı dəyişikliklər edilsin:

1. 4.5-ci bənd aşağıdakı məzmunda verilsin:

«Gömrük ödənişlərinə bütövlükdə verilən zəmanətlərin maksimal həddi kredit təşkilatının faktiki ödənilmiş nizamnamə kapitalı Milli Bankın banklar üçün müəyyən etdiyi minimum nizamnamə kapitalından:
    a) 2 dəfə çox olduqda—2,0 mln. ABŞ dollarına
    b) 1,5 dəfə çox olduqda—1,0 mln. ABŞ dollarına
    c) 1,0 dəfə çox olduqda—0,5 mln. ABŞ dollarına ekvivalent məbləğdə müəyyən edilir»

2. 4.6-cı bənd aşağıdakı məzmunda verilsin;

«Gömrük ödənişlərinə kredit təşkilatlarının (filialları ilə birlikdə) xidmət etdikləri müştərilərinə verdiyi bir zəmanət öhdəliyinin maksimal həddi minimum nizamnamə kapitalından:
    a) 2 dəfə çox olduqda—1,0 mln. ABŞ dollarına ekvivalent məbləğdə
    b) 1,5 dəfə çox olduqda—500,0 min ABŞ dollarına ekvivalent məbləğdə
    c) 1,0 dəfə çox olduqda—250,0 min ABŞ dollarına ekvivalent məbləğdə müəyyən edilir».

© VneshExpertService
Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə “Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar” mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    © 2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb