Azərbaycan
Respublikası
Ədliyyə Nazirliyində
21 may 1998-ci il tarixdə
qeydə alınmışdır.
Qeydiyyat ¹ 102
Ədliyyə naziri
|
Azərbaycan
Respublikası
Dövlət Baytarlıq Komitəsinin
12 may 1998-ci il
tarixli 33¹-li əmri ilə
təsdiq edilmişdir.
Dövlət Baytarlıq Komitəsinin sədri
|
S.
HƏSƏNOVA
|
M.
HÜSEYNOV
|
Azərbaycan
Respublikasında baytarlıq nəzarətində olan yüklərin ixracı və
idxalının tərtibatı haqqında
Qaydalar
Bu Qaydalar
«Baytarlıq Təbabəti haqqında» Azərbaycan Respublikasının Qanununun
müddəalarının icrası məqsədi ilə tərtib edilmişdir.
1. Ümumi əsaslar
Bu Qaydalarda
nəzərdə tutulmuş «idxal», «ixrac» və «Beynəlxalq tranzit» terminləri
Azərbaycan Respublikasının sərhədlərindən keçən baytarlıq nəzarətində
olan yüklərə aid edilir (əlavə ¹ 1).
Üçüncü
ölkələrin ərazisindən tranzit haqqında icazə üçün sənədlərin tərtibatını
(MDB ölkələrindən kənara) bilavasitə yük sahibi təmin edir.
Tabeliyindən
və təşkilati-hüquqi formasından asılı olmayaraq respublika ərazisində
yerləşən heyvandarlıq məhsullarının tədarükü, saxlanması, emalı
və idxal, ixrac əməliyyatları ilə məşğul olan bütün hüquqi şəxslərin
bu sahədəki fəaliyyəti daima Azərbaycan Respublikası Dövlət baytarlıq
xidmətinin nəzarəti altında olmalıdır və həmin təşkilatların heyvan
mənşəli yükləri idxal-ixrac etməsinə Komitə tərəfindən icazə verilir.
«Baytarlıq
Təbabəti haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə
müvafiq olaraq və bu Qaydalara riayət edilməklə (epizootik vəziyyətinə
görə Azərbaycan Respublikası Dövlət Baytarlıq Komitəsi tərəfindən
qadağa tətbiq olunan ölkələr istisna olmaqla) baytarlıq nəzarətində
olan yüklərin Naxçıvan Muxtar Respublikasında idxal və ixrac əməliyyatlarının
tərtibatının Naxçıvan MR Baytarlıq Komitəsi tərəfindən aparılmasına
icazə verilir. Qaydaların 1 nömrəli əlavəsinin 4-cü bölməsində
göstərilən dərman, bioloji preparatlar və ləvazimatların Azərbaycan
Respublikasına, o cümlədən Naxçıvan Muxtar Respublikasına idxal
və ixracı yalnız Azərbaycan Respublikası Dövlət Baytarlıq Komitəsinin
icazəsi ilə həyata keçirilir.
Sərnişinlərə
məxsus ev heyvanlarının (it, pişik, bəzək quşları və s.) idxal
və ixracı zamanı da bu Qaydalara riayət olunmalıdır.
Məhv
olmaq təhlükəsi altında olan məməlilərin, quşların, amfibiyaların,
reptililərin, balıqların, ilbizlərin, həşəratların, onların törəmələrinin
müəyyən hissələrinin və ov qənimətlərinin idxalına, məhv olmaq
təhlükəsi altında olan vəhşi fauna və floranın növlərini ixrac
edən ölkənin bu sahədə müvafiq orqanlarının icazəsi olduqda yol
verilir. Qeyd edilən yüklərin Azərbaycan Respublikasından ixracı
Respublika Ekologiya və Təbiəti Mühafizə Komitəsinin müvafiq icazəsi
olduqda sənədləşdirilir.
2. İxrac zamanı tələb olunan qaydalar
Dövlət
Baytarlıq nəzarətində olan yüklərin (əlavə ¹ 1) Azərbaycan Respublikasından
ixracı Dövlət Baytarlıq Komitəsinin rəsmi icazəsindən sonra həyata
keçirilir. Yük sahibi yükü idxal edən ölkənin mərkəzi dövlət baytarlıq
orqanlarından baytarlıq-sanitariya tələblərini əldə edir və onu
Azərbaycan dilinə tərcümə etdirərək əsli ilə birlikdə Komitəyə
təqdim edir.
Dövlət
baytarlıq nəzarətində olan yüklərin Azərbaycan Respublikasından
ixrac edilməsinə icazə almaq üçün yük sahibi ən azı 30 gün əvvəl
həmin ərazidə yerləşən rayon, şəhər və Naxçıvan Muxtar Respublikasının
Dövlət Baytarlıq xidmətinə məktubla müraciət edir. Bu zaman məktubda
yükün və nəqliyyatın növü, yüklənmə məntəqəsi, göndərilən ölkə
və yola salınma vaxtı, sərhəddən keçdiyi yer göstərilir və yükü
idxal edən ölkənin baytarlıq tələbləri (orijinal və Azərbaycan
dilinə tərcüməsi), müqavilə ekspertizaları, epizootik vəziyyətdən
asılı olaraq yükün hansı inzibati ərazidən tədarük olunması haqqında
məlumatları, damazlıq heyvanları ixrac edilərkən isə Dövlət damazlıq
orqanının rəyi məktuba əlavə edilir.
Şəhər
və rayonların baytarlıq xidməti və Naxçıvan MR Baytarlıq Komitəsi
təqdim olunan yükün ixrac edilməsinə baxmaq üçün həmin yükün xüsusiyyətlərini,
ərazinin epizootik vəziyyətini və baytarlıq tələblərinə uyğun
olaraq laboratoriya müayinələrinin aparılmasını nəzərə alır. Yerdə
həmin məsələlərin həlli mümkün olmadıqda Komitəyə müraciət edir.
Məsələnin
müsbət həlli zamanı Dövlət Baytarlıq Komitəsi (Naxçıvan MR Baytarlıq
Komitəsi) lazımi işlərin aparılması və sənədlərin tərtibatı üçün
rayon (şəhər) baytarlıq xidmətinə göstəriş verir. Yükün baytarlıq-sanitariya
tələblərinə uyğun hazırlanması ixrac edənin və yerli dövlət baytarlıq
xidmətinin nümayəndəsinin birgə iştirakı ilə həyata keçirilir.
İdxal-ixrac zamanı laboratoriya müayinələrini Komitə tərəfindən
icazəsi olan Dövlət baytarlıq laboratoriyaları aparır. Zəruri
hallarda müayinələrin aparılmasına və rəy verilməsinə elmi tədqiqat
institutları cəlb oluna bilər.
Rayon
(şəhər) baytarlıq idarələri yük çıxan ərazinin baytarlıq xidmətinin
nəzarəti altında və müəyyən edilmiş qaydada əməl olunmaqla yükə
baytarlıq şəhadətnaməsi tərtib edir və möhürünü vurur. Həmin şəhadətnamədə
idxal edən ölkənin tələblərinin yerinə yetirilməsi haqqında tam
məlumat olmaqla Dövlət Baytarlıq Komitəsi tərəfindən verilmiş
icazənin tarixi və nömrəsi «xüsusi qeydiyyat» yerində qeyd edilir.
Baytarlıq
şəhadətnaməsinin düzgün tərtib olunmasına və qüvvədə olan qayda,
təlimat və normativ sənədlərin tələblərinə uyğun gəlməsinə rayon
(şəhər) və eləcə də baytarlıq şəhadətnaməsinin verilməsinə hüququ
olan baytarlıq orqanları bilavasitə məsuliyyət daşıyırlar.
Yük respublikanın
dövlət sərhədlərindəki buraxılış məntəqəsindən keçərkən yük sahibi
baytarlıq şəhadətnaməsini və yuxarı baytarlıq orqanı tərəfindən
yükün respublikadan ixracına verilmiş rəsmi icazəni sərhəd baytar
nəzarəti məntəqəsinə təqdim edir və əvəzində baytarlıq sertifikatını
alır.
Dövlət
baytarlıq nəzarətində olan yüklərin təkrar ixracı (reeksport)
ixrac zamanı tələb olunan qaydalara tam riayət edilməklə həyata
keçirilir.
Yükün
tranziti zamanı yük göndərən ölkənin dövlət baytarlıq orqanı ərazisindən
yük tranzit keçən ölkənin dövlət baytarlıq orqanından əvvəlcədən
müvafiq icazə alır.
3. İdxal zamanı tələb olunan qaydalar
Dövlət
Baytarlıq nəzarətində olan yüklərin (əlavə ¹ 1) xarici ölkələrdən
Azərbaycan Respublikasına gətirilməsi Azərbaycan Respublikası
Dövlət Baytarlıq Komitəsinin rəsmi icazəsi ilə həyata keçirilir.
Baytarlıq
nəzarətində olan yükün respublikaya gətirilməsi üçün yük sahibi
ən azı 30 gün əvvəl yükün xüsusiyyətlərini, miqdarını, idxalın
məqsədini, yük göndərən ölkənin adını, respublikaya daxil olan
buraxılış məntəqəsini, heyvanın karantinə qoyulma və məhsulun
anbarlaşdırılması yerləri haqda məlumatları göstərməklə, sənədləri
Dövlət Baytarlıq Komitəsinə təqdim edir. Müraciətə yükü ixrac
edən ölkənin Azərbaycan Respublikası Dövlət Baytarlıq Komitəsi
ilə razılaşdırılmış baytarlıq sertifikatını, Azərbaycan Respublikasının
Dövlət baytarlıq orqanının tələblərini özündə əks etdirən müqavilə,
yararlılıq müddəti göstərilməklə uyğunluq, keyfiyyət və mənşə
sertifikatları əlavə olunur.
Rayon
(şəhər) baytarlıq xidməti dövlət baytarlıq nəzarətində olan yükün
rayonun (şəhərin) ərazisinə gətirilməsi mümkünlüyünə baxır və
idxal olunan məhsulun saxlanması yerini və qaydasını, gətirilən
heyvanların karantinə qoyulma yerini Dövlət Baytarlıq Komitəsi
ilə razılaşdırır.
Xarici
ölkələrdən heyvan mənşəli məhsulların idxalı, həmin ölkənin epizootik
vəziyyətindən asılı olaraq ixrac edən ölkə qarşısında Komitə tərəfindən
qoyulmuş əlavə baytarlıq-sanitariya tələbləri əsasında həyata
keçirilir. Bu tələblər yükə verilən baytarlıq sertifikatında göstərilir
və ya əlavə edilir.
Dövlət
Baytarlıq Komitəsi tərəfindən baytarlıq haqqında qanunvericilik
aktlarının tələblərinə uyğun qoyulan aşağıdakı şərtlərə yük sahibi
tərəfindən riayət olunmalıdır:
- ixrac edən ölkənin
epizootik vəziyyətindən asılı olaraq Dövlət Baytarlıq Komitəsinin
tələbi ilə Dövlət baytarlıq nəzarətindəki yükləri idxal və ixrac
edən ölkələrin dövlət baytarlıq orqanlarının qarşılıqlı razılaşdırılmış
baytarlıq sertifikatlarının təqdim edilməsi;
- yükü idxal edən nəqliyyat
vasitəsi açılarkən Komitə tərəfindən müəyyən olunmuş baytarlıq
laboratoriyasının və yerli dövlət baytarlıq orqanının mütəxəssislərinin
iştirakının təmin edilməsi.
Azərbaycan
Respublikasına qaramal, qoyun, donuz və quş əti və ət məhsulları
yalnız attestasiya olunmuş istehsal və emal müəssisələrindən idxal
olunur.
Dövlət
Baytarlıq Komitəsindən rəsmi razılıq alındıqdan sonra baytarlıq
nəzarətində olan yüklərin respublikaya idxalı barədə alıcı tərəf
xarici ölkə ilə müqavilə bağlaya bilər.
İdxal
edən tərəf müqaviləyə onun ayrılmaz hissəsi kimi Azərbaycan Respublikasının
baytarlıq-sanitariya tələblərini və ya müvafiq baytarlıq sertifikatının
nümunəsini daxil etməyə borcludur.
Baytarlıq
nəzarətində olan yüklər dövlət sərhədində nəzarətdən keçirilərkən
həmin yükün respublikaya gətirilməsi üçün Komitənin icazəsi olduğu
təqdirdə baytarlıq və keyfiyyət (sağlamlıq) sertifikatlarının
ekspertizası aparılır və yükün sərhəddən buraxılması məsələsinə
baxılır. Yük respublikaya daxil olduqda sərhəd baytar nəzarəti
xidməti baytarlıq sertifikatını baytarlıq şəhadətnaməsi ilə əvəz
edir. Baytarlıq şəhadətnaməsində yükün idxalına Dövlət Baytarlıq
Komitəsinin verdiyi icazənin nömrəsi qeyd olunur.
İdxal
edilmiş dövlət baytarlıq nəzarətindəki yüklərin ünvanının, istifadəsi
qaydalarının və digər şərtlərin dəyişdirilməsi rayon (şəhər) baytarlıq
xidmətinin təqdimatı əsasında Dövlət Baytarlıq Komitəsinin icazəsi
ilə həyata keçirilir.
Yük sahibi
yükü yola salarkən hər partiya yükü və ya nəqliyyat vasitəsini
müşayiət edən baytarlıq sertifikatının əsli ilə təmin edərək yük
sərhəddən daxil olarkən onları dövlət baytarlıq xidmətinə təqdim
etməlidir və yükün sertifikatında göstərilən tələblərə uyğun hazırlanmasına,
temperatur rejiminə riayət olunmaqla nəql olunmasına və saxlanmasına
cavabdehdir.
Dövlət
qeydiyyatına alınması tələb olunan dövlət baytarlıq nəzarətindəki
yüklər (bütün növ yemlər, yem əlavələri, bioloji preparatlar,
dərman preparatları, virusların, bakteriyaların, göbələklərin
diri kulturaları və ştammları) yalnız respublika dövlət baytarlıq
orqanında qeydiyyata alındıqdan sonra idxalına icazə verilə bilər.
4. Müvəqqəti idxal və ixrac əməliyyatları
Dövlət
baytarlıq nəzarətində olan yüklərin — heyvan, heyvan mənşəli xammal
və məhsulların müvəqqəti idxalı və ixracı zamanı bu «Qaydalar»ın
2 və 3-cü bəndlərində göstərilən ümumi tələblərə uyğun həyata
keçirilir.
Sərgi,
yarmarka, zoopark və sirk heyvanlarının müvəqqəti ixracına bu
heyvanlar çıxan ərazi yoluxucu xəstəliklərə görə salamat olduğu
və nəql edilməzdən əvvəl 1 ay müddətində nəzarəti təmin edildiyi
təqdirdə icazə verilə bilər. Müvəqqəti ixrac olunmuş heyvanlar
geri qaytarılarkən 10 gün müddətində təcrid olunaraq baytarlıq
nəzarətində saxlanılır.
5.
İxrac
və idxal üçün hazırlanan baytarlıq sənədlərinin tərtibatında pozuntulara,
saxtakarlığa və həmin sənədlərin səlahiyyəti olmadan imzalanmasına
yol verən baytar mütəxəssisləri və digər şəxslər inzibati qaydada
məsuliyyət daşıyırlar.
Dövlət
baytarlıq nəzarətində olan yüklərin daşınması üçün baytarlıq sənədlərinin
tərtibatı və digər təşkilati işlər (heyvanların karantinə qoyulması,
yemlə təmin edilməsi, müayinə üçün nümunələrin ötürülməsi, nəqliyyatla
təminat və digər məsələlər) yük göndərən və ya yük qəbul edən
təşkilatlar tərəfindən həyata keçirilir.
Sənədlərin
tərtibatına, baytarlıq işləmələrinə və laboratoriya müayinələrinə
aid bütün xərcləri Maliyyə Nazirliyi ilə razılaşdırılmış Preyskurant
əsasında yük sahibi ödəyir.
Əlavə
¹ 1
Azərbaycan
Respublikasında Dövlət baytarlıq nəzarətindəki yüklərin
SİYAHISI
I. 1 ¹-li forma üzrə baytarlıq
şəhadətnaməsi verilən yüklər:
1. Bütün
növ heyvanlar (kənd təsərrüfatı, ev, vəhşi, zoopark, dəniz, xəzdərili,
sirk, laborator və s.).
2. Bütün
növ quşlar (ev, vəhşi, dekorativ və s.).
3. Arılar,
ipək-barama qurdları.
4. Dekorativ
həşəratlar, suda-quruda yaşayanlar, sürünənlər və reptililər.
5. Balıqlar
(o cümlədən dekorativ), qurbağalar, xərçənglər, dəniz onurğasızları
və digər hidrobioitlər, şərab ilbizləri.
6. Balıq
kürüsü, embrionlar, rüşeymlər, heyvan sperması.
7. İnkubator
yumurtaları.
8. Balıqlar
üçün canlı yem (o cümlədən qaramus, artemiya, selina).
II. 2 ¹-li forma üzrə baytarlıq şəhadətnaməsi
verilən yüklər:
1. Ev,
vəhşi, dəniz heyvanlarının və quşların cəmdəkləri, yarımcəmdək,
dörddəbir cəmdək, blok ətləri və emal olunaraq qida üçün icazə
verilmiş məhsulları (yarımfabrikatlar).
2. Kəsilmiş
heyvanların içalat məhsulları, əridilmiş və ya əridilməmiş piy,
qurudulmuş və konservləşdirilmiş qan və ərzaq təyinatlı digər
məhsullar.
3. Çiy
hisə verilmiş, duzlanmış, bişirilmiş, bişirilib hisə verilmiş,
yarımhisə verilmiş ət məhsulları.
4. Qida
albumini, jelatin, kazein.
5. Süd
və süd məhsulları.
6. Ət,
balıq, süd konservləri.
7. Arı
balı.
8. Balıqlar,
xərçəngkimilər, digər hidrobioitlər, qida məqsədilə onlardan hazırlanmış
məhsullar
9. Quş
yumurtası, yumurta tozu və yumurta melanjı.
III. 3 ¹-li forma üzrə baytarlıq şəhadətnaməsi
verilən yüklər
1. Endokrin
xammalı.
2. Bağırsaq
xammalı.
3. Qidaya
yararsız içalat məhsulları.
4. İşlənib
hazırlanmış buynuz-dırnaq xammalı, o cümlədən sümük.
5. Dəri
və xəz-dəri xammalı.
6. Tük
(qıl, yun, tiftik, lələk və s.).
7. Dəri
sıyrıntısı və kəsikləri.
8. Texniki
albumin.
9. Öd.
10. Mum,
vərəmum, arı şanı, arı südü, arı zəhəri.
11. İlan
zəhəri.
12. Bioloji
sənaye üçün xammal.
13. Ovçuluq
qənimətləri.
14. Mülyaj,
kolleksiyalar, heyvanların zoologiyası, anatomiyası və paleontologiyası
üzrə kolleksiya əşyaları.
15. Heyvan
mənşəli yemlər (sümük unu, ət unu, balıq unu və başqa yemlər).
16. Yem
qarışıqları, yem əlavələri.
17. Yem
təyinatlı mikrobioloji sintez məhsulları.
18. Bitki
mənşəli yemlər (taxıl yem məhsulları, pambıq çiyidi və qabığı,
qarışıq yem, qaba yemlər, cecə, habelə bitki mənşəli qablaşdırma
vasitələri, ot, küləş və s.).
19. Peyin
(quş peyini).
IV. Dövlət Baytarlıq Komitəsində qeydiyyata
alındıqdan sonra idxal-ixrac olunan yüklər
1. Bioloji
preparatlar (serumlar, peyvənd vasitələri, diaqnostikalar və s.).
2. Baytarlıq
dərman preparatları.
3. Virusların,
bakteriyaların, göbələklərin diri kulturaları və ştammları.
4. Baytarlıq
ləvazimatları.
© AzerSoft
|