Azərbaycan Respublikası
Ədliyyə Nazirliyində
qeydə alınmışdır.
Qeydiyyat ¹ 81
4 yanvar 1998-ci il
Nazir əvəzi
S.Həsənova
|
«Təsdiq edilmişdir»
Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi
Əmr ¹ 1105
25 dekabr 1997-ci il
Komitənin sədri
K.Heydərov
|
Gömrük mədaxil orderinin doldurulması
və onun tətbiqi ilə gömrük ödənişlərinin alınması qaydaları haqqında
Təlimat
1. Ümumi müddəalar
1.1. Bu Təlimat gömrük mədaxil
orderinin və ona əlavələrin doldurulması, habelə gömrük mədaxil
orderinin və ona əlavələrin tətbiqi ilə gömrük ödənişlərinin alınması
qaydalarını müəyyən edir.
1.2. Gömrük mədaxil orderi (gələcəkdə
— GMO) blankı ciddi hesabat blankı olmaqla, gömrük orqanının vəzifəli
şəxsi (icraçı inspektor) tərəfindən üç nüsxədə tərtib olunur.
Birinci nüsxə gömrük tədiyələrinin hesablanması qərarını qəbul
etmiş gömrük orqanında, ikinci nüsxə digər ciddi hesabat blanklarının
saxlanılması qaydasına uyğun olaraq mühasibatlıqda saxlanır, üçüncü
nüsxə isə tədiyəçiyə verilir.
GMO blankları özüəksetdirən kağızda,
ardıcıl nömrələri olmaqla mətbəə üsulu ilə hazırlanır. Rəsmiləşdirilmiş
blankların uçotu gömrük orqanlarının mühasibat uçotu və hesabatı
şöbələrində (bu struktur olmayan gömrükxanalarda maliyyə-tarif
şöbələrində) xüsusi jurnalda aparılır. Jurnalın doldurulması və
saxlanılması, blankların verilməsi ciddi hesabat blankları üzərində
işin mövcud qaydalarına uyğun olaraq həyata keçirilir. Rəsmiləşdirilmiş
blankların uçotu jurnalı təqvim ili üzrə aparılır. Jurnal qabaqcadan
nömrələnir, qaytanlanır, gömrük orqanının rəisi və baş mühasibi
(maliyyə-tarif şöbəsinin rəisi) tərəfindən imzalanır və möhürlənir.
1.3. GMO hüquqi və fiziki şəxslər
tərəfindən aşağıdakı ödənişlər üçün tətbiq oluna bilər:
- Azərbaycan Respublikasının gömrük işini aparan
icra hakimiyyəti orqanı tərəfindən lisenziyaların verilməsi
və lisenziyaların fəaliyyətinin bərpa edilməsinə görə yığımların
alınması üçün;
- gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə
ixtisas attestatlarının verilməsi və attestatların bərpa edilməsinə
görə yığımların alınması üçün;
- malların saxlancına görə gömrük yığımlarının
alınması üçün;
- malların gömrük müşayiətinə görə gömrük yığımlarının
alınması üçün;
- məlumatlaşdırma və məsləhətverməyə görə haqqın
ödənişi üçün;
- vahid dərəcə ilə alınan gömrük ödənişləri üçün;
- ilkin qərarların qəbuluna görə haqqın alınması
üçün;
- gömrük auksionlarında iştirak etməyə görə haqqın
alınması üçün.
Gömrük rəsmiləşdirilməsi Gömrük
Yük Bəyannaməsi ilə həyata keçirilərkən gömrük tədiyələrinin hesablanması
və alınması üçün GMO-dan istifadə edilmir.
1.4. Malları və ya ödənişləri
sadalamaq üçün yer çatışmadıqda GMO-nun əlavə vərəqləri doldurulur.
1.5. Gömrük mədaxil orderinin
əlavə vərəqəsi (gələcəkdə — ƏGMO) iki özüəksetdirən vərəqədən
ibarət olub, ciddi hesabat blankı hesab olunmur. ƏGMO gömrük orqanının
vəzifəli şəxsi tərəfindən (icraçı inspektor) iki nüsxədə doldurulur
və GMO-nun gömrük orqanında saxlanılan birinci və ikinci nüsxəsinə
əlavə olunur. ƏGMO gömrük mədaxil orderinin ayrılmaz hissəsi hesab
olunur və ancaq nömrə qoyulduqdan sonra GMO-nun əlavəsi kimi istifadə
oluna bilər.
1.6. Doldurulmuş GMO və ƏGMO kargüzarlığın
aparılması qaydalarına müvafiq olaraq üç il müddətində saxlanılır.
ƏGMO rəsmiləşdirildiyi və GMO-dan ona məlumat nömrəsi köçürüldüyü
andan ciddi hesabat sənədi hesab olunur.
2. GMO tətbiq olunmaqla gömrük ödənişlərinin alınması qaydaları
GMO-nun tətbiqi ilə bütün ödəniş
növü üzrə tədiyələr Azərbaycan Respublikası Milli Bankının müəyyən
etdiyi məzənnəyə uyğun olaraq manatla aparılır.
GMO üzrə hesablanmış gömrük tədiyələrinin
ödənişi onun doldurulduğu tarixdən 3 iş günü ərzində həyata keçirilməlidir.
Bu müddət keçdikdən sonra GMO ləğv edilir.
GMO üzrə ödəniş nağd formada gömrükxananın
kassasına (beynəlxalq poçt göndərişləri üçün rabitə şöbəsinin
kassasına) köçürülməklə həyata keçirilir. Bu halda icraçı (inspektor)
GMO-nu rəsmiləşdirməklə 1-ci nüsxəni özündə saxlayır. İkinci və
üçüncü nüxsələr gömrük orqanının kassasına (rabitə şöbəsinin kassasına)
təqdim edilmək üçün tədiyəçiyə verilir. Tədiyə məbləğinin gömrük
orqanının kassasına qəbulu müəyyən edilmiş qaydada kassa mədaxil
orderi ilə həyata keçirilir və «Mədaxil və məxaric kassa sənədlərinin
qeydiyyatı kitabı»nda qeyd edilir. Sənədlər arxasında uyğunluq
yaratmaq üçün kassa mədaxil orderinin qeydiyyat nömrəsi kassir
tərəfindən GMO-nun 8-ci qrafasının 7-ci sütununda qeyd olunur
və 10-cu qrafada bütün nüsxələrə imza edilir. Bundan sonra, 2-ci
nüsxəni mühasibat uçotu və hesabatı şöbəsinə (maliyyə-tarif şöbəsinə)
təqdim etmək üçün kassada saxlayır. Üçüncü nüsxə kassa mədaxil
orderi əlavə olunmaqla tədiyəçiyə verilir. Tədiyəçi sənədləri
GMO-nun 1-ci nüsxəsini tam rəsmiləşdirmək üçün icraçıya (inspektora)
təqdim edir. İnspektor GMO-nun 1-ci nüsxəsinin 8-ci qrafasının
7-ci sütununda 3-cü nüsxədə kassir tərəfindən aparılan qeydi əks
etdirir.
Gömrük tədiyələri bilavasitə icraçı-inspektor
tərəfindən qəbul edilərsə (onunla tam maddi-məsuliyyət haqqında
müqavilə bağlanmalıdır), onda GMO gömrük tədiyələrinin hesablanması
və tutulmasının, habelə göstərilən inspektor tərəfindən tutulan
tədiyənin kassaya ödənilməsi üçün mühüm sənəd hesab olunur. İnspektor-icraçı
toplanmış gömrük tədiyə məbləğini, GMO və GƏMO-nun 2-ci nüsxəsini,
habelə GMO-nun 1-ci nüsxəsini kassa mədaxil orderinin qeydiyyat
nömrəsini qeyd etmək üçün kassirə təqdim edir. Kassir GMO-da göstərilən
məbləğin təqdim olunan nağd pula uyğunluğunu yoxladıqdan sonra
GMO-nun birinci nüsxəsində müvafiq qeydiyyat aparılır. Ödənişi
təsdiq edən sənəd kimi tədiyəçiyə inspektor tərəfindən GMO-nun
üçüncü nüsxəsi verilir.
Gömrük orqanı rəisinin göstərişi
ilə gömrük tədiyəçilərinin qəbulunun eyni qaydası o halda tətbiq
edilə bilər ki, kassir pulu GMO üzrə qəbul edir və iş gününün
sonunda bir kassa orderi ilə banka inkassa edir.
GMO və ƏGMO blankları gömrük orqanının
vəkil edilmiş vəzifəli şəxsi (icraçı-inspektor) tərəfindən əllə
və ya makinə üsulu ilə doldurulur. Hər bir nüsxəyə şəxsi nömrəli
möhür vurulur və inspektorun imzası ilə təsdiq olunur.
GMO və ƏGMO-da bütün düzəlişlər
sənədlər kassaya verilməzdən əvvəl inspektor (icraçı) tərəfindən
edilir. Düzəlişlər səhv məlumatın üstündən xətt çəkilməklə aparılır
və edilən hər bir düzəliş inspektorun şəxsi nömrəli möhürü və
imzası ilə təsdiq edilir.
GMO və ƏGMO-nun hər hansı bir
qrafası doldurulmamışsa ona xətt çəkilir.
Tələb olunan məlumatı göstərmək
üçün GMO-da yer çatışmadıqda onları ƏGMO-nun müvafiq qrafalarında
əks etdirmək olar.
Gömrük mədaxil orderinin hər bir
nüsxəsi inspektorun imzası və nömrəli şəxsi möhürü ilə təsdiq
olunur və GMO-nun ikinci qrafasında onların sayı göstərilir.
3. GMO-nun doldurulması (tərtib edilməsi) qaydaları
Qrafa 1. «Orderin tipi»
Qrafada göstərilir:
- «1» — əgər tədiyəçi fiziki şəxsdirsə;
- «2» — əgər tədiyəçi müəssisə, idarə və ya təşkilatdırsa;
Qrafa 2. «Əlavə vərəqələr»
Qrafada gömrük mədaxil orderinə
əlavə edilmiş vərəqələrin miqdarı göstərilir. Əgər ƏGMO doldurulmursa,
GMO-nun həmin qrafasında xətt çəkilir.
Qrafa 3. «Məlumat nömrəsi»
Qrafada GMO-nun nömrəsi və rəsmiləşdirmə
tarixi aşağıdakı sxem üzrə göstərilir.
999
|
99/
|
99 |
99
|
9/
|
999999/
|
999999 |
1
|
2
|
3 |
4
|
5
|
6
|
7
|
Burada:
- element 1 — gömrük orqanının üçrəqəmli kodu;
- element 2 — gömrük postunun ikirəqəmli kodu;
- element 3 və 4 — gömrük mədaxil orderinin rəsmiləşdirildiyi
tarix (gün və ay);
- element 5 — cari ilin son rəqəmi;
- element 6 — GMO-nun altı rəqəmli sıra nömrəsi;
- element 7 — beynəlxalq poçt göndərişləri zamanı
doldurulur.
Qrafa 4. «Tədiyəçi»
Qrafada gömrük tədiyəsinin tədiyəçisi
haqqında məlumat göstərilir. Əgər tədiyəçi fiziki şəxsdirsə, onda
bu qrafada fiziki şəxsin poçt ünvanı, familiyası, adı və atasının
adı; şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumatlar əks etdirilir.
Əgər fiziki şəxs hüquqi şəxs yaratmadan
sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektdirsə, əlavə olaraq
qeydiyyat haqqında şəhadətnamənin nömrəsi, fəaliyyət müddəti,
kim tərəfindən və nə vaxt verildiyi qeyd edilir.
Qrafa 5. «Ödəniş valyutası»
Qrafada ödəniş valyutasının adı,
Respublika Milli Bankının müəyyən etdiyi məzənnəyə uyğun ABŞ dollarına
münasibətdə kursu, kodu göstərilir.
Qrafa 6. «Əlavə məlumat»
Qrafada təqdim olunan sənədlərin
ardıcıl nömrə ilə adı göstərilir.
- 1 — nəqliyyat sənədlərinin nömrəsi;
- 2 — yük gömrük bəyannaməsinin nömrəsi;
- 3 — beynəlxalq poçt göndərişlərinin;
- 4 — digər sənədlərin nömrəsi və tarixi.
Gömrük ödənişləri vahid tarif
dərəcəsi üzrə fiziki şəxslər tərəfindən gətirilən minik avtomobilləri
üçün tətbiq olunarkən (XİF MN-nın 8703-cü kodu) bu qrafada minik
avtomobilinin markası, identifikasiya nömrəsi, buraxılış ili,
ödəniş valyutasının kursu göstərilir.
Gömrük yığımlarının hesablanması
zamanı bu qrafada yığımların stavkası, əgər bu tədiyələrin ölçüsü
şərti maliyyə vahidi məbləğinə uyğun olaraq müəyyən
edilərsə, müəyyən edilmiş şərti maliyyə vahidi
məbləği göstərilir.
Gömrük sərhədindən keçirilən bir
adda mal üçün gömrük tədiyəsi hesablanarkən bu qrafada malın adı
və XİF MN üzrə kodu, kiloqramla çəkisi, miqdarı və mənşə ölkəsi
göstərilir.
Qrafa 7. «Tutulan gömrük tədiyəsinin adı»
Qrafada bu sənəd üzrə hesablanan
bütün gömrük tədiyələrinin adı göstərilir.
7.1 yarımqrafasında gömrük tədiyəsinə
cəlb olunan malın ümumi gömrük dəyəri göstərilir (aşağı hissəsində
ödəniş valyutası üzrə, yuxarı hissəsində statistika üçün ABŞ dolları
ilə).
Malın adı, miqdarı, dəyəri, habelə
hər bir mal üzrə tədiyənin stavkası və məbləği ƏGMO-nun 4-cü qrafasında
göstərilir. Bu zaman ƏGMO-nun 2-ci qrafasında vərəqələrin ardıcıl
nömrəsi, 3-cü qrafada isə GMO-nun məlumat nömrəsi təkrarlanır.
ƏGMO-da yer çatışmadıqda, həmçinin
mal 10 addan çox olduqda, növbəti ƏGMO doldurulur.
Qrafa 8. «Gömrük tədiyələrinin hesablanılması»
Qrafanın birinci sütununda — Gömrük
tədiyələri təsnifatına uyğun olaraq tədiyənin kodu.
İkinci «hesablamanın» sütununda
aşağıdakılar göstərilir:
- vahid dərəcə üzrə alınan gömrük rüsumu: aksiz
və digər gömrük tədiyələri və gömrük rəsmiləşdirilməsilə gömrük
yığımı üçün — vergisiz kvotaya daxil olmayan malların gömrük
dəyəri;
- əlavə dəyər vergisi üzrə— gömrük dəyəri məbləği,
aksiz mallar üzrə, həmçinin aksiz məbləği göstərilir;
- vahid tarif dərəcəsi üzrə nəqliyyat vasitələri
üçün (XİF MN üzrə 8703-cü mal qrupu) mühərrikin m3-la
həcmi, həmin nəqliyyat vasitələrinə gömrük rəsmiləşdirilməsi
üçün yığımın alınması zamanı həmin nəqliyyat vasitəsinin dəyəri.
Bu qrafada gömrük tədiyələrinin
hesablanması hesablamanın aparıldığı valyuta ilə əks etdirilir.
Üçüncü — «Stavka» sütununda gömrük
tədiyələrinin dərəcəsi göstərilir.
Dördüncü — «Tədiyə məbləği» sütununda
«hesablanmanın əsası» sütunu ilə «Stavka» sütununun məlumatlarının
hasilindən alınan rəqəm göstərilir. Hesablama üçün əsas olmadıqda
bu sütuna «Stavka» sütununun məlumatı köçürülür.
Beşinci — «Tədiyənin valyutası»
sütununda qısaldılmış şəkildə GMO-nun 5-ci qrafasında göstərilən
valyutanın adı, əgər ödəniş «manatla» aparılıbsa «manat» göstərilir.
Altıncı — «Ödəniş forması» sütununda:
- «N» — bank vasitəsilə nağdsız;
- «NB» — bank vasitəsilə nağd;
- «GK» — gömrükxananın kassasına;
- «RK» — rabitə müəssisəsinin kassasına göstərilir.
Yeddinci — «Ödəniş haqqında məlumat»
hər bir ödəniş formasının qarşısında aşağıdakı rekvizitlər yazılır:
- əgər ödəniş gömrükxananın kassasında aparılarsa,
kassa mədaxil orderinin tarixi və nömrəsi;
- əgər ödəniş nağdsız qaydada aparılırsa, onda
ödəniş sənədinin nömrəsi və tarixi;
- əgər ödəniş bank vasitəsilə nağd formada aparılırsa,
tədiyənin qəbul edildiyini təsdiq edən sənədin nömrəsi və tarixi;
- əgər ödəniş rabitə müəssisəsinin kassasına
qəbul edilibsə, kassa mədaxil orderinin nömrəsi və tarixi göstərilir.
8.1 yarımqrafasında — «Ödənişin
cəmi»ndə gömrük tədiyələrinin rəqəmlə və yazı ilə «manat» və xarici
valyutanın cəmi göstərilir.
Qrafa 9. «Gömrük əməkdaşının imzası»
Qrafada GMO-nu rəsmiləşdirən gömrük
əməkdaşı imza edir. İmza icraçı inspektorun nömrəli möhürü ilə
təsdiq edilir.
Qrafa 10. «Tədiyəni qəbul edənin imzası»
Ödəniş nəğd formada icraçı inspektora
və ya gömrükxananın kassasına ödənildikdə ödənişi qəbul edən imza
edir və şəxsi nömrəli möhürü ilə təsdiq edir.
Başqa hallarda bu qrafa doldurulmur.
Qrafa 11. «Tədiyəçinin imzası»
Bu qrafada ödənişlərin tədiyəçisi
və hüquqi şəxsin vəkil etdiyi şəxsin soyadı, adı və vəzifəsi göstərilir.
4. ƏGMO-nun doldurulması qaydaları
Qrafa 1. «Keçmə üsulu»
Birinci qrafa doldurularkən keçən
mala görə hesablanan gömrük tədiyələrini ödəmək üçün malın keçmə
üsulunun kodu göstərilir:
- «01» — müşayiət olunan baqajla;
- «02» — müşayiət olmayan baqajla;
- «03» — beynəlxalq poçt göndərişi ilə.
Başqa hallarda bu qrafa doldurulmur.
Qrafa 2. «Əlavə vərəq N»
Qrafada ƏGMO-ya ikiişarəli ardıcıl
nömrə qoyulur (məsələn, «01»).
Qrafa 3. «GMO-nun məmulat nömrəsi»
Əlavə vərəqin 3-cü qrafasına GMO-nun
3-cü qrafasında göstərilən məlumat (sorğu) nömrəsi köçürülür.
Qrafa 4. «Malın adı / alınan gömrük ödənişləri»
Bu qrafada Azərbaycan Respublikasının
gömrük ərazisindən keçən malın və ya nəqliyyat vasitələrinin adı,
dəyəri, gömrük rüsumunun dərəcəsi və onun həcmi, başqa tutulan
vergilərin dərəcəsi və onların həcmi göstərilir. Əgər tədiyələri
hesablamaq üçün gömrük dəyəri əsas götürülmürsə, onda bu qrafada
gömrük orqanları tərəfindən tutulan yığımların və haqların adı
göstərilir.
Əgər qrafa malın və nəqliyyat
vasitələrinin adını göstərmək üçün istifadə olunursa, birinci
üfiqi yarımqrafada malın adı göstərilir. Bu yarımqrafanın sol
hissəsində malın XİF MN üzrə kodu, sağ hissəsində isə göstərilən
malın natural ölçüsü (metrlə, kq-la və s.) göstərilir.
Bu yarımqrupun «dəyər» hissəsində
ödənişə cəlb olunan malın adı göstərilir.
Bu yarımqrupun üçüncü «rüsum»
hissəsinin sağ yuxarı hissəsində həmin mal növü üzrə gömrük rüsumunun
dərəcəsi, aşağı hissəsində isə onun məbləği göstərilir.
Əgər gömrük rüsumları vahid dərəcə
üzrə alınırsa, onda yarımqrafanın üçüncü, dördüncü, beşinci, altıncı
hissələri doldurulmur, onların aşağı hissələrində xətt çəkilir.
Əgər həmin mal hər hansı bir növ
üzrə ödənişə cəlb olunmursa, onda bu tədiyələr üzrə sağ yuxarı
hissəyə və aşağı hissəyə xətt çəkilir.
«Yekun» yarımqrafasında ƏGMO-da
yer çatışmadıqda növbəti vərəqdən istifadə olunur.
Qrafa 5. «Əlavə məlumat»
Bu qrafada zəruri əlavə məlumatlar
göstərilir, gömrük tədiyələrini hesablamaq üçün zəruri olan sənədlər
sadalanır (GMO-nun 6-cı qrafasında olduğu kimi).
Qrafa 6. «Gömrük əməkdaşının imzası»
Bu qrafada gömrük orqanının ƏGMO-nu
dolduran icraçı inspektoru imza edir. İmza icraçı inspektorun
şəxsi nömrəli möhürü ilə təsdiq olunur.
Qrafa 7. «Tədiyəçini imzası»
Bu qrafada gömrük ödənişlərinin
tədiyəçisi və ya hüquqi şəxsin vəkil etdiyi şəxsin soyadı, adı
və vəzifəsi göstərilir.
GA-1
Gömrük
mədaxil orderi ¹ AA-000000 |
1. Orderin tipi |
2.
Əlavə vərəq ____ |
3. Məlumat nömrəsi |
4. Tədiyəçi |
5. Tədiyənin valyutası |
|
5.1. Adı |
5.2. Kodu |
|
MTK
______________________ |
5.3. Kursu |
6. Əlavə məlumat |
6.1. XİF MN üzrə malın kodu |
6.2. Malın çəkisi (kq) |
təqdim olunan sənədlər |
6.3. Miqdarı |
6.4. Mənşə ölkəsi |
7. Tutulan gömrük tədiyəsinin adı |
7.1. Malın |
ABŞ dolları ilə |
dəyəri |
Manatla |
8. Gömrük
tədiyələrinin hesab. |
Tədiyənin
kodu |
Hesablama
üçün əsas |
Dərəcə |
Tədiyə
məbləği |
ÖV |
ÖF |
Ödəniş
haqqında məlumat |
|
|
|
|
|
|
|
|
8.1. Ödənişin cəmi |
Rəqəmlə |
Manatla |
Xarici valyuta ilə |
Yazı
ilə |
|
9. Gömrük əməkdaşlarının imzası |
10. Tədiyəni qəbul edənin imzası |
11. Tədiyəçinin imzası |
|
M.Y. |
|
M.Y. |
GA-1
Gömrük
mədaxil orderi ¹ AA-000000 |
1. Orderin tipi |
2.
Əlavə vərəq ____ |
3. Məlumat nömrəsi |
4. Tədiyəçi |
5. Tədiyənin valyutası |
|
5.1. Adı |
5.2. Kodu |
|
MTK
______________________ |
5.3. Kursu |
6. Əlavə məlumat |
6.1. XİF MN üzrə malın kodu |
6.2. Malın çəkisi (kq) |
təqdim olunan sənədlər |
6.3. Miqdarı |
6.4. Mənşə ölkəsi |
7. Tutulan gömrük tədiyəsinin adı |
7.1. Malın |
ABŞ dolları ilə |
dəyəri |
Manatla |
8. Gömrük
tədiyələrinin hesab. |
Tədiyənin
kodu |
Hesablama
üçün əsas |
Dərəcə |
Tədiyə
məbləği |
ÖV |
ÖF |
Ödəniş
haqqında məlumat |
|
|
|
|
|
|
|
|
8.1. Ödənişin cəmi |
Rəqəmlə |
Manatla |
Xarici valyuta ilə |
Yazı
ilə |
|
9. Gömrük əməkdaşlarının imzası |
10. Tədiyəni qəbul edənin imzası |
11. Tədiyəçinin imzası |
|
M.Y. |
|
M.Y. |
GA-1
Gömrük
mədaxil orderi ¹ AA-000000 |
1. Orderin tipi |
2.
Əlavə vərəq ____ |
3. Məlumat nömrəsi |
4. Tədiyəçi |
5. Tədiyənin valyutası |
|
5.1. Adı |
5.2. Kodu |
|
MTK
______________________ |
5.3. Kursu |
6. Əlavə məlumat |
6.1. XİF MN üzrə malın kodu |
6.2. Malın çəkisi (kq) |
təqdim olunan sənədlər |
6.3. Miqdarı |
6.4. Mənşə ölkəsi |
7. Tutulan gömrük tədiyəsinin adı |
7.1. Malın |
ABŞ dolları ilə |
dəyəri |
Manatla |
8. Gömrük
tədiyələrinin hesab. |
Tədiyənin
kodu |
Hesablama
üçün əsas |
Dərəcə |
Tədiyə
məbləği |
ÖV |
ÖF |
Ödəniş
haqqında məlumat |
|
|
|
|
|
|
|
|
8.1. Ödənişin cəmi |
Rəqəmlə |
Manatla |
Xarici valyuta ilə |
Yazı
ilə |
|
9. Gömrük əməkdaşlarının imzası |
10. Tədiyəni qəbul edənin imzası |
11. Tədiyəçinin imzası |
|
M.Y. |
|
M.Y. |
GA-1
Gömrük
mədaxil orderinə əlavə |
1. Keçmə üsulu |
2. Əlavə vərəq ¹…… |
3.
GMO-nun məlumat nömrəsi |
4. Gömrük tədiyəsi Alınan malların adı |
|
Dəyəri |
Rüsum |
|
Aksiz |
|
ƏDV |
|
Sair
verg. |
|
Malın
kodu |
Miqdarı |
|
|
|
|
|
Dəyəri |
Rüsum |
|
Aksiz |
|
ƏDV |
|
Sair
verg. |
|
Malın
kodu |
Miqdarı |
|
|
|
|
|
Dəyəri |
Rüsum |
|
Aksiz |
|
ƏDV |
|
Sair
verg. |
|
Malın
kodu |
Miqdarı |
|
|
|
|
|
Dəyəri |
Rüsum |
|
Aksiz |
|
ƏDV |
|
Sair
verg. |
|
Malın
kodu |
Miqdarı |
|
|
|
|
|
Dəyəri |
Rüsum |
|
Aksiz |
|
ƏDV |
|
Sair
verg. |
|
Malın
kodu |
Miqdarı |
|
|
|
|
|
Dəyəri |
Rüsum |
|
Aksiz |
|
ƏDV |
|
Sair
verg. |
|
Malın
kodu |
Miqdarı |
|
|
|
|
|
Dəyəri |
Rüsum |
|
Aksiz |
|
ƏDV |
|
Sair
verg. |
|
Malın
kodu |
Miqdarı |
|
|
|
|
|
Dəyəri |
Rüsum |
|
Aksiz |
|
ƏDV |
|
Sair
verg. |
|
Malın
kodu |
Miqdarı |
|
|
|
|
|
Dəyəri |
Rüsum |
|
Aksiz |
|
ƏDV |
|
Sair
verg. |
|
Malın
kodu |
Miqdarı |
|
|
|
|
5. Əlavə məlumat |
6.
Gömrük əməkdaşının imzası |
M.Y. |
7.
Tədiyəçinin imzası |
Tədiyəçi
üçün nüsxə |
1 |
GA-1
Gömrük
mədaxil orderinə əlavə |
1. Keçmə üsulu |
2. Əlavə vərəq ¹…… |
3.
GMO-nun məlumat nömrəsi |
4. Gömrük tədiyəsi Alınan malların adı |
|
Dəyəri |
Rüsum |
|
Aksiz |
|
ƏDV |
|
Sair
verg. |
|
Malın
kodu |
Miqdarı |
|
|
|
|
|
Dəyəri |
Rüsum |
|
Aksiz |
|
ƏDV |
|
Sair
verg. |
|
Malın
kodu |
Miqdarı |
|
|
|
|
|
Dəyəri |
Rüsum |
|
Aksiz |
|
ƏDV |
|
Sair
verg. |
|
Malın
kodu |
Miqdarı |
|
|
|
|
|
Dəyəri |
Rüsum |
|
Aksiz |
|
ƏDV |
|
Sair
verg. |
|
Malın
kodu |
Miqdarı |
|
|
|
|
|
Dəyəri |
Rüsum |
|
Aksiz |
|
ƏDV |
|
Sair
verg. |
|
Malın
kodu |
Miqdarı |
|
|
|
|
|
Dəyəri |
Rüsum |
|
Aksiz |
|
ƏDV |
|
Sair
verg. |
|
Malın
kodu |
Miqdarı |
|
|
|
|
|
Dəyəri |
Rüsum |
|
Aksiz |
|
ƏDV |
|
Sair
verg. |
|
Malın
kodu |
Miqdarı |
|
|
|
|
|
Dəyəri |
Rüsum |
|
Aksiz |
|
ƏDV |
|
Sair
verg. |
|
Malın
kodu |
Miqdarı |
|
|
|
|
|
Dəyəri |
Rüsum |
|
Aksiz |
|
ƏDV |
|
Sair
verg. |
|
Malın
kodu |
Miqdarı |
|
|
|
|
5. Əlavə məlumat |
6.
Gömrük əməkdaşının imzası |
M.Y. |
7.
Tədiyəçinin imzası |
Tədiyəçi
üçün nüsxə |
2 |
26 dekabr 2000-ci il tarixli 48-IIQ saylı qanuna əsasən dəyişikliklərlə
(«AzerSoft»).
© AzerSoft
|