Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
   
Azərbaycan Respublikasının Nazirlər Kabineti

Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumları dərəcələri haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarına dəyişikliklər və əlavələr edilməsi barədə

Qərar 25

Bakı şəhəri, 27 fevral 1999-cu il

Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının 1999-cu il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında 1999-cu il 5 yanvar tarixli 61 nömrəli və Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatının istehsalının, idxalının və satışının tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında 1999-cu il 5 fevral tarixli 90 nömrəli Fərmanlarına müvafiq olaraq lüzumsuz güzəştlərin aradan qaldırılması, bütün növ etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və tütün məmulatının idxalı zamanı invoys qiymətlərinin qəsdən aşağı salınmasının qarşısını almaq, Gömrük Məcəlləsinə və Gömrük tarifi haqqında Qanununun müddəalarına uyğun olaraq gömrük tariflərinin tətbiqi mexanizminin daha da təkmilləşdirilməsi yolu ilə xarici iqtisadi əlaqələrin səmərəliliyinin artırılması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, ölkədə rəqabətədavamlı məhsulların istehsalı üçün lazımi şəraitin yaradılmasını və daxili bazarın müdafiəsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumları dərəcələri haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarına aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

  • bu qərarla təsdiq olunmuş Gömrük rəsmiləşdirilməsinə görə alınan gömrük yığımlarının miqdarı mətninin 2-ci bəndində məqsədi ilə sözlərindən sonra habelə elektrik enerjisinin qarşılıqlı ötürülməsi üzrə, sözləri əlavə edilsin;
  • qərarın 4.1; 4.2; 4.3; 4.4; 4.5; 4.6; 4.9; 4.10; 4.11 yarımbəndləri, 5-ci bəndi qüvvədən düşmüş hesab edilsin;
  • qərarın 4.7 yarımbəndi 4.1 yarımbənd kimi hesab edilsin və aşağıdakı yeni mətndə verilsin:

4.1. birgə müəssisənin nizamnamə fonduna xarici investorun əmanəti kimi və ya tamamilə xarici investora məxsus olan müəssisənin yaradılması üçün gətirilən əmlak;

  • qərarın 4.8 yarımbəndi 4.2 yarımbənd kimi hesab edilsin və bu bənddə əmlak sözündən sonra (respublikaya qoyulmuş investisiyanın dəyəri və miqdarı, habelə iş görənin arayışı gömrük orqanlarına təqdim olunmaqla); sözləri əlavə edilsin;
  • qərarın 4.12 yarımbəndi 4.3 yarımbənd kimi hesab edilsin və bu bənddə maliyyə yardımları sözləri maliyyə və texniki yardımları, qrantlar sözləri ilə əvəz edilsin;
  • qərarın 4.13 yarımbəndi 4.4 yarımbənd kimi hesab edilsin;
  • qərarın 6-cı bəndi 5-ci bənd kimi hesab edilsin və aşağıdakı yeni mətndə verilsin:

5. Müəyyən edilsin ki, mənşə ölkəsindən asılı olmayaraq bu qərarın Azərbaycan Respublikası ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri barədə əlavəsində göstərilən mallara idxal gömrük rüsumu onların Xarici İqtisadi Fəaliyyətin Əmtəə Nomenklaturasına uyğun kodlar üzrə müvafiq dərəcələrlə, həmin əlavədə göstərilməyən digər mallara isə gömrük dəyərinin 15 faizi həcmində gömrük idxal rüsumu tətbiq olunur.;

  • qərarın 7-ci bəndi 6-cı bənd kimi hesab edilsin;
  • qərarın 8-ci bəndi 7-ci bənd kimi hesab edilsin və aşağıdakı yeni mətndə verilsin:

7. Azərbaycan Respublikasının xarici dövlətlərlə azad ticarət və kooperasiya haqqında sazişlərində malların idxalına gömrük idxal rüsumunun qarşılıqlı surətdə tətbiq edilməməsi nəzərdə tutulduqda, idxal olunan mallara gömrük idxal rüsumu tətbiq edilmir.;

  • qərarın 9-cu bəndi 8-ci bənd kimi hesab edilsin və bu bəndin:
  • birinci abzasında 4.7; 4.8; 4.10; 4.11; 4.12 və 4.13 rəqəmləri 4.1; 4.2; 4.3 və 4.4 rəqəmləri ilə əvəz edilsin və ikinci abzası aşağıdakı yeni mətndə verilsin:

Bu bəndin icrasına nəzarət Dövlət Gömrük Komitəsi, Ticarət Nazirliyi və Baş Dövlət Vergi Müfəttişliyi, büdcə təşkilatları üzrə isə Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir.;

  • qərarın 10-cu bəndi 9-cu bənd kimi hesab edilsin;
  • qərarın 11-ci bəndi 10-cu bənd kimi hesab edilsin;
  • qərarın 12-ci bəndi 11-ci bənd kimi hesab edilsin və bu bənddə 79 nömrəli qərarı sözlərindən sonra , vergül vurğu işarəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi barədə 1998-ci il 5 avqust tarixli 167 nömrəli qərarının 1-ci bəndinin 5-ci və 6-cı abzasları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi barədə 1998-ci il 30 oktyabr tarixli 218 nömrəli qərarının 1-ci bəndinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarına aid olan hissələri sözləri əlavə edilsin;
  • qərarın 13-cü bəndi 12-ci bənd kimi hesab edilsin.

2. Bu qərar 1999-cu il martın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

A. RASİ-ZADƏ.

Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda dərc edilmişdir (28 fevral 1999-ci il, 2, maddə 150) (AzerSoft).

12 aprel 2001-ci il tarixli 80 saylı qərara əsasən dəyişikliklərlə (AzerSoft).


Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarına
əlavə
(Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1999-cu il 27 fevral tarixli 25 nömrəli qərarının
mətnində)

Azərbaycan Respublikası ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri

MDB dövlətlərin xarici iqtisadi fəaliyyətinin mal nomenklaturasına uyğun malların kodu

Malın adı

İdxal rüsumlarının dərəcələri 1 ölçü vahidi üçün avro və ya gömrük dəyərinə görə faizlə

Qrup 01

010111000 Damazlıq heyvanlar

0

010210100 Cins iribuynuzlu heyvanlar

0

010310000 Cins donuz

0

010410100 Cins qoyun

0

010420100 Cins keçi

0

010511190 Cins damazlıq cücələri (çəkisi 185 q-dan artıq olmayanlar)

0

Qrup 04

040229110 Südəmər uşaqlar üçün çəkisi 500 q-dan artıq olmayan qablaşdırılmış süd

0

Qrup 05

0510 Əczaçılıq üçün heyvan mənşəli məhsullar

0

051110000 Bioloji preparatlar

0

051199500 İri buynuzlu heyvanların embrionları

0

Qrup 07

070110000

Kartof əkin üçün:
mövsümi olaraq yalnız oktyabr-noyabr və fevral-mart ayları üzrə

0

qalan aylar üzrə

15%

071290110 Qarğıdalı əkin üçün

0

071310100 Noxud əkin üçün

0

071320100 Nuq əkin üçün

0

071331100 Winga mungo növlü lobya əkin üçün

0

071332100 Qırmızı kiçik lobya əkin üçün

0

071333100 Adi lobya əkin üçün

0

071339100 Digər lobya növləri əkin üçün

0

071340100 Mərci əkin üçün

0

071350100 Yem paxlaları əkin üçün

0

071390100 Digər paxlalar əkin üçün

0

Qrup 08

080520 Naringi:
mövsümi olaraq oktyabr-dekabr və yanvar-fevral ayları üzrə

1 kq üçün
0,1 avro

qalan aylar üzrə

15%

0807 Yemiş, qarpız

15%;
1 kq 0,1 avrodan az olmamaq şərtilə

0808 Alma, heyva, armud

15%;
1 kq 0,1 avrodan az olmamaq şərtilə

Qrup 09

0902 Çay

15%;
1 kq 0,5 avrodan az olmamaq şərtilə

Qrup 10

1001 Buğda

5%

100300100 Arpa əkin üçün

0

100510
100510190
Qarğıdalı əkin üçün

0

100610100 Düyü əkin üçün

0

100700100 Darı hibridləri əkin üçün

0

100830000 Bülbülotu toxumu

0

1008 Qarabaşaq

5%

100300900 Arpa

5%

Qrup 11

110720000 Qovrulmuş səməni

0

Qrup 12

12 Toxumlar, saman, furaj

0

121291 Şəkər çuğunduru

15%

Qrup 13

130220100 Quru pektin maddələri, petinatlar və pektatlar

5%

13023100 aqar-aqar

5%

Qrup 19

190110000 Uşaq yeməkləri qablaşdırılmış

0

190190110 Səməni cövhəri

5%

Qrup 22

22012202 Təbii mineral, qazlı və qazsız sular

15%;
1 litr üçün 0,25 avro-dan az olmamaq şərtilə

220300 Səməni pivəsi

1 litr üçün
0,1 avro

2204 Tündləşdirilmiş daxil olmaqla təbii üzüm şərabları (2209 mal mövqeyində göstəriləndən başqa)

1 litr üçün
1,3 avro

220410 Köpüklənən şərablar

1 litr üçün
1,3 avro

220410110 Şampan şərabı

1 litr üçün
1,5 avro

2205 Bitki və ya ətirli cövhər əlavə edilmiş vermutlar və digər təbii üzüm şərabları

1 litr üçün
1,0 avro

2206 Digər acıdılmış içkilər (alma şərabı, armud şərabı, bal içkisi)

1 litr üçün
1,0 avro

220710000 Tərkibində 80%-dən az spirt olmayan denaturlaşdırılmamış etil spirti

1 litr üçün
1 avro

220720000 Denaturlaşdırılmış hər hansı bir tərkibdə qatılaşdırılmış etil spirti və digər spirtlər

1 litr üçün
1 avro

220820 Üzüm şərabının distillə edilməsi nəticəsində və ya üzümün cecəsindən alınan tünd spirtli içkilər

1 litr üçün
1,3 avro

220820120 Konyak

1 litr üçün
2,0 avro

220830 Viski

1 litr üçün
2,0 avro

220840 Rom və tafiya

1 litr üçün
2,0 avro

220850 Cin və ardıc meyvəsindən hazırlanmış içki

1 litr üçün
2,0 avro

220860 Vodka

1 litr üçün
2,0 avro

220870 Likyorlar və şirin şirələr

1 litr üçün
2,0 avro

220890110;
220890190
Araq

1 litr üçün
2,0 avro

220890330;
220890390
Likyor istisna olmaqla gavalı, albalı və ya armud spirtli içkiləri

1 litr üçün
1,3 avro

220890410
220890780
Digər spirtli şirələr və içkilər

1 litr üçün
1,3 avro

220890910;
220890990
Tərkibində 80%-dən az spirt olan denaturlaşdırılmamış etil spirti

1 litr üçün
1 avro

Qrup 24

240220 Tütündən və ya onun əvəzedicilərindən hazırlanmış siqaretlər

1000 ədəd
üçün 1,2 avro

Qrup 25

250100310 Kimyəvi çevrilmələr üçün (natriumun və xlorun bölünməsi) sənayedə istifadə edilən duz

0

250100510 Denaturlaşdırılmış və ya sənaye məqsədləri üçün duz

0

250200000 Yanmamış pirit

0

250300 Kükürdün bütün növləri (sublimirilləşdirilmiş, hopdurulmuş və ya kolloidləşdirilmişdən başqa)

0

2504 Təbii qrafit

0

250510000 Kvarslı təbii qum (bütün növləri)

0

2506 Kvars (təbii qumdan başqa)

0

250700 Kaolin və kalsinləşdirilmiş və ya kalsinləşdirilməmiş digər kaolin gilləri

0

250830000 Odadavamlı gil

0

2510 Təbii kalsiy fosfatları (fosforitlər), alüminium-kalsiy fosfatları, fosfat təbaşiri

0

2511 Təbii bariy sulfatı (barit); kalsiumlaşdırılmış və ya kalsiumlaşdırılmamış təbii bariy karbonatı (viterit) (bariy oksidindən başqa)

0

252100000 Əhəng və sement istehsalı üçün əhəng flyusu

0

2528 Təbii boratlar və onların konsentratları

0

253010100 Perlit

0

Qrup 26

26 Filizlər və şlaklar

0

Qrup 27

271220000 Texniki parafin

5%

270111100 Antrosit

0

270112100 Kokslanan kömür

0

271000210 Uayt-spirit

0

271600000 Elektrik enerjisi

0

Qrup 28

28 Qeyri-üzvi kimya məhsulları

0

Qrup 29

29 Üzvi kimya birləşmələri

0

Qrup 30

30 Əczaçılıq məhsulları

0

3005 Pambıq, marlya, bint və analoji məmulatlar

5%

300640000 Diş üçün sement

5%

300650000 Sanitar sumkaları və ilk yardımın göstərilməsi üçün dərman yığımları

10%

300390100 Tərkibində yod və yodbirləşməsi olan dərman vasitələri

5%

Qrup 31

31 Gübrə

0

Qrup 32

321290390 Yalnız poliefir toz rəng

0

Qrup 36

3601 Barıt

5%

3602 Partlayıcı maddələr

0

Qrup 37

370110100 Tibbi, stomatoloji və ya baytarlıq məqsədləri üçün fotoplastinlər

0

370210000 Rentgen plyonkaları

0

Qrup 38

38013804 Başqa kimyəvi məhsullar

0

3808 İnsektisidlər, rodentisidlər, funksisidlər, herbisidlər və digər ziyanvericilərə qarşı preparatlar və ya məmulatlar

0

38093813 Rənglənmənin sürətləndiriciləri, metalik səthlərin təmizlənməsi üçün vasitələr, antidetonatorlar, kauçuk vulkanlaşdırma sürətləndiriciləri

0

381512000 Kimyəvi reaksiyaların katalizatorları

0

Qrup 39

390110100;
3901200000;
3902
3914;
392030000
Polimer materialları

0

3922
3924
Plastik məmulatlar

15%
1 kq 0,15 avrodan az olmamaq şərtilə

392330 Butulkalar

0

392350100 Probkalar

0

Qrup 40

4001
4008
Kauçuk

0

4012 Bərpa və ya istifadə olunmuş pnevmatik rezin şinlər

1 ədəd üçün
10 avro

401199100 Kənd və meşə təsərrüfatında istifadə olunan mexanizmlər üçün şinlər (traktorlar, kombaynlar, biçin və toxum səpən maşınlar)

0

401693900 Yalnız maqnitli rezin lent

0

Qrup 44

44 Oduncaq və oduncaq məmulatları

10%

4406 Dəmir yolu üçün şpallar

5%

Qrup 45

45 Mantar (tıxac)

0

Qrup 47

470100
4706
Oduncaqdan və ya digər lifli sellüloza materiallarından kağız, karton kütlələri

0

Qrup 48

4801 Qəzet üçün kağız

5%

4804
4805
Karton

5%

4821 Etiketlər

5%

Qrup 49

4901
4905
Çap olunmuş kitab, qəzet və jurnallar, uşaqlar üçün kitab-şəkillər, rəsm və ya rənglənməsi üçün kitab-dəftərlər, notlar, xəritələr və atlaslar, qlobuslar

0

490700300
490700990
Qiymətli kağızlar

0

Qrup 51

510121000 Karbonizə edilməmiş, yuyulmuş, qırxılmış yun

5%

Qrup 52

520544000 Xətti sıxlığı 12,5 teksdən 19,231 teksə qədər olan birsaplı pambıq iplikləri

5%

520546000 Xətti sıxlığı 10,638 teksdən 12,5 teksə qədər olan birsaplı pambıq iplikləri

5%

520547000 Xətti sıxlığı 8,33 teksdən 10,638 teksə qədər olan birsaplı pambıq iplikləri

5%

Qrup 54

540231 Neylon və ya digər poliamidlərdən sintetik kompleks sapları

0

540233 Poliefir sintetik kompleks sapları

0

540239 Digər sintetik kompleks saplarından yalnız nitron ştapel sapı

0

5403 Yüksəkdavamlı burulmuş və ya burulmamış sintetik kompleks sapları

0

Qrup 59

5902 Yüksəkdavamlı poliamid, poliefir saplardan toxunmuş kord parçaları

5%

Qrup 68

681410000 Slyuda lövhələri

5%

Qrup 69

6902
6903
Odadavamlı kərpic

5%

Qrup 70

700100 Şüşə sınıqları

0

701911000
701919900
Şüşə plastik civlər

5%

7002 Şar formasında şüşələr

0

701010000 Ampul

0

7010 Butulkalar, bankalar və digər şüşə həcmləri

0

701990300 İzoləedici şüşə plastik civlər

5%

Qrup 71

710210100 Almazlar (çeşidləşdirilməmiş)

0

711510000 Platindən məftil tor və ya reşotka formasında olan katalizatorlar

0

711021000 Palladiy

0

Qrup 72

72 Qara metallar

5%

7201 Çuqun

0

720927100 Elektrotexniki polad

0

Qrup 73

73 Qara metallardan məmulat

5%

7302 Dəmir yolu və ya tramvay yolu üçün məmulatlar, relslər

0

730810000 Körpülər və onların seksiyaları

0

730840900 Tikintidə istifadə olunan metal dayaqlar, bərkidici məmulatlar

10%

730890100 Şlüzlər, şlüz qapıları, doklar və digər dəniz və gəmiçilik konstruksiyaları

0

730900
7315
Rezervuarlar, sisternlər, metal bankalar, izolyasız metal məftillər, troslar, kanatlar, metal parçalar, torlar, zəncirlər

10%

7322 Mərkəzi qızdırıcı sistem üçün radiatorlar

5%

7323 Məişət məmulatları

15%

7324 Qara metallardan sanitar-texniki avadanlıqlar

15%

732410100;
732490100
Mülki aviasiya üçün qara metallardan sanitar-texniki avadanlıqlar və onların hissələri

10%

Qrup 74

7401
7407
Mis

0

7412 Mis boruları

0

740811000 Mis məftilləri, en kəsiyi 6 mm-dən yuxarı

5%

741300 Kabel məhsulları

5%

Qrup 75

75 Nikel

0

Qrup 76

7601
7608;
760900000
Alüminium və alüminium lövhələri, məftilləri

5%

Qrup 78

78

Qurğuşun

5%

Qrup 79

79

Sink

0

Qrup 80

80

Qalay

0

Qrup 81

81 Başqa adi metallar (volfram, molibden, tantal kadmium, titan: sirkoniy, xrom, germanium) və onlardan hazırlanmış məmulatlar

0

Qrup 83

8309

Adi metallardan probkalar, qapaqlar

0

Qrup 84

8401
8409
Nüvə reaktorları, mərkəzi istilik sistemi qazanları və onların yardımçı avadanlığı, qaz generatorları: turbinlər, daxili yanacaq mühərrikləri, onların hissələri

0

840991000;
840999000

Mühərriklərin hissələri

0

8410
8412
Hidro və qaz turbinləri, truboreaktiv və hidroreaktiv, pər və hidravlik mühərriklər

0

8413

Maye nasosları

5%

841340000

Beton nasosları

5%

841330100;
841350100
841370990

Mülki aviasiya üçün hidravlik və digər nasoslar, mərkəzəqaçma bir və çoxmərhələli nasoslar

0

841430

Kompressorlar

0

841480100
80710

Turbo və rotorlu həcmli kompressorlar

5%

841590100 841581, 841582 və ya 841583 mal mövqelərindəki kondisioner qurğularının hissələri

5%

8417

Qeyri-elektrik sənaye və laboratoriya sobaları, kameraları

0

841810990 Yalnız məişət soyuducuları üçün buxarlandırıcı panel

5%

841911000
841960000
Ətalətsiz su qızdırıcıları və ya istilik su yığıcıları (akkumulyatorları)

5%

841989100
841990950
Soyuducu və qızdırıcı qurğular

0

8420 Kalandrlı və başqa vallı (rolikli) maşınlar

0

842220000
842240000
Butulka və digər qabların yuyulması üçün avadanlıq

5%

842481
842490000
Maye və toz səpələyən mexaniki qurğular, yanğın söndürücülər

0

8425 Qaldırıcı qurğular

5%

842511
842539910
Qaldırıcı tallar və qurğular

0

8426 Gəmi derrik-kranları və digər qaldırıcı kranlar

0

8427 Avtoyükləyicilər və qaldırıcı və yükləmə-boşaltma qurğuları olan digər avtoyükləyicilər

5%

8428 Qaldırıcı və yer dəyişdirici maşınlar və qurğular (məsələn: liftlər, eskalatorlar, konveyerlər, kanat yolları)

0

8429 Buldozerlər, avtoqreyderlər, ekskavatorlar, skreperlər, hamarlayıcı maşınlar

0

8430 Torpağın planlaşdırılması, hamarlaşdırılması, qazılması, faydalı qazıntıların və ya filizlərin götürülməsi, qar təmizlənməsi üçün istifadə olunan maşın və mexanizmlər

0

8431 8425-8430 mal mövqelərində göstərilən avadanlıq hissələri

0

8432
8436
Torpağın hazırlanması və işlənməsi üçün kənd təsərrüfatı, bağ və ya meşə təsərrüfatı maşınları, kənd təsərrüfatı məhsullarının yığılması və ya döyülməsi, saman və ot yığıcı, bərkidici, yumurta və digər kənd təsərrüfatı məhsulları çeşidləyici maşın və mexanizmləri, quşçuluq, arıçılıq, südçülük avadanlığı

0

8437 Toxum və taxıl bitkilərinin təmizlənməsi üçün maşınlar, un sənayesi, taxıl və ya digər dənli bitgilərin emalı üçün avadanlıq

0

8438 Yeyinti sənayesi üçün avadanlıqlar

0

8439
8444
Bitgi mənşəli materialların liflərindən kütlənin və ya kağız, kartonun istehsalı, kağız, karton məmulatlarının hazırlanması üçün avadanlıq, mətbəə avadanlıqları

0

8445
8449
Toxuculuq, iplik əyirici sənayesi üçün avadanlıq

0

8453
8466
Dəri aşılamaq üçün avadanlıq, metal emalı üçün dəzgahlar

0

8471 Elektron