Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   

Azərbaycan Respublikası Nazirlər Kabineti

Azərbaycan Respublikasında gömrük xidmətlərinin göstərilməsindən yığılan vəsaitin istifadəsi haqqında

Qərar № 29

Bakı şəhəri, 16 mart 1996-cı il

Azərbaycan Respublikası ərazisində fəaliyyətdə olan gömrük nəzarət-buraxılış məntəqələrinin, habelə yeni açılan gömrük məntəqələrinin və ölkədə yaradılmış gömrük sisteminin lazımi texniki avadanlıqlarla və vasitələrlə təchizatı zəruriliyini nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:

1. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Azərbaycan Respublikasında ixrac və idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında» 1995-ci il 24 aprel tarixli 90 nömrəli qərarı ilə təsdiq edilmiş «Gömrük xidmətləri göstərilməsi üçün alınan ödənclər haqqında Təlimat»a əsasən yığılan vəsaitin 65 faizi Dövlət Gömrük Komitəsinin hesabında saxlanılır və onun maddi-texniki bazasının inkişafına, zəruri texniki avadanlıqların və vasitələrin alınmasına yönəldilir.

2. Dövlət Gömrük Komitəsinə tapşırılsın ki, fəaliyyətdə olan gömrük nəzarət-buraxılış məntəqələrinin, habelə yeni açılan gömrük məntəqələrinin və ölkədə yaradılmış gömrük sisteminin lazımi texniki avadanlıqlarla və texniki vasitələrlə təchizatı məsələləri üzrə tədbirlər planını 2 həftə müddətində hazırlayıb təsdiq olunması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim etsin.

3. Azərbaycan Respublikası Maliyyə Nazirliyi gömrük xidmətlərinin göstərilməsindən alınan ödənclərdən Dövlət Gömrük Komitəsində qalan vəsaitin, bu qərarla müəyyən olunmuş məqsədlər üçün istifadəsinə nəzarət etsin.

Baş nazir

F.QULİYEV.

Qüvvədən düşmüşdür.

© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
27.12.2008
Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir
Dekabrın 25-də Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb