Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   

Azərbaycan Respublikası Nazirlər Kabineti

Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Azərbaycan Respublikasının gömrük buraxılış məntəqələrindən fiziki şəxslər tərəfindən istehsalat və ya kommersiya fəaliyyəti üçün nəzərdə tutulmayan malların keçirilməsinin qaydaları haqqında» 1995-ci il 19 avqust tarixli 184 nömrəli qərarına dəyişiklik edilməsi barədə

Qərar ¹ 33

Bakı şəhəri, 27 mart 1996-cı il

Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 19 avqust tarixli 184 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının gömrük buraxılış məntəqələrindən fiziki şəxslər tərəfindən istehsalat və ya kommersiya fəaliyyəti üçün nəzərdə tutulmayan malların keçirilməsinin müvəqqəti qaydaları»nın (əlavə ¹ 1) 2.1 bəndinin 2-ci abzası aşağıdakı mətndə verilsin:

  • «ümumi dəyəri 1000 ABŞ dolları olan mallar;».

2. Bu qərar 1996-cı il mayın 1-dən tətbiq edilsin.

Baş nazir

F. QULİYEV

21 avqust 1996-cı il tarixli, 114 nömrəli qərara əsasən dəyişikliklərlə («AzerSoft»).

21 iyul 1997-ci il tarixli, 81 nömrəli Qərara əsasən qüvvədən düşmüşdür («AzerSoft»).


© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
27.12.2008
Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir
Dekabrın 25-də Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb