Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   
Azərbaycan Respublikasının Nazirlər Kabineti

Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında

Qərar ¹ 62

Bakı şəhəri, 16 iyun 1997-ci il

Azərbaycan Respublikasında ixrac və idxal əməliyyatlarının gömrük mexanizmi vasitəsilə tənzimlənməsinin təkmilləşdirilməsi, ixrac potensialının artırılması və ixracın həvəsləndirilməsi, ölkə istehsalçılarının mənafelərinin qorunması və daxili bazarın ehtiyaclarının ödənilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin təqdim etdiyi və əlaqədar təşkilatlarla razılaşdırılmış « Gömrük xidmətləri göstərilməsi üçün alınan ödənclər haqqında təlimat» (əlavə ¹ 1) və « Gömrük xidmətlərinin göstərilməsi üçün alınan ödənclərin ta`rifləri» (əlavə ¹ 2) təsdiq edilsin.

2. Müəyyən edilsin ki:

2.1. İxrac olunan mallar, onların növlərindən asılı olmayaraq gömrük ixrac rüsumuna cəlb olunmur.

2.2. Azərbaycan Respublikası ərazisinə bu qərarın 3 nömrəli əlavəsində göstərilən siyahı üzrə gətirilən mallar, onların mənşə ölkəsindən asılı olmayaraq gömrük idxal rüsumuna cəlb olunmur.

2.3. Azərbaycan Respublikası ərazisinə bu qərarın 4 nömrəli əlavəsində göstərilən siyahı üzrə gətirilən mallar, onların mənşə ölkəsindən asılı olmayaraq gömrük dəyərinin 5 faizi həcmində idxal rüsumuna cəlb olunur.

2.4. Bu qərarın 2.2 və 2.3 yarımbəndlərində göstərilən mallar, habelə 3-cü bəndində göstərilən məqsədlər üçün gətirilən və idxal gömrük rüsumunun « 0» (sıfır) dərəcəsinə cəlb olunan mallar istisna olmaqla, idxal olunan digər mallar, həmin malların mənşə ölkəsindən və növündən asılı olmayaraq, onların gömrük dəyərinin 15 faizi həcmində gömrük idxal rüsumlarına cəlb olunur.

3. Müəyyən edilsin ki, « 0» (sıfır) dərəcəsi ilə gömrük idxal rüsumuna cəlb olunan mallar aşağıdakılardır:

3.1. Kənd təsərrüfatı üçün gətirilən toxum, gübrə, yem, damazlıq heyvanlar, dərman preparatları, baytarlıq təbabətində tətbiq olunan dərman, bioloji preparatlar və baytarlıq ləvazimatları.

3.2. Qablaşdırılmış uşaq yeməkləri, şprislər, əczaçılıq məhsulları.

3.3. Azərbaycan Respublikasında təmsil olunan diplomatik nümayəndəliklərin və onlara bərabər tutulan təşkilatların yalnız rəsmi istifadəsi, habelə bu nümayənlikdələrin diplomatik və inzibati-texniki heyəti üzvlərinin, o cümlədən onlarla birgə yaşayan ailə üzvlərinin yalnız şəxsi istifadəsi üçün nəzərdə tutulan mallar və məlak.

3.4. Azərbaycan Respublikası ərazisində mövcud qaydada qeydiyyatdan keçmiş humanitar təşkilatlar, həmçinin Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının razılığı ilə digər hüquqi və fiziki şəxslər tərəfindən gətirilən təmənnasız olaraq paylanılması nəzərdə tutulmuş humanitar yardım.

3.5. Beynəlxalq təşkilatların xətti ilə təmənnasız texniki yardım kimi gətirilən mallar.

3.6. Əlilliyin profilaktikası və müalicəsi məqsədləri üçün istifadə olunacaq (avtonəqliyyat vasitələri istisna olmaqla) müxtəlif texniki vasitələr və onların istehsalı üçün xammal və komplektləşdirici məmulatlar.

3.7. Müsadirə edilmə, sahibsizlik və həmçinin varislik hüququ əsasında dövlətin mülkiyyətinə keçirilməsi üçün gətirilən mallar.

3.8. Birgə müəssisənin nizamnamə fonduna xarici investorun əmanəti kimi və ya tamamilə xarici investora məxsus müəssisənin yaradılması üçün Azərbaycan Respublikası ərazisinə gətirilən əmlak.

3.9. Azərbaycan Respublikası ərazisinə müvəqqəti olaraq gətirilmiş və gətirilmə şərtlərinə görə müəyyən olunmuş müddətdə dəyişiklik edilmədən gətirildiyi ölkəyə aparılası mallar (gömrük orqanlarına malların gətirildiyi ölkəyə qaytarılacağı barədə öhdəlik təqdim edildiyi və yaxud gömrük rüsumları ödənildiyi təqdirdə. Mallar Azərbaycan Respublikası ərazisindən çıxarıldıqda ödənilmiş gömrük rüsumları ödəyicilərə geri qaytarılır).

3.10. Tranzit mallar (gömrük orqanlarının nəzarəti altında).

3.11. Rüsumsuz ticarət mağazaları üçün gətirilən mallar.

3.12. Xarici investisiya qoyulmuş müəssisələrin əcnəbi işçilərinin yalnız öz ehtiyacları üçün Azərbaycan Respublikasına gətirdikləri əmlak.

3.13. Maliyyə Nazirliyi və ya Milli Bankın təsdiq edici sənədi əsasında gətirilən qanuni tədiyyə vasitələrindən olan valyuta, pullar, banknotlar (numizmatika məqsədilə istifadə olunanlardan başqa), rəsmi dövlət sənəd blankları, vətəndaş pasportları, habelə qiymətli kağızlar.

3.14. Təkrar ixrac məqsədilə, həmçinin emal edilməsi üçün müvəqqəti olaraq Azərbaycan Respublikası ərazisinə gətirilən mallar (malların təkrar ixrac üçün üçüncü ölkəyə dəyişdirilmədən aparılması, emaldan sonra ixracı barədə gömrük orqanlarına bank zəmanəti təqdim edildiyi və yaxud gömrük rüsumları ödənildiyi təqdirdə. Mallar təkrar ixrac üçün, həmçinin emal olunandan sonra Azərbaycan Respublikası ərazisindən çıxarıldıqda ödənilmiş gömrük rüsumları ödəyicilərə geri qaytarılır.)

3.15. Dövlət büdcəsi hesabına idxal olunan mallar (Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təsdiqedici sənədi əsasında).

3.16. Xəzər dənizi hövzəsində Azərbaycan Respublikasının kvotası hesabına ovlanmış və Respublika ərazisinə gətirilən balıq və balıq məhsulları.

3.17. Beynəlxalq təşkilatların, xarici dövlətlərin hökumətlərinin, habelə dövlətlərarası və hökumətlərarası sazişlərə əsasən xarici hüquqi və fiziki şəxslərin ayırdıqları əvəzsiz maliyyə yardımları, kreditlər və borclar hesabına idxal olunan mallar, işlər, xidmətlər.

4. Nəzərə alınsın ki, Azərbaycan Respublikasında bu qərarın 3.3, 3.8 və 3.12 yarımbəndlərində göstərilən mallar satılarsa, həmin malların satıldığı andan 10 gün müddətində gömrük rüsumları ödənilməlidir.

Göstərilən malları satan müəssisələr bu barədə əvvəlcədən gömrük orqanlarına məlumat verir, əks təqdirdə onlara qarşı qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görülür.

5. Azərbaycan Respublikası Hökumətinin xarici ölkələrlə azad ticarət haqqında sazişləri olduğu təqdirdə ikitərəfli razılığa əsasən idxal olunan mallara gömrük rüsumları tətbiq edilmir.

6. Müəyyən edilsin ki, bu qərarın 1-ci bəndi ilə təsdiq edilmiş « Gömrük xidmətləri göstərilməsi üçün alınan ödənclər haqqında Təlimat» a əsasən yığılan vəsaitin 65 faizi Dövlət Gömrük Komitəsinin hesabında saxlanılır və onun maddi-texniki bazasının inkişafına, zəruri texniki avadanlıqların və vasitələrin alınmasına yönəldilir.

7. İdxal əməliyyatları üzrə alınan gömrük rüsumlarının dövlət büdcəsinə tam həcmdə və vaxtında köçürülməsi Dövlət Gömrük Komitəsi və müvəkkil banklar tərəfindən təmin edilsin.

8. Dövlət Gömrük Komitəsi bu qərarın icrası ilə əlaqədar müvafiq təlimatlar hazırlasın, Maliyyə Nazirliyi ilə razılaşdıraraq təsdiq etsin və müvafiq tədbirlər həyata keçirsin.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 24 aprel tarixli 90 nömrəli (9-cu bənd istisna olmaqla), 1995-ci il 1 may tarixli 104 nömrəli, 1996-cı il 16 mart tarixli 29 nömrəli, 1996-cı il 16 dekabr tarixli 178 nömrəli qərarları, həmçinin 1997-ci il 18 fevral tarixli 36s nömrəli sərəncamı qüvvəsini itirmiş hesab edilsin.

10. Bu qərar 1997-ci il iyulun 1-dən etibarən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

A.RASİ-ZADƏ.

15 iyul 1997-ci il tarixli 79 saylı əlavələrlə.

22 aprel 1998-ci il tarixli 91 saylı Qərara əsasən qüvvədən düşmüşdür.


Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1997-ci il 16 iyun tarixli 62 nömrəli qərarı ilə
təsdiq edilmişdir.

Əlavə ¹ 1

Gömrük xidmətləri göstərilməsi üçün alınan ödənclər haqqında Təlimat

1. Mülkiyyət formasından, tabeçiliyindən və qeydiyyata alındığı yerdən asılı olmayaraq bütün hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən Azərbaycan Respublikası ərazisinə gətirilən və Azərbaycan Respublikası ərazisindən çıxarılan mallara, əmlaklara (nağd xarici valyuta istisna olmaqla) gömrük əməliyyatı aparılması üçün aşağıda göstərilən qayda və miqdarlarda ödənclər alınması müəyyən edilsin:

1.1. Dövlət müəssisələri tərəfindən barter və qapalı valyuta (manatla) sövdələşmələrinə uyğun olaraq gətirilən və ya aparılan mallardan bu malların gömrük dəyərinin 0,15% -i (minimum əmək haqqının 3 mislindən az olmayaraq) manatla ödənc ödənilir.

Sövdələşmə sərbəst dönərli valyuta ilə aparıldıqda bu malların gömrük dəyərinin 0,15% -i miqdarında Azərbaycan Respublikası Milli Bankının manatın müvafiq xarici valyutaya müəyyən etdiyi məzənnəyə uyğun olaraq ödənc ödənilir.

1.2. Azərbaycan Respublikası ərazisinə dövlət müəssisələri tərəfindən gətirilən və ya aparılan əmlaklara bu əmlakın gömrük dəyərinin 0,15% -i miqdarında (minimum əmək haqqının 3 mislindən az olmayaraq) manatla ödənc alınır.

1.3. Dövlət müəssisəsinin bir Gömrük Yük Bəyannaməsi vasitəsilə müvəqqəti olaraq Azərbaycan Respublikası ərazisindən aparılan və ya gətirilən əmlaklarından gömrük əməliyyatları üçün minimum əmək haqqının 3 misli miqdarında ödənc alınır.

Bu Təlimat 1.1, 1.2, 1.3 bəndlərində göstərilən şərtlərə uyğun olaraq Azərbaycan Respublikası ərazisinə gətirilən və ya aparılan malların və əmlakın gömrük dəyəri « Gömrük Yük Bəyənnaməsinin» doldurulması haqqında təlimata uyğun olaraq müəyyən edilir.

2. İstehsal kooperativlərinin, onların birliklərinin, müştərək müəssisələrinin, beynəlxalq birlik və təşkilatların, ictimai təşkilatların, xarici şirkətlərin malları və ya əmlakı Azərbaycan Respublikası ərazisinə gətirilərkən və aparılarkən gömrük əməliyyatları üçün aşağıdakı 2.1, 2.2, 2.3 bəndlərində göstərilən miqdarlarda ödənc alınır.

2.1. Azərbaycan Respublikası ərazisinə nizamnamə fondu hesabına əmlak və mal gətiriləndə gömrük əməliyyatları üçün gömrük dəyərinin 0,25%-i miqdarında Azərbaycan Respublikası Milli Bankının müəyyən etdiyi məzənnəyə görə manatla (minimum əmək haqqının 2 mislindən az olmayaraq) ödənc alınır.

2.2. Azərbaycan Respublikası ərazisinə mal gətirilərkən və ya buradan mal aparılarkən (barter sövdələşməsi, qapalı valyuta ilə sövdələşmələr) gətirilən və ya aparılan malların gömrük dəyərinin 0,25%-i miqdarında (minimum əmək haqqının 4 mislindən az olmayaraq) gömrük əməliyyatları üçün haqq alınır.

2.3. Azərbaycan Respublikası ərazisinə mal gətirilərkən və ya buradan mal aparılarkən (sərbəst dönərli valyuta ilə sövdələşmə) gömrük dəyərinin 0,15%-i miqdarında Azərbaycan Respublikası Milli Bankının müəyyən etdiyi məzənnəyə görə (5 ABŞ dollarından az olmayaraq) manatla gömrük əməliyyatları üçün ödənc alınır.

2.4. Azərbaycan Respublikası ərazisinə gətirilən və ya buradan aparılan mal və əmlakdan, sövdələşmə « birbaşa istehsal əlaqələri üzrə mal göndərilməsi» üsulu ilə aparıldığı təqdirdə gömrük dəyərinin 0,25%-i miqdarında (minimum əmək haqqının 4 mislindən az olmayaraq), həmçinin emal üçün xammal və yarımfabrikatlar (sifarişçinin öz xammalından) göndərildikdə və bu xammal və yarımfabrikatlar emal olunduqdan sonra göndərildikdə gömrük dəyərinin 0,25%-i miqdarında (minimum əmək haqqının 4 mislindən az olmayaraq) gömrük əməliyyatları üçün ödənc alınır.

2.5. Konsiqnasiya mahiyyətli sövdələşmələr (konsiqnasiya, komisyon əsasında mal təslim etmək) aparılarkən gömrük dəyərinin 0,25%-i miqdarında (minimum əmək haqqının 3 mislindən az olmayaraq) və MDB ölkələri də daxil olmaqla göndərildiyi ölkədən asılı olmayaraq, ödəmə günündə Azərbaycan Respublikası Milli Bankının müəyyən etdiyi məzənnəyə görə manatla gömrük əməliyyatları üçün ödənc alınır.

2.6. Azərbaycan Respublikası ərazisinə humanitar yardım məqsədi ilə gətirilən və ya aparılan mallara, avadanlıqlara gömrük əməliyyatları üçün ödənc alınır.

2.7. Gömrük Yük Bəyannaməsinin hər bir əlavə vərəq üçün minimum əmək haqqının 2 misli miqdarında manatla, sövdələşmə sərbəst dönərli valyuta ilə aparıldıqda isə 5 ABŞ dolları miqdarında Azərbaycan Respublikası Milli Bankının müəyyən etdiyi məzənnəyə görə manatla ödənc alınır. Sövdələşmələr manat hesabı, qapalı valyuta hesabı (21, 31, 27 və s.), sifarişçinin öz xammalı, birbaşa istehsal əlaqələri əsasında aparıldıqda, bir əlavə vərəq üçün minimum əmək haqqının 2 misli miqdarında ödənc alınır.

3. Tranzit yük bəyannamələri üçün hər bəyannaməyə görə 10 ABŞ dolları və hər əlavə vərəq üçün 5 ABŞ dolları miqdarında ödənc alınır.


Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1997-ci il 16 iyun tarixli 62 nömrəli qərarı ilə
təsdiq edilmişdir.
Əlavə ¹ 2

Gömrük xidmətləri göstərilməsi üçün alınan ödənclərin Tarifləri

Göstərilən xidmətlər

Gömrük xidməti üzrə ödənclər ABŞ dolları ilə*

Gömrük rəsmiləşdirilməsi yerindən kənarda, o cümlədən müəssisə və təşkilatların ərazisində onların qoruduqları və gömrük nəzarətində olan malların gömrük işlərini rəsmiləşdirmək üçün gömrük işçisinin çağırılması, hər işçinin gündüz (iş vaxtı) bir saatlıq işi hesabı ilə

2

İş vaxtından əlavə (18.00-dan 09.00-a kimi), şənbə, bazar və bayram günləri (fasiləsiz işləyən müəssisələr istisna olmaqla)

5

Sərgi yüklərinin rəsmiləşdirilməsi üçün, hər işçinin gündüz (iş vaxtı) bir saatlıq işi hesabı ilə

2

İş vaxtından əlavə (18.00-dan 09.00-a kimi), şənbə, bazar və bayram günləri

5

Qabaqcadan yazılı olaraq xəbər verilən, sifariş olunan xidmətlərdən imtina etdikdə

5

Vətəndaşların Azərbaycan Respublikası ərazisinə gətirdikləri (o cümlədən müvəqqəti olaraq gətirilən) nəqliyyat vasitələrinin qeydə alınmasına vəsiqə verilməsi üçün:

  • yük və minik avtomobilləri, mikroavtobuslar, avtobuslar

20

  • motorsuz nəqliyyat vasitələri (qoşqu, yarımqoşqu, araba və s.)

15

  • motosikllər və motorollerlər

10

  • mopedlər (qeydə alınmalı olanlar)

8

Əşyaların aparılması (gətirilməsi) barədə rəsmi arayış (təsdiqedici) bəyannamə surəti, əşya və valyutanın qeydi kitabçaları və qanunda nəzərdə tutulan hallar barədə başqa məlumat sənədi üçün

1

*) Gömrük xidməti üzrə ödənclər gömrük tələbnaməsinin verildiyi günə ABŞ dollarının Azərbaycan Respublikası Milli Bankının müəyyən etdiyi məzənnə ilə manatla ödənilir.


Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1997-ci il 16 iyun tarixli 62 nömrəli qərarına
Əlavə ¹ 3

Azərbaycan Respublikası ərazisinə gətirilən və gömrük idxal rüsumuna cəlb olunmayan malların siyahısı

Xarici iqtisadi fəaliyyət üzrə malların nomenklaturasına uyğun kodları

Malın adı

8432

Kənd təsərrüfatı, bağçılıq, meşəçilik üzrə maşın və mexanizmlər

8433

Kənd təsərrüfatı məhsullarının yığımı və döyülməsi, otu və küləşi yığan və qablaşdıran, otbiçən maşınlar, habelə toyuq yumurtasını, meyvəni və başqa kənd təsərrüfatı məhsullarını təmizləyən və növlərə ayıran maşınlar

8434

Süd sağan qurğu və aparatlar, kənd təsərrüfatında və sənayedə südü istehsal və emal edən avadanlıqlar

8435

Şərabçılıq, meyvə şirələri və digər içkilərin istehsalında istifadə edilən pres, döymə və başqa analoji maşın və mexanizmlər

8436

Kənd təsərrüfatı, bağçılıq, arıçılıq üçün digər avadanlıqlar

8437

Toxum təmizləyən, seçən, presləyən maşınlar və avadanlıqlar

8701

Traktorlar

8706

8701 mal mövqeyində göstərilən traktorlar üçün şassilər

8708

8701 mal mövqeyində göstərilən traktorlar üçün ehtiyat hissələri

İşlər müdiri

A.HACIYEV.


Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1997-ci il 16 iyun tarixli 62 nömrəli qərarına
Əlavə ¹ 4

Azərbaycan Respublikası ərazisinə gətirilən və gömrük dəyərinin 5 faizi həcmində gömrük idxal rüsumuna cəlb olunan malların Siyahısı

Xarici iqtisadi fəaliyyət üzrə malların nomenklaturasına uyğun kodları

Malın adı

Qrup 01

Canlı heyvanlar (damazlıq heyvanlar istisna olmaqla)

Qrup 10

Taxıl və dənli bitkilər

Qrup 26

Filizlər, şlaklar və küllər

Qrup 28

Qeyri-üzvi kimya məhsulları

Qrup 29

Üzvi kimya birləşmələri

Qrup 36

Partlayıcı maddələr, pirotexnik məmulatları, kibrit, pirofer xəlitələr, bəzi alışqan maddələr

Qrup 38

Başqa kimyəvi məhsullar

Qrup 44

Oduncaq və oduncaq məmulatı, ağac kömürü

Qrup 47

Oduncaqdan və ya bitki mənşəli başqa lifli materiallardan kağız kütləsi, kağız və karton tullantıları və makulatura

Qrup 48

Kağız, karton və onlardan düzəldilmiş məmulat, 4803; 4810; 4814, 4817, 4818 10 — 4818 30; 4819; 48 21.

Qrup 53

Başqa bitki mənşəli toxuculuq lifləri, kağız lifi və ondan hazırlanmış parça

Qrup 54

Kimyəvi saplar

Qrup 55

Kimyəvi ştapel lifləri

Qrup 72

Qara metallar

Qrup 73

Qara metallardan məmulatlar

7323 mal mövqeyindən başqa

Qrup 74

Mis və mis məmulatı

Qrup 75

Nikel və nikel məmulatı

Qrup 78

Qurğuşun və qurğuşun məmulatı

Qrup 79

Sink və sink məmulatı

Qrup 80

Qalay və qalay məmulatı

Qrup 82

Qeyri-qiymətli metallardan hazırlanmış alət, bıçaq məmulatı, qaşıqlar, çəngəllər; onların hissələri

Qrup 84

Nüvə reaktorları, qazanları, avadanlıq və mexaniki cihazları, onların hissələri

8414 51 900; 8415 10 000; 8415 81 900; 8417 20; 8418 10 900; 8418 21 — 8418 29 000; 8418 30 910; 8418 30 990; 8418 40 910; 8418 40 990; 8418 50; 8418 91 000; 8422 11 000; 8423 10 100; 8423 81 500; 8450; 8452 10; 8469; 8470; 8471 10; 8471 20 000 — 8471 20 600; 8471 91 000 — 8471 91 900; 8471 99; 8472; 8476 mal mövqelərindən başqa

Qrup 85

Elektrik maşınları və avadanlığı, onların hissələri

8507 10 910; 8508 10; 8509; 8510; 8511; 8512; 8516; 8517 10 — 8517 20 000; 8517 81 100; 8518; 8519; 8520; 8521; 8522; 8523; 8524; 8527 19 000; 8527 21; 8527 31; 8527 32; 8527 39; 8528 10 000 — 8528 10 690; 8528 10 730 — 8528 10 980; 8528 20 000 — 8528 20 200; 8228 20 730 — 8528 20 990; 8529 10 200 — 8529 10 700; 8539 mal mövqelərindən başqa

Qrup 86

Dəmir yolu lokomotivləri və vaqonları, tramvay, onların hissələri və ləvazimatı, dəmir yolu və tramvay şəbəkəsi üçün yol qurğuları

Qrup 87

Yerüstü (dəmir yolu və tramvay vasitələrindən başqa) nəqliyyat vasitələri

8702; 8703; 8711; 8712; 8714 mal mövqelərindən başqa

Qrup 88

Uçuş aparatları, kosmik aparatları, onların hissələri

Qrup 89

Gəmi, qayıq və başqa üzən vasitələr

8903 mal mövqeyindən başqa

Qrup 90

Təbabətdə istifadə olunan cihaz və qurğular

9004; 9006 mal mövqelərindən başqa

İşlər müdiri

A.HACIYEV.

 

© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə “Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar” mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    © 2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb