Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   

Azərbaycan Respublikası Nazirlər Kabineti

MDB ölkələrinin hüdudları kənarından respublikaya gətirilən minik avtomobillərinə aksiz vergisi tətbiq edilməsi haqqında

Qərar № 35

Bakı, 27 mart 1996-cı il

Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:

1. MDB ölkələrinin hüdudları kənarından Azərbaycan Respublikasına satış məqsədilə və fiziki şəxslərin fərdi istifadəsi üçün gətirilən bir ilədək istifadədə və ya 20 min kilometrədək yürüşdə olmuş minik avtomobillərinin dəyərinin 15 faizi miqdarında aksiz vergisi tətbiq edilsin.

2. Azərbaycan Respublikası Maliyyə Nazirliyinə, Baş Dövlət Vergi Müfəttişliyinə və Dövlət Gömrük Komitəsinə tapşırılsın ki, aksiz vergisinin hesablama və ödənilməsi qaydası haqqında təlimatı hazırlayıb təsdiq etsinlər.

3. Tətbiq olunan aksiz vergisinin alınmasına nəzarət Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həvalə olunsun.

4. Bu qərar 15 aprel 1996-cı il tarixdən qüvvəyə minsin.

Baş nazir

F. QULİYEV.

02 senyabr 1997-ci il tarixli 101 saylı Qərara əsasən qüvvədən düşmüşdür.

© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
27.12.2008
Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir
Dekabrın 25-də Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb