Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   

Azərbaycan Respublikası Nazirlər Kabineti

Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Azərbaycan Respublikası ərazisinə gətirilən Müstəqil Dövlətlər Birliyi üzvü olan dövlətlərin hüdudlarından kənarda istehsal edilmiş əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında» 1995-ci il 6 aprel tarixli 76 nömrəli qərarına əlavə və dəyişikliklər edilməsi barədə

Qərar ¹ 34

Bakı şəhəri, 27 mart 1996-cı il

Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Azərbaycan Respublikası ərazisinə gətirilən Müstəqil Dövlətlər Birliyi üzvü olan dövlətlərin hüdudlarından kənarda istehsal edilmiş əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında» 1995-ci il 6 aprel tarixli 76 nömrəli qərarına aşağıdakı əlavə və dəyişikliklər edilsin:

Həmin qərarın 1-ci bəndi ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisinə gətirilən Müstəqil Dövlətlər Birliyi üzvü olan dövlətlərin hüdudlarından kənarda istehsal edilmiş əlavə dəyər vergisindən azad olunan malların siyahısı» (uşaq yeməkləri, satış üçün qablaşdırılmış və dərman preparatları istisna olmaqla) qüvvəsini itirmiş hesab edilsin.

2. «Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Azərbaycan Respublikası ərazisinə gətirilən Müstəqil Dövlətlər Birliyi üzvü olan dövlətlərin hüdudlarından kənarda istehsal edilmiş əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında» 1995-ci il 6 aprel tarixli 76 nömrəli qərarına dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 27 oktyabr tarixli 233 nömrəli qərarı qüvvəsini itirmiş hesab edilsin.

3. Bu qərar 1996-cı il aprelin 15-dən tətbiq edilsin.

Baş nazir

F. QULİYEV.

16 iyun 1997-ci il tarixli 61 saylı Qərara əsasən qüvvədən düşmüşdür (2-ci bəndi istisna olmaqla).

© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
15.11.2008
Bakıda IV Enerji Sammiti uğurla başa çatmışdır
Noyabrın 14-də Bakıda, «Gülüstan» sarayında enerji təhlükəsizliyi məsələlərinə həsr olunmuş IV Enerji Sammiti keçirilmişdir.

Daha ətraflı
15.11.2008
Noyabrın 11-də Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində
Böyük Britaniyanın İTE Group PLC və onun Azərbaycandakı tərəfdaşı İteca Caspian LLC şirkətlərinin təşkilatçılığı ilə 14-cü “BakuTel-2008” beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi açılmışdır.

Daha ətraflı
15.11.2008
Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında «bir pəncərə» prinsipinin tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Daha ətraflı
15.11.2008
Milli Məclisdə 2009-cu ilin dövlət büdcəsi layihəsi müzakirə edilmişdir
Milli Məclisin noyabrın 11-14 tarixlərində keçirilən iclaslarında "Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsi haqqında" qanun layihəsi, eləcə də dövlət budcəsi zərfinə daxil olan qanun layihələrinin müzakirələri aparılmışdır.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb