Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   

Azərbaycan Respublikasının Nazirlər Kabineti

Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında» 1997-ci il 16 iyun tarixli 62 nömrəli qərarına əlavə edilməsi barədə

Qərar ¹ 79

Bakı şəhəri, 15 iyul 1997-ci il

Hökumətlərarası sazişlərə əsasən xarici kreditlər, maliyyə yardımları və borclar hesabına idxal edilən malların gömrük idxal rüsumunun «O» dərəcəsinə cəlb olunması məqsədəuyğunluğunu nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında» 1997-ci il 16 iyun tarixli 62 nömrəli qərarına aşağıdakı əlavə edilsin:

  • 3-cü bəndə yeni 3.17 yarımbəndi əlavə edilsin:

«3.17. Beynəlxalq təşkilatların, xarici dövlətlərin hökumətlərinin, habelə dövlətlərarası və hökumətlərarası sazişlərə əsasən xarici hüquqi və fiziki şəxslərin ayırdıqları əvəzsiz maliyyə yardımları, kreditlər və borclar hesabına idxal olunan mallar, işlər, xidmətlər» .

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

A. RASİ-ZADƏ.

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 iyul 1997-ci il, ¹ 1, maddə 77) («AzerSoft»).

22 aprel 1998-ci il tarixli 91 saylı Qərara əsasən qüvvədən düşmüşdür.

© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
27.12.2008
Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir
Dekabrın 25-də Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb