Azərbaycan Respublikası Nazirlər
Kabineti
Azərbaycan
Respublikasında ixrac
və idxal əməliyyatları üzrə gömrük rüsumlarının
dərəcələri haqqında
Qərar ¹
90
Bakı şəhəri, 24 aprel 1995-ci il
Azərbaycan Respublikasında ixrac
və idxal əməliyyatlarının gömrük mexanizmi vasitəsilə tənzimlənməsi
və daxili bazarın ehtiyaclarının ödənilməsi məqsədilə Azərbaycan
Respublikası Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsinin təqdim etdiyi və əlaqədar təşkilatlarla razılaşdırılmış
«Gömrük ixrac rüsümu haqqında müvəqqəti Əsasnamə», «Azərbaycan
Respublikası ərazisindən çıxarılarkən gömrük ixrac rüsumuna cəlb
olunan malların qruplar üzrə siyahısı və gömrük ixrac rüsümlarının
dərəcələri», «Gömrük idxal rüsumu haqqında müvəqqəti Əsasnamə»,
«Azərbaycan Respublikası ərazisinə gətirilərkən gömrük idxal rüsumuna
cəlb olunan malların qruplar üzrə siyahısı və gömrük idxal rüsumlarının
dərəcələri», «Gömrük xidmətləri göstərilməsi üçün alınan ödənclər
haqqında təlimat», «Gömrük xidmətləri göstərilməsi üçün alınan
ödənclərin tarifləri» təsdiq edilsin (Əlavə olunur) və 1995-ci
il mayın 1-dən etibarən tətbiq edilsin.
2. Müəyyən edilsin ki, aşağıdakılar
gömrük rüsumundan azad olunurlar:
İxrac üzrə:
2.1. Nazirlər Kabinetinin qərarı
(sərəncamı) və ya Azərbaycan Respublikasında xarici iqtisadi
əlaqələrə nəzarət üzrə Dövlət Komissiyasının gömrük rüsumundan
azad etmə haqqında Protokol qərarı ilə dövlət ehtiyaclarını
ödəmək üçün göndərilən mallar (o cümlədən mal mübadiləsi (barter)
əməliyyatı üzrə);
2.2. Nazirlər Kabinetinin müvafiq
qərarı və ya sərəncamı ilə rəsmiləşdirilmiş hökumətlərarası
sazişlər üzrə qarşılıqlı razılaşmalara əsasən ixrac edilən mallar;
2.3. Azərbaycan Respublikasına
müvəqqəti olaraq emal üçün gətirilmiş və emaldan sonra aparılan
hazır məhsullar;
2.4. Tam məmulatlar və ya yarımfabrikatlar
hazırlanması üçün sifarişçinin göndərdiyi xammallar;
2.5. Kompensasiya və kooperasiya
əsasında göndərilən mallar;
2.6. Təkrar ixrac əməliyyatları.
İdxal üzrə:
2.7. Nazirlər Kabinetinin müvafiq
qərarı və ya sərəncamı ilə rəsmiləşdirilmiş hökumətlərarası
sazişlər üzrə qarşılıqlı razılışmalara əsasən alınan mallar,
materiallar, texnologiya və ya avadanlıqlar;
2.8. Azərbaycan Respublikasında
xarici iqtisadi əlaqələrə nəzarət üzrə Dövlət Komissiyasının
gömrük rüsumundan azad etmə haqqında Protokol qərarı ilə gətirilən
xüsusi təyinatlı mallar;
2.9. Azərbaycan Respublikası
ərazisində fəaliyyət göstərən müştərək və tamamilə xarici investorlara
məxsus olan müəssisələrin, beynəlxalq birliklərin və təşkilatların
nizamnamə fonduna xarici iştirakçılar tərəfindən pay ödənişi
şəklində respublikaya gətirilən yeni texnologiya, avadanlıq,
istehsalat tələbatı üçün xammal və materiallar;
2.10. Xarici investisiya qoyulmuş
müəssisələrin əcnəbi işçilərinin öz ehtiyacları üçün Azərbaycan
Respublikasına gətirdikləri şəxsi əmlak;
2.11. Azərbaycan Respublikasına
müvəqqəti olaraq gətirilmiş və gətirilmə şərtlərinə görə müəyyən
olunmuş müddətdə dəyişiklik edilmədən gətirildiyi ölkəyə aparılası
mallar;
2.12. Azərbaycan Respublikasına
müvəqqəti olaraq emal üçün gətirilən mallar;
2.13. Müəssisələrin istehsalat
tələbatı üçün gətirilən xammal (o cümlədən Kənd Təsərrüfatı
Nazirliyinin müəssisələri tərəfindən gətirilən spirt və kupaj
çay), material, köməkçi material, ehtiyat hissələri, komplektləşdirici
məmulatlar və avadanlıqlar;
2.14. Pulsuz bölüşdürülməsi
şərti ilə gətirilən humanitar və texniki yardım.
3. Gömrük ixrac rüsumları xarici
valyutaların Azərbaycan manatına nisbətən Azərbaycan Respublikası
Milli Bankının təyin etdiyi məzənnələri əsasında manatla ödənilir.
4. Azərbaycan Respublikası hökumətinin
Müstəqil Dövlətlər Birliyi ölkələri və digər xarici ölkələrlə
azad ticarət haqqında sazişi olduğu təqdirdə ikitərəfli razılığa
əsasən malların ixracına və yaxud idxalına gömrük rüsumu tətbiq
edilmir.
5. 1995-ci il dekabr ayının 31-dək
bu qərarın «Azərbaycan Respublikası ilə ticarətdə qarşılıqlı əlverişli
şərait rejimi (ƏŞR) tətbiq edilən ölkələrin siyahısı» adlı əlvəsində
göstərilən ölkələrə əlverişli şərait rejimi tətbiq edilməsi məqsədəuyğun
hesab edilsin və Xarici İşlər Nazirliyi həmin ölkələrə Azərbaycan
Respublikası tərəfindən birtərəfli qaydada qəbul edilmiş bu qərar
barədə məlumat versin.
6. Müəyyən edilsin ki, Azərbaycan
Respublikasına bu qərarın 2.9. və 2.13. yarımbəndlərində göstərilən
mallar satılarsa, həmin malların satıldığı andan 10 gün müddətində
gömrük rüsumları ödənilməlidir.
Göstərilən malları satan müəssisələr
bu barədə əvvəlcədən gömrük orqanlarına məlumat verir, əks təqdirdə
onlara qarşı qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər
görülür.
7. Gömrük rüsumlarının respublika
büdcəsinə tam və vaxtında köçürülməsi Dövlət Gömrük Komitəsi,
Maliyyə Nazirliyi və müvəkkil banklar tərəfindən təmin edilsin.
Müəyyən edilsin ki, Azərbaycan
Respublikası gömrük orqanlarının səlahiyyətli əməkdaşlarının tələbi
ilə gömrük rüsumlarının ödəyiciləri konkret ixrac-idxal əməliyyatının
həyata keçirilməsi ilə bağlı lazımi sənədləri təqdim etməyə borcludurlar.
8. Dövlət Gömrük Komitəsinə, Xarici
İqtisadi Əlaqələr Nazirliyinə və Dövlət Statistika Komitəsinə
tapşırılsın ki, 6 ay müddətində «Xarici iqtisadi fəaliyyətdəki
malların nomenklatura kodlarının harmonik sistem üzrə siyahısı»nı
hazırlayıb təsdiq olunmaq üçün Nazirlər Kabinetinə təqdim etsinlər;
9. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1993-cü il 31 dekabr tarixli 643 saylı qərarının ikinci
bəndi, 1992-ci il 13 iyun tarixli 335 saylı və 1994-cü il 27 iyun
tarixli 252 saylı qərarları qüvvəsini itirmiş hesab edilsinlər.
Baş Nazirin Vəzifəsini İcra Edən
F.QULİYEV.
22 aprel 1998-ci il tarixli 91 saylı Qərarın qüvvəyə
minməsi ilə əlaqədar qüvvədən düşmüşdür.
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
1995-ci il 24 aprel tarixli 90 saylı qərarı
ilə
təsdiq edilmişdir
Gömrük ixrac rüsumu haqqında müvəqqəti
Əsasnamə
1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikasında
Gömrük Tarifləri haqqında Qanun qəbul olunana qədər gömrük ixrac
rüsumları bu Əsasnamə ilə tənzimlənir.
1.2. Mülkiyyət formasından, tabeçiliyindən
və qeydiyyata alındığı yerdən asılı olmayaraq, bütün hüquqi şəxslər,
hüquqi şəxs statusu olmayan xarici firmaların nümayəndəlikləri,
fərdi (ailəvi) müəssisələr, hüquqi şəxs yaratmadan sahibkarlıq
fəaliyyəti göstərən şəxslər Azərbaycan Respublikası ərazisindən
çıxarılan mallar üzrə bu Əsasnaməyə uyğun şəkildə gömrük ixrac
rüsumu ödəyirlər.
1.3. Azərbaycan Respublikası ərazisindən
çıxarılan mallardan onların gömrük dəyərinə gömrük ixrac rüsumu
dərəcələrinə uyğun faiz nisbətində və ya çəki (həcm) vahidinə
görə ekyu tarifi ilə gömrük ixrac rüsumu tutulur.
1.4. Gömrük ixrac rüsumları xarici
valyutaların Azərbaycan Respublikası Milli Bankının ödəmə tarixinə
müəyyən etdiyi məzənnə ilə manatla ödənilir.
1.5. Gömrük ixrac rüsumları bu
Əsasnaməyə görə müxtəlif dərəcələrlə tutulur:
- müqavilələrə əsasən valyutaya ixrac edilən
mallar üçün gömrük ixrac rüsumunun birinci sütünunda göstərilən
dərəcələr tətbiq edilir;
- barter (mal mübadiləsi) müqavilələrinə əsasən
ixrac edilən mallara gömrük ixrac rüsumunun ikinci sütünunda
göstərilən dərəcələr tətbiq edilir.
1.6. Gömrük ixrac rüsumu ödənməmiş
və ya ödəmə üçün bank zəmanəti ilə möhlət verilməmiş mallar gömrük
məntəqələrindən buraxılmır.
2. Gömrük ixrac rüsumu hesablanarkən gömrük yük bəyannaməsinin
doldurulması qaydası
2.1. Ödənməli olan gömrük ixrac
rüsumunun məbləği gömrük yük bəyannaməsinin 47-ci qrafasında və
bəyannaməyə əlavə edilən vərəqlərdə aşağıdakı şəkildə göstərilir:
2.1.1. 47-ci qrafanın «növ»
başlıqlı birinci sütünunda gömrük ixrac rüsumunun ödəmə şifri
göstərilir:
2.1.2. Qrafanın — «hesablanma
üçün əsas» başlıqlı 2-ci sütununda aşağıdakılar göstərilir:
- malın çəki (həcm) vahidinə görə ekyu tarfi
ilə rüsum (malın qabsız (netto) səkisi Gömrük Yük Bəyannaməsinin
38-ci qrafasında göstərilir.)
- manatla ödəndikdə — 42-ci qrafada göstərilən
və bəyannamə gömrük əməliyyatı üçün qəbul edildiyi gündə Azərbaycan
Respublikası Milli Bankının müəyyən etdiyi məzənnə ilə Gömrük
Yük Bəyannaməsinin 23-cü qrafası — «valyuta məzənnəsi».
2.1.3. Qrafanın «tarif» başlıqlı
üçüncü sütununda «gömrük ixrac rüsumu alınacaq malların siyahısına
və gömrük ixrac rüsumunun dərəcələrinə» uyğun olaraq rüsum dərəcələri
göstərilir.
2.1.4. Qrafanın — «məbləğ» başlıqlı
4-cü sütununda gömrük yük bəyannaməsinin 47 və 23-cü qrafalarının
2-ci və 3-cü sütunlarindakı rəqəmlərin hasilindən alınan məbləğ
göstərilir.
2.1.5. Qrafanın — «ödəmə qaydası»
başlıqlı 5-ci sütununda ödəmənin üsulu göstərilir:
- «KNN» — bank vasitəsilə köçürmə haqq-hesab;
- «GN» — rüsum məbləğinin nağd olaraq gömrük
kassasına verilməsi;
- «BZ» — vəkil edilmiş bankın zəmanəti ilə
rüsum ödənməsinə möhlət verilməsi;
2.1.6. Gömrük Yük Bəyannaməsinin
«hesablamanın təfsilatı» başlıqlı «V» qrafasında ödənilən rüsum
məbləği, ödəmə sənədinin nömrəsi və tarixi göstərilir.
2.2. Qrafa 20 — «Göndərmə şərtləri
təsnifatı».
2.2.1. Göndərmə şərtləri təsnifatı
qrafasının 1-ci bölməsinə uyğun olaraq göndərmə şərtlərinin
rəqəmlə şifri göstərilir.
2.2.2. Qrafanın 2-çi bölməsində
göndərmə şərtlərinin gısa adları və müvafig olarag gün, ay və
il göstərilməklə kontrakt (müqavilə) şərtlərinə uyğun olaraq
valyuta qazancının daxil olacağı müddət göstərilir. Valyuta
qazancının daxil olmasını dəqiq göstərmək mümkün olmadıqda,
günü bildirən ilk qoşa rəqəmin yerinə, mütləq ay və il göstərmək
şərtilə «00» yazılır.
2.2.3. Qrafanın 3-cü bölməsində
xarici tərəf müqabili ilə hesablaşma üsulunun kodu göstərilir:
- «1» — akkreditiv;
- «2» — inkassa;
- «3» — köçürmə;
Hesablaşmada qarışıq (mürəkkəb)
qaydalardan istifadə edildikdə, qrafada tam üstünlük təşkil edən
qayda göstərilir.
2.2.4. Əməliyyatlar barter (mal
mübadiləsi) yolu ilə və ya milli valyuta ilə həyata keçirildikdə
2-ci və 3-cü bölmələr doldurulmur.
2.3. Qrafa 28 — «Maliyyə və bank
məlumatları» başlıqlı qrafada hesab açıldığı barədə vəkil bankın
təsdiq etdiyi məlumatlara uyğun olaraq ixracat müqaviləsi üzrə
hesablaşmaları aparan bankın rekvizitləri (hər rekviziti ayrıca
və təzə sətirdən sıra nömrəsi yazılmaqla) və ixracatçının hesab
nömrəsi göstərilir;
- 1 — «müəssisə və təşkilatların ümumi təsnifatına»
uyğun olaraq bankın MTÜT kodu;
- 2 — bankın tam aydın adı;
- 3 — bankın ünvanı, telefon, teleks və ya telefaks
nömrəsi;
- 4 — ixracatçının cari valyuta hesabının nömrəsi
(kontrakt manatla bağlanmışsa, cari manat hesabının nömrəsi)
göstərilir.
Əməliyyat barter üsulu ilə aparıldıqda
qrafa doldurulmur.
3. Gömrük ixrac rüsumunun ödənmə qaydası
3.1. Barter əməliyyatları üzrə
gömrük ixrac rüsumları Gömrük Yük Bəyannaməsi gömrük əməliyyatı
üçün qəbul edilənə qədər və yaxud edildiyi anda ödənməlidir. Digər
hallarda isə bu Əsasnamənin 1.5. bəndində göstərilən qayda qüvvədə
qalır.
3.2. 9-cu qrafada göstərilən «Şəxs»
gömrük ixrac rüsumunun ödənildiyini təsdiq etmək üçün doldurulan
bəyannaməyə, üzərində rüsumun ödənildiyi haqda bankın qeydi olan
ödəmə tapşırığının bir nüsxəsini və yaxud zəmanətini əlavə etməlidir.
3.3. Gömrük orqanları Azərbaycan
Respublikası ərazisindən mal ixrac edən müəssisə və təşkilatlara
vəkil edilmiş bankın zəmanət öhdəliyi təqdim edildiyi təqdirdə,
Gömrük Yük Bəyannaməsinin gömrük əməliyyatı üçün qəbul edildiyi
gündən etibarən (ödəmə tarixi də daxil olmaqla) gömrük ixrac rüsumunu
ödəmək üçün 60 günə qədər möhlət verə bilər.
3.4. Manatla ödənən gömrük ixrac
rüsumu məbləği gömrükxananın depozit hesabına keçirilir. Gömrükxana,
depozit hesabına pul daxil olub-olmadığını bank çıxarışları ilə
yoxlayır. Gömrükxananın depozit hesabına vəsait daxil olmadıqda,
gömrük orqanları ödəmə tapşırığı verildiyi tarixdən etibarən 2
ay ərzində vəsaitin alınması üçün bu əsasnamənin 4.2. bəndində
nəzərdə tutulan tədbirlər görür. Depozit hesaba daxil olan gömrük
ixrac rüsumu məbləğləri ayda 3 dəfədən az olmamaq şərtilə Azərbaycan
Respublikasının Dövlət büdcəsinin gəlir hissəsinin 8-ci bölməsinin
12-ci paraqrafına — «gömrük rüsumları» hesabına keçirilir.
3.5. Gömrük ixrac rüsumunun düzgün
hesablanması və Respublika büdcəsinə vaxtında keçirilməsinə gömrük
orqanları nəzarət edir.
4. Ödəyicilərin məsuliyyəti
4.1. Ödəyicilər hesablamaların
düzgünlüyü və gömrük ixrac rüsumunun vaxtında ödənməsi üçün məsuliyyət
daşıyırlar.
4.2. Gömrük Yük Bəyannaməsində
göstərilən məlumatlar ixrac rüsumundan yayınılmasına və ya rüsum
məbləğinin azaldılmasına (malın kodunun səhv göstərilməsi, ixrac
edilən malın miqdarının, onun dəyərinin və ya rüsum dərəcəsinin
azaldılması) səbəb olduqda, gömrük orqanı ödəyicidən, rüsumdan
gizlədilən malın gömrük ixrac rüsumunun tam məbləğini şərtsiz
alır və respublika büdcəsinə keçirir.
4.3. Gömrük Yük Bəyannaməsində
malın öz adı ilə deyil, başqa adla (malın kodunun düzgün göstərilməməsi)
sərhəddən keçirilməsi niyyəti olarsa, yanlış bəyannamə verən şəxslər
qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət
daşıyırlar.
4.4. Müəyyən edilmiş müddətdə
gömrük ixrac rüsumunun tam ödənilməməsinə yol vermiş məsul şəxslər
qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət
daşıyırlar.
4.5. Gömrük orqanı verilən möhlət
ərzində rüsumları ödəməyən hüquqi şəxslərdən bütün rüsum məbləğini
şərtsiz şəkildə alır və büdcəyə mədaxil edir. Gömrük orqanı ödəyicinin
öhdəliyini və vəkil bankın zəmanət məktubunu, penya da daxil olmaqla
yaranmış borcu zəmanət vermiş vəkil bankdan almaq üçün Azərbaycan
Respublikası Milli Bankına verir. Gələcəkdə mal ixrac etmək istəyən
belə şəxslərə möhlət verilmir.
4.6. Hüquqi şəxslər gömrük ixrac
rüsumu üzrə borclarını ödəmədikdə gömrük orqanları bu şəxslərin
xarici iqtisadi əməliyyatlarının dayandırılması üçün müvafiq orqanlar
qarşısında vəsatət qalıdırır və Azərbaycan Respublikasının müvafiq
qanunlarında nəzərdə tutulan digər tədbirləri görməklə ixrac rüsumu
üzrə ödənməli olan vəsaiti tamamilə büdcəyə mədaxil edir.
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
1995-ci il
24 aprel tarixli 90 nömrəli qərarı ilə
təsdiq edilmişdir.
Azərbaycan Respublikası ərazisindən
çıxarılarkən gömrük ixrac rüsumuna cəlb olunan malların qruplar
üzrə siyahısı və gömrük ixrac rüsumlarının dərəcələri
|
Xarici
iqtisadi fəali-yyətdə malların nomenkla-tur kodları
|
Malların adı
|
İxrac rüsumlarının
dərəcələri
(1000 kq üçün EKYU ilə
və ya gömrük dəyərinə görə %-lə)
|
|
I
|
II
|
| Qrup
3 |
| 03 |
Balıq
və xərçəngkimilər, molyuskalar və başqa suda yaşayan onurğasızlar
(kilkə balığından başqa) |
15%
|
30%
|
| Qrup
5 |
| 05 |
heyvan
mənşəli və başqa yerdə adı çəkilməyən məhsullar |
15%
|
22,5%
|
| bunlardan: |
| 050400000 |
heyvanların
bağırsaqları, kisələri və qarınları (balıqlarınkından başqa),
bütöv və tikələr halında |
5%
|
10%
|
| 051000000 |
ənbər,
qunduz şırnağı, qabar böcəyi, şrot, civetta və muskus
öd, o cümlədən quru,
vəzilər və heyvan mənşəli başqa məhsullar, əczaçılıq məhsulları
istehsalında işlədilən, təzə, soyudulmuş,dondurulmuş və
ya qısa müddət saxlamaq üçün başqa yolla emal edilmiş |
100%
|
150%
|
| Qrup
7 |
| 07032000 |
Sarımsaq |
15%
|
30%
|
| Qrup
8 |
| 0802 |
digər
qozlar, təzə və ya quru, təmizlənmiş və təmizlənməmiş, qabıqlı
və ya qabıqsız fındıq |
25%
|
50%
|
| 0805 |
sitrus
meyvələri, təzə və ya qurudulmuş |
25%
|
50%
|
| Qrup
12 |
| 12 |
yağlı
toxum və meyvələr; başqa toxum, meyvə və dən; dərman bitkiləri
və texniki məqsədlər üçün bitkilər; küləş (saman) və yem |
25%
|
50%
|
| Qrup
14 |
| 140420000 |
pambıq
linti |
20 ekyu
|
40 ekyu
|
| Qrup
15 |
| 15 |
heyvan
və ya bitki mənşəli məmulatlar və yağlar; onları hissələrə
ayıran məhsullar, hazırlanmış yeyinti məmulatları; heyvan
və bitki mənşəli mumlar |
25%
|
50%
|
| o
cümlədən |
| 1512 |
günəbaxan,
saflar və ya pambıq yağları və onların fraksiyaları təmizlənmiş...
və ya təmizlənməmiş, lakin kimyəvi tərkibi dəyişdirilməmiş |
20%
|
40%
|
| Qrup
16 |
| 16 |
ət,
balıq və ya xərçəngkimilər, molyuskalar və ya suda yaşayan
başqa onurğasızlardan hazırlanmış məmulatlar |
15%
|
30%
|
| Qrup
22 |
| 220710000 |
tərkibində
80%-dən az spirt olmayan denaturatlaşdırılmamış (xammal)
etil spirti |
80%
|
100%
|
| 220720000 |
denaturatlaşdırılmış
etil spirti |
80%
|
100%
|
| Qrup
23 |
| 23 |
tamlı
məhsullar sənayesi qalıqlarının tullantıları; heyvanlar
üçün hazır yem |
20%
|
40%
|
| Qrup
24 |
| 2401 |
xam
tütün |
100%
|
200%
|
| 2403 |
emal
olunmuş sənaye tütünü və onun əvəzedicilər homogenləşdirilmiş
və ya bərpa edilmiş tütün ekstraktları və cövhərləri |
5%
|
10%
|
| Qrup
25 |
| 250100 |
duz
(yemək duzu və denaturatlaşdırılmış da daxil olmaqla) və
suda əridilmiş və ya əridilməmiş təmiz natrium xloridi |
3 ekyu
|
4,5 ekyu
|
| 250810000 |
Bentonit |
5%
|
10%
|
| 2516 |
qranit,
porfir, bazalt, qum daşı və abidə və ya inşaatda işlədilən
başqa daşlar-qaba xırdalanmış və ya xırdalanmamış, mişarlanmış
və ya mişarlanmamış, və ya başqa üsulla bloklar və ya düzbucaqlı
(kvadrat da daxil olmaqla) lövhələr halında düzəldilmiş;
|
14 ekyu
|
21 ekyu
|
| 2517 |
çınqıl,
xırda çay daşı, qırma daş |
1,2 ekyu
|
1,69 ekyu
|
| 2518 |
dolomit-kalsiumlaşdırılmış
və ya kalsiumlaşdırılmamış dolomit-qaba xırdalanmış və ya
mişarlanmış və ya başqa üsulla bloklar və ya düzbucaqlı
(kvadrat da daxil olmaqla) lövhələr halında düzəldilmiş;
aqlomeratlanmış (qudronlanmış da daxil olmaqla) dolomit |
2 ekyu
|
3 ekyu
|
| 2519 |
təbii
maqnezium karbonatı (maqnezit); əridilmiş maqnezium-oksid;
aqlomerasiyadan əvvəl tərkibində az miqdarda başqa oksidlər
olan və ya olmayan yandırılmış maqnezium oksidi; aşqarlı
və ya aşqarsız başqa maqnezium oksidləri |
30 ekyu
|
45 ekyu
|
| 2523 |
portlandsement,
giltorpaq sementi, şlak(pasa) sementi, superfosfat sementi
və oxşar hidravlik sementlər—boyanmış və ya boyanmamış,
hazır və ya klinker şəklində |
3 ekyu
|
3,9 ekyu
|
| Qrup
30 |
| 30 |
əczaçılıq
məhsulları |
10%
|
20%
|
| 3001 |
ilan
zəhəri |
60%
|
80%
|
| 3005 |
pambıq
(vata), cuna, bint və oxşar məmulat |
30%
|
60%
|
| Qrup
31 |
| 3102 |
azot
gübrələri (31022000-dən başqa) |
10 ekyu
|
15 ekyu
|
| Qrup
41 |
| 41 |
xam
dəri (xəzdən başqa) və aşılanmış dəri |
150 ekyu
|
300 ekyu
|
| 4101 |
qaramal
dəriləri və ya atkimilər ailəsindən olan heyvanların dəriləri
(təzə və ya duzlanmış qurudulmuş, küllənmiş, sıyırğa ilə
işlənmiş və ya başqa üsulla konservləşdirilmiş, lakin aşılanmış
perqament kimi işlənməmiş və sonra emal edilməmiş) tüklü
və ya tüksüz suvandlanmış və ya suvandlanmamış |
200 ekyu
|
400 ekyu
|
| 4102 |
qoyun
və ya quzu dəriləri (təzə, duzlanmış, qurudulmuş, küllənmiş,
sıyırğa ilə işlənmiş və ya başqa üsulla konservləşdirilmiş,
lakin aşılanmamış perqament kimi işlənməmiş və sonradan
emal edilməmiş), yunlu və ya yunsuz, suvandlanmış və ya
suvandlanmamış, bu qrupa aid 1 (v) qeydində göstərilənlərdən
başqa |
200 ekyu
|
400 ekyu
|
| 4103 |
digər
xam dəri növləri (təzə, duzlanmış, qurudulmuş, küllənmiş,
sıyırğa ilə işlənmiş və ya başqa üsulla konservləşdirilmiş,
lakin aşılanmış, perqamentlənməmiş və sonradan emal edilməmiş),
tüklü və ya tüksüz, suvandlanmış və ya suvandlanmamış, bu
qrupa aid I(b) və ya I(v) qeydi ilə çıxarılan növlərdən
başqa |
100 ekyu
|
200 ekyu
|
| 4104,
4108 və ya 4109 |
mal
pozisiyalarında təsnif edilən dərilərdən başqa qaramal gönləri
və ya atkimilər ailəsindən olan heyvanların gönlərindən
emal edilən dərilər (meşinlər) |
150 ekyu
|
300 ekyu
|
| 4105,
4108 və 4109 |
mal
pozisiyalarında təsnif edilən dərilərdən başqa yundan təmizlənmiş
və emal edilmiş qoyun və quzu dəriləri |
200 ekyu
|
400 ekyu
|
| 4106,
4108 və 4109 |
mal
pozisiyalarında təsnif edilən dərilərdən başqa tükü təmizlənmiş
və emal edilmiş keçi və ya çəpiş dəriləri |
150 ekyu
|
300 ekyu
|
| 4107,
4108 və 4109 |
mal
pozisiyalarında təsnif edilən tükdən təmizlənmiş və emal
edilmiş başqa heyvan dəriləri |
200 ekyu
|
400 ekyu
|
| 4108 |
zamşa
(o cümlədən formaldehid — yağlı aşılanmış) |
150 ekyu
|
300 ekyu
|
| 410900000 |
lak
dəri, təbii və təbii dərinin lak dəri bənzətməsi; metallaşdırılmış
dəri |
100 ekyu
|
200 ekyu
|
| 411000000 |
təbii
və ya süni dəri kəsikləri və tullantıları — dəri məmulatı
istehsalı üçün yaramayan dəri tozu, pudrası və unu |
20 ekyu
|
30 ekyu
|
| 411100000 |
sün`i
dəri, təbii dəri və ya plastina, vərəq və ya lent halındakı
dəri lifləri əsasında rulon və ya qeyri-rulon halında |
50 ekyu
|
100 ekyu
|
| Qrup
50 |
| 500100000 |
açılma
üçün yararlı barama |
10%
|
20%
|
| 500200000 |
xam
ipək (burulmamış) |
15%
|
30%
|
| 500600100 |
ipək
sap |
10%
|
20%
|
| Qrup
51 |
| 51 |
yun,
heyvanların zərif və qaba tükü, at tükündən iplik və parça |
5%
|
10%
|
| 5101 |
yuyulmuş
zərif yun, karda və daraqdan keçirilməmiş |
70 ekyu
|
140 ekyu
|
| 510140 |
yuyulmuş
yarımzərif yun, karda və daraqdan keçirilməmiş |
60 ekyu
|
120 ekyu
|
| 510141 |
yuyulmuş
yarımqaba yun, karda və daraqdan keçirilməmiş |
50 ekyu
|
100 ekyu
|
| 510142 |
yuyulmuş
qaba yun, karda və daraqdan keçirilməmiş |
40 ekyu
|
80 ekyu
|
| 510143 |
yuyulmuş
aşağı növlü yarımqaba və qaba (klok və klinker tipli) yunlar,
karda və daraqdan keçirilməmiş |
20 ekyu
|
40 ekyu
|
| 510144 |
yuyulmamış
yun bütün növlərdə, karda və daraqdan keçirilməmiş |
800 ekyu
|
1000 ekyu
|
| 5102 |
heyvanların
incə və ya qaba tükü, karda və ya daraqdan keçirilməmiş |
1690 ekyu
|
2535 ekyu
|
| 5103 |
yun
tullantıları, heyvanların incə və ya qaba tükündən, əyirmə
tullantıları daxil olmaqla, lakin bərpa edilmiş yundan başqa |
208 ekyu
|
312 ekyu
|
| 510400000 |
bərpa
edilmiş yun və ya heyvanların bərpa edilmiş incə və ya qaba
tükü |
260 ekyu
|
390 ekyu
|
| 5105 |
karda
və ya daraqdan keçirilmiş yun və ya heyvanların incə və
ya qaba tükü |
598 ekyu
|
897 ekyu
|
| 5106 |
yun
aparat ipliyi, pərakəndə satış üçün kələflənməmiş |
598 ekyu
|
897 ekyu
|
| 5107 |
daraqlanmış
yun ipliyi, pərakəndə satış üçün kələflənməmiş |
2080 ekyu
|
3120 ekyu
|
| 5108 |
heyvanların
incə tükündən hazırlanmış aparat və ya daraq ipliyi, pərakəndə
satış üçün kələflənməmiş |
2080 ekyu
|
3120 ekyu
|
| Qrup
52 |
| 5202
|
Pambıq
tullantıları |
20 ekyu
|
40 ekyu
|
| Qrup
72 |
| 7204 |
qara
metalların qırıntıları və tullantıları, əritmək üçün qara
metalların külçələri (xəlitə külçələri) |
30 ekyu
|
45 ekyu
|
| 7205 |
qara
metalların dənəvərləri və tozu |
16 ekyu
|
24 ekyu
|
| Qrup
74 |
| 74 |
mis
və mis məmulatı |
200 ekyu
|
400 ekyu
|
| 7401 |
şteyn
misi, sementasiya misi (çökdürülmüş mis) |
150 ekyu
|
300 ekyu
|
| 7404 |
mis
tullantıları və qırıntıları |
250 ekyu
|
500 ekyu
|
| 7410 |
folqa
(zərvərəq), misdən (basmanaxışlı və ya basmanaxışsız, kağız,
karton, plastik kütlə və ya oxşar materiallardan özülü olan
və ya olmayan), özülsüz qalınlığı 0,15 mm qədər |
100 ekyu
|
200 ekyu
|
| Qrup
82 |
| 82 |
adi
metallardan alət, bıçaq məmulatı, qaşıqlar, çəngəllər |
5%
|
7,5%
|
Qeyd:
1. Metallar üçün alınacaq ixrac
rüsumunun dərəcələri, yalnız malların xarici iqtisadi fəaliyyətdəki
nomenklatura kodları ilə müəyyən edilir. Malların qısaldılmış
adları rahat istifadə edilmək üçün göstərilmişdir.
2. Təbii qaz və qaz halındakı
başqa məhsulların ixracatından alınacaq rüsumların tarif dərəcələrini
müəyyən edib tətbiq etmək üçün, ixrac edilən malın həcminin hesablanması
1150 kub.m. qazın çəkisi 1000 kq bərabər olduğu hesabı ilə aparılır.
3. 2-ci sütünda göstərilən rüsum
dərəcələri barter (mal mübadiləsi) müqavilələrinə əsasən ixrac
edilən mallara tətbiq edilir.
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
1995-ci il 24 aprel tarixli 90 saylı qərarı
ilə
təsdiq edilmişdir.
Gömrük idxal rüsumu haqqında müvəqqəti
Əsasnamə
1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikasında
Gömrük Tarifləri haqqında qanun qəbul olunana qədər gömrük idxal
rüsumları ilə əlaqədar məsələlər bu Əsasnamə ilə tənzimlənir.
1.2. Mülkiyyət formasından, tabeçiliyindən
və qeydiyyata alındığı yerdən asılı olmayaraq, bütün hüquqi şəxslər,
hüquqi şəxs statusu olmayan xarici firmaların nümayəndəlikləri,
fərdi (ailəvi) müəssisələr, hüquqi şəxs yaratmadan sahibkarlıq
fəaliyyəti göstərən şəxslər Azərbaycan Respublikası ərazisinə
gətirilən mallar (o cümlədən müşayiət edilən və ya edilməyən baqajla
gətirilən mallar və həmçinin poçt vasitəsilə göndərilən mallar)
üzrə bü Əsasnaməyə uyğun şəkildə gömrük idxal rüsumu ödəyirlər.
1.3. Azərbaycan Respublikası ərazisinə
gətirilən mallardan onların Gömrük dəyərinə gömrük idxal rüsumu
dərəcələrinə uyğun faiz nisbətində və ya çəki (həcm) vahidinə
görə ekyu tarifi ilə gömrük idxal rüsumu tutulur.
1.4. Gömrük idxal rüsumları xarici
valyutaların Gömrük Yük Bəyannaməsi gömrük əməliyyatı üçün qəbul
edildiyi tarixdə Azərbaycan Respublikası Milli Bankının təyin
etdiyi məzənnələr əsasında manatla ödənilir.
1.5. Gömrük idxal rüsumları Gömrük
Yük Bəyannaməsi gömrük əməliyyatı üçün qəbul edilənə qədər ödənilir.
1.6. Gömrük orqanları əmlak girovu
və ya vəkil edilmiş bankın zəmanəti olduğu təqdirdə gömrük idxal
rüsumunun ödənilməsinə gömrük yük bəyannaməsinin qəbul edildiyi
tarixdən etibarən 30 gün möhlət verə bilər.
1.7. Gömrük idxal rüsumu ödənməmiş
və ya ödəmə üçün bank zəmanəti ilə möhlət verilməmiş mallar gömrük
məntəqələrindən buraxılmır.
1.8. Müəyyən edilsin ki, Azərbaycan
Respublikasına gətirilmiş mallar 36 saat müddətində gömrük orqanlarında
bəyan edilməli və gömrük buraxılış məntəqələrindən çıxarılması
təmin olunmalıdır.
2. Gömrük idxal rüsumu hesablanarkən
Gömrük Yük Bəyannaməsinin doldurulması
qaydası
2.1. Ödənməli olan gömrük idxal
rüsumunun məbləği gömrük yük bəyannaməsinin 47-ci qrafasında və
bəyannaməyə əlavə edilən vərəqlərdə aşağıdakı şəkildə göstərilir:
2.2. 47-ci qrafanın «Növ» başlıqlı
birinci sütununda gömrük idxal rüsumunun ödəmə şifri göstərilir:
2.3. Qrafanın «hesablanma üçün
əsas» başlıqlı 2-ci sütununda malın dəyəri göstərilir:
- manatla ödəndikdə — 42-ci qrafada göstərilən
və bəyannamə gömrük əməliyyatı üçün qəbul edildiyi gündə Azərbaycan
Respublikası Milli Bankının müəyyən etdiyi məzənnə ilə (Gömrük
Yük Bəyannaməsinin 23-cü qrafası — «valyuta məzənnəsi»).
2.4. Qrafanın «Dərəcəsi» başlıqlı
üçüncü sütununda Gömrük idxal rüsumu dərəcələrinə uyğun olaraq
rüsumun dərəcəsi göstərilir.
2.5. Qrafanın — «Məbləğ» başlıqlı
4-cü sütununda Gömrük Yük Bəyannaməsinin 47-ci qrafasının 2-ci
və 3-cü sütunlarındakı rəqəmlərin hasilindən alınan məbləğ göstərilir.
2.6. Qrafanın — «Ödəmə üsulu»
başlıqlı 5-ci sütununda ödəmənin üsulu göstərilir:
- «KNN» — bank vasitəsilə köçürmə haqq-hesab;
- «GN» — rüsum məbləğinin nağd olaraq gömrük
kassasına verilməsi;
- «BZ» — vəkil edilmiş bankın zəmanəti ilə rüsum
ödənməsinə möhlət verilməsi;
Belə hallarda Gömrük Yük Bəyannaməsinin
«Ödəmə möhləti» başlıqlı 48-ci qrafasında verilən möhlətin son
tarixi göstərilir. «GM» — əmlak girovu ilə ödəməyə möhlət verilməsi.
Belə hallarda Gömrük Yük Bəyannaməsinin «Ödəmə möhləti» başlıqlı
48-ci qrafasında verilən möhlətin son tarixi göstərilir.
2.7. Gömrük Yük Bəyannaməsinin
«hesablamanın təfsilatı» başlıqlı «V» qrafasında ödənilən rüsumun
məbləği, ödəmə sənədinin nömrəsi və tarixi göstərilir.
2.8. Gömrük Yük Bəyannaməsinin
16-cı qrafasında malın mənşəyi olan ölkənin tam adı göstərilir.
3. Gömrük idxal rüsumunun ödənmə qaydası
3.1. Gömrük rüsumunun ödənildiyini
təsdiq etmək üçün doldurulan bəyannaməyə, üzərində rüsumun ödənildiyi
haqda bankın qeydi olan ödəmə tapşırığının bir nüsxəsi əlavə edilməlidir.
3.2. Manatla ödənən gömrük idxal
rüsumu məbləği gömrükxananın depozit hesabına keçirilir. Gömrükxana,
depozit hesabına pul daxil olub-olmadığını bank çıxarışları ilə
yoxlayır. Gömrükxananın depozit hesabına vəsait daxil olmadıqda,
gömrük orqanları ödəmə tapşırığı verildiyi tarixdən etibarən 2
ay ərzində həmin vəsaitin alınması üçün bu Əsasnamənin 4.2. bəndində
nəzərdə tutulan tədbirlər görür.
Depozit hesaba daxil olan gömrük
idxal rüsumu məbləğləri ayda 3 dəfədən az olmamaq şərtilə, Azərbaycan
Respublikasının dövlət büdcəsinin gəlir hissəsinin 8-ci bölməsinin
14-cü paraqrafına — «gömrük rüsumları» hesabına keçirilir.
3.3. Gömrük idxal rüsumları bu
Əsasnaməyə görə müxtəlif dərəcələrlə tutulur:
Azərbaycan Respublikası ilə ticarətdə
qarşılıqlı əlverişli şərait rejimi (ƏŞR) barədə ikitərəfli saziş
bağlanmış ölkələrdə istehsal olunmuş mallara (malın mənşəyi haqqında
sertifikat əsasında)gömrük idxal rüsumunun birinci sütununda göstərilmiş
minimum dərəcələri tətbiq edilir;
Azərbaycan Respublikası ilə ticarətdə
qarşılıqlı əlverişli şərait rejimi barədə saziş olmayan (QƏŞR-qeyri-əlverişli
şərait rejimi) ölkələrdə istehsal olunmuş mallara (malın mənşəyi
haqqında sertifikat əsasında) gömrük idxal rüsumunun ikinci sütununda
göstərilən dərəcələri tətbiq edilir.
4. Ödəyicilərin məsuliyyəti
4.1. Ödəyicilər hesablamaların
düzgünlüyü və gömrük idxal rüsumunun vaxtında ödənməsinə görə
məsuliyyət daşıyırlar.
4.2. Gömrük Yük Bəyannaməsində
göstərilən məlumatlar rüsumun ödənilməməsinə və ya gömrük idxal
rüsumu məbləğinin azalmasına (malın kodunun düzgün olmaması, gətirilən
malın miqdarının, onun dəyərinin və ya rüsum dərəcəsinin azaldılması)
səbəb olduqda, gömrük orqanı bəyannamə verəndən, rüsumdan gizlədilən
malın gömrük idxal rüsumunun tam məbləğini şərtsiz alır və respublika
büdcəsinə keçirir.
4.3. Gömrük Yük Bəyannaməsində
malın öz adı ilə deyil, başqa adla (malın kodunun düzgün göstərilməməsi)
sərhəddən keçirilməsi niyyəti olarsa, yanlış bəyannamə verən şəxslər
qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət
daşıyırlar.
4.4. Müəyyən edilmiş müddətdə
gömrük idxal rüsumunun tam ödənilməməsinə yol vermiş məsul şəxslər
qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət
daşıyırlar.
4.5. Gömrük orqanı verilmiş möhlət
ərzində rüsumları ödəməyən şəxslərdən bütün rüsum məbləğini şərtsiz
alır və respublika büdcəsinə keçirir. Əgər möhlət əmlak girovuna
görə verilmişsə, gömrük orqanları bu malı ödənməyən rüsum borcu
hesabına dövlətin mülkiyyətinə keçirir.
Gömrük orqanı ödəyicinin öhdəliyini
və vəkil bankın zəmanət məktubunu, penya da daxil olmaqla yaranmış
borcu zəmanət vermiş vəkil bankdan almaq üçün Azərbaycan Respublikası
Milli Bankına verir. Gələcəkdə mal idxal etmək istəyən belə şəxslərə
möhlət verilmir.
4.6. Hüquqi şəxslər gömrük ixrac
rüsumu üzrə borclarını vaxtında ödəmədikdə gömrük orqanları bu
şəxslərin xarici iqtisadi əməliyyatlarının dayandırılması üçün
müvafiq orqanlar qarşısında vəsatət qalıdırır və Azərbaycan Respublikasının
müvafiq qanunlarında nəzərdə tutulan digər tədbirləri görməklə
idxal rüsumu üzrə ödənməli olan vəsaiti tamamilə büdcəyə mədaxil
edir.
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
1995-ci il 24 aprel tarixli 90 sayli gərarı
ilə
təsdiq edilmişdir.
Azərbaycan Respublikası ərazisinə
gətirilərkən gömrük idxal rüsumuna cəlb olunan malların qruplar
üzrə siyahısı və gömrük idxal rüsumu dərəcələri
|
Xarici
iqtisadi fəaliyyətdə malların nomenkla-tur kodları
|
Malların adı
|
Vergi dərəcəsi (faiz və ya EKYU ilə)
|
|
1
|
2
|
| Qrup
1 |
| 01 |
Canlı
heyvanlar |
rüsumsuz
|
| Qrup
2 |
| 02 |
Ət
və ət məhsulları |
rüsumsuz
|
| Qrup
3 |
| 03 |
Balıq
və xərçəngkimilər, molyuskalar və başqa suda yaşayan onurğasızlar |
15
|
30
|
| 030510000 |
Balıq
unu |
rüsumsuz
|
| Qrup
4 |
| 04 |
Süd
və süd məhsulları; ev quşları yumurtası; təbii bal; heyvan
mənşəli yeyinti məhsulları (başqa yerdə adı göstərilməyən) |
rüsumsuz
|
| Qrup
5 |
| 05 |
Heyvan
mənşəli və başqa yerdə adı çəkilməyən məhsullar |
3
|
6
|
| 051000000 |
ənbər,
qunduz şırnağı, qabar böcəyi |
rüsumsuz
|
| 05111000 |
mal
mövqeyi |
rüsumsuz
|
| Qrup
6 |