Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   

Azərbaycan Respublikası Nazirlər Kabineti

«Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 19 avqust tarixli 184 nömrəli «Azərbaycan Respublikasının gömrük buraxılış məntəqələrindən fiziki şəxslər tərəfindən istehsalat və ya kommersiya fəaliyyəti üçün nəzərdə tutulmayan malların keçirilməsinin qaydaları haqqında» qərarına dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 27 mart tarixli 33 nömrəli qərarına dəyişiklik edilməsi haqqında

Qərar ¹ 173

Bakı şəhəri, 12 dekabr 1996-cı il

Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:

1. «Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 19 avqust tarixli 184 nömrəli «Azərbaycan Respublikasının gömrük buraxılış məntəqələrindən fiziki şəxslər tərəfindən istehsalat və ya kommersiya fəaliyyəti üçün nəzərdə tutulmayan malların keçirilməsinin qaydaları haqqında» qərarına dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 27 mart tarixli 33 nömrəli qərarının 1-ci bəndində «1000 ABŞ dolları» sözləri «500 ABŞ dolları» sözləri ilə əvəz edilsin.

2. Müəyyən edilsin ki, bu qərar 1997-ci il yanvarın 1-dən qüvvəyə minir və bu tarixdən etibarən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 21 avqust tarixli 114 nömrəli qərarı qüvvəsini itirir.

Baş nazir

A. RASİ-ZADƏ

17 may 1997-ci il tarixli, 48 nömrəli qərara əsasən qüvvədən düşmüşdür («AzerSoft»).


© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
15.11.2008
Bakıda IV Enerji Sammiti uğurla başa çatmışdır
Noyabrın 14-də Bakıda, «Gülüstan» sarayında enerji təhlükəsizliyi məsələlərinə həsr olunmuş IV Enerji Sammiti keçirilmişdir.

Daha ətraflı
15.11.2008
Noyabrın 11-də Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində
Böyük Britaniyanın İTE Group PLC və onun Azərbaycandakı tərəfdaşı İteca Caspian LLC şirkətlərinin təşkilatçılığı ilə 14-cü “BakuTel-2008” beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi açılmışdır.

Daha ətraflı
15.11.2008
Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında «bir pəncərə» prinsipinin tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Daha ətraflı
15.11.2008
Milli Məclisdə 2009-cu ilin dövlət büdcəsi layihəsi müzakirə edilmişdir
Milli Məclisin noyabrın 11-14 tarixlərində keçirilən iclaslarında "Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsi haqqında" qanun layihəsi, eləcə də dövlət budcəsi zərfinə daxil olan qanun layihələrinin müzakirələri aparılmışdır.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb