Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   
Azərbaycan Respublikası Nazirlər Kabineti

Azərbaycan Respublikasının gömrük buraxılış məntəqələrindən fiziki şəxslər tərəfindən istehsalat və ya kommersiya fəaliyyəti üçün nəzərdə tutulmayan malların keçirilməsinin qaydaları haqqında

Qərar ¹ 184

Bakı şəhəri, 19 avqust 1995-ci il

Azərbaycan Respublikasının gömrük buraxılış məntəqələrindən fiziki şəxslər tərəfindən istehsalat və ya kommersiya fəaliyyəti üçün nəzərdə tutulmayan malların keçirilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin təqdim etdiyi və əlaqədar təşkilatlarla razılaşdırılmış «Azərbaycan Respublikası gömrük buraxılış məntəqələrindən fiziki şəxslər tərəfindən istehsalat və ya kommersiya fəaliyyəti üçün nəzərdə tutulmayan malların keçirilməsinin müvəqqəti qaydaları» (əlavə 1), «Azərbaycan Respublikası ərazisinə fiziki şəxslər tərəfindən gətirilən (beynəlxalq poçt göndərişləri daxil olmaqla) malların şərti qiymətlər üzrə müəyyən edilmiş rüsumsuz hədləri və həmin hədlərdən artıq gətirilən malların hər bir ölçü vahidinə tətbiq edilən gömrük rüsumları dərəcələri» (əlavə 2), «Azərbaycan Respublikası gömrük rüsumları ödənilmədən fiziki şəxslər tərəfindən müvəqqəti gətirilən (çıxarılan) malların siyahısı» (əlavə 3) təsdiq edilsin.

2. Müəyyən edilsin ki, fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasından aparılan və Azərbaycan Respublikasına gətirilən malların dəyəri bu qərarın «Azərbaycan Respublikası gömrük buraxılış məntəqələrindən fiziki şəxslər tərəfindən istehsalat və ya kommersiya fəaliyyəti üçün nəzərdə tutulmayan malların keçirilməsinin müvəqqəti qaydaları» adlı əlavəsində göstərilən məbləğ və miqdarından artıq olduqda, həmin malların gömrük buraxılış məntəqələrindən keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Azərbaycan Respublikasında ixrac və idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında» 1995-ci il 24 aprel tarixli 90 nömrəli və «Azərbaycan Respublikası ərazisinə gətirilən Müstəqil Dövlətlər Birliyi üzvü olan dövlətlərin hüdudlarından kənarda istehsal edilmiş əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında» 1995-ci il 6 aprel tarixli 76 nömrəli qərarlarına əsasən tənzimlənir.

3. Gömrük rüsumları fiziki şəxslər tərəfindən ödənilmə tarixinə ABŞ dollarının Azərbaycan manatına nisbətən Azərbaycan Respublikası Milli Bankının müəyyən etdiyi məzənnə ilə manatla ödənilir.

4. Gömrük rüsumlarının respublika büdcəsinə tam həcmdə və vaxtında köçürülməsi Dövlət Gömrük Komitəsi və Maliyyə Nazirliyi tərəfindən tə'min edilsin.

5. «Azərbaycan Hava Yolları» Dövlət Konserni, Dəmir Yolu İdarəsi, Xəzər Dəniz Gəmiçiliyi, «Azəravtonəqliyyat» Dövlət Konserni və digər aidiyyəti olan təşkilatlar fiziki şəxslər tərəfindən gətirilən və aparılan mallara gömrük rüsumlarının tətbiq edilməsi məqsədilə, həmin malların müvəqqəti saxlanılması üçün Dövlət Gömrük Komitəsinə gömrük zonasında müvafiq otaqlar ayırsınlar və lazımi iş şəraiti yaratsınlar.

6. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Maliyyə Nazirliyi ilə birlikdə 15 gün müddətində bu qərarın həyata keçirilməsi ilə əlaqədar müvafiq tə'limatları hazırlayıb, Nazirlər Kabineti ilə razılaşdırmaqla təsdiq etsin və bütün gömrük buraxılış məntəqələrində əyani surətdə fiziki şəxslərin nəzərinə çatdırılmasını tə'min etsin.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 24 iyun və 23 sentyabr tarixli 225 və 385 nömrəli sərəncamları qüvvəsini itirmiş hesab edilsin.

8. Bu qərar 1995-ci il sentyabrın 1-dən e'tibarən tətbiq edilsin.

Baş nazir

F.QULİYEV

27 mart 1996-cı il tarixli, 33 nömrəli Qərara əsasən əlavə və dəyişikliklərlə.(AzerSoft).

21 iyun 1997-ci il tarixli, 81 nömrəli Qərara əsasən qüvvədən düşmüşdür (7-ci bəndi istisna olmaqla).(AzerSoft).


Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1995-ci il 19 avqust tarixli 184 nömrəli qərarı ilə
təsdiq edilmişdir.

Azərbaycan Respublikası gömrük buraxılış məntəqələrindən fiziki şəxslər tərəfindən istehsalat və ya kommersiya fəaliyyəti üçün nəzərdə tutulmayan malların keçirilməsinin müvəqqəti Qaydaları

1. Ümumi müddəalar

1.1. Bu qaydalarla bütün fiziki şəxslər, yə'ni Azərbaycan vətəndaşları, xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikası gömrük buraxılış məntəqələrindən istehsalat və ya kommersiya fəaliyyəti üçün nəzərdə tutulmayan malların aparılması, gətirilməsi (müşayiət olunmayan mallar da daxil olmaqla) və beynəlxalq poçt vasitəsi ilə alınması və göndərilməsi əməliyyatları tənzimlənir.

1.2. Fiziki şəxslər, bu Qaydalarla və Azərbaycan Respublikasının gömrük məsələlərinə aid digər normativ aktlarla müəyyən olunmuş qaydada Azərbaycan Respublikasından aparılması və Azərbaycan Respublikasına gətirilməsi qadağan olunmuş mallar istisna olmaqla, istənilən malları Azərbaycan Respublikasının gömrük buraxılış məntəqələrindən keçirə bilərlər.

2. Azərbaycan Respublikasına malların gətirilməsi

2.1. Vahid tarif dərəcələri üzrə tutulan gömrük ödənişlərindən azad edilməklə (rüsumsuz) fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasına gətirilən malların aşağıdakı kvotaları müəyyən edilir:

  • ümumi dəyəri 1000 ABŞ dolları olan mallar;
  • ümumi dəyəri 200 ABŞ dolları olan beynəlxalq poçt göndərişləri ilə alınan mallar.

Göstərilən kvotaların daxilində fiziki şəxslər tərəfindən miqdarı məhdudlaşdırılmış mallar müəyyən olunmuş həddlərdən artıq gətirildikdə, bu Qaydaları təsdiq etmiş Qərarın 2 nömrəli əlavəsinə əsasən gömrük rüsumları ödənilir.

2.2. Aşağıdakı mallar Azərbaycan Respublikasına rüsumsuz və məhdudiyyətsiz gətirilə bilər:

  • xarici valyuta və xarici valyuta üzrə ödəniş sənədləri.
  • bədii, tarixi, elmi və digər mədəni əşyalar.

3. Azərbaycan Respublikasından malların aparılması

3.1. Vahid tarif dərəcələri üzrə tutulan gömrük ödənişlərindən tamamilə azad edilməklə (rüsumsuz) fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasından aparılan malların aşağıdakı kvotaları müəyyən edilir:

  • ümumi dəyəri 1000 ABŞ dolları olan mallar
  • ümumi dəyəri 100 ABŞ dolları olan beynəlxalq poçt göndərişləri

3.2. Vahid tarif dərəcələri üzrə tutulan gömrük ödənişlərindən azad edilməklə (rüsumsuz) fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasından aparılır:

  • gəliş zamanı gömrük buraxılış məntəqələrində gömrük orqanları tərəfindən rəsmiləşdirilmiş şəxsi əşyalar;
  • Azərbaycan Respublikasında açılmış vərəsəlik hüququ əsasında əldə edilmiş əşyalar və valyuta (aparılması qadağan edilmiş və mülki dövriyyədən çıxarılmış əşyalardan başqa).

3.3. Bu qaydaların 4.3 bəndində göstərilən hallardan başqa qiymətli metallardan və daşlardan hazırlanmış mə'mulatları fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük buraxılış məntəqələrində geri qaytarılmaq şərti ilə, gömrük orqanları tərəfindən rəsmiləşdirildikdən sonra, yalnız şəxsi istifadə üçün aparılır.

4. Daimi yaşayış məqsədi ilə Azərbaycan Respublikasına köçüb gələn və Azərbaycan Respublikasından köçüb gedən fiziki şəxslər, daimi yaşayış yeri xarici dövlətlər olan Azərbaycan Respublikası vətəndaşları tərəfindən Azərbaycan Respublikasının gömrük buraxılış məntəqələrindən malların keçirilməsi

4.1. Xarici ölkələrdən Azərbaycan Respublikasına daimi yaşayış məqsədilə köçüb gələn fiziki şəxslər yalnız yaşayış üçün zəruri olan mebel, məişət cihazları, əşya və mallarını, ailə üçün bir nəqliyyat vasitəsini rüsumsuz gətirə bilərlər. Yaşayış tələbatından artıq gətirilən mallara bu Qaydaları təsdiq etmiş Qərarın ikinci bəndi tətbiq olunur.

4.2. Azərbaycan Respublikasından daimi yaşayış məqsədilə xarici dövlətlərə köçüb gedən fiziki şəxslər adambaşına ümumi dəyəri 10000 (on min) ABŞ dolları həcmində şəxsi istifadə üçün malları rüsumsuz apara bilərlər.

4.3. Bu qaydaların 4.2 bəndində göstərilən məbləğdən əlavə Azərbaycan Respublikasından daimi yaşayış məqsədilə xarici dövlətlərə köçüb gedən fiziki şəxslər adambaşına ümumi məbləği 1000 (bir min) ABŞ dolları həcmində qiymətli metal və daşlardan hazırlanmış mə'mulatlar apara bilərlər.

5. Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük buraxılış məntəqələrindən nəqliyyat vasitələrinin keçirilməsi

Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük buraxılış məntəqələrindən istehsalat və ya kommersiya fəaliyyəti üçün nəzərdə tutulmayan nəqliyyat vasitələri (xarici-iqtisadi fəaliyyətdəki əmtəə nomenklaturasının 8703-cü qrupu) gətirildikdə aşağıdakı qaydalar tətbiq edilir:

5.1. Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasına bir ilədək istismarda olmuş və ya 20 min kilometrədək yürüşdə olmuş nəqliyyat vasitələri gətirilərkən, mühərrikin həcminin hər kub. santimetri üçün 0,4 ABŞ dolları məbləğində gömrük rüsumu ödənilir.

5.2. Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının icazəsi ilə müvəqqəti, bir ilədək müddətə gətirilən nəqliyyat vasitələri (mənşə ölkəsindən asılı olmayaraq), həmin müddət ərzində digər fiziki ya hüquqi şəxsə özgələşdirməyəcəyi, istifadəyə və sahibliyə verilməmək barədə Azərbaycan Respublikasının gömrük orqanlarına öhdəlik verildikdən sonra bu Qaydaların 5.1 bəndində göstərilən gömrük rüsumundan azad olunur.

5.3. Bu qaydaların 5.2 bəndində nəzərdə tutulmuş öhdəliklərin şərtlərinə fiziki şəxslər tərəfindən əməl edilmədiyi hallarda nəqliyyat vasitəsinin mühərrikinin həcminin hər kub santimetri üçün 0,4 ABŞ dolları məbləğində gömrük rüsumu ödənilir.

5.4. Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasına bir ildən yuxarı istismarda olmuş və ya 20 min kilometrdən artıq yürüşdə olmuş nəqliyyat vasitələri gətirilərkən mühərrikin həcminin hər kub.santimetri üçün 0,7 ABŞ dolları məbləğində gömrük rüsumu ödənilir.

5.5. Fiziki şəxslər tərəfindən fiziki və hüquqi şəxslərin ünvanına nəqliyyat vasitələrinin göndərilməsi xarici iqtisadi fəaliyyət iştirakçıları üçün müəyyən edilmiş tarif və qeyri-tarif tənzimlənməsinin, gömrük rüsumu tutulmasının və gömrük rəsmiləşdirilməsinin ümumi qaydalarına əsasən həyata keçirilir.

5.6. Əlillər üçün xüsusi olaraq hazırlanmış nəqliyyat və ya digər hərəkət vasitələri Azərbaycan Respublikasına rüsumsuz gətirilir.

6. Azərbaycan Respublikasının gömrük buraxılış məntəqələrindən bə'zi kateqoriyalı malların keçirilməsi (aparılması, gətirilməsi və beynəlxalq poçt vasitəsi ilə göndərilməsi) qaydaları

6.1. Ov silahları, onların patronları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin icazəsi təqdim edildikdən sonra buraxılır.

6.2. Heyvanlar və bitkilər, heyvan və bitki mənşəli xammalın baytarlıq orqanları və bitkilərin karantini üzrə müvafiq dövlət orqanlarının icazəsi olduğu təqdirdə buraxılır.

6.3. Fiziki şəxslər tərəfindən xaricdə istehsal olunmuş dərman preparatları öz şəxsi tələbatından artıq olduqda, həmin mallar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin icazəsi ilə gətirilir.

6.4. Hərə, ağ balıq və qızıl balıq kürüsü hər bir fiziki şəxs tərəfindən 600 qrama qədər aparıla bilər.

6.5. Bədii, tarixi, elmi əhəmiyyət kəsb edən və başqa qiymətli mədəni əşyalar, (o cümlədən 1960-cı ilə qədər buraxılmış, yerli və xarici, seriyalı və kütləvi istehsal məhsulu olan əşyalar, əldə toxunmuş xalçalar, xalça və xalça mə'mulatları, şüşə mə'mulatları, büllur, çini, keramika, musiqi alətləri, 1945-ci ilə qədər olan çap məhsulları və s.) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin icazəsi olduqda və müəyyən edilmiş komisyon dəyərinin 100% məbləğində gömrük rüsumu ödənildikdən sonra Azərbaycan Respublikasından aparıla bilər.

Yuxarıda göstərilən mədəni sərvətlərin siyahısı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən hazırlanıb Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə təqdim edilir.

6.6. Yanacaq və sürtkü materialları hər özügedən motorlu nəqliyyat vasitəsi üçün zavod buraxılış tutumundan əlavə 20 litr aparıla bilər.

6.7. Xarici valyutanın Azərbaycan Respublikasının gömrük buraxılış məntəqələrindən keçirilməsi qaydaları qüvvədə olan qanunvericiliklə tənzimlənir.

7. Azərbaycan Respublikasına fiziki şəxslər tərəfindən gətirilməsi və beynəlxalq poçt vasitəsi ilə alınması qadağan olunmuş mallar:

  • yivli odlu silah növləri, döyüş sursatı (ov silahları üçün sursatlar istisna edilməklə), hərbi tə'yinatlı bütün əşyalar, partlayıcı maddələr, hərbi texnika;
  • radioaktiv maddələr;
  • narkotik və psixotrop maddələr, onlardan istifadə üçün ləvazimat;
  • əxlaq pozğunluğu, zorakılıq, terrorizm təbliğ və reklam edən materiallar;
  • narkotik, psixotrop, zəhərləyici, partlayıcı maddələrin, hərbi silah və sursatın hazırlanması texnologiyasını əks etdirən materiallar;

8. Azərbaycan Respublikasından fiziki şəxslər tərəfindən aparılması və beynəlxalq poçt vasitəsi ilə göndərilməsi qadağan olunmuş mallar və zəruri ərzaq məhsulları:

  • canlı heyvanlar (it, pişik və qəfəsdə saxlanılan quşlar istisna olmaqla);
  • qiymətli ağac cinsləri (qoz, şabalıd, çökə, palıd, fıstıq, dəmir ağacı) və onlardan hazırlanmış mə'mulatlar;
  • ət;
  • taxıl, un;
  • süd və süd məhsulları;
  • hər cür silah növləri, döyüş sursatı, hərbi tə'yinatlı hər cür əşyalar, partlayıcı maddələr, hərbi texnika;
  • radioaktiv maddələr;
  • narkotik və psixotrop maddələr, onlardan istifadə üçün ləvazimat;
  • əxlaq pozğunluğu, zorakılıq, terrorizm təbliğ və reklam edən materiallar;
  • narkotik, psixotrop, zəhərləyici, partlayıcı maddələrin, hərbi silah və sursatın hazırlanması texnologiyasını əks etdirən materiallar;
  • xüsusi məxfi rabitə vasitələri, onların şifrləri və istismarı haqqında ədəbiyyat;
  • Müdafiə, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərin operativ istintaq fəaliyyəti üzrə informasiya sistemləri, sənədləri və arxivləri;
  • xam şəkildə olan qiymətli metallar və qiymətli daşlar;
  • Azərbaycan Respublikasının Qırmızı Kitabına düşmüş nadir bitkilər, maral və cüyür buynuzları;
  • strateji əhəmiyyətli xammal və məhsullar.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1995-ci il 19 avqust tarixli 184 nömrəli qərarı ilə
təsdiq edilmişdir.
Əlavə ¹ 2

Azərbaycan Respublikası ərazisinə fiziki şəxslər tərəfindən gətirilən (beynəlxalq poçt göndərişləri daxil olmaqla) malların şərti qiymətlər üzrə müəyyən edilmiş rüsumsuz hədləri və həmin hədlərdən artıq gətirilən malların hər bir ölçü vahidinə tətbiq edilən gömrük rüsumları dərəcələri

¹, ¹

Malın adı

Ölçü vahidi

Şərti qiyməti (ABŞ dolları)

Fiziki şəxs tərəfindən rüsumsuz gətirilən malların həddləri

Müəyyən edilmiş hədlərdən artıq gətirilən malların hər bir ölçü vahidinə tətbiq edilən gömrük rüsumları dərəcələri (şərti olaraq $)1

1

Spirt və spirtli içkilər

litr

3,0

5 litr

1,5

2

Spirtsiz içkilər

litr

0,6

5 litr

0,2

3

Tütün mə'mulatları

qutu

0,5

50 qutu (1000 ədəd)

0,1

4

Meyvə, qoz-fındıq, sitrus məhsulları (hər növdən)

kq

0,5

10 kq

0,15

5

Həll olunan qəhvə

kq

15,0

1 kq

2,0

6

Dənəvər qəhvə

kq

1,5

1 kq

0,5

7

Meyvə şirələri

litr

0,6

5 litr

0,06

8

Pivə

litr

1,0

5 litr

0,5

9

Saqqız

qutu

1,0

10 qutu (1000 ədəd)

0,1

10

Pambıq parçalar

metr

0,6

60,0 metr

0

11

Cins parçalar

metr

1,2

30,0 metr

0,2

12

Xovlu parçalar

metr

1,5

30,0 metr

0,2

13

Yun və yarımyun parçalar

metr

2,0

50,0 metr

0,2

14

Xalçalar

kv.m.

25,0

24 kv.m. qədər

10,0

15

Kovrolitlər

kv.m.

3,0

50 kv.m. qədər

0,5

16

Kişi və qadın paltoları (dəri və xəz paltolardan başqa)

ədəd

100,0

4 ədəd

15,0

17

Kişi və qadın plaşları

ədəd

50,0

4 ədəd

10,0

18

Köynək (uşaq köynəklərindən başqa)

ədəd

3,0

10 ədəd

1,0

19

Qadın yubkası

ədəd

10,0

5 ədəd

1,0

20

Qadın jaketi

ədəd

20,0

5 ədəd

2,0

21

Qadın koftası

ədəd

5,0

5 ədəd

1,0

22

Kostyumlar (uşaq kostyumlarından başqa)

ədəd

50,0

5 ədəd

10,0

23

Şalvarlar (uşaq şalvarlarından başqa)

ədəd

10,0

10 ədəd

2,0

24

Cins şalvarlar (uşaq şalvarlarından başqa)

ədəd

12,0

5 ədəd

2,0

25

Dəridən hazırlanmış paltolar və gödəkçələr

ədəd

120,0

3 ədəd

20,0

26

Dəri əvəzinə işlədilən materialdan hazırlanmış palto və gödəkçələr

ədəd

20,0

3 ədəd

2,0

27

Xəz paltolar və gödəkçələr

ədəd

350,0

2 ədəd

30,0

28

Böyuk yun şallar

ədəd

5,0

3 ədəd

1,0

29

Dəri əvəzinə işlədilən materialdan hazırlanmış çantalar və çemodanlar, soyuducu çantalar (hər birindən)

ədəd

10,0

2 ədəd

1,0

30

Ayaqqabı (uşaq ayaqqabılarından başqa, 39 ölçüdən yuxarı)

cüt

20,0

5 cüt

6,0

31

Billurdan mə'mulatlar

komp.

30,0

5 komplekt

3,0

32

Billur yaycıları olan işıq armaturları (çilçiraq)

ədəd

50,0

3 ədəd

5,0

33

Vanna otağı üçün avadanlıq:

1. Vanna

komp.

150,0

1 komplekt

15,0

2. Rakovin

komp.

120,0

1 komplekt

10,0

3. Elektrik və ya qazla işləyən su qızdırıcısı

komp.

100,0

1 komplekt

10,0

4. Su qarışdırıcı kran (smesitel)

komp.

10,0

2 komplekt

1,0

34

Ev kompüteri, oyun kompüteri

ədəd

60,0

1 ədəd

5,0

35

Personal kompüterlər (çap qurğusu ilə birlikdə)

ədəd

600,0

1 ədəd

100,0

36

Rəngli televizorlar diaqonalı 31 sm qədər

ədəd

150,0

1 ədəd

15,0

37

Diaqonalı 31 sm yuxarı

ədəd

300,0

1 ədəd

30,0

38

Videomaqnitofon (pleyer)

ədəd

150,0

1 ədəd

15,0

39

Videomaqnitofon

ədəd

200,0

1 ədəd

20,0

40

Maqnitofon 2-kassetli

ədəd

50,0

1 ədəd

10,0

41

Maqnitofon 1-kassetli

ədəd

30,0

1 ədəd

5,0

42

Portativ maqnitofon (diktafon)

ədəd

30,0

1 ədəd

5,0

43

Portativ radioqəbuledici

ədəd

25,0

1 ədəd

5,0

44

Avtomobil maqnitofonu

ədəd

60,0

1 ədəd

10,0

45

Avtomobil radioqəbuledicisi

ədəd

20,0

1 ədəd

5,0

46

Portativ televizor

ədəd

100,0

1 ədəd

15,0

47

Musiqi mərkəzləri

ədəd

100,0

1 ədəd

10,0

48

Maqnitolalar

ədəd

50,0

1 ədəd

5,0

49

Gücləndiricilər

ədəd

100,0

1 ədəd

10,0

50

Videokameralar

ədəd

650,0

1 ədəd

50,0

51

Videokassetlər

ədəd

2,0

10 ədəd

0,5

52

Audiokassetlər

ədəd

0,5

20 ədəd

0,1

53

Qol saatı (mexaniki)

ədəd

25,0

2 ədəd

2,0

54

Qol saatı (kvars və elektron)

ədəd

10,0

3 ədəd

1,0

55

Divar və stolüstü saat

ədəd

10,0

2 ədəd

1,0

56

Paltaryuyan maşın

ədəd

150,0

1 ədəd

30,0

57

Tozsoran (avtomobil üçün)

ədəd

10,0

1 ədəd

2,0

58

Tozsoran (ev üçün)

ədəd

60,0

1 ədəd

10,0

59

Mətbəx kombaynları, elektrik ətçəkən maşınlar, mikserlər və şirəçəkənlər (hər birindən)

ədəd

50,0

1 ədəd

10,0

60

Soyuducular

ədəd

350,0

1 ədəd

50,0

61

Kondisionerlər

ədəd

300,0

1 ədəd

50,0

62

Mebel:

63

qonaq otağı üçün

komp.

600,0

1 komplekt

50,0

64

yataq otağı üçün

komp.

500,0

1 komplekt

40,0

65

yumşaq dəst

komp.

150,0

1 komplekt

30,0

66

mətbəx üçün

komp.

200,0

1 komplekt

20,0

67

Divar kağızları

rulon

10,0

30 rulon

1,0

68

Kafel, metlax

kv.m.

10,0

50 kv.m.

2,0

69

Çay

kq

3,0

3 kq

2,0

70

Şokolad və şokoladlı konfetlər

kq

3,0

10 kq

0,3

71

Karamel

kq

2,0

10 kq

0,2

72

Peçenye, biskvit, vafli

kq

1,0

10 kq

0,05

73

Dondurma

kq

4,0

5 kq

0,5

74

Minik avtomobilləri üçün şinlər, şin örtükləri və kameralar

ədəd

30,0

5 ədəd

5,0

75

Brilliant

karat

1500,0

2 karat

150,0

76

Qiymətli metallar və onlardan hazırlanmış mə'mulatlar və onların hissələri

qram

10,0

100 qram

1,0

Qeyd: «Azərbaycan Respublikası gömrük buraxılış məntəqələrindən fiziki şəxslər tərəfindən istehsalat və ya kommersiya fəaliyyəti üçün nəzərdə tutulmayan malların keçirilməsinin müvəqqəti Qaydaları»nın 2.1 bəndi ilə müəyyən edilmiş kvotalar daxilində, bu əlavədə göstərilən mallar, onların fiziki şəxslər tərəfindən rüsumsuz gətirilən həddlərinin beş mislindən artıq olduqda, həmin malların gömrük buraxılış məntəqələrindən keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Azərbaycan Respublikasında ixrac və idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında» 1995-ci il 24 aprel tarixli 90 nömrəli və «Azərbaycan Respublikası ərazisinə gətirilən Müstəqil Dövlətlər Birliyi üzvü olan dövlətlərin hüdudlarından kənarda istehsal edilmiş əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında» 1995-ci il 6 aprel tarixli 76 nömrəli qərarlarına əsasən tənzimlənir; bu əlavədə göstərilməyən eyni növlü malların hər birindən 50 ədəddən artıq gətirildikdə, həmin malların gömrük buraxılış məntəqələrindən keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Azərbaycan Respublikasında ixrac və idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında» 1995-ci il 24 aprel tarixli 90 nömrəli və «Azərbaycan Respublikası ərazisinə gətirilən Müstəqil Dövlətlər Birliyi üzvü olan dövlətlərin hüdudlarından kənarda istehsal edilmiş əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında» 1995-ci il 6 aprel tarixli 76 nömrəli qərarlarına əsasən tənzimlənir; bu əlavədə göstərilməyən strateji əhəmiyyətli malların siyahısına daxil olan metal və metal konstruksiyalarının, tikinti materiallarının (kərpic, daş, sement, taxta və taxta mə'mulatları) fiziki şəxslər tərəfindən gətirilməsinə yol verilmir.


1 Gömrük rüsumlari fiziki şəxslər tərəfindən ödənmə tarixinə ABŞ dollarinin Azərbaycan manatina nisbətən Azərbaycan Respublikasi Milli Bankinin müəyyən etdiyi məzənnəyə görə manatla ödənilir.


Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1995-ci il 19 avqust tarixli 184 nömrəli qərarı ilə
təsdiq edilmişdir.
Əlavə ¹ 3

Azərbaycan Respublikası gömrük buraxılış məntəqələrindən rüsumları ödənilmədən fiziki şəxslər tərəfindən müvəqqəti gətirilən (çıxarılan) malların Siyahısı

1. Geyim və şəxsi istifadə üçün lazım olan digər ləvazimatlar

2. Şəxsi istifadə üçün zərgərlik bəzək mə'mulatları

3. Foto və kino kameralar, zəruri miqdarda plyonka və ləvazimatla birlikdə

4. Portativ slaydo- və kinoproyektorlar, zəruri miqdarda slayd və filmlər ilə birlikdə

5. Videokamera və portativ videomaqnitofonlar, zəruri miqdarda plyonka ilə birlikdə

6. Qramplastinkaları səsləndirən radiocihazlər

7. Portativ səsyazan və səsverən radiocihazlar (diktofonlar da daxil olmaqla), plyonka ilə birlikdə

8. Portativ radioqəbuledici

9. Portativ televizor

10. Portativ yazı makinası

11. Portativ kalkulyatorlar

12. Portativ kompüterlər

13. Durbin

14. İdman ləvazimatları, çadır və digər turist ləvazimatları, balıq tutmaq üçün ləvazimatlar, alpinist ləvazimatları, sualtı üzmək üçün ləvazimatlar, idman silahı ləvazimatları ilə birlikdə, velosipedlər, tennis raketkaları

15. Portativ dializatorlar və ona bənzər tibbi cihazlar, həmçinin onlar üçün işlədilən materiallar


© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə “Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar” mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    © 2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb