Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   

Azərbaycan Respublikası Nazirlər Kabineti

Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Azərbaycan Respublikası ərazisinə gətirilən Müstəqil Dövlətlər Birliyi üzvü olan dövlətlərin hüdudlarından kənarda istehsal edilmiş əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında» 1995-ci il 6 aprel tarixli 76 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

Qərar ¹ 233

Bakı şəhəri, 27 oktyabr 1995-ci il

Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 6 aprel tarixli 76 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisinə gətirilən Müstəqil Dövlətlər Birliyi üzvü olan dövlətlərin hüdudlarından kənarda istehsal edilmiş əlavə dəyər vergisindən azad olunan malların siyahısı»ndan bu qərarın əlavəsində göstərilən mallar çıxarılsın.

2. Müəyyən edilsin ki, bu qərarın 1-ci bəndi, qərar qüvəəyə mindiyi tarixdən sonra qeydiyyatdan keçirilmiş kontraktlara şamil edilir.

3. Bu qərar imzalandığı tarixdən qüvvəyə minir.

Baş Nazir

F.QULİYEV.

16 iyun 1997-ci il tarixli 61 saylı Qərara əsasən qüvvədən düşmüşdür.


Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1995-ci il 27 oktyabr tarixli 233 nömrəli qərarına
Əlavə

Qrup 01

Canlı heyvanlar

Qrup 02

Ət və ət məhsulları

Qrup 03

Balıq və xərçəngkimilər, molyuskalar və başqa suda yaşayan onurğasızlar

Qrup 04

Süd və süd məhsulları; ev quşları yumurtası; təbii bal; heyvan mənşəli yeyinti məhsulları

0701; 0703

Kartof və soğan

Qrup 10

Taxıl və dənli bitkilər

Qrup 11

Un və yarma sənayesi məhsulları; maya; nişasta; inulin; buğda özlüyü

Qrup 12

Yağlı toxum və meyvələr; başqa toxum, meyvə və dən; dərman bitkiləri və texniki məqsədlər üçün bitkilər; küləş (saman) və yem

Qrup 15

Heyvan və ya bitki mənşəli piylər və yağlar; onları hissələrə ayıran məhsullar; hazırlanmış yeməli piylər; heyvan və bitki mənşəli mumlar

1701—170199900

Bütün növ qəndlər və şəkər tozu

190120000

Çörək-bulka məmulatlarının hazırlanmasında istifadə olunan qatışıqlar

Qrup 23

Tamlı məhsullar sənayesi qalıqlarının tullantıları; heyvanlar üçün hazır yem;

250100990

Duz; digərləri

İşlər müdiri

A. HACIYEV


© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə “Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar” mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    © 2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb