Azərbaycan Respublikası Nazirlər
Kabineti
Gömrük anbarları haqqında nümunəvi
Əsasnamənin
təsdiq edilməsi barədə
Qərar ¹ 400
Bakı şəhəri, 16 noyabr 1994-cü il
Azərbaycan Respublikası Nazirlər
Kabineti qərara alır:
Azərbaycan Respublikası Ədliyyə,
Maliyyə, Ticarət nazirliklərinin, Dövlət Gömrük Komitəsinin və
Baş Dövlət Vergi Müfəttişliyinin təqdim etdikləri Gömrük anbarları
haqqında nümunəvi Əsasnamə təsdiq edilsin.
Baş nazirin vəzifəsini icra edən
F. QULİYEV.
5 fevral 1998-ci il tarixli 21 saylı qərara əsasən
qüvvədən düşmüşdür («AzerSoft»).
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
1994-cü il 16 noyabr tarixli 400 nömrəli
qərarı ilə
təsdiq edilmişdir.
Gömrük anbarları haqqında nümunəvi
Əsasnamə
1. Ümumi müddəalar
Azərbaycan Respublikasına hava,
su, quru və dəmir yolu ilə göndərilən, Azərbaycan Respublikası
ərazisindən keçirilən və ya xarici ölkələrə ixrac edilən (göndərilən)
malların saxlandığı yerlər anbar adlanır. Gömrük anbarları ŞUgömrük
orqanları, habelə idarə, müəssisə, təşkilatlar və eləcə də Azərbaycan
Respublikası vətəndaşları tərəfindən Dövlət Gömrük Komitəsindən
lisenziya alındıqdan sonra yaradılır, Azərbaycan Respublikası
Ədliyyə Nazirliyində qeydiyyatdan keçir.
Azərbaycan Respublikasının gömrük
sərhəddindən keçirilən mallar və digər əşyalar gömrük rəsmiləşdirilməsinə
qədər gömrük orqanlarının razılığı və nəzarəti altında Gömrük
anbarlarında saxlanıla bilər.
Aşağıdakı hallarda mallar və digər
əşyalar mütləq Gömrük anbarlarında saxlanılmağa verilməlidir:
- gətirilən mallar və əşyalar müəyyən edilmiş
qadağan və məhdudiyyətlərlə əlaqədar olaraq Azərbaycan Respublikasının
Gömrük ərazisinə buraxılmadıqda və ya Azərbaycan Respublikası
ərazisində tranzit olub və gətirilən günü Azərbaycan Respublikası
ərazisindən çıxarılmadıqda;
- Azərbaycan Respublikası Gömrük ərazisinə gətirilən
mallara qoyulmuş gömrük rüsumları, vergiləri (vaxtı uzadılmış
və ya möhlət verilmişləri çıxmaq şərtilə) ödənilmədikdə;
- Azərbaycan Respublikası Gömrük ərazisinə müvəqqəti
saxlanılmaq üçün gətirilən və saxlanılma müddəti qurtardığına
görə gömrük sərhəddindən çıxarılan mallar və digər əşyalar.
Azərbaycana gətirilməsi və Azərbaycandan aparılması qanunla
qadağan olunan mallar anbarlara qəbul edilmir.
Gömrük anbarları hüquqi şəxs olmaqla,
müstəqil fəaliyyət göstərir. Öz fəaliyyətini tam təsərrüfat hesablı
və özünü maliyyələşdirmə prinsipi əsasında həyata keçirilməklə,
Azərbaycan Respublikasına gətirilən, Azərbaycan Respublikasından
keçirilən və ya xarici ölkələrə göndərilən malların tam saxlanılması
və mühafizə edilməsi xidmətlərini göstərir.
Gömrük anbarları öz fəaliyyətində
qanunvericilik aktlarına Azərbaycan Respublikası Prezidentinin
fərman və sərəncamlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin
qərar və sərəncamlarına və həmçinin bu Əsasnaməyə əsaslanır.
Azərbaycan Respublikası banklarında
hesablaşma və digər hesabı və habelə üzərində adı yazılmış dairəvi
möhürü vardır.
Gömrük anbarları lisenziya alındıqdan
sonra fəaliyyətə başlaya bilər. Gömrük anbarlarına lisenziyanın
verilməsi Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə
tutulduğu qaydada həll edilir.
2. Anbar rejimi
Anbarlara qəbul edilən mallar,
daxil olduğu andan gömrük nəzarətində olur.
Gömrük anbarının gömrük rejimi
mühafizə dövrü üçün gömrük rüsumları, vergiləri alınmadan və iqtisadi
siyasət tədbirləri tətbiq edilmədən gətirilən malların gömrük
nəzarəti altında mühafizəsi, həmçinin ixrac üçün nəzərdə tutulmuş
malların faktiki ixracı zamanı qaytarılmalı və azad edilməli olan
gömrük rüsumları və vergilər qaytarılmaqla və onlardan azad edilməklə
gömrük nəzarəti altında mühafizəsi üçün müəyyən edilir.
3. Gömrük anbarları
Gömrük anbarı rejiminə uyğun şəkildə
malların saxlanılması üçün xüsusi olaraq ayrılmış və təchiz edilmiş
hər hansı bir bina və başqa yer gömrük anbarı sayılır.
Gömrük anbarı hər hansı bir şəxsin
istifadə edə biləcəyi açıq tipli və yaxud da yalnız müəyyən şəxslərin
mallarının saxlanması üçün qapalı tipli ola bilər.
Qapalı tipli gömrük anbarları
yalnız açıq tipli anbar təşkil etmək məqsədəuyğun olmaması üçün
kifayət qədər əsas olduğu təqdirdə tə`sis edilə bilər.
Bu anbarl arda həmçinin lazım
olduqda, gömrük rüsumları və vergiləri alınması məqsədilə yoxlanılan
mallar da yerləşdirilə bilər.
4. Gömrük anbarlarında olan malların qeydiyyatı
Gömrük anbarlarının sahibləri
gətirilən, saxlanılan və aparılan malların qeydiyyatını aparır.
Anbarlarda olan bütün dəyişikliklər qeydiyyat sənədlərində öz
əksini tapmalıdır.
5. Gömrük anbarları və onların sahibləri üçün qoyulan tələblər
Azərbaycan Respublikasının Gömrük
orqanları, Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxslər
Gömrük anbarı sahibi ola bilərlər.
Azərbaycan Respublikasının gömrük
orqanları Gömrük anbarı sahiblərindən gömrük anbarı üçün ayrılan
binaların və ya başqa yerlərin gömrük nəzarətini lazımi qaydada
tə`min edəcək vəziyyətdə olmasını, onların bağlayıcı qurğularla
təchiz edilməsi və həmin qurğulardan birinin gömrük orqanının
öhdəsinə verilməsini tələb edə bilər.
Gömrük anbarı sahibinin vəzifələri:
- Gömrük anbarı saxlanılan malların gömrük nəzarətindən
kənar götürülməsinə imkan verməməlidir;
- Gömrük nəzarətinin həyata keçirilməsini çətinləşdirməməlidir;
- Gömrük anbarı tə`sis edilməsi üçün verilmiş
lisenziyanın şərtlərinə əməl etməli, Azərbaycan Respublikası
gömrük orqanlarının vəzifəli şəxslərinin mallar olan yerə daxil
olmasına imkan yaratmalı, gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsinin
həyata keçirilməsi üçün həmin şəxslərə pulsuz olaraq gömrük
anbarlarında yer, avadanlıq və rabitə vasitələri verməlidir;
- anbarda saxlanılan malların qeydiyyatını aparmalı
və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin müəyyən
etdiyi qaydada Azərbaycan Respublikası gömrük orqanlarına anbarlarda
saxlanılan mallar barədə hesabat verməlidir.
6. Malların anbarda saxlanma müddətləri
Gömrük anbarlarında mallar altı
ay müddətində saxlanıla bilər. Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsi ayrı-ayrı malların Gömrük anbarlarında saxlanılması
müddətini məhdudlaşdıra bilər.
7. Gömrük rüsumları vergilərinin tutulması və iqtisadi-siyasət
tədbirlərinin tətbiq edilməsi
Gömrük anbarlarına xarici ölkələrdən
mal gətirilərkən, həmçinin həmin anbarlara Azərbaycan Respublikasının
malları gətirilərkən bu mallardan gömrük vergiləri və rüsumları
alınmır, iqtisadi-siyasət tədbirləri tətbiq edilmir.
Marağı olan şəxsin xahişi ilə,
Azərbaycan Respublikası gömrük orqanları tərəfindən malın mənşəyi
sertifikatla təsdiq edilir.
Mənşə haqqında sertifikat olmadıqda,
ixrac zamanı gömrük rüsumları, vergiləri alınması və iqtisadi-siyasət
tədbirləri görülməsi məqsədi ilə mallar Azərbaycan Respublikasının
malları hesab edilir.
8. Gömrük rüsumları və vergilərinin geri qaytarılması və onlardan
azad edilməsi
İxrac ediləcək mallar gömrük anbarlarına
qoyulduqda gömrük rüsumları və vergiləri qaytarılır v ya bunları
ödəməkdən azad edilir. Mallar gömrük rüsumları və vergilərin qaytarıldığı
və ya bunları ödəməkdən azad edildiyi andan e`tibarən 3 aydan
gec olmayaraq ixrac edilməlidir.
İxrac ediləcək mallar Azərbaycan
Respublikasının gömrük ərazisinin digər hissəsinə qaytarıldıqda
və ya müəyyən edilən müddətdə ixrac edilmədikdə gömrük rüsumları
və vergiləri, həmçinin Azərbaycan Respublikası Milli Bankı tərəfindən
verilən kreditlər üçün nəzərdə tutulan tariflərlə əlavə faizlər
ödənilir.
9. Malların mühafizəsi zamanı həyata keçirilən tədbirlər
Gömrük anbarlarında malların mühafizə
edilib saxlanılması zamanı aşağıdakı tədbirlər həyata keçirilə
bilər:
- malların salamat saxlanılması və mühafizəsinin
tə`min edilməsi üzrə tədbirlər;
- Azərbaycan Respublikası gömrük orqanının icazəsi
ilə malların satış və daşınma üçün hazırlanması, yə`ni malların
partiyalara, hissələrə ayrılması, komplektləşdirilməsi, çeşidlənməsi,
qablaşdırılması, yenidən markalanması, göndərişlərin təşkil
edilməsi, yüklənməsi və s. əməliyyatların yerinə yetirilməsi;
- əməliyyatların siyahısını və aparılması qaydalarını
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi müəyyən edir.
10. Gömrük ödənişlərinin ödənilməsi üçün məs`uliyyət
Gömrük rüsumları, vergiləri və
digər gömrük ödənişlərinin ödənilməsi üçün gömrük anbarlarının
sahibi məs`uliyyət daşıyır.
11. Gömrük anbarının fəaliyyətinin ləğv edilməsi
Gömrük anbarının fəaliyyətinin
ləğv edilməsi Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə
tutulan hallarda və qaydada həyata keçirilir.
© AzerSoft