Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   

Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi arasında «Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin potensialının gücləndirilməsi və məlumatların ötürülməsi şəbəkəsinin yaradılması Proqramı»nın Azərbaycan Hökuməti adından imzalamaq səlahiyyətinin verilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

1. Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi arasında «Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin potensialının gücləndirilməsi və məlumatların ötürülməsi şəbəkəsinin yaradılması Proqramı»nın Azərbaycan Hökuməti adından imzalamaq səlahiyyəti Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin səlahiyyətlərini icra edən Kəmaləddin Fəttah oğlu Heydərova verilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın birinci bəndində göstərilən Proqramın Azərbaycan Respublikası Hökuməti adından imzalamaq səlahiyyətinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin səlahiyyətlərini icra edən Kəmaləddin Fəttah oğlu Heydərova verilməsi barədə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramına müvafiq bildiriş göndərsin.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

Bakı şəhəri, 24 dekabr 1998-ci il.

¹ 45.

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 1998-ci il, ¹ 12, maddə 788) («AzerSoft»).

© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
27.12.2008
Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir
Dekabrın 25-də Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb