Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsi
«Malların
təkrar idxalı gömrük rejimi haqqında» Əsasnamənin təsdiq edilməsi
haqqında
Əmr ¹ 8
10 fevral 1999-cu il
Azərbaycan
Respublikasının Gömrük Məcəlləsinin 9-cu maddəsinə əsasən əmr
edirəm:
1. «Malların
təkrar idxalı gömrük rejimi haqqında» Əsasnamə təsdiq edilsin
(əlavə olunur).
2. «Malların
təkrar idxalı gömrük rejimi haqqında» Əsasnamə normativ-hüquqi
akt kimi qeydiyyata alınması üçün Ədliyyə nazirliyinə təqdim olunsun.
3. Əsasnamə
Ədliyyə Nazirliyində qeydiyyata alındıqdan sonra İşlər idarəsi
(R.Həsənəliyev) Komitənin bütün gömrük orqanlarına göndərilməsini
təmin etsin.
4. Əmrin
icrasına nəzarət Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinə (A.Əliyev)
tapşırılsın.
Komitənin sədri
K.F.HEYDƏROV.
Azərbaycan
Respublikası
Ədliyyə Nazirliyində
qeydə alınmışdır.
|
«Təsdiq
edilmişdir»
Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi
|
Qeydiyyat
¹ 147
|
Əmr
¹ 008
|
15
fevral 1999-cu il
|
10
fevral 1999-cu il
|
Nazir
|
Komitənin
sədri
|
S.HƏSƏNOVA
|
K.F.HEYDƏROV
|
Malların Təkrar İdxalı
Gömrük Rejimi Haqqında
Əsasnamə
1. Ümumi müddəalar
1.1.
Malların təkrar idxalı — ixrac gömrük rejimində aparılmış Azərbaycan
mallarının qanunla müəyyən edilmiş müddətdə gömrük rüsumları və
vergilər alınmadan, həmçinin bu mallara iqtisadi siyasət tədbirləri
tətbiq edilmədən geriyə gətirilməsindən ibarət gömrük rejimidir.
1.2.
Xarici mallar və Azərbaycan Respublikasından başqa gömrük rejimi
altında aparılmış (müvəqqəti aparılmış, Azərbaycan Respublikasının
xaricdəki nümayəndəliyi üçün aparılmış, gömrük ərazisindən kənarda
malların emalı, xarici dövlətlərin ərazisindən keçirildiyi halda
tranzit) Azərbaycan malları, eləcə də Azərbaycan Respublikasına
gətirilməsi və aparılması qadağan olunmuş mallar təkrar idxal
gömrük rejimi altında yerləşdirilə bilməz.
2. Malların təkrar idxal gömrük rejimi altında yerləşdirilməsi
şərtləri
2.1.
Təkrar idxal gömrük rejimi altında yerləşdirmək üçün mallar aşağıdakı
şərtlərə cavab verməlidir:
a)
keçmiş SSRİ ərazisindən (31 dekabr 1991-ci il tarixə qədər)
və ya Azərbaycan Respublikasının ərazisindən (1 yanvar 1992-ci
il tarixdən) ixrac gömrük rejimi altında aparılmalıdır;
b)
aparılana qədər Azərbaycan malları olmalıdır, belə ki, Azərbaycan
mənşəli mallar (31 dekabr 1991-ci ilə qədər —keçmiş SSRİ mənşəli)
və yaxud xarici mənşəli və Azərbaycan Respublikası ərazisində
sərbəst dövriyyə üçün buraxılmış (31 dekabr 1991-ci ilə qədər
—keçmiş SSRİ ərazisinə), bütün gömrük ödənişləri tam ödənilməlidir;
v)
aparıldığı andan on il müddətində Azərbaycan Respublikasının
gömrük ərazisinə qaytarılmalıdır.
Gətirilmə
tarixi gömrük məqsədi üçün zəruri axırıncı sənədin qəbul olunduğu
gündən hesablanır.
Aparıldığı
halda tarix, aparılma gömrük bəyannaməsinin qəbul edildiyi gündən
hesablanır, o olmadıqda isə keçmiş SSRİ-nin sərhədindən keçirilən
gündən (31 dekabr 1991-ci ilə qədər) və ya Azərbaycan Respublikasının
sərhədindən keçirilən gündən;
q)
təbii aşınma nəticəsində dəyişikliklər, normal şəraitdə daşınma
və saxlanc itkiləri, həmçinin bu Əsasnamənin 2.5 və 2.6 yarımbəndində
müəyyən edilən digər hallar istisna edilməklə aparıldığı vəziyyətdə
olmalıdır;
Təbii
aşınma nəticəsində dəyişikliklər, normal şəraitdə daşıma və saxlanc
itkiləri standartlar və həmin kateqoriya mallara aid Azərbaycan
Respublikasında qüvvədə olan normativ aktlarla müəyyən edilir.
2.2.
İxrac rejimində müvafiq olaraq aparılmış mallar təkrar idxal rejimi
altında yerləşdirilərkən malların eyniləşdirilməsi, onların aparılma
vaxtı və faktı, eləcə də həmin malların Azərbaycan mənşəli olması
gömrük orqanının vəzifəli şəxsində şübhə yaratmayan üsullarla
müəyyən edilməlidir. Göstərilən halların sübutu maraqlı şəxsə
həvalə olunur.
Gömrük
bəyannaməsi olmadıqda və ya sərhədi keçmə tarixi məqbul səviyyədə
təsdiq edilmədiyi halda Azərbaycan mənşəli malların aparılması
günü (31 dekabr 1991-ci ilə qədər — keçmiş SSRİ mənşəli) onun
hazırlanma günü sayılır (əgər ancaq hazırlanma ayı göstərilibsə,
ayın birinci günü həmin gün sayılır, əgər ancaq il göstərilibsə
— həmin ilin 1 yanvarından).
Malın
hazırlanma gününü göstərən sənədlər olmadıqda, ekspertiza keçirilə
bilər.
2.3.
Azərbaycan Respublikası hüdudlarından kənarda mallardan istehsalat
və ya kommersiya məqsədi üçün istifadə edilməsi, həmin malların
təkrar idxal gömrük rejimi altında yerləşdirilməsinə mane ola
bilməz.
2.4.
Malların hansı şəxs tərəfindən aparılmasından asılı olmayaraq,
istənilən şəxs tərəfindən mallar təkrar idxal gömrük rejimi altında
yerləşdirilə bilər.
2.5.
Zədələnmiş və ya qəza və qarşısıalınmaz qüvvənin (təyin edilməmiş)
təsiri ilə xarab olan mallar o şərtlə təkrar idxal gömrük rejimi
altında yerləşdirilə bilər ki, qəza faktının təsdiqi, eləcə də
müəyyən edilməmiş qüvvənin təsirinin həqiqiliyi və düzgünlüyü
gömrük orqanının vəzifəli şəxsində şübhə yaratmasın.
2.6.
Azərbaycan Respublikasının hüdudlarından kənarda olduqda, malların
saxlanmasını təmin etmək üçün kiçik təmir, sahmana salmaq da daxil
olmaqla və başqa belə əməliyyatlar aparıla bilər. Belə əməliyyatlar
nəticəsində həmin malların dəyəri aparılma anında müəyyən edilmiş
dəyərindən artıq olmamalıdır.
Aparılan
və gətirilən vaxt dəyər münasibətləri ABŞ dolları əsasında müəyyən
edilir. Əgər qiymətlər müqavilədə və ya digər sənədlərdə istənilən
başqa valyutada göstərilmişsə, yenidən həmin valyutanın hesablanması
aparılan və gətirilən anda ABŞ dollarına uyğun məzənnə ilə həyata
keçirilir.
3. Gömrük rüsumlarının, vergilərin və başqa ödənclərin tətbiqi
və qaytarılması
3.1.
Mallar aparıldığı andan üç il ərzində təkrar idxal edildikdə Azərbaycan
Respublikasının gömrük orqanı ödənilmiş ixrac gömrük rüsumlarının
və vergilərin məbləğini qaytarır.
3.2.
Ödənilmiş məbləğin qaytarılması aşağıdakı şərtlərlə həyata keçirilir:
- əgər mallar ixrac
gömrük rüsum və vergilərini ödəmiş eyni şəxs tərəfindən aparılmış
və gətirilmişsə;
- əgər gömrük orqanına
ixrac gömrük rüsum və vergilərinin ödənilməsini təsdiq edən
gömrük bəyannaməsi təqdim edilərsə;
- əgər ixrac gömrük
vergiləri Azərbaycan Respublikası ərazisində yerləşən gömrük
orqanına ödənilmişsə;
- əgər bu bəndin ikinci
abzasında göstərilən şəxs gömrük orqanına ödənilmiş məbləğin
qaytarılması barədə yazılı müraciət təqdim edirsə.
Belə
müraciət sərbəst formada doldurulur. Ödənilmiş məbləğin qaytarılması
üçün müraciət, YGB-nin qəbulundan bir il müddətində gömrük orqanına
təqdim edilməlidir. Hansı ki, bunun əsasında mallar təkrar idxal
gömrük rejimi altında yerləşdirilib.
Göstərilən
şərtlərdən hər hansı birinə əməl edilmədikdə, ödənilmiş ixrac
gömrük rüsumu və vergiləri qaytarılmır.
3.3.
Yalnız ödənilmiş ixrac gömrük rüsumu və vergisi qaytarılmalıdır.
Qanun və ya müqavilə ilə müəyyən edilmiş təəhhüdlərin vaxtında
yerinə yetirilməməsi üçün alınan cərimələrin (peniya), gömrük
ödənişlərinin ödənilməsi üçün verilmiş möhlət və buna bənzər ödənişlər
qaytarılmır.
Qaytarılmış
məbləğlərin indeksasiyası aparılmır, onlardan faizlər ödənilmir.
İxrac
üçün ödənilmiş gömrük rüsumu və vergilərin hansı valyuta ilə ödənilməsindən
asılı olmayaraq ödənişlər Azərbaycan Respublikası valyutasında
ödənilir. Əgər ödəniş xarici valyuta ilə ödənilmişdirsə və həmin
valyuta məzənnəsinin qiymətinin təyin edilməsi Azərbaycan Respublikası
Milli Bankı tərəfindən həyata keçirilərsə, xarici valyuta Azərbaycan
Respublikası Milli Bankının müəyyən etdiyi məzənnəyə əsasən təkrar
idxal gömrük rejimi üçün tərtib edilmiş yük gömrük bəyannaməsinin
təqdim olunduğu gün üçün Azərbaycan Respublikasının valyutası
olan manatla hesablanaraq ödənilir.
3.4.
Təkrar idxal gömrük rejimində gömrük rəsmiləşdirilməsini aparmış
gömrük orqanı mallara ödənilmiş məbləğin qaytarılmasını təmin
edir.
3.5.
İxrac olunmuş mal partiyasının bir hissəsi təkrar idxal gömrük
rejimi altında yerləşdirildikdə, ödənilmiş məbləğin qaytarılması
həmin hissənin sayının ixrac olunan malların sayına nisbəti münasibətində
həyata keçirilir.
3.6.
Ödənilmiş məbləğin, həmçinin onun hissəsinin qaytarılmasını, bu
qaytarmanı həyata keçirmiş gömrük orqanının vəzifəli şəxsi, şəxsin
təqdim etdiyi ixrac gömrük rejiminə müvafiq olaraq yazılmış YGB-nin
nüsxəsində qeyd edir. YGB-də həmçinin qaytarılan məbləğ (rəqəm
və ya yazı ilə) və tarix göstərilir. YGB-də aparılan bütün qeydlər
imza və şəxsi nömrəli möhürlə təsdiqlənir.
Ödənişlərin
qaytarılması barədə qeyd aparılmış sənədin surəti malların ixrac
edilməsini təsdiq edən sənədləri vermiş gömrük orqanına göndərilir.
Həmin sənəd malların ixrac rejimində rəsmiləşdirilmiş gömrük orqanında
yük gömrük bəyannaməsinin digər nüsxələri ilə birlikdə saxlanılır.
3.7.
Təkrar idxal olunan mallar Azərbaycan Respublikasından gömrük
ərazisinə gətirildikdə, gömrük rüsumu tutulmur.
3.8.
1992-ci il yanvar ayının 1-dən sonra Azərbaycan Respublikası ərazisindən
ixrac edilmiş mallar təkrar idxal edilən zaman malların ixracı
ilə əlaqədar azad olunmuş və ya qaytarılmış əlavə dəyər vergisi
deklarant tərəfindən ödənilir.
Ödənilməli
olan məbləğin miqdarı malların çıxarılması anında qüvvədə olan
normativ sənədlərlə müəyyən edilir.
Malların
təkrar idxal gömrük ərazisinə idxal olunan yüklərə ƏDV-nin ödənilməsi
üçün müəyyən edilmiş güzəştlər bu zaman tətbiq edilmir.
3.9.
Azərbaycan Respublikası ərazisindən 1 yanvar 1992-ci ildən sonra
ixrac edilən mallar təkrar idxal olunan zaman deklarant Azərbaycan
Respublikasında istehsal edilmiş yüklərin çıxarılması zamanı qüvvədə
olan aksiz ödənişlərini ödəyir.
Ödənilməli
olan məbləğin hesablanması üçün gömrük dəyərinin miqdarı malların
təkrar idxal rejimi altında yerləşdirilməsinə görə yazılmış YGB-nin
qəbul günü müəyyən edilir.
4. Təkrar idxal rejimi altında yerləşdirilmiş malların gömrük
rəsmiləşdirilməsi
4.1.
Təkrar idxal olunan malların gömrük rəsmiləşdirilməsi alıcının
və yaxud onun struktur bölməsinin fəaliyyət zonasında yerləşdiyi
gömrük orqanlarında həyata keçirilir.
4.2.
Mallar təkrar idxal gömrük rejimi altında yerləşdirildikdə, deklarant
gömrük orqanlarına aşağıdakı sənədləri təqdim etməlidir:
- yük gömrük bəyannaməsi;
- digər dövlət orqanlarının
icazəsi, əgər təkrar idxal olunan mallar həmin orqanların nəzarətindən
keçməlidirsə;
- təkrar idxal olunan
malların ixrac gömrük rejimi altında yerləşdirilməsi haqqında
yük gömrük bəyannaməsinin nüsxəsi və yaxud malların SSRİ ərazisindən
(31 dekabr 1991-ci ilə qədər) və ya Azərbaycan Respublikası
ərazisindən (1 yanvar 1992-ci ildən) çıxarılmasını və çıxarılma
anını təsdiq edən sənədlər — yük müşahidə sənədləri və s.;
- bu Əsasnamədə nəzərdə
tutulmuş və ya ondan irəli gələn gömrük sənədləşməsinin həyata
keçirilməsi üçün digər sənədlər.
4.3.
Təsdiqedici məlumatlar və yaxud sənədlər olmadığı təqdirdə qüvvədə
olan qaydaların tələblərinə uyğun olaraq malların təkrar idxal
rejimi altında yerləşdirilməsinə icazə verilmir.
© AzerSoft