Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   

Azərbaycan Respublikası
Ədliyyə Nazirliyidnə
qeydə alınmışdır.
Qeydiyyat ¹ 132
27 oktyabr 1998-ci il
Nazir
S.Həsənova

«Təsdiq edilmişdir»
Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi
Əmr ¹ 059
13 oktyabr 1998-ci il
Sədr
K.Heydərov

«Azərbaycan Respublikasının ərazisinə idxal olunan aksizli mallara və aksiz tətbiq edilən minik avtomobillərinə aksiz vergisinin hesablanması və ödənilməsi qaydaları haqqında» Təlimata əlavə və dəyişikliklər edilməsi barədə

Əmr ¹ 059

13 oktyabr 1998-ci il

Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 9-cu maddəsinə, Respublika Nazirlər Kabinetinin 13 dekabr 1996-cı il tarixli 175 saylı, 7 aprel 1998-ci il tarixli 71 saylı, 9 iyun 1998-ci il tarixli 128 saylı, 10 iyul 1998-ci il tarixli 152 saylı və 5 avqust 1998-ci il tarixli 167 saylı qərarlarına müvafiq olaraq əmr edirəm:

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 7 yanvar 1998-ci il tarixli 84 ¹-li şəhadətnaməsi ilə dövlət qeydiyyatına alınmış «Azərbaycan Respublikasının ərazisinə idxal olunan aksizli mallara və aksiz tətbiq edilən minik avtomobillərinə aksiz vergisinin hesablanması və ödənilməsi qaydaları haqqında» Təlimatda aşağıdakı məzmunda əlavə və dəyişikliklər edilsin:

  • Təlimatın 1.1 yarımbəndində «16 may 1997-ci il tarixli 47 saylı» sözləri «13 dekabr 1996-cı il tarixli 175 saylı, 7 aprel 1998-ci il tarixli 71 saylı, 9 iyun 1998-ci il tarixli 128 saylı, 10 iyul 1998-ci il tarixli 152 saylı və 5 avqust 1998-ci il tarixli 167 saylı» sözləri ilə əvəz edilsin;
  • Təlimatın 3.1 yarımbəndində «minik avtomobillərinə» sözündən sonra «(xüsusi təyinatlı keşik-patrul vasitələri istisna olmaqla)» sözləri əlavə edilsin;
  • Təlimatın 3.3 yarımbəndində «aksiz mallar» sözü «içməli spirt» sözü ilə əvəz edilsin və mətnə yeni 3.4 yarımbəndi əlavə olunsun:

«3.4. Respublika ərazisinə idxal olunan aksizli malların (3.3 yarımbəndində göstərilən mallar istisna olmaqla) aksiz vergisinin məbləği aşağıdakı qaydada hesablansın:

Təlimatın 2 nömrəli əlavəsi yeni redaksiyada verilsin (əlavə olunur).

2. Tabelikdə olan gömrük orqanlarının rəhbərlərinə tapşırılsın ki, gömrük rəsmiləşdirilməsi zamanı mövcud əlavə və dəyişikliklərin nəzərə alınmasına ciddi riayət edilməsini təmin etsinlər.

3. İşlər idarəsi (R.Həsənəliyev) Respublika Ədliyyə Nazirliyində qeydə alındıqdan sonra əmrin surətinin gömrük orqanlarına çatdırılmasını təmin etsin.

Əmrin icrasına nəzarət Komitənin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş idarəsinə (F.Məmmədov) həvalə edilsin.

Komitənin Sədri

K.HEYDƏROV.


Əlavə ¹ 2

Neft məhsullarının aksiz dərəcələri

1. Təyyarə benzini V-91/115 — 65,49 %
2. Avtomobil benzini Aİ-95, Aİ-98 — 65,03 %
3. Avtomobil benzini Aİ-92, Aİ-93 — 65,23 %
4. Avtomobil benzini A-72, A-76 — 64,76 %
5. Reaktiv mühərrik yanacığı — 39,46 %
6. Dizel yanacağı — 29, 83%
7. Ağ neft — 33,45%

© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
23.08.2008
Azərbaycan-Tğrkiyə əlaqələri ən yğksək zirvədədir
Avqustun 20-də Tğrkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycanda işgğzar səfərə gəlmişdir.

Daha ətraflı
23.08.2008
Döstluq zəminində qurulan Azərbaycan-Rumıniya münasibətləri çox sürətlə inkişaf edir
Avqustun 20-də Rumıniya Prezidenti Trayan Besesku Bakıya işgüzar səfərə gəlmişdir.

Daha ətraflı
23.08.2008
Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun 16-34-cü kilometrinin yenidənqurmadan sonra açılışı olmuşdur
Prezident İlham Əliyev açılış mərasimində iştirak etmişdir

Daha ətraflı
23.08.2008
Azərbaycan Prezidenti İlham Əliyevin Xızı rayonuna səfəri
Avqustun 22-də Xızı şəhərində xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan muzeyin təntənəli açılışı olmuşdur.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb