Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   

Azərbaycan Respublikası
Ədliyyə Nazirliyində
qeydə alınmışdır.

«Təsdiq edilmişdir»
Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi

Qeydiyyat ¹ 148

Əmr ¹ 009

17 fevral 1999-cu il

11 fevral 1999-cu il

Nazir

Cədr

S.Həsənova

K.F.Heydərov

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi

«Azərbaycan Respublikası ərazisindən ixrac edilən malların müqabilində valyuta vəsaitlərinin ödənişinə nəzarət barədə» Təlimata əlavələr edilməsi haqqında

Əmr ¹ 9

11 fevral 1999-cu il

Azərbaycan Respublikasının ərazisindən ixrac edilən malların müqabilində valyuta vəsaitlərinin ödənişinə nəzarəti daha da gücləndirmək məqsədilə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 9-cu maddəsinə müvafiq olaraq əmr edirəm:

1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 17 sentyabr 1998-ci il tarixli 129 ¹-li şəhadətnaməsi ilə dövlət qeydiyyatına alınmış «Azərbaycan Respublikası ərazisindən ixrac edilən malların müqabilində valyuta vəsaitlərinin ödənişinə nəzarət barədə» Təlimata aşağıdakı məzmunda əlavələr edilsin:

  • Təlimatın 4.1 yarımbəndinin sonunda «geri çağrılmayan akkreditiv açılması» sözündən sonra «yolu ilə» sözləri çıxarılsın və «müvəkkil banklar tərəfindən «Uçot Kartoçkası»nın «A 1» və «A 2» bölmələrində qeyd edilməklə təsdiq edildikdən sonra» sözləri əlavə edilsin;
  • Təlimatın «İxrac əməliyyatlarında valyuta ödənişlərinə nəzarətin texnoloji sxemi»nə dair 1 ¹-li əlavəsinin 1.1 yarımbəndində ««A 1» bölməsini isə,» sözləri «bütün hallarda «A 1» bölməsini, sövdələşmə xüsusiyyəti 21 və 41 ilə aparılan ixrac əməliyyatlarında isə, həmçinin «A 2» bölməsini» sözləri ilə əvəz edilsin.

Komitənin sədri

K.F.Heydərov.

© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
23.08.2008
Azərbaycan-Tğrkiyə əlaqələri ən yğksək zirvədədir
Avqustun 20-də Tğrkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycanda işgğzar səfərə gəlmişdir.

Daha ətraflı
23.08.2008
Döstluq zəminində qurulan Azərbaycan-Rumıniya münasibətləri çox sürətlə inkişaf edir
Avqustun 20-də Rumıniya Prezidenti Trayan Besesku Bakıya işgüzar səfərə gəlmişdir.

Daha ətraflı
23.08.2008
Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun 16-34-cü kilometrinin yenidənqurmadan sonra açılışı olmuşdur
Prezident İlham Əliyev açılış mərasimində iştirak etmişdir

Daha ətraflı
23.08.2008
Azərbaycan Prezidenti İlham Əliyevin Xızı rayonuna səfəri
Avqustun 22-də Xızı şəhərində xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan muzeyin təntənəli açılışı olmuşdur.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb