Azərbaycan Respublikasının Dövlət
Gömrük Komitəsi
«Dövlətin xeyrinə maldan imtina haqqında»
Əsasnamənin təsdiq edilməsi haqqında
Əmr ¹ 13
17 fevral 1999-cu il
Azərbaycan Respublikası Gömrük
Məcəlləsinin 9-cu maddəsinə əsasən əmr edirəm:
1. «Dövlətin xeyrinə maldan imtina
haqqında» Əsasnamə təsdiq edilsin (əlavə olunur).
2. «Dövlətin xeyrinə maldan imtina
haqqında» Əsasnamə normativ-hüquqi akt kimi qeydiyyata alınması
üçün Ədliyyə Nazirliyinə təqdim olunsun.
3. Bu Əsasnamə Ədliyyə Nazirliyində
qeydiyyata alındığı gündən qüvvəyə minsin.
4. İşlər İdarəsi (R.Həsənəliyev)
Ədliyyə Nazirliyində qeydiyyata alındıqdan sonra Əsasnamənin Komitənin
bütün İdarə, müstəqil şöbə və yerli gömrük orqanlarına göndərilməsini
təmin etsin.
5. Əmrin icrasına nəzarət Gömrük
Nəzarətinin Təşkili Baş İdarəsinə (A.Əliyev) tapşırılsın.
Komitənin sədri
K.F.HEYDƏROV.
Azərbaycan
Respublikası
Ədliyyə Nazirliyində
qeydə alınmışdır
|
«Təsdiq
edilmişdir»
Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi
|
Qeydiyyat
¹ 150
|
Əmr
¹ 013
|
26
fevral 1999-cu il
|
17
fevral 1999-cu il
|
Nazir
|
Komitənin
sədri
|
S.HƏSƏNOVA
|
K.F.HEYDƏROV
|
Dövlətin xeyrinə maldan
imtina haqqında Əsasnamə
I. Ümumi müddəalar
Bu Əsasnamə
Gömrük Məcəlləsinin 17-ci fəslinin müddəalarına uyğun olaraq işlənib
hazırlanmışdır.
1.1.
Dövlətin xeyrinə maldan imtina gömrük rüsumları, vergiləri alınmadan,
həmçinin iqtisadi siyasət tədbirləri (lisenziyalaşdırma, kvotalaşdırma
və s.) tətbiq edilmədən şəxsin maldan və ya nəqliyyat vasitəsindən
imtina etməsindən ibarət gömrük rejimidir.
1.2.
Malların və ya nəqliyyat vasitələrinin dövlətin xeyrinə maldan
imtina gömrük rejimi altında yerləşdirilməsinə gömrük orqanlarının
icazəsi ilə yol verilir.
1.3.
Bu Əsasnaməyə uyğun olaraq mallardan və ya nəqliyyat vasitələrindən
imtina dövlət üçün heç bir xərcə səbəb olmamalıdır.
1.4.
Dövlətin xeyrinə maldan imtina gömrük rejimini seçmiş şəxsin göstərilən
rejimi başqa rejimə dəyişdirməyə ixtiyarı yoxdur.
II. Malların və nəqliyyat vasitələrinin dövlətin xeyrinə Maldan
imtina gömrük rejimi altında yerləşdirilməsi
2.1.
Dövlətin xeyrinə maldan imtina gömrük rejimi altında aşağıdakılar
yerləşdirilə bilər:
- Azərbaycan Respublikasının
gömrük ərazisinə gətirilmiş və digər gömrük rejimi altında yerləşdirilmiş
mal və nəqliyyat vasitələri;
- Azərbaycan Respublikasının
gömrük sərhədindən faktiki keçirilərək gətirilmiş mallar və
nəqliyyat vasitələri;
- Azərbaycan Respublikasının
gömrük ərazisinə gətirilmiş və aparılması barəsində gömrük bəyannaməsi
verilmiş və ya şəxsin onları aparmaq niyyətinin gerçəkləşdirilməsinə
bilavasitə yönəlmiş olan başqa hər bir hərəkət edilmiş aparılan
mallar və nəqliyyat vasitələri.
2.2.
Aşağıdakıların dövlətin xeyrinə maldan imtina gömrük rejimi altında
yerləşdirilməsinə yol verilmir:
- Azərbaycan Respublikasına
gətirilməsi və Azərbaycan Respublikasından aparılması qadağan
edilmiş mallar və nəqliyyat vasitələri;
- Azərbaycan Respublikasının
ərazisində sərbəst dövriyyə üçün buraxılış və ya təkrar idxal
rejiminə uyğun olaraq buraxılmış mallar və nəqliyyat vasitələri;
- 1 saylı əlavədə göstərilən
mallar və nəqliyyat vasitələri.
2.3.
Gömrük orqanları aşağıdakı hallarda malların və nəqliyyat vasitələrinin
dövlətin xeyrinə maldan imtina gömrük rejimi altında yerləşdirilməsinə
icazə verməkdən imtina edə bilər:
- malların və nəqliyyat
vasitələrinin dövlətin xeyrinə maldan imtina gömrük rejimi altında
yerləşdirilməsi dövlət üçün hər hansı bir xərcə səbəb ola bilərsə;
- malların və nəqliyyat
vasitələrinin dəyəri, gömrük orqanının onların satılması ilə
bağlı xərclərini ödəyə bilməzsə;
- malların və nəqliyyat
vasitələrinin gömrük orqanı tərəfindən satılması imkanları məhduddursa;
- gömrük orqanlarında
əsaslı faktlar olduğu digər hallarda.
2.4.
Dövlətin xeyrinə maldan imtina gömrük rejimi üçün malları və ya
nəqliyyat vasitələrini onları keçirən şəxs, yaxud da gömrük brokeri
bəyan edə bilər.
Dövlətin
xeyrinə maldan imtina gömrük rejimində bəyan edilmənin qanunauyğunluğuna
görə deklarant üçüncü şəxslər qarşısında məsuliyyət daşıyır.
Gömrük
orqanları deklarantın, dövlətin xeyrinə imtina etdiyi mallar və
nəqliyyat vasitələri barədə üçüncü şəxslərin hər hansı əmlak tələblərini
təmin etmirlər.
2.5.
Malların və nəqliyyat vasitələrinin dövlətin xeyrinə maldan imtina
gömrük rejimi altında yerləşdirilməsinə icazə verilməsinə dair
qərar gömrük idarəsinin (gömrükxananın) rəisi (onu əvəz edən şəxs)
tərəfindən qəbul edilir.
2.6.
Gömrük orqanı malların və nəqliyyat vasitələrinin dövlətin xeyrinə
maldan imtina gömrük rejimi altında yerləşdirilməsinə icazə baytarlıq,
fitosanitar, ekoloji və digər dövlət orqanlarının sertifikatlaşdırması
və ya nəzarətindən keçməli olan mallar və nəqliyyat vasitələri
barəsində başqa dövlət nəzarətindən keçməsi və ya onların icazə
sənədlərinin olması şərtilə verir.
2.7.
Gömrük orqanları daşıyıcıya, anbar sahibinə və ya başqa şəxslərə,
mallar və nəqliyyat vasitələri dövlətin xeyrinə maldan gömrük
rejimi altında yerləşdirilənədək onların daşınması, saxlanması,
onlarla yük və digər əməliyyatlar aparılması ilə bağlı xərcləri
ödəmirlər.
III. Dövlətin xeyrinə maldan imtina gömrük rejimi altında yerləşdirilən
mallar və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi
3.1.
Dövlətin xeyrinə maldan imtina gömrük rejimi altında yerləşdirilən
malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi fəaliyyət
bölgəsində həmin mallar və nəqliyyat vasitələrinin yerləşdiyi
gömrük orqanında həyata keçirilir.
3.2.
Mallar və nəqliyyat vasitələri dövlətin xeyrinə maldan imtina
gömrük rejimi altında yerləşdirilərkən deklarant tərəfindən gömrük
orqanına aşağıdakı sənədlər təqdim edilir:
- müəyyən olunmuş qaydada
doldurulmuş yük gömrük bəyannaməsi;
- 2 saylı əlavə yə uyğun
tərtib olunmuş ərizə;
- mallar və nəqliyyat
vasitələri digər nəzarət orqanlarının nəzarətindən keçməlidirsə,
həmin orqanların icazə sənədləri;
- mallara və nəqliyyat
vasitələrinə aid digər sənədlər (qaimələr, konosamentlər, spesifikasiyalar,
hesab qaimələri və s.);
- mütləq sertifikatlaşdırılması
tələb olunan mallar və nəqliyyat vasitələri üçün sertifikat;
- gömrük rəsmiləşdirilməsinin
icraatı və gömrük nəzarəti üçün zəruri olan digər sənədlər.
3.3.
Gömrük orqanının malların və nəqliyyat vasitələrinin dövlət xeyrinə
maldan imtina gömrük rejimi altında yerləşdirilməsinə icazəsi,
gömrük orqanının müvafiq struktur bölməsinin rəisi və ya onu əvəz
edən şəxs tərəfindən yük gömrük bəyannaməsinin «D» qrafasında
və ya şəxsin ərizəsində imza və şəxsi nömrəli möhürlə təsdiq olunmuş
«İmtinaya icazə verildi» qeydi edilməklə rəsmiləşdirilir.
3.4.
Girov qoyulan girov predmeti kimi verilmiş mallardan və nəqliyyat
vasitələrindən dövlətin xeyrinə maldan imtinaya dair öz üzərinə
müqavilə öhdəliyi götürdüyü halda girov predmeti olan mallar və
nəqliyyat vasitələri barədə malların və ya nəqliyyat vasitələrinin
dövlətin xeyrinə maldan imtina gömrük rejimi altında yerləşdirilməsi
haqqında yük gömrük bəyannaməsi və ya şəxsin ərizəsinin gömrük
orqanına təqdim edilməsi tələb olunmur. Girov qoyanın bu cür müqavilə
öhdəliyi sadələşdirilmiş bəyanetmə formasıdır, gömrük orqanı tərəfindən
bu cür müqavilənin bağlanması isə həmin orqanın malların və nəqliyyat
vasitələrinin dövlət xeyrinə maldan imtina gömrük rejimi altında
yerləşdirilməsinə icazəsi hesab olunur.
IV. Yekun müddəalar
4.1.
Mallar və nəqliyyat vasitələri dövlətin xeyrinə maldan imtina
gömrük rejimi altında yerləşdirilərkən gömrük rüsumları, əlavə
dəyər vergisi, aksizlər, habelə gömrük rəsmiləşdirilməsinə görə
gömrük yığımları tutulmur.
4.2.
Gömrük orqanı tərəfindən malların və nəqliyyat vasitələrinin dövlətin
xeyrinə maldan imtina gömrük rejimi altında yerləşdirilməsinə
icazə verildiyi an həmin mallar və nəqliyyat vasitələrinə aid
gömrük ödənişlərinin təmin edilməsi üçün bankın verdiyi zəmanət
öz qüvvəsini itirmiş hesab olunur.
Elə həmin
an, bu Əsasnamənin 3.4 bəndində göstərilən müqavilələrdən başqa,
gömrük ödənişlərinin ödənilməsini təmin edən girov müqavilələri
üzrə hüquq münasibətlərinə xitam verilir.
4.3.
Mallar və nəqliyyat vasitələri dövlətin xeyrinə maldan imtina
gömrük rejimi altında yerləşdirilərkən ödəyiciyə aşağıdakılar
qaytarılır:
- gömrük ödənişlərinin
ödənilməsinin təminatı kimi gömrük orqanının depozitinə qoyulmuş
məbləğlər;
- mallar və nəqliyyat
vasitələri gömrük ərazisində emal, təkrar ixrac gömrük rejimləri
altında yerləşdirilərkən ödənilmiş idxal gömrük rüsumlarının,
əlavə dəyər vergisinin və ya aksizlərin məbləğləri;
- mallar və nəqliyyat
vasitələri gömrük ərazisində emal gömrük rejimi altında yerləşdirilərkən
ödənilmiş ixrac gömrük rüsumlarının məbləğləri;
- mallar ixrac gömrük
rejimi altında yerləşdirilərkən mallar və nəqliyyat vasitələri
müvəqqəti aparılarkən ödənilmiş ixrac gömrük rüsumlarının məbləğləri
(əgər mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının
gömrük ərazisindən faktiki olaraq aparılmamışsa).
Müvəqqəti
gətirilmiş mallar və nəqliyyat vasitələri dövlətin xeyrinə maldan
imtina gömrük rejimi altında yerləşdirilərkən idxal gömrük rüsumlarının,
əlavə dəyər vergisinin və aksizlərin ödənilmiş məbləğləri qaytarılmır.
4.4.
Dövlətin xeyrinə mallardan və nəqliyyat vasitələrindən imtina
etmiş şəxs malları və nəqliyyat vasitələrini öz vəsaiti hesabına
gömrük orqanının təyin etdiyi yerə gətirilməlidir.
4.5.
Şəxsin dövlətin xeyrinə imtina etdiyi mallar və nəqliyyat vasitələri
üzərində sərəncam verilməsi gömrük qanunvericiliyinə uyğun həyata
keçirilir.
Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi
Dövlətin
xeyrinə
maldan imtina haqqında Əsasnaməyə
Əlavə 1
Dövlətin
xeyrinə maldan imtina gömrük rejimi altında yerləşdirilməsinə icazə
verilməyən malların və nəqliyyat vasitələrinin
SİYAHISI
Silahlar, onların
döyüş sursatları, hərbi texnika, onların ehtiyat hissələri, komplektləşdirici
məmulatları, partlayıcı maddələr, partlayıcı vasitələr, bütün
raket yanacağı növləri, həmçinin onların istehsalı üçün xüsusi
materiallar və xüsusi avadanlıq, hərbiləşdirilmiş təşkilatların
şəxsi heyətinin xüsusi ləvazimatı və onların istehsalı və istismarı
üçün normativ-texniki məhsullar.
Raket-kosmik
komplekslər, hərbi təyinatlı rabitə və idarəetmə sistemləri və
onların istehsalı və istismarında aid normativ-texniki sənədlər.
Döyüş
zəhərləyici maddələri, onlardan müdafiə vasitələri və onların
istehsalı və istismarına aid normativ-texniki sənədlər.
Uran,
digər parçalanan materiallar və onlardan olan məmulatlar.
Silahların
və hərbi texnikanın yaradılması üzrə elmi-tədqiqat və layihə işlərinin,
həmçinin fundamental axtarış tədqiqatlarının nəticələri.
Şifrləmə
texnikası və onun istehsalı və istifadəsinə aid normativ-texniki
sənədlər.
Narkotik
vasitələr, psixotrop, güclü təsirli, zəhərli maddələr.
Radioaktiv
materialların tullantıları.
Partlayıcı
maddələrin tullantıları.
Sənaye
tullantıları.
Elektrik,
istilik və digər enerji növləri.
Azərbaycan
Respublikası Dövlət Gömrük Komitəsi
Dövlətin
xeyrinə maldan imtina
gömrük rejimi haqqında Əsasnaməyə
Əlavə 2
_____________________________________
gömrük
orqanının adı
_____________________________________
hüquqi
şəxsin adı, ünvanı və fiziki şəxsin adı,
_____________________________________
soyadı,
atasının adı və ünvanı
ƏRİZƏ
Xahiş
edirəm _________________________________________________
Malların
və ya nəqliyyat vasitələrinin adı,
______________________________________________________________
fərdi
əlamətləri, miqdarı (ölçüsü, çəkisi və s.)
dövlətin
xeyrinə maldan imtina gömrük rejimi altında yerləşdirəsiniz.
İmtinanın
səbəbləri _____________________________________________
_____________________________________
(rəhbərin
və ya digər müvəkkil edilmiş şəxsin
imzası, fiziki şəxsin imzası)
«___»
____________________ 199____ il
© AzerSoft